Month: August 2024

  • “Son zəng”də “oğru aləmi”nin mahnısını oxumağa icazə verən xanım yenidən DİREKTOR OLACAQ?

    Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin keçmiş direktoru Gülsəba Abbasova Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini məhkəməyə verib.

    “Qaynarinfo” xəbər verir ki, onun iddiası işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi ilə bağlıdır.

    İddiaya Nərimanov Rayon Məhkəməsində baxılacaq. İş hakim Aytən Novruzovanın icraatındadır.

    Gülsəba Abbasova bu ilin iyulunda işdən çıxarılıb. O, “Son zəng” tədbirində şagirdlərlə birgə “oğru aləmi”nə həsr olunmuş mahnı səsləndirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra araşdırmalara başlanılıb və Gülsəba Abbasova işdən çıxarılıb.

  • Azərbaycanda lombarda borcu olanlarla bağlı VACİB AÇIQLAMA

    “Aparılan monitorinqlər göstərir ki, bir sıra hallarda lombardlar tərəfindən vətəndaşların aldadılması, bəzi hallarda yüksək faizlərin təklif olunması qeydə alınıb”.

    Median.Az xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramov bildirib.

    Onun sözlərinə görə, bir sıra hallarda lombarda öz qızılını təqdim edib kredit götürən vətəndaş sonradan kredit öhdəliyini yerinə yetirsə də, belə həmin qızı əldə etməkdə çətinlik çəkir:

    “Bununla bağlı xeyli faktlar var. Doğrudur, son illər bu istiqamətdə vəziyyətin xeyli dərəcədə yaxşılaşması müşahidə olunub. Bu da nəzarətin gücləndirilməsi ilə əlaqədardır. Eyni zamanda faizlər də kifayət qədər yüksəkdir və bəzi hallarda lombardların illik faizləri 60 faizə qədər yüksəlir. Bu da kifayət qədər yüksək faizdir.

    Bu baxımdan biz bütövlükdə həm qanunvericilikdə, həm də icrada lombardlara nəzarətin gücləndirilməsini təklif edirik. Təbii ki, lombardların lisenziyası əsasında fəaliyyət göstərməsi məqsədəuyğundur və eyni zamanda, təbii elektron qeydiyyat sistemi və nəzarətin gücləndirilməsinə ehtiyac var.

    Çünki qanunvericiliyin təkmilləşməsi kontekstində həm də nəzarətin gücləndirilməsinə ehtiyac var ki, vətəndaşlarımızın hüquqları pozulmasın. Çünki lombard xidmətindən istifadə edən vətəndaşlarımızın sayı kifayət qədər çoxdur. Bu kontekstdən bu istiqamətdə təkmilləşdirmələr vətəndaşlarımızın hüquqlarının qorunması baxımından vacib hesab olunur”.

  • Bakıda iş adamı girov götürüldü – Hadisə anının GÖRÜNTÜLƏRİ (VİDEO)

    2023-cü il martın 25-də Bakının Nəsimi rayonunda ata və oğlu girov götürülərək, onlardan hədə-qorxu ilə pul tələb olunub. Daxil olan müraciət əsasında 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Qəbələ rayon sakini 2001-ci il təvəllüdlü Şahin Quluyev və Cəlilabad rayon sakini 2000-ci il təvəllüdlü Sakit Əlişov saxlanılıblar.

    Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə başlanılan cinayət işi istintaqın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.

    Lent.az həmin cinayət işinin istintaq materiallarını əldə edib.

    İstintaqla müəyyən edilib ki, Şahin Quluyev və Sakit Əlişov kuryer kimi xidmət göstərdikləri A.Məhərrəmov küçəsi, 68 ünvanında yerləşən kafenin icarədarı Rac Abramovun pul vəsaitin ələ keçirmək məqsədilə, martın 25-i saat 23 radələrində, həmin obyektin iş vaxtının bitməsini gözləyiblər. Şahin Quluyev zirzəmidə əvvəl Rac Abramovun baş nahiyəsinə dəmir linglə, yerə yıxıldıqdan sonra isə yumruq və təpiklə zərbələr endirib. Aralarındakı rol bölgüsünə əsasən, Sakit Əlişov həmin şəxsin azyaşlı övladı Rauf Abramovun başını divara çırpıb. Bundan sonra, hər ikisinin əllərini və ayaqlarını yapışqanlı lentlə bağlayıb, onları qanunsuz azadlıqdan məhrum ediblər. Zor göstərmə hədəsi ilə zərərçəkmiş Rac Abramovdan 200 000 manat məbləğində pulu hədə-qorxu ilə tələb ediblər.

