Month: August 2024

  • В Лянкяранском районе селевые потоки снесли мост: жители 4 сёл бьют тревогу

    Обрушение моста в Лянкяранском районе вызвало ряд трудностей.

    Как передает АПА, в результате ливней паводковые воды разрушили 18-метровый мост через реку Башару в отдаленном горном селе Даштатюк.

    В результате прервалась связь с селами Резван, Ашагы Апо и Моллакеш, расположенными по ту сторону реки. По словам жителей, если мост не будет восстановлен в кратчайшее время, в сентябре будут проблемы, так как осенью река Башару переполнится и около 60 учащихся не смогут пойти в школу, которая находится на противоположной стороне.

    Кроме того, в селе находятся мечеть, кладбище, школа, магазин. Жители вынуждены каждый день переходить реку по камням, чтобы купить необходимые товары.

    Отметим, что после обрушения моста в селе Даштатюк с населением около 1 500 человек более 100 хозяйств, около 500 жителей остались по ту сторону дороги.

  • Lənkəranda sel körpünü aparıb, dörd kəndin sakinləri çətinliklə üzləşiblər

    Lənkəranda körpünün dağılması kənd sakinlərini çətin vəziyyətə salıb.

    APA-nın cənub bürosunun verdiyi məlumata görə, son yağan intensiv yağışda Lənkəran rayonunun ucqar dağ kəndi olan Daştatükdə Bəşəru çayı üzərində salınan 18 metr uzunluqda körpünü sel suları dağıdıb.

    Nəticədə kəndin bir hissəsi, eləcə də Rezvan, Aşağı Apo və Mollakeş kəndləri yolun o tayında qalıblar. Sakinlərin bu taya gediş-gəlişləri üçün çətinliklər yaranıb. Onlar deyirlər ki, əgər körpü qısa müddətdə bərpa olunmasa, sentyabr ayında acınacaqlı vəziyyət yaranacaq. Çünki payız ayında Bəşəru çayında su çoxalacaq və o tayda yaşayan 60-a yaxın şagird bu taya keçib məktəbə gedə bilməyəcək.

    Bundan başqa kəndin məscidi, qəbiristanlığı o tayda qalıb, məktəb, mağaza isə bu tayda. Sakinlər gündəlik tələbat mallarını almaq üçün hər gün daşlar üzərindən çayı keçməyə məcbur olurlar. Kənddə xəstə və ya bədbəxt bir hadisə olanda sakinlər yolsuzluğa görə daha çox əziyyət çəkirlər.

    Xanbulan kənd bələdiyyəsinin sədri Kazım Məmmədov bildirib ki, sözügedən körpü 2014-cü ildə əhalinin istifadəsinə verilib:

    “Bu il iyun ayının 26-da intensiv yağışdan sonra çaya sel gəldi və gecə saatlarında körpünü dağıtdı. Həmin günü aidiyyəti üzrə rayon icra hakimiyyəti məlumatlandırıldı və kəndə nümayəndələr gəldilər. İlkin olaraq ağır texnikalar vasitəsilə maşınların çayın içindən keçmələri üçün şərait yaradıldı. Hazırda aidiyyəti təşkilatlardan müsbət cavab gəlib və sentyabr ayına kimi körpünün bərpasını gözləyirik”.

    Qeyd edək ki, 350 təsərrüfatı, 1500-ə yaxın əhalisi olan Daştatük kəndində körpünün dağılmasından sonra 100-dən çox təsərrüfat, təqribən 500-ə yaxın sakin yolun o tərəfində qalıb.

  • ОИ‑2024: определились финалисты футбольного турнира

    Состоялся второй полуфинальный матч футбольного турнира Олимпийских игр в Париже между сборными Франции и Египта.

    Игра прошла на лионском стадионе “Групама” и завершилась победой французов в дополнительное время – 3:1 (2:0).

    На 62-й минуте забил защитник сборной Египта Махмуд Сабер. На 83-й минуте французский нападающий Жан-Филипп Матета восстановил равенство на табло.

    На 92-й минуте был удален защитник египтян Омар Файед. На 99-й минуте Матета оформил дубль. На 108-й минуте полузащитник сборной Франции Майкл Олисе поставил точку в матче.

    Таким образом, французская команда вышла в финал, где 9 августа встретится со сборной Испании, обыгравшей ранее марокканцев (2:1).

  • Paris-2024: Futbol turnirinin finalçıları müəyyənləşib

    Parisdə keçirilən Olimpiya Oyunlarının futbol turnirinin ikinci yarımfinal görüşü Fransa və Misir yığmaları arasında baş tutub.

    Liondakı “Qrupama” stadionunda keçirilən oyun əlavə vaxtda fransızların qələbəsi ilə yekunlaşıb – 3:1.

