Month: August 2024

  • Правительство Азербайджана разрешило расширить хранилище отходов в “Сёюдлю”

    Azerbaijan International Mining Company Limited (AIMC), дочерняя компания производителя золота, меди и серебра в Азербайджане Anglo Asian Mining, получила разрешение правительства Азербайджана на расширение хранилища отходов в Гедабейском районе.

    Как сообщает АПА-Экономикс, об этом сказал исполнительный директор компании Рза Везири.

    По его словам, 5 августа было получено разрешение правительства Азербайджана на подъем стены дамбы. Также подтверждено, что строительство будет отвечать всем требованиям охраны труда и техники безопасности. В ближайшее время начнутся работы по наращиванию стенки дамбы хранилища отходов.

    Р.Везири также добавил, что полноценное производство планируется возобновить в течение ближайшей недели.

    Отметим, что 14 июля прошлого года постановлением премьер-министра Азербайджана Али Асадова деятельность компании на золотом руднике “Сёюдлю” была приостановлена, а также был проведен мониторинг влияния деятельности Anglo Asian Mining на окружающую среду.

    Напомним, что компания Anglo Asian Mining осуществляет добычу золота в Азербайджане в рамках соглашени, подписанного 21 августа 1997 года. Согласно контракту, доля Азербайджана составляет 51%, а британской компании – 49%.

  • Söyüdlüdə tullantı anbarının genişləndirilməsi üçün hökumətdən icazə alınıb

    Azərbaycanda qızıl, mis və gümüş istehsalçısı “Anglo Asian Mining”in törəmə şirkəti “Azerbaijan International Mining Company Limited” (“AIMC”) Gədəbəydə tullantı anbarının genişləndirilməsi üçün Azərbaycan hökumətindən icazə alıb.

    “APA-Economics” xəbər verir ki, bunu şirkətin baş icraçı direktoru Rza Vəziri deyib.

    O bildirib ki, avqustun 5-də Azərbaycan hökumətindən mövcud tullantı bəndinin divarını qaldırmaq üçün icazə alınıb. Tikintinin bütün sağlamlıq və təhlükəsizlik tələblərinə cavab verəcəyi də təsdiqlənib. Tullantı bəndinin divarının artırılması işlərinə tezliklə başlanılacaq.

    R. Vəziri onu da əlavə edib ki, təxminən bir həftə ərzində yenidən tam hasilata başlamağı planlaşdırırlar.

    Qeyd edək ki, ötən il iyulun 14-də Azərbaycanın Baş naziri Əli Əsədovun qərarı ilə şirkətin Söyüdlü qızıl mədənində fəaliyyəti müvəqqəti olaraq dayandırılıb və “Anglo Asian Mining”in fəaliyyətinin ətraf mühitə təsirinin monitorinqi aparılıb.

    Xatırladaq ki, “Anglo Asian Mining” şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir. Müqavilə üzrə Azərbaycanın payı 51 faiz, Britaniya şirkətinin payı 49 faiz təşkil edir.

  • Olimpiya qızdırması: ÜST idmançılar arasında koronovirusun tüğyan etdiyini açıqladı

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2024-cü il Paris Olimpiya Oyunlarından narahatedici xəbərlər verib.

    Oxu.az-ın “RIA Novosti”yə istinadla verdiyi məlumata görə, təşkilat yarışlar zamanı 40-dan çox idmançının COVID-19 (koronavirus) infeksiyasına yoluxduğunu xəbər verib.

    Bu barədə məlumat çərşənbə axşamı, 6 avqust tarixində açıqlanıb.

    Bildirilib ki, xəstələnən idmançılar müxtəlif ölkələri və idman növlərini təmsil edirlər.

    Ekspertlər hesab edirlər ki, bu hadisə yarışların gedişatına və yekun medal hesabına ciddi təsir göstərə bilər.

