Month: August 2024

  • Özbəkistana qızıl medal qazandıran idmançını hədiyyələrə tutdular

    Fransada keçirilən Yay Olimpiya Oyunlarında Özbəkistana qızıl medal qazandıran qadın cüdoçu Diyora Keldiyorova ölkəsində səxavətli şəkildə mükafatlandırılıb.

    Median.Az bu barədə Özbəkistan KİV-ə istinadən xəbər verir.

    Belə ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 26 yaşlı idmançıya 200 min dollar mükafat məbləğini və “Chevrolet Tahoe” avtomobilini təqdim edib.

    Bundan başqa, Daşkənd şəhərinin meri idmançıya dəyəri 80 min dollar olan üçotaqlı mənzil və 100 min dollar hədiyyə edib.

    Digər hədiyyəni isə idmançıya Ürgənc şəhərinin meri təqdim edib: dəyəri 25 min dollar olan mənzil və “Chevrolet Malibu 2” avtomobili.

  • Рамиль Усубов и Сергей Шойгу обсудили вопросы безопасности в регионе

    Секретарь Совета безопасности РФ Сергей Шойгу сообщил, что на встречах в рамках его рабочей поездки в Баку обсуждались попытки Запада вмешаться в процесс выстраивания безопасности на Южном Кавказе.

    Во вторник в Баку Шойгу встретился с Президентом Азербайджана Ильхамом Алиевым, а также секретарем Совета безопасности АР Рамилем Усубовым.

    “Обсуждался самый широкий круг вопросов, – сказал Шойгу журналистам. – Это, конечно, в первую очередь безопасность на Южном Кавказе. Это мирное соглашение с Арменией, 10-я редакция которого передана Еревану. Это, конечно, очень активные попытки Запада вмешаться в этот процесс”.

    Также обсуждались транспортные проекты, в частности коридор “Север-Юг”, добавил Шойгу.

  • Ramil Usubov və Sergey Şoyqu regionda təhlükəsizlik məsələlərini müzakirə ediblər

    Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Bakıya işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla da görüşüb.

    Median.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə Şoyqu Bakıya işgüzar səfəri çərçivəsində keçirilən görüşləri şərh edərkən jurnalistlərə bildirib.

    Onun sözlərinə görə, görüşlərdə Qərbin Cənubi Qafqazda təhlükəsizliyin qurulması prosesinə müdaxilə cəhdləri müzakirə olunub.

    “Məsələlərin geniş spektri – ilk növbədə Cənubi Qafqazda təhlükəsizlik, İrəvana təqdim edilən sülh sazişi, Qərbin bu prosesə müdaxilə etmək üçün çox fəal cəhdləri müzakirə olundu”, – deyə Rusiya Təhlükəsizlik Şurasının katibi vurğulayıb.

    Şoyqu əlavə edib ki, nəqliyyat layihələri, xüsusilə “Şimal-Cənub” dəhlizi də müzakirə olunub.

    Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.

  • Amerikalı UFC döyüşçüsü silahlı hücuma məruz qalıb

    Amerikalı UFC döyüşçüsü Ramon Taveras silahlı hücuma məruz qalıb.

    İdmançı bir qrup silahlı şəxsin ona evinin yaxınlığında atəş açdıqlarını bildirib.

    Qapı kamerasının lentə aldığı hadisənin görüntülərini sosial şəbəkədə paylaşan dörd uşaq atası bu səbəbdən yaşadığı yeri tərk etmək qərarına gəlib.

    2019-cu ildə qardaşını da məhz atışma səbəbindən itirmiş amerikalı döyüşçü artıq hadisə barəsində yerli polis orqanına məlumat verib.

    Qeyd edək ki, idmançı UFC-də debütünü bu ilin yanvar ayında həyata keçirib.

    ///Report

  • Xocalıya gizlincə at gətirməyə getdilər: Həbs olundular

    Xocalı rayonuna gizlincə gedərək oradan at gətirən üç nəfər həbs edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Goranboy rayonunda yaşayan Kəlbəcər sakinləri Elbəyi Zamanov, Şahlar Əhmədov və Rafail Məhərrəmovun icazə əsasında girişin mümkün olduğu Xocalı rayonunun inzibati ərazisinə gizli şəkildə keçdikləri müəyyən edilib. Onların Xocalıda olan 11 rəst sahibsiz atı eyni qaydada gizli şəkildə Goranboy istiqamətinə apardıqları məlum olub.

    Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə həmin şəxslər saxlanılıblar və barələrində inzibati protokol tərtib edilib.

    Xocalı Rayon Məhkəməsinin 2 avqust tarixli qərarı ilə onların hər birinə 8 sutka inzibati həbs cəzası verilib. Bundan başqa, oxşar əmələ görə Loğman Əhmədov adlı şəxs də 150 manat cərimə edilib.

  • США доставили оружие нового поколения собственного производства в Армению

    По данным глобального сервиса отслеживания полетов Flightradar, 2 и 3 августа с военных баз США в Румынии и на Ближнем Востоке в армянский аэропорт “Звартноц” вылетели 2 военных самолета.

    Как стало известно Caliber.Az из надежных источников, в аэропорт “Звартноц” на военно-грузовых самолетах Boeing C-17, принадлежащих Вооруженным силам США, наряду с военным грузом был доставлен и личный состав.

    В соответствии с секретной частью подписанного 5 апреля в Брюсселе документа, предусматривающей военное сотрудничество, для ВС Армении было доставлено оружие нового поколения производства США – снайперские винтовки, приборы ночного видения, специальные средства связи, бронежилеты для армянского спецназа, ударные мини-дроны, малогабаритные мины, применяемые в армии США, и другие боеприпасы.

    “Стало известно, что ранее США провели для армянского спецназа учения по применению этих боеприпасов, после чего армянская сторона предприняла военную провокацию против подразделений азербайджанской армии на кельбаджарском направлении с целью проверки оружия в реальных условиях.

    Затем, как отмечено выше, военно-грузовыми самолетами США было доставлено большое количество оружия и боеприпасов в Армению. Также сообщается, что это оружие адаптировано к местному рельефу и военным условиям. При этом были использованы собранные миссией ЕС разведывательные данные о позициях азербайджанской армии.

    Caliber.Az также стало известно, что на одном из двух самолетов были доставлены специальные приборы, отслеживающие траектории ракет и других летательных аппаратов, выпускаемых с территории Ирана. При этом особенно учитывался риск возможного нападения на Израиль с территории Ирана. Привезенные устройства будут размещены на границе Армении с Ираном.

    Но это еще не все. США, естественно, не доверили эту миссию армянским военным, а доставили 30-50 человек, которые будут управлять данными устройствами. Чтобы не привлекать внимания России и Ирана к личному составу, который будет размещен на границе с Ираном, военнослужащие были тщательно отобраны – большинство из них граждане США армянского происхождения, служащие в американской армии, а также лица славянской и кавказской внешности, переехавшие в США из постсоветских стран. Личный состав оснащен формой ВС Армении и дислоцирован на военной базе ВС Армении в Зангезуре.

    Естественно, армянские медиа могут воспринять данные Caliber.Az как “дезинформацию”. Но если армянские СМИ хотят установить правду, они могут открыто направить запросы в посольство США в Армении, в пресс-службу аэропорта “Звартноц” и, конечно же, правительству своей страны и спросить о характере и цели этих загадочных полетов.

    Тот же совет мы даем послу Ирана в Армении Мехди Собхани, который ведет себя скорее как агент США, чем как посол ИРИ и чья деятельность заключается только в сокрытии реальной ситуации от своего правительства. Если бы он поинтересовался, то мог бы “увидеть” военно-грузовые самолеты США, приземлившиеся в аэропорту “Звартноц”. И даже теперь, если посол захочет, он может легко получить информацию о военных США, размещенных на границе с его страной, может даже пойти и увидеть их своими глазами. Но, наверное, послу это не интересно.

    А Caliber.Az хотел бы спросить у офиса военного атташе и посла Соединенных Штатов, что стоит за тем, как США, призывающие с одной стороны к миру, с другой стороны тайно снабжают Армению смертоносным оружием и боеприпасами? И понимают ли США, что если азербайджанские военнослужащие будут убиты с использованием этого оружия и боеприпасов, то и Вашингтон будет нести за это прямую ответственность?”, – говорится в статье.

  • ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

    “Flightradar” uçuş izləmə xidmətinin məlumatına görə, avqustun 2 və 3-də ABŞ-nin Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına iki hərbi təyyarə enib.