    Məhkəmə prosesində Şahin Quluyev və Sakit Əlişov ittiham üzrə özlərini qismən təqsirli biliblər.

    Şahin Quluyev

    Şahin Quluyev bildirib ki, 2023-cü ilin yanvar ayından Rac Abramova məxsus kafedə kuryer işləyib:

    “İşlədiyim müddət ərzində Racın digər işçilərlə söyüşlü zarafatlar etdiyinin şahidi olmuşam. Bir müddətdən sonra müdir mənimlə də eyni cür zarafatlar etməyə başladı. Məndən yaşca böyük olduğu üçün cavab qaytarmırdım. Rac həmişə dönərçinin yanında, kassada otururdu.

    Martın 24-də Rac orada işləyən qızla mübahisə edərək, onu işdən çıxartdı. Ümumiyyətlə müdir səbəbsiz yerə işçiləri təhqir edirdi. Ayın 25-də axşam müdirlə söhbət etmək qərarına gəldim. Sakit mənə səbirli olmağımı və əks təqdirdə işimi itirəcəyimi dedi. Dostuma Racın şit zarafalarından yorulduğumu və onunla danışacağımı, başa düşməsə isə onu vuracağımı bildirdim. Axşam zirzəmidə Racın boğazından tutan zaman, Sakit və müdirin oğlu səsimizi eşidib aşağı düşdülər. Sakitə uşağı, atasını döydüyümü görməməsi üçün, başqa otağa aparmasını dedim. Müdirin başına açarla zərbə endirdim və bundan sonra o, yerə yıxıldı. Rac səhv hərəkət etdiyini deyib, dəfələrlə məndən üzr istədi və bir daha belə zarafatlar etməyəcəyinə söz verdi. Sonra Sakitlə birlikdə onu yapışqan lentlə stula bağladıq. Səhəri gün mülki geyimdə olan polis əməkdaşları məni bölməyə apardılar”.

    Şahin Quluyev qeyd edib ki, Rac Abramovdan pul tələb etməyib. Yalnız onu döyüb. Pul əldə etmək niyyəti olmayıb. Zərərçəkmiş şəxsin söylədikləri yalandır.

    Sakit Əlişov bildirib ki, martın 24-də Şahin müdirlə problemi olduğunu, onunla birlikdə çalışa bilmədiyini və işdən çıxmaq istədiyini söyləyib. O, dostunun sözlərini çox da ciddi qəbul etməyib və ona səbirli olmasını, özünün Rac Abramovla söhbət edəcəyini deyib:

    “Bir ay əvvəl işdən çıxmışdım. Axşam saat 22 radələrində kafenin qarşısına getdim. Şahinin ürəyində problem olduğundan tez-tez halı pisləşirdi, bir az səbirsiz insan olduğu üçün müdirlə söhbət edəndə dostumun yanında olmaq istədim. Dava ola biləcəyini düşündüm. Qabaqcadan kimisə vurub, zərərsizləşdirmək barədə aramızda razılaşma olmamışdı.

    Sakit Əlişov

    Obyektə daxil olanda, heç kimin olmadığını, yalnız müdirin oğlu Raufun salonda oturduğunu gördüm. Uşaqdan atasının harada olduğunu soruşanda, azyaşlı onun işıqları söndürmək üçün zirzəmiyə düşdüyünü dedi. 4-5 dəqiqədən sonra qışqırıq səsi eşidib birlikdə aşağı qaçdıq. Nalayiq ifadələr eşidib, orada baş verənləri görməməsi üçün, uşağı pilləkənlərdə arxadan qucaqlayıb saxladım. Daha sonra Rac oğlunu çağırmağa başladı, Şahindən uşağını soruşub, onu israrla yanına gətirməsini tələb etdi. Buna görə, azyaşlını zirzəmiyə düşürüb atasına göstərdim. Sonra onu paltar dəyişmə otağına aparıb, stulda otuzdurdum, özüm isə Şahingilin yanına getdim. Rac özünü aqressiv apardığından, onun ayaqlarını yapışqan lentlə bağladım. Əlləri açıq vəziyyətdə qalmışdı. Rac onu öldürməməyimizi xahiş edib bizə pul verəcəyini söyləsə də, dostum pul üçün gəlmədiyini dedi. Aramızda maddi mənfəət barədə razılaşma yox idi. Məqsəd yalnız söhbət etmək idi.