    Xatırladaq ki, iyulun sonunda Paris-2024 Yay Olimpiya Oyunlarında amerikalı üzgüçülər Devid Conston və Lyuk Uitlokun COVİD-19 testi müsbət nəticə verib. ABŞ təmsilçilərindən əvvəl isə britaniyalı üzgüçü Adam Piti, eyni növdə avstraliyalı Lani Pollister, eləcə də alman dekatlonçusu Manuel Eyteldə koronavirus aşkarlanıb. Olimpiadanın startından öncə isə beş avstraliyalı idmançı bu infeksiyaya yoluxub.

  • Həbsdə olan tanınmış MMA döyüşçüsü azadlığa çıxıb

    Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə tanınmış idmançı Vüqar Kərəmov azadlığa buraxılıb.

    “Report” xəbər verir ki, cəza müddəti başa çatan Vüqar Kərəmov saxlandığı İstintaq Təcridxanasından sərbəst buraxılıb. Onunla birgə ittiham olunan Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov və Rüfət Əsədov bir neçə gün qabaq azadlığa çıxıblar.

    Qeyd edək ki, hadisə ötən il Səbail rayonu ərazisində baş verib.

    İttihama görə, təqsirləndirilən idmançılar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Mübahisə zamanı idmançı Həsən Əzizov döyülüb.

    Cinayət işinin istintaqı Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən aparılıb. Bu il yanvarın 31-də Ruslan Əfəndiyev və onun tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barələrində həbs qətimkan tədbiri seçilib. Tofiq Musayev və Mehman Məmmədovun barələrində istintaq dövrü müddəti üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Daha sonra təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

    İstintaqın sonunda iş üzrə təqsirləndirilən Mehman Məmmədovun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

    Səbail Rayon Məhkəməsinin hökmü ilə Xəzər Rüstəmov, Rüfət Əsədov, Ruslan Əfəndiyev və Vüqar Kərəmovun hər biri 6 ay müddətinə azadlıqdan məhrum edilib. Tofiq Musayev isə 1500 manat məbləğində cərimə olunub.

  • Taksi sürücüsünə bıçaq çəkib maşınını əlindən aldılar

    Bakıda avtomobil qaçırılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, hadisə avqustun 6-da gecə saat 3 radələrində paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində baş verib. Taksi sifariş etmiş iki nəfərin sürücünü döyüb bıçaqla hədələyərək “Chevrolet” markalı avtomobilini ondan almaları və avtomobillə hadisə yerindən qaçmaları barədə polisə məlumat daxil olub.

    Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən 37 yaşlı Əli Kazımlı və 30 yaşlı Şamil Rzayev Sabunçu rayonu ərazisində avtomobillə birgə saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Прегражден доступ к источнику, где скончались четверо военнослужащих – ВИДЕО

    Прегражден доступ к известному источнику “Истису” в Лачынском районе.

    Как передает Unikal, над ним натянули металлическую сетку.

    Напомним, 31 июня были найдены тела капитана Асифа Эмналыева, прапорщика Фарида Джебраилова, военнослужащего сверхсрочной действительной военной службы сержанта Турала Самедова и сержанта Эмина Шахмарлы, которые, по предварительной версии, отравились во время купания 30 июля во внеслужебные часы в термальных водах с содержанием сероводорода.

  • Dörd hərbçimizin həlak olduğu hövzənin üzəri bağlandı – VİDEO

    Laçında məşhur “İstisu” bulağının üzərinə dəmir tor çəkilib.

    “Unikal” xəbər verir ki, bir neçə gün əvvəl dörd hərbçimiz həmin yerdə kükürd qazlı termal sularda çimərkən, ilkin ehtimala görə, zəhərlənərək həlak olub.

    Həmin yerdən görüntünü təqdim edirik:

  • Metroda telefon oğurlayan qadın saxlanıldı

    Metropolitendə Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə metronun “20 Yanvar” stansiyasında paytaxt sakininin 350 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 1995-ci il təvəllüdlü Güldanə Məmmədova saxlanılıb.

    DİN-nin mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla onun iyulun 18-də paytaxtın Nizami rayonu ərazisində 3500 manat dəyərində mobil telefon oğurlaması da müəyyən olunub.

    Araşdırma aparılır.

  • Bakıda bu rayonun İcra Hakimiyyəti ciddi tənqid olundu

    Son vaxtlarda paytaxtda sanitar-təmizlik məsələlərinin vəziyyəti ilə bağlı ən problemli ərazilərdən biri Binəqədi rayonudur.

    Rayonda santar-təmizlik məsələləri istiqamətində problemlərin aradan qaldırılması və Bakı şəhərində həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinə rayonun qoşulması ilə bağlı Binəqədi RİH-də Bakı Şəhər və Binəqədi Rayon İcra Hakimiyyətlərinin rəhbərliyi, rayonun kommunal və təsərrüfat xidmətlərinin, bələdiyyələrin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

    Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtda 5 il ərzində həyata keçirilən layihə barədə danışaraq bildirib ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində son illərdə kommunal xidmətlərin maddi-texniki bazası möhkəmlənib. Vurğulandı ki, cənab Prezidentin həyata keçirdiyi siyasət sayəsində əhalinin həyat səviyyəsi artıb və bununla əlaqədar insanlar öz şəhərlərinə daha çox qayğı ilə yanaşırlar. Nəticədə bu gün Bakı şəhərinin təmizlıyi göz oxşayır.

    Qeyd edilib ki, hazırda Binəqədi rayonunda RİH başçısı tərəfindən həyata keçirilən abadlıq və təmizliklə bağlı müsbət işlər, pozitiv dəyişikliklər müşahidə edilsə də, ümumilikdə sanitar-təmizlik məsələləri hələ də aşağı səviyyədə qalmaqdadır. Bununla əlaqədar rayon rəhbərliyi və kommunal xidmətlərin işi ciddi tənqid olunub. Rayonda müşahidə olunan problemləri nəzərə alaraq bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin Binəqədi rayonu ərazisində keçirilməsi qərara alınıb.

    Müşavirədə rayonun qəsəbə və İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrinin hesabatları dinlənilib, onlara ciddi xəbərdarlıq edilib və cavabdeh ərazidə problemlərin aradan qaldırılması ilə bağlı konkret vaxt verilib.

    Qeyd edilib ki, son illərdə kommunal sahədə həyata keçirilən tədbirlər nəticəsində paytaxtımız Bakı şəhəri çox təmiz və abad şəhərə çevrilib və bu layihə paytaxtın 8 rayonunda davam etdirilir. Yaxın günlərdə sözügedən layihənin icrasına Binəqədi rayonundada start veriləcək. Binəqədi rayonunda maarifləndirmə işlərində digər rayonlarda olduğu kimi “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri də iştirak edəcəklər.

  • Bəzi özəl orta məktəblər təhsilhaqlarını artırıb – VİDEO

    Azərbaycanda bəzi özəl orta məktəblərdə təhsilhaqları artırılıb.

    İllik ödənişlər 2-4 min manat arasında qaldırılıb.

    Bununla da illik ən ucuz təhsilhaqqı 5500 manat, ən bahalı təhsilhaqqı isə 16500 manat olub.

    Yeni tədris ilinin başlamasına 1 ay yarım qalsa da, artıq özəl məktəblərdə şagird qəbulu prosesi başlayıb.

    Təhsil ekspertlərinin sözlərinə görə, özəl təhsil müəssisələrində tədris dilinə, məktəbin yerləşdiyi əraziyə, nəqliyyat xərclərinə, dərs vəsaitlərinə, qidalanma, məşğələlər, müəllimin yerli və ya xarici olmasına və təhsil pilləsinə görə qiymətlər dəyişir.

    Dünya bazarında baş verən qiymət dəyişikliyi də özəl orta məktbələrin xəclərinə müəyyən qədər təsir edir.

    Rəsmi rəqəmlərə əsasən Azərbaycanda 34 özəl məktəb fəaliyyət göstərir. Bunlardan 13 özəl təhsil müəssisəsi illik təhsilhaqlarını artırıb.