Month: August 2024

  • Qəzzanın yüksək rütbəli məmuru öldürülüb

    İsrailin ordusunun endirdiyi zərbə nəticəsində Qəzza zolağının milli iqtisadiyyat nazirinin müavini Əbdülfəttah əl-Zariya ölüb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu açıqlama ilə Fələstin anklavının media ilə əlaqələr şöbəsi çıxış edib.

    “Əbdülfəttah əz-Zariya düşmən təyyarələrinin birbaşa endirdiyi zərbə nəticəsində həlak olub”, – deyə idarənin rəsmi “Telegram” kanalında yayımlanan bəyanatda qeyd olunub.

    Fələstinin HƏMAS hərəkatına bağlı “Quds” portalı bunun Qəzza zolağının mərkəzi hissəsində