Month: August 2024

  • Həbsdə olan azərbaycanlı bankirin oğurladığı pullar Böyük Britaniyanın büdcəsinə getdi – FOTO

    Böyük Britaniya hakimiyyəti Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya məxsus Naytsbricdəki malikanəni və Askotdakı qolf klubunu müsadirə edib.

    Bu barədə “The Guardian” yazıb.

    Qeyd olunub ki, yuxarıda qeyd olunan aktivlər Böyük Britaniyanın xeyrinə daha əvvəl əldə edilmiş razılaşma çərçivəsində müsadirə edilib və 18.5 milyon funt sterlinq (təxminən 40 milyon manat) qiymətləndirilib.

    “Dəbdəbəli mülklər Hacıyev tərəfindən Azərbaycanda dövlət bankının talanması ilə bağlı külli miqdarda dələduzluq və oğurluq, hesabatların saxtalaşdırılması və çirkli pulların yuyulması nəticəsində birbaşa əldə edilib”, – deyə Cinayətkarla Mübarizə üzrə Milli Agentliyin (NCA) məsələ ilə bağlı açıqlamasında bildirilir.

  • Пропавшие без вести азербайджанские военнослужащие погибли от обморожения

    В результате поисково-разыскных работ, проведенных соответствующими государственными структурами, представленными в Государственной комиссии по делам военнопленных, заложников и пропавших без вести граждан, 3 июля 2024 года на территории пастбища Юзбулаг в поселке Истису Кельбаджарского района были обнаружены останки двух военнослужащих азербайджанской армии.

    Об этом говорится в совместном сообщении Службы государственной безопасности (СГБ), Генеральной прокуратуры АР и Государственной комиссии по делам военнопленных, заложников и пропавших без вести граждан.

    “В результате экспертиз, проведенных в Объединении судебно-медицинской экспертизы и патологической анатомии Министерства здравоохранения АР и Центре генетических исследований Главного военно-медицинского управления СГБ, было установлено, что останки принадлежат солдатам азербайджанской армии – Фариду Мамедову (2003 г.р.) и Фирдовси Абдуллаеву (2003 г.р.), которые пропали без вести 3 марта 2022 года в Лачынском районе в высокогорной местности со сложным рельефом из-за внезапного изменения погодных условий.

    Кроме того, в результате проведенных комплексных следственных мероприятий, судебно-медицинских и криминалистических исследований установлено, что военнослужащие погибли от обморожения.

    О нахождении останков тел солдат было объявлено семьям пропавших военнослужащих на встрече в Государственной комиссии 5 августа 2024 года.

    В настоящее время проводятся необходимые мероприятия по захоронению солдат Ф.Мамедова и Ф.Абдуллаева совместно с соответствующими государственными органами. О времени и месте похорон общественность будет проинформирована дополнительно”, – отмечается в совместном заявлении.

  • İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapıldı – FOTO

    Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində Azərbaycan Ordusunun iki hərbçisinə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb”.

    Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumatında bildirilib.

    “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik Araşdırmalar Mərkəzində həyata keçirilmiş ekspertizalar nəticəsində qalıqların 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun əsgərləri – 23.05.2003-cü il təvəllüdlü Fərid Əjdər oğlu Məmmədov və 09.02.2003-cü il təvəllüdlü Firdovsi Mais oğlu Abdullayevə aid olduğu müəyyən edilib.

    Həyata keçirilmiş kompleks istintaq tədbirləri, məhkəmə-tibb və kriminalistik tədqiqatlarla müəyyən edilib ki, həmin əsgərlər 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olmasından istiqaməti itirərək itkin düşmüşlər, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölmüşlər.

    Əsgərlərin nəşlərinin tapılması 5 avqust 2024-cü ildə Dövlət Komissiyasında keçirilmiş görüşdə itkin hərbçilərin ailələrinə elan edilib.