    Misir yığmasının müdafiəçisi Mahmud Saber 62-ci dəqiqədə fərqlənib. 83-cü dəqiqədə fransalı hücumçu Jan-Filip Mateta tabloda bərabərliyi bərpa edib.

    92-ci dəqiqədə misirli müdafiəçi Ömər Fayed meydandan qovulub. 99-cu dəqiqədə Mateta dubla imza atıb. 108-ci dəqiqədə Fransa millisinin yarımmüdafiəçisi Mixael Olize görüşdə son nöqtəni qoyub.

    Beləliklə, finala yüksələn Fransa yığması daha əvvəl mərakeşlilərə qalib gəlmiş (2:1) İspaniya yığması ilə avqustun 9-da turnirin qalibi adı uğrunda son matçda qarşılaşacaq.

  • Приостановлена работа ряда заправок в Товузском районе – ВИДЕО

    Инспекторы Государственного агентства по безопасному ведению работ в промышленности и горному надзору Министерства по чрезвычайным ситуациям (МЧС) провели плановую проверку на принадлежащих ООО Valeh заправочных станциях в селах Хунанлар, Абулбейли, Дюз Гырыглы, Юхары Ойсузлю, Гарибли, Чатак Пелекли и Алакол Товузского района.

    Как сообщает Median.Az со ссылкой на МЧС, в ходе проверки были выявлены нарушения, представляющие опасность для жизни и здоровья людей.

    “Было установлено, что на бензобаках, эксплуатируемых на заправочных станциях, не установлен дыхательный клапан, территория расположения баков не обеспечена молниеотводом, металлические части электрооборудования и установок не заземлены и установлены незаконно без соответствующих разрешительных документов”, – отметили в ведомстве.

    В сообщении подчеркивается, что, учитывая невозможность немедленного устранения выявленных нарушений, эксплуатация пунктов приостановлена, предпринимателю представлен акт для устранения нарушений.

    “Наряду с этим была проведена профилактическая беседа с владельцем объекта по вопросам технической безопасности, даны соответствующие рекомендации по устранению выявленных нарушений”, – заключили в МЧС.

  • Tovuzun bir sıra kəndlərindəki yanacaqdoldurma məntəqələrinin istismarı dayandırılıb – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, agentliyin müfəttişləri tərəfindən Tovuz rayonunun Hunanlar, Abulbəyli, Düz Qırıqlı, Yuxarı Öysüzlü, Qəribli, Çatak Pələkli və Alakol kəndlərində yerləşən “Valeh” MMC-yə məxsus yanacaqdoldurma məntəqələrində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqələrdə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb:

    “Belə ki, yanacaqdoldurma məntəqələrində istismar olunan yanacaqsaxlama çənlərinin üzərində nəfəslik klapanının quraşdırılmadığı, çənlərin yerləşdiyi ərazinin ildırımötürücü qurğu ilə təmin olunmadığı, elektrik avadanlıqları və qurğularının metal hissələrinin torpaqlanmadığı və müvafiq icazə sənədləri olmadan qeyri-qanuni quraşdırıldığı müəyyən edilib”.

    Məlumatda qeyd edilib ki, aşkar olunan pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqələrin istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib:

    “Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyekt sahibi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib”.

  • Иран готовится к войне и обратился за помощью к России

    Иран в контексте вероятной масштабной войны против Израиля обратился к России за помощью. Он попросил предоставить современные системы противовоздушной обороны и радары.

    Об этом сообщает The Wall Street Journal со ссылкой на иранских чиновников, которые знакомы с военным планированием.

    Напомним, 5 августа секретарь Совета безопасности России Сергей Шойгу прибыл в Иран, где с ним встретились новый президент страны Масуд Пезешкиан и командующий иранских Вооруженных сил, бригадный генерал Мохаммад Багери, который возглавляет планирование военных ударов по Израилю.

    Лидер Ирана заявил о решимости углубить отношения с РФ как со своим стратегическим партнером.

    “Россия является одной из стран, которые поддержали иранский народ в трудные времена”, – заявил он.

    Пазешкиан утверждает, что “преступные действия” Израиля в Секторе Газа и убийство главы политбюро ХАМАС Исмаила Хании в Тегеране на прошлой неделе “являются наглядными примерами нарушения всех международных законов и правил”.

    “Совместные позиции Ирана и России в продвижении многополярного мира, безусловно, приведут к большей глобальной безопасности и миру”, – заявил президент Ирана.

    Шойгу отметил, что Россия “готова к полноценному сотрудничеству с Ираном по региональным вопросам”.