    Caliber.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi təyyarəsində yüklərlə birlikdə şəxsi heyət də hava limanına gətirilib.

    Aprelin 5-də Brüsseldə imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsinə uyğun olaraq, Ermənistan Silahlı Qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar – snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika, həmçinin Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları gətirilib.

    Məlum olub ki, əvvəllər ABŞ erməni xüsusi təyinatlıları üçün bu sursatların istifadəsi ilə bağlı təlimlər keçirib, bundan sonra Ermənistan tərəfi silahları real şəraitdə yoxlamaq məqsədilə Kəlbəcər istiqamətində Azərbaycan ordusunun bölmələrinə qarşı hərbi təxribat törədib.

    Daha sonra, yuxarıda qeyd edildiyi kimi, ABŞ-nin hərbi yük təyyarələri ilə Ermənistana böyük miqdarda silah və sursat çatdırılıb. Həmçinin bildirilir ki, bu silahlar yerli relyef və hərbi şəraitə uyğunlaşdırılıb. Bu zaman Aİ missiyasının Azərbaycan ordusunun mövqeləri haqqında topladığı kəşfiyyat məlumatlarından istifadə edilib.

    İki təyyarədən birində İran ərazisindən buraxılan raketlərin və digər uçuş aparatlarının trayektoriyalarını izləyən xüsusi cihazlar gətirilib. Bu zaman İran ərazisindən İsrailə mümkün hücum riski xüsusilə nəzərə alınıb. Gətirilən cihazlar Ermənistanın İranla sərhədində yerləşdiriləcək.

    Lakin bu hələ hamısı deyil. ABŞ, təbii ki, bu missiyanı erməni hərbçilərinə etibar etməyib və həmin cihazları idarə edəcək 30-50 nəfər gətirib. İranla sərhəddə yerləşdiriləcək şəxsi heyətə Rusiya və İranın diqqətini cəlb etməmək üçün hərbçilər diqqətlə seçilib – onların əksəriyyəti ABŞ ordusunda xidmət edən erməniəsilli ABŞ vətəndaşları, həmçinin postsovet ölkələrindən ABŞ-yə köçmüş slavyan və qafqaz görünüşlü şəxslərdir. Şəxsi heyət Ermənistan Silahlı Qüvvələrinin forması ilə təchiz edilib və Zəngəzurda Ermənistan Silahlı Qüvvələrinin hərbi bazasında yerləşdirilib.

  • Gəncədə köşk yanıb, xəsarət alan var

    Gəncə şəhərində ümumi sahəsi 3 m² olan taxta konstruksiyalardan ibarət köşk və içərisində həcmi 5 litr olan məişət qaz balonunun başlıq hissəsindən sızan qaz yanıb.

    FHN-nin mətbuat xidmətindən bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

    Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Sosial şəbəkə hesabında öz övladını satmaq istəyən ananın azyaşlı uşağı əlindən alınıb

    Sosial şəbəkə hesabında öz övladını satmaq üçün video paylaşım edən ana ilə bağlı tədbir görülüb.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən report-a verilən məlumata görə, komitəyə daxil olan məlumat əsasında ətraflı araşdırma başlanılıb.

    Uşağın hüquqlarının müdafiəsi məqsədilə əməli tədbirləri dərhal həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə təxirəsalınmaz tədbirlər görülüb, azyaşlının dövlətin himayəsinə alınması təmin ediib.

    Dövlət Komitəsi vətəndaşlara müraciət edərək, bu kimi halların qarşısının vaxtında alınmasına müvəffəq olmaq üçün hər kəsi ətrafında baş verən hadisələrə həssaslıqla yanaşmağa və dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırıb.

  • Sabah bəzi ərazilərdə su olmayacaq

    Avqustun 7-də Sabunçu rayonu Ramana qəsəbəsindəki şəhid ailələri və müharibə əlillərinin yaşadığı kompleksin ərazisində içməli suyun verilməsi müvəqqəti olaraq dayandırılacaq.

    Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti məlumat yayıb.

    Bildirilib ki, buna səbəb sözügedən ərazidə istismara yararsız içməli su xəttinin dəyişdirilməsidir.

    Fasilə səhər 09:00-dan axşam saat 20:00-a qədər davam edəcək.