    Hazırda aidiyyəti dövlət qurumları ilə birlikdə əsgər Fərid Məmmədov və əsgər Firdovsi Abdullayevin dəfni ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Dəfn mərasimlərinin vaxtı və yeri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə məlumatda bildirilib.

  • Оборонные проекты Британии оказались под угрозой

    Закрытие завода американского предприятия по производству полупроводников Coherent в Великобритании может поставить под угрозу британские оборонные проекты, передает Median.Az со ссылкой на газету The Telegraph.

    “Конфиденциальные британские военные проекты могут быть сорваны из-за угрозы закрытия одного из последних оставшихся в стране заводов по производству микрочипов”, – говорится в статье.

    Предприятие может закрыться из-за прекращения сотрудничества с Apple. В отчетности Coherent указано, что утрата контрактов на поставку технологий ставит под сомнение ее жизнеспособность. В данный момент компания рассматривает варианты по внедрению в производство новых технологий или продаже бизнеса.

    В число важных клиентов Coherent входит итальянская машиностроительная группа Leonardo, занимающаяся производством в королевстве радарных систем, электронных боевых устройств и вертолетов. Завод также поставлял чипы для истребителей Typhoon и других британских военных проектов.

    В случае закрытия завода, подчеркивает издание, Leonardo будет вынуждена искать поставщиков в других странах, а производственный потенциал Великобритании в полупроводниковой сфере сократится.

  • Britaniyanın məxfi hərbi layihələri təhlükə altındadır

    ABŞ-nin yarımkeçirici istehsalçısı “Coherent”in Böyük Britaniyadakı zavodunun bağlanması ölkənin müdafiə layihələrinə təhlükə yarada bilər.

    Bu barədə “The Telegraph” qəzeti məlumat yayıb

    Qeyd olunur ki, Böyük Britaniyanın məxfi hərbi layihələri ölkədə qalan son mikroçip fabriklərindən birinin bağlanması təhlükəsi ilə bağlı təxirə salına bilər.

    Şirkət “Apple” ilə əməkdaşlığa son qoyduğu üçün bağlana bilər. “Coherent”in hesabatında bildirilir ki, texnologiya müqavilələrinin itirilməsi onun işini sual altına alır. Hazırda şirkət istehsalata yeni texnologiyaların tətbiqi və ya biznesin satışı variantlarını nəzərdən keçirir.

    “Coherent”in mühüm müştəriləri arasında krallıqda radar sistemləri, elektron döyüş cihazları və helikopterlər istehsal edən İtaliyanın “Leonardo” mühəndislik qrupu da var. Zavod, həmçinin “Typhoon” döyüş təyyarələri və Böyük Britaniyanın digər hərbi layihələri üçün çiplər tədarük edirdi.

    Nəşr vurğulayır ki, zavod bağlanarsa, “Leonardo” tədarükçüləri başqa ölkələrdə axtarmağa məcbur olacaq və Böyük Britaniyanın yarımkeçiricilər sektorunda istehsal potensialı azalacaq.

  • İyulda 754 nəfərin diplomu tanındı

    İyul ayı üzrə müraciət edən 937 nəfərin 754-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim olunub, 183 şəxsin müraciəti isə mənfi qərarla yekunlaşıb.

    Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

    Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb edilən normativdən az olması səbəbi ilə 142, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbi ilə 17, təhsil forması səbəbi ilə 8, dövlət nümunəli olmayan diplom səbəbi ilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbi ilə 3, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 2, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbi ilə 2, ekvivalenti olmayan ixtisas səbəbi ilə 2, baza təhsili diplomu olmadan magistratura təhsili alınması səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

    Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 346, Rusiyadan 308, Ukraynadan 114, Gürcüstandan 59, Birləşmiş Krallıqdan 16, İtaliyadan 11, Macarıstandan 9, Amerika Birləşmiş Ştatlarından 7, Qazaxıstandan 7, Polşadan 6, Almaniyadan 5, Belarusdan Respublikasından 5, Çexiyadan 4, Çin Xalq Respublikasından 4, Litvadan 4, Niderland Krallığından 4, Pakistandan 4, Belçika Krallığından 3, Estoniyadan 3, Latviyadan 3, Fransadan 2, Koreyadan 2, Avstriyadan 1, Bolqarıstandan 1, Əfqanıstandan 1, İspaniya Krallığından 1, İsveç Krallığından 1, Kanadadan 1, Norveç Krallığından 1, Özbəkistandan 1, Qambiyadan 1, Səudiyyə Ərəbistanı Krallığından 1, Sinqapurdan 1 müraciətin olduğu müşahidə edilir.

    Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 153, biznesin idarə edilməsi üzrə 71, iqtisadiyyat üzrə 64, maliyyə üzrə 54, stomatologiya üzrə 37 müraciət qeydə alınıb.

  • “TikTok”da bu funksiya ləğv edildi – Avropa Birliyi qaydalarına tabe olacaq

    Avropa İttifaqı üzv ölkələrdə “TikTok”un mükafatlandırma proqramını ləğv etməyi öhdəsinə götürüb.

    Bu barədə Avropa İttifaqı (Aİ) Komissiyası tərəfindən rəsmi açıqlama verilib.

    Açıqlamada 22 apreldə AB-nin TikTok-a qarşı başlatdığı hüquqi prosesdə Komissiyanın ifadə etdiyi narahatlıqların aradan qaldırılması üçün öhdəlik götürüldüyü bildirilib.

    Bildirilib ki, mükafatlandırmanı ləğv etmək və bir daha analoji təcrübənin həyata keçirilməməsi hüquqi cəhətdən məcburidir.

    Bu öhdəliklərin pozulmasının qaydalara zidd olacağı və cərimə ilə nəticələnəcəyi qeyd edilib.

    Aİ bu təcrübənin uşaqlara və istifadəçilərin psixi sağlamlığına ciddi təsir göstərəcəyini ehtimal edir.

    Qeyd edək ki, ötən il qüvvəyə minən Aİ qanunu “TikTok” kimi əsas rəqəmsal platformalarda sərt qaydalar tətbiq edir.

    Aİ qaydaları pozan rəqəmsal platformalara yüksək cərimələr tətbiq edə bilər.

    Təkrar pozuntular halında, bu rəqəmsal platformaların Aİ-dəki fəaliyyətinə xitam verilə bilər.
    //azxeber.com

  • Restoranda 12 min manatdan çox pul və qızıl oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb

    İyulun 29-da paytaxtın Səbail rayonu ərazisində yerləşən restoranların birindən içərisində 12 750 manat və qızıl qolbaq olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb

    Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Vəfa Bəylərova müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti xoşagəlməz hadisə yaşanıb

    Açıq havada üzgüçülük yarışlarında iştirak edəcək idmançıların Senadakı bugünkü məşqi çaydakı suyun çirkli olması səbəbindən ləğv edilib.

    Bu, Fransa paytaxtında yaşanan 5-ci belə haldır. Daha öncə eyni səbəbdən triatlonçuların dörd məşqi ləğv edilib.

    Xatırladaq ki, açıq suda üzgüçülük yarışının avqustun 8-9-da keçirilməsi planlaşdırılır.

    Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları zamanı idmançıların qidalanmasında, qalacaq yerlə təmin edilməsində də problemlər yaranmışdı.

  • Париж-2024: победный старт Марии Стадник

    Азербайджанская спортсменка Мария Стадник (50 кг) начала выступление в соревнованиях по женской борьбе на летних Олимпийских играх в Париже.

    В 1/8 финала Стадник, одержав победу (6:2) над соперницей из Германии Анастасией Блайвас, вышла в 1/4 финала.

    Отметим, что Олимпиада завершится 11 августа.