  • İran mümkün müharibə kontekstində kömək üçün Rusiyaya müraciət edib

    İran İsrailə qarşı mümkün genişmiqyaslı müharibə kontekstində kömək üçün Rusiyaya müraciət edib.

    “The Wall Street Journal” bu məlumatı hərbi planlama ilə tanış olan İran rəsmilərinə istinadən xəbər verir.

    Artıq məlum olduğu kimi, İranda səfərdə olmuş Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehranda bu ölkənin Prezidenti Məsud Pezeşkianla, həmçinin İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə görüşüb.

    Görüş çərçivəsində İran prezidenti Rusiya rəsmisinə bildirib ki, Tehran özünün strateji tərəfdaşı kimi Rusiya Federasiyası ilə münasibətləri dərinləşdirmək əzmindədir.

    Pezeşkian vurğulayıb ki, İsrailin Qəzza zolağındakı hərbi fəaliyyəti və Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi bütün beynəlxalq qanunların kobud şəkildə pozulmasıdır.

    Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu isə qeyd edib ki, Rusiya regional məsələlərdə İranla tam əməkdaşlığa hazırdır.

  • Париж-2024: сегодня выступят четыре азербайджанских спортсмена

    Сегодня четверо азербайджанских спортсменов выступят на ХХХIII летних Олимпийских играх, которые проходят в Париже.

    Единственная представительница Азербайджана в женской борьбе Мария Стадник проведет свой первый поединок.

    В 1/8 финала она встретится с немкой Анастасией Блайвас. Это пятая Олимпиада в карьере Стадник.

    Санан Сулейманов в рамках соревнований по греко-римской борьбе в 1/8 финала весовой категории 77 кг встретится с Айком Мнацаканяном, представляющим Болгарию.

    Обе встречи начнутся в 13:00 по бакинскому времени.

    Еще один член сборной Азербайджана по борьбе греко-римского стиля Сабах Шариати в поединке за бронзовую медаль в весовой категории до 130 кг встретится с победителем пары Амин Мирзазаде (Иран) – Сынчан Ли (Корея).

    Встречи за третье место начнутся в 20:15.

    Представляющая страну в соревнованиях по метанию молота Анна Скидан будет бороться за золото Олимпиады. В рамках квалификационного этапа атлетка заняла 6-е место среди 32 спортсменок и вышла в финал. Выступления в этом виде спорта стартуют примерно в 21:55.

    Отметим, что Олимпийские игры завершатся 11 августа. Хидаят Гейдаров (73 кг) и Зелим Коцоев (100 кг) стали олимпийскими чемпионами. Боксер Альфонсо Домингес (92 кг), выйдя в финал, обеспечил себе как минимум серебряную медаль.

  • Paris-2024: Bu gün iki idmançımız medal uğrunda yarışacaq, ikisi isə mübarizəyə start verəcək

    Bu gün Azərbaycanın üç güləşçisi və çəkicatmadakı təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.

    Qadın güləşçilərin mübarizəsində Azərbaycanın yeganə təmsilçisi olan Mariya Stadnik ilk görüşünə çıxacaq.

    O, 1/8 finalda almaniyalı Anastasiya Blayvasla üz-üzə gələcək. Bu, Stadnikin karyerasında 5-ci olimpiadadır. İndiyə qədər iki gümüş və iki bürünc medallar qazanmış idmançımız Bakı vaxtı ilə saat 13:00-da başlayacaq 50 kq güləşçilərin B xalçasında yarışacaq

    Yunan-Roma güləşçilərinin yarışında isə Sənan Süleymanov Bolqarıstanı təmsil edən Ayk Mnatsakanyanla qarşılaşacaq. 77 kq çəki dərəcəsində qüvvəsini sınayan Süleymanov da yarışa 1/8 finaldan qoşulacaq. Sənanın da görüşü eyni vaxtlarda başlayacaq və A xalçasında baş tutacaq.

    Daha bir yunan-Roma güləşçimiz Sabah Şəriəti isə bürünc medal uğrunda görüşdə mübarizə aparacaq. 130 kq çəki dərəcəsində yer alan Şəriəti Amin Mirzəzadə (İran) – Seunqçan Li (Koreya) görüşünün qalibi ilə qarşılaşacaq. Üçüncü yer uğrunda görüşlər saat 20:15-də B xalçasında start götürəcək.

    Azərbaycan çəkicatanı Anna Skidan isə finalda rəqiblərini üstələməyə çalışacaq. Təsnifat mərhələsində 32 atlet arasında 6-cı yeri tutaraq finala vəsiqə əldə edən atletimiz medal uğrunda yarışacaq. Həlledici mərhələdə 12 idmançı çıxış edəcək. Mübarizəyə Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.