    Rac Abramov üzr istəyərək, bir daha zarafat etməyəcəyini bildirdi, cibində və kassada olan pulları götürmələrini təklif etdi. Onu buraxmağımız üçün yalvardı. Rac Abramovu hər hansı şərt qarşılığında buraxmamışıq. Hadisə ümumilikdə yarım saat çəkib”.

    Rac Abramov

    Zərərçəkmiş Rac Abramov ifadəsində göstərib ki, işçiləri ilə yaxşı davranıb. Sakit Əlişovu hadisədən 1 ay əvvəl işdən çıxarıb, Şahin Quluyev yanında 3-4 ay işləyib:

    “Söyüş söyməyim və zarafatlarımla əlaqədar Şahinlə aramızda heç vaxt mübahisə olmayıb. Hadisə günü iş vaxtı bitdikdən sonra Şahin mənə adam gözlədiyini dedi və bu səbəbdən obyektdə qaldı. Həmişəki kimi zirzəmiyə düşəndə, başıma 2 dəfə zərbə endirildiyini hiss etdi. Sonra Şahin məni yerə yıxaraq, boğmağa başladı. Bir az güc toplayaraq, oğlumu çağırmağa başladım. Bir qədər sonra Sakit övladımı ağzı bağlı şəkildə içəri gətirdi. Şahin məni stula bağlayaraq, 200 000 manat pul tələb etməyə başladı. Üzərimdə 2-3000 manat olduğunu, əgər buraxsalar, sabah onlara 20 000 manat verəcəyimi, qalan pulu isə avtomobilimi sataraq çatdıracağımı dedim. Şahinlə Sakit mənə qarşı edəcəkləri nalayiq hərəkətləri telefona çəkəcəklərini, əgər pulu verməsəm, həmin videonu sosial şəbəkələrdə paylaşacaqlarını bildirdilər. Sakit oğlumu öldürməklə hədələyirdi, Rauf bir saata yaxın əl-qolu bağlı vəziyyətdə qalmışdı. Onlardan üzr istəyərək, bizi buraxmalarını xahiş etdim. Sonra Şahinlə Sakit məni və oğlumu azad edərək, avtomobilimə qədər yola saldılar. Evə gələndən sonra, Şahin ismarış göndərdi ki, polisə şikayət etməyim, məni hədələdi. Növbəti gün Şahinə zəng edərək, pulun hazır olduğunu və saat 11-də iş yerinə gəlməsini dedim. Görüşə gələn Şahin Quluyev polis əməkdaşları tərəfindən saxlanıldı”.

    Məhkəmə hesab edib ki, Şahin Quluyev və Sakit Əlişovun əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6-cı (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs tərəfindən, iki və ya daha çox şəxsə qarşı, zərərçəkmişin həyatına zor tətbiq etməklə, silah və ya silah kimi istifadə olunan əşyalardan istifadə olunmaqla törədildikdə) və 182.3.2-ci (hədə‐qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə düzgün tövsif edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Şahin Quluyev və Sakit Əlişov 12 il müddətinə azadlıqdan məhrum olunublar.

  • ETSN rəsmisi: “COP29-da iqlim fəaliyyəti üçün bütün maraqlı tərəfləri səfərbər etmək prioritetdir”

    “Bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iqlim fəaliyyəti üçün bütün maraqlı tərəfləri tam səfərbər etmək də prioritetdir”.

    Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji Siyasət Şöbəsinin müdiri Faiq Mütəllimov deyib.

    Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin hər birinin özünəməxsus rolu var:

    “İnkişaf etmiş ölkələrin iqtisadiyyatı və sənayesi güclü olduğu üçün tarixi baxımdan daha çox istixana qazı emissiyasına səbəb olublar. Buna görə də onların iqlim dəyişikliyi ilə mübarizədə daha çox məsuliyyəti var və texnoloji yeniliklər, maliyyə dəstəyi, infrastruktur inkişafı ilə liderlik etməlidirlər. Bütün ölkələr Paris Sazişinə və COP28-də qəbul olunmuş Qlobal Baxış sənədinə uyğun olaraq, ən yüksək ambisiyaya can atmalıdırlar. İnkişaf etməkdə olan ölkələrə dəstək göstərilməli və iqlim maliyyəsi artırılmalıdır ki, bu ölkələr də öz potensiallarını tam şəkildə həyata keçirə bilsinlər”.

    F.Mütəllimov bildirib ki, inkişaf etməkdə olan ölkələr isə adətən, daha az iqtisadi resurslara malikdirlər və inkişaflarını davam etdirmək üçün enerji və infrastrukturun genişləndirilməsinə ehtiyac duyurlar:

    “Bu ölkələr iqlim dəyişikliyinə qarşı tədbirlər görmək üçün beynəlxalq maliyyə və texnoloji dəstək tələb edirlər. Həmçinin, onların adaptasiya və dayanıqlı inkişaf üçün səyləri də böyük əhəmiyyət daşıyır. İnkişaf etmiş ölkələrin bu dövlətlərə maliyyə və texnoloji köməklik göstərməsi beynəlxalq iqlim dəyişiklikləri siyasətinin vacib bir hissəsidir”.

    ETSN rəsmisi söyləyib ki, COP29-da ambisiyanın artırılması və fəaliyyətə təkan verilməsi üzərində qurulmuş iki paralel istiqamətə əsaslanan perspektiv baxış təqdim edilib və iqlim maliyyəsinin prioritet olduğu vurğulanıb:

    “Bu istiqamətlər bir-birini gücləndirir – birindəki irəliləyiş digərinə dəstək olur. Əsas mandatların və iqlim fəaliyyətinin uğurla yerinə yetirilməsi etimad, həmrəylik və inkişaf tempini artırmaq üçün vacibdir. COP29, Paris Sazişi qlobal iqlim tədbirləri və əməkdaşlığı üçün bir sınaq olacaq. Əsas diqqətin İqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinə yönəldilərək COP29-da bütün əsas və aktual məsələlərin həllinə nail olunması gözlənilir. COP29 lazımi icra və dəstək vasitələrinin təmin edilməsində, eləcə də ümumi, lakin fərqləndirilmiş məsuliyyətlər və müvafiq imkanlar prinsipinin nəzərə alınması ilə hər kəsin mümkün olan ən yüksək ambisiyaya çatmasında mühüm rol oynayacaq. Ambisiyanın artırılması Paris Sazişinin məqsəd, hədəf və prinsiplərinə uyğun olaraq 1,5°C hədəfinə nail olmaq üçün aydın planların hazırlanmasını tələb edir”.

    F.Mütəllimov COP29-un fəaliyyət gündəliyindəki 14 təşəbbüsdən də danışıb:

    “İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu mədən (qazıntı) yanacağı istehsal edən ölkələrin və şirkətlərin könüllü ianələri sayəsində iqlim dəyişmələrinin təsirinin azaldılması, adaptasiya, eləcə də tədqiqat və inkişaf məsələləri üzrə dövlət və özəl sektorları stimullaşdıracaq. Həmçinin, yüksəkgüzəştli şərtlər və qrantlar əsasında maliyyələşdirməni təmin edəcək. İqlim maliyyəsi, investisiya və ticarət dialoqu üzrə Bakı Təşəbbüsü – “BICFIT Dialoqu” iqlim maliyyəsi, investisiya və ticarət əlaqələrinə diqqəti artırmaqdan ötrü beynəlxalq ictimaiyyət üçün əməkdaşlıq mühitinin və uzunmüddətli dialoq platformasının yaradılmasıdır. Peşə və bacarıqlar üçün “Ədalətli keçid” İnvestisiya Tərəfdaşlığı (JTIP) milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrdə, Milli Adaptasiya Planları, Uzunmüddətli Aşağı Emissiyalı İnkişaf Strategiyalarında bacarıqların inkişafının Çoxtərəfli İnkişaf Banklarının mövcud maliyyə alətləri ilə inteqrasiyası əsasında yaranan maliyyə tələblərini əlaqələndirmək üçün əməkdaşlıq platformasının yaradılması, o cümlədən digər maliyyə mənbələri ilə əlaqələrin və sinerjilərin yaradılması imkanının müəyyən edilməsini nəzərdə tutur.

    Yaşıl enerji üzrə öhdəliklər təşəbbüsü yaşıl enerji dəhlizləri, zonalar və şəbəkələrinə dair öhdəliyi ehtiva edir. Həmçinin, yaşıl enerjinin saxlanılması üzrə öhdəliklər isə 2030-cu ilə qədər 2022-ci ildə olan səviyyəni altı dəfə artırmaq, 2030-cu ilə qədər 1500 giqavata çatdırmaq üçün qlobal hədəflərlə davamlılığı və səmərəliliyi artırmağı hədəfləyən enerji təchizatını qlobal enerji sistemlərinin təməl daşlarından birinə çevirməkdir”.

    O qeyd edib ki, təşəbbüslərdən biri də təmiz hidrogendir:

    “Burada rəhbər prinsiplər və prioritetlərin müəyyən edilməsi və tənzimləyici, texnoloji, maliyyə və standartlaşdırma problemlərinin həlli yolu ilə aşağı emissiyalı hidrogenin qəbulu üzrə qlobal bazar potensialını müəyyən etmək üçün həm dövlət, həm də özəl sektor tərəfindən fəaliyyətin həyata keçirilməsi öhdəliyi və onun icra yolları nəzərdə tutulur. Həmçinin, COP Atəşkəs çağırışı iqlim münaqişələrinin qarşılıqlı əlaqəsi istiqamətində COP29 sülhü, dialoqu və barışığı daha geniş şəkildə təbliğ etmək və iqlimlə bağlı fəaliyyət üçün bütün siyasi diqqəti və diplomatik səyləri səfərbər etmək məqsədi daşıyır. Yaşıl Dünya naminə Rəqəmsal Fəaliyyət Yolu rəqəmsallaşma və İKT sektorunda istixana qazları emissiyalarının azaldılması və Nazirlər Bəyannaməsi vasitəsilə yaşıl keçidin sürətləndirilməsi, İqlimə Dayanıqlı Gələcək üçün insan kapitalına, sağlamlığa və iş yerlərinə investisiya qoyuluşu isə xüsusilə uşaqlar və gənclər üçün təhsil, peşə, sağlamlıq və rifah sahəsinə investisiyaların qoyulması və bu sahələr üzrə sinerjinin gücləndirilməsi məqsədi daşıyır. İqlim Dayanıqlılığı üçün HARMONİYA: Fermerlərin, kəndlərin və kənd icmalarının gücləndirilməsidir”.

    ETSN rəsmisi bildirib ki, Su və İqlim üzrə Bakı Dialoqu: İqlim dəyişmələri və su sistemi üzrə fəaliyyətin gücləndirilməsi təşəbbüsü Dialoq Qlobal Adaptasiya Hədəfi əsasında su ilə bağlı iqlim dəyişmələrinə uyğunlaşma istiqamətində birgə işləmək üçün hökumətləri, BMT təşkilatlarını, akademik dairələri və özəl sektoru bir yerə gətirəcək:

    “Davamlı, İqlimə Dayanıqlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Tərəfdaşlığı (MAP) şəhərlərdə çoxsahəli milli fəaliyyətlərin gücləndirilməsi və qlobal şəhər iqlimi maliyyəsinin, iqlim və şəhərin inkişafı və dayanıqlılığına dair qlobal uyğunluğun genişləndirilməsi üçün daha güclü tərəfdaşlıqların təbliğ edilməsidir. On üçüncü öhdəlik turizm üzrə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üçün Qlobal Tərəfdaşlıq (GPECAT) qlobal turizm siyasətinin formalaşmasında paradiqma dəyişikliyini inkişaf etdirməklə turizm vasitəsilə artan qlobal emissiya tendensiyasını azaltmağı hədəfləyir. Üzvi Tullantıların Azaldılması (ROW) üçün Tərəfdaşlıq: Metanın azaldılması və torpağın zənginləşdirilməsi təşəbbüsündə isə tərəfdaşlığın məqsədi tullantı sektorundan metan emissiyalarını azaltmaq, eyni zamanda qida tullantıları, davamlı urbanizasiya, torpağın idarəedilməsi və zənginləşdirilməsi kimi qlobal problemləri həll etməkdir. Tərəfdaşlıq tullantı sektorunda 1,5°C hədəfinə uyğunlaşdırılmış Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr üzrə öhdəlikləri, artan maliyyə və investisiya, fəaliyyət barədə məlumat, innovativ tərəfdaşlıq və maraqlı tərəflərin cəlb edilməsinə çalışılacaq”.

    Şöbə müdiri vurğulayıb ki, COP29-da inkişaf etməkdə olan ölkələrin ehtiyac və prioritetlərini nəzərə alaraq, ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılması prioritet hesab edilir:

    “Bu səylər mövcud resursların tam miqyasını və potensialını əhatə etməlidir. Paris Sazişinin karbon ticarəti ilə bağlı altıncı maddəsinin işə salınması, çoxtərəfli maliyyə institutlarının və iqlim fondlarının gücləndirilməsi beynəlxalq müstəvidə imkan yaradan mühitin yaradılmasına əhəmiyyətli töhfə verəcək. Həmçinin, iqlim fəaliyyəti üçün bütün maraqlı tərəflərin tam səfərbər edilməsi də prioritetdir. Hər keçən gün milyonlarla insan üçün ziyan riskini artırır. İtki və zərərə cavab verən fondun fəaliyyətə başlaması da daxil olmaqla, bu istiqamətdə fəaliyyətlərin aktivləşdirilməsi gözlənilir. Beləliklə, maliyyə, texnologiya və bacarıqların artırılması kimi icra vasitələri və dəstək mexanizmləri yaradılacaq”.

  • Армения проигнорировала очередные учения ОДКБ (ОБНОВЛЕНО)

    Армения не примет участия в учениях Организации Договора о коллективной безопасности (ОДКБ) “Взаимодействие-2024”.

    Об этом сообщает пресс-служба организации.

    Согласно информации, командно-штабное учение с Коллективными силами оперативного реагирования (КСОР) ОДКБ “Взаимодействие-2024”, специальное учение с силами и средствами разведки “Поиск-2024” пройдут с 3 по 15 сентября в Кыргызстане.

    В учениях примут участие различные подразделения из Беларуси, Кыргызстана, Таджикистана, Казахстана, России, а также оперативные группы секретариата и Объединенного штаба ОДКБ.

    “Армянская сторона проинформировала, что участие в учениях не планирует”, – говорится в сообщении.

    Тема командно-штабного учения с КСОР ОДКБ “Взаимодействие-2024” – “Подготовка и проведение совместной операции КСОР ОДКБ по разрешению вооруженного конфликта в Центральноазиатском регионе коллективной безопасности”.

    * * * * *

    Учения Организации договора о коллективной безопасности (ОДКБ) “Кобальт-2024” под руководством Росгвардии пройдут с 14 по 16 августа в Новосибирске.

    Как передает Median.Az, об этом ТАСС сообщили в пресс-службе Росгвардии.

    “14 августа 2024 года под руководством Федеральной службы войск национальной гвардии РФ в Новосибирской области на базе учебного центра ведомства состоится торжественное открытие специального учения с органами управления и формированиями сил специального назначения коллективных сил оперативного реагирования ОДКБ “Кобальт-2024″. Завершатся учения 16 августа”, – говорится в информации.

    В мероприятии примут участие представители заинтересованных министерств и ведомств РФ, Беларуси, Казахстана, Таджикистана и Кыргызстана. Представители Армении не приедут на учения.

    Как добавили в пресс-службе, в течение трех дней участники учения будут обмениваться опытом и совершенствовать навыки взаимодействия между подразделениями сил специального назначения. Подразделения, входящие в состав коллективных сил оперативного реагирования ОДКБ, получат практические навыки совместных действий по поиску, обнаружению и уничтожению незаконных вооруженных формирований. С применением авиации и БПЛА спецназовцы отработают штурм здания и транспорта, освобождение заложников и нейтрализацию боевиков.

  • Ermənistan KTMT-nin daha bir təlimində iştirakdan imtina edib

    Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sentyabrın 3-dən 15-dək Qırğızıstanda keçiriləcək “Qarşılıqlı fəaliyyət-2024” təlimində iştirakdan imtina edib.

    Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

    “Ermənistan tərəfi təlimlərdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb”, – deyə məlumatda bildirilib.

    Qeyd edək ki, Ermənistan KTMT-nin Rusiya Qvardiyasının rəhbərliyi ilə avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək “Kobalt-2024” təlimlərində də iştirakdan imtina edib.

  • Париж-2024: число стран, завоевавших медали на Олимпийских играх, достигло 73 (СПИСОК)

    Число стран, завоевавших медали на летних Олимпийских играх в Париже (Франция), увеличилось до 73.

    Сборная Азербайджана с двумя золотыми медалями делит 22-24 места в медальном зачете.

    В тройку лидеров вошли США (21 золотая, 30 серебряных, 28 бронзовых медалей), Китай (21 золотая, 18 серебряных, 14 бронзовых медалей) и Франция (13 золотых, 16 серебряных и 19 бронзовых медалей).

    Кения завоевала свою первую золотую медаль в легкой атлетике, а Дания – в бадминтоне.

    Отметим, что Олимпийские игры завершатся 11 августа.

    Медальный зачет Олимпиады в Париже-2024

    Место Страна Золото Серебро Бронза Число медалей
    1 США 21 30 28 79
    2 Китай 21 18 14 53
    3 Франция 13 16 19 48
    4 Австралия 13 12 8 33
    5 Великобритания 12 13 17 42
    6 Южная Корея 11 8 7 26
    7 Япония 10 5 11 26
    8 Италия 9 10 6 25
    9 Нидерланды 7 5 5 17
    10 Германия 7 5 4 16
    11 Канада 5 4 8 17
    12 Новая Зеландия 3 5 1 9
    13-14 Венгрия 3 3 2 8
    Швеция 3 3 2 8
    15 Румыния 3 3 1 7
    16 Ирландия 3 0 3 6
    17 Бразилия 2 5 6 13
    18 Украина 2 2 3 7
    19 Хорватия 2 1 2 5
    20 Бельгия 2 0 3 5
    21 Гонконг 2 0 2 4
    22-24 АЗЕРБАЙДЖАН 2 0 0 2
    Филиппины 2 0 0 2
    Сербия 2 0 0 2
    25 Израиль 1 4 1 6
    26 Испания 1 3 5 9
    27 Грузия 1 2 1 4
    28 Швейцария 1 1 4 6
    29-30 Казахстан 1 1 2 4
    ЮАР 1 1 2 4
    31 Кения 1 1 1 3
    32 Дания 1 1 0 2
    33 Китайский Тайбэй 1 0 3 4
    34 Узбекистан 1 0 2 3
    35 Чехия 1 0 1 2
    36 Гватемала 1 0 1 2
    37-45 Алжир 1 0 0 1
    Аргентина 1 0 0 1
    Чили 1 0 0 1
    Доминика 1 0 0 1
    Эквадор 1 0 0 1
    Сент-Люсия 1 0 0 1
    Норвегия 1 0 0 1
    Словения 1 0 0 1
    Уганда 1 0 0 1
    46-48 Ямайка 0 2 1 3
    Мексика 0 2 1 3
    КНДР 0 2 1 3
    49 Эфиопия 0 2 0 2
    50 Греция 0 1 5 6
    51 Польша 0 1 3 4
    52-53 Косово 0 1 1 2
    Турция 0 1 1 2
    54-59 Армения 0 1 0 1
    Колумбия 0 1 0 1
    Фиджи 0 1 0 1
    Монголия 0 1 0 1
    Таиланд 0 1 0 1
    Тунис 0 1 0 1
    60-61 Индия 0 0 3 3
    Таджикистан 0 0 3 3
    62-65 Доминиканская Республика 0 0 2 2
    Литва 0 0 2 2
    Малайзия 0 0 2 2
    Молдова 0 0 2 2
    66-73 Австрия 0 0 1 1
    Кабо-Верде 0 0 1 1
    Куба 0 0 1 1
    Египет 0 0 1 1
    Гренада 0 0 1 1
    Индонезия 0 0 1 1
    Португалия 0 0 1 1
    Словакия 0 0 1 1

  • Paris-2024: Medal qazanan ölkələrin sayı 73-ə çatıb (SİYAHI)

    Paris-2024 Olimpiadasında medal qazanan ölkələrin sayı 73-ə yüksəlib.

    Azərbaycan yığması iki qızıl medalla sıralamada 22-24-cü pillələri bölüşür.

    Keniya atletika, Danimarka isə badminton yarışlarında ilk yüksəkəyarlı medalı əldə edib.

    Paris-2024 Olimpiadasında medal sıralaması

    Yer Ölkə Qızıl Gümüş Bürünc Medal sayı
    1 ABŞ 21 30 28 79
    2 Çin 21 18 14 53
    3 Fransa 13 16 19 48
    4 Avstraliya 13 12 8 33
    5 Böyük Britaniya 12 13 17 42
    6 Cənubi Koreya 11 8 7 26
    7 Yaponiya 10 5 11 26
    8 İtaliya 9 10 7 26
    9 Niderland 7 6 4 17
    10 Almaniya 7 5 4 16
    11 Kanada 5 4 8 17
    12 Yeni Zelandiya 3 5 1 9
    13-14 Macarıstan 3 3 2 8
    İsveç 3 3 2 8
    15 Rumınya 3 3 1 7
    16 İrlandiya 3 0 3 6
    17 Braziliya 2 4 5 11
    18 Ukrayna 2 2 3 7
    19 Xorvatiya 2 1 2 5
    20 Belçika 2 0 3 5
    21 Honkonq 2 0 2 4
    22-24 AZƏRBAYCAN 2 0 0 2
    Filippin 2 0 0 2
    Serbiya 2 0 0 2
    25 İsrail 1 4 1 6
    26 İspaniya 1 3 5 9
    27 Gürcüstan 1 2 1 4
    28 İsveçrə 1 1 4 6
    29-30 Qazaxıstan 1 1 2 4
    CAR 1 1 2 4
    31 Danimarka 1 1 0 2
    32 Tayvan 1 0 3 3
    33 Özbəkistan 1 0 2 3
    34-36 Çexiya 1 0 1 2
    Qvatemala 1 0 1 2
    Keniya 1 0 1 2
    37-45 Əlcəzair 1 0 0 1
    Argentina 1 0 0 1
    Çili 1 0 0 1
    Dominika 1 0 0 1
    Ekvador 1 0 0 1
    Sent-Lusiya 1 0 0 1
    Norveç 1 0 0 1
    Sloveniya 1 0 0 1
    Uqanda 1 0 0 1
    46-48 Yamayka 0 2 1 3
    Meksika 0 2 1 3
    KXDR 0 2 1 3
    49 Efiopiya 0 2 0 2
    50 Yunanıstan 0 1 4 5
    51 Polşa 0 1 3 4
    52-53 Kosova 0 1 1 2
    Türkiyə 0 1 1 2
    54-59 Ermənistan 0 1 0 1
    Kolumbiya 0 1 0 1
    Fici 0 1 0 1
    Monqolustan 0 1 0 1
    Tailand 0 1 0 1
    Tunis 0 1 0 1
    60-61 Hindistan 0 0 3 3
    Tacikistan 0 0 3 3
    62-65 Dominikan Res. 0 0 2 2
    Litva 0 0 2 2
    Malayziya 0 0 2 2
    Moldova 0 0 2 2
    66-73 Avstriya 0 0 1 1
    Kabo-Verde 0 0 1 1
    Kuba 0 0 1 1
    Misir 0 0 1 1
    Qrenada 0 0 1 1
    İndoneziya 0 0 1 1
    Portuqaliya 0 0 1 1
    Slovakiya 0 0 1 1

  • На станции метро “Гянджлик” будет усилен режим работы

    В связи с сегодняшним матчем футбольного клуба “Карабах” в III квалификационном раунде Лиги чемпионов УЕФА будут внесены изменения в режим работы ЗАО “Бакинский метрополитен”.

    Как передает Median.Az со ссылкой на ЗАО, в преддверии матча, который начнется в 20:00 на Республиканском стадионе имени Тофика Бахрамова, в соответствии с оперативным планом в связи с массовыми мероприятиями станция “Гянджлик”, расположенная в непосредственной близости от указанной арены, будет работать в усиленном режиме.

    Учитывая интерес к матчу, а также безопасную и комфортную перевозку пассажиров, на станции будут усилены механизмы контроля. С этой целью будет составлен график дежурств и выделена дополнительная рабочая сила. Основной задачей на станции будет помощь пассажирам в определении направления, особенно после матча. Меры предосторожности будут приняты также на станциях метро “Нариман Нариманов” и “28 Мая”.

    Расписание составов будет корректироваться в течение дня в соответствии с требованиями летнего графика работы, при необходимости на линию будут выведены резервные поезда. Однако после окончания матча движение поездов будет регулироваться особым образом с учетом режима работы станции “Гянджлик”.

  • “Gənclik” metrostansiyasının iş rejimi gücləndiriləcək

    UEFA Çempionlar Liqası turnirinin III təsnifat mərhələsində “Qarabağ” Futbol Klubunun bu gün keçirəcəyi oyunla əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək.

    Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

    Bildirilib ki, Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlanacaq görüş ərəfəsində yaxınlıqda yerləşən “Gənclik” stansiyası metronun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq gücləndirilmiş iş rejimi şəraitində fəaliyyət göstərəcək.

    Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, stansiyada nəzarət mexanizmləri gücləndiriləcək. Bu məqsədlə növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq. Stansiyada sərnişinlərin səmti daha rahat müəyyən etməsi, xüsusən matçdan sonra yönləndirilməsi əsas vəzifə olacaq. Ehtiyat tədbirlər “Nərimanov” və “28 May” stansiyalarında da görüləcək.

    Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəli əsasında hərəkət edəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Lakin qarşılaşma başa çatandan sonra qatarların hərəkəti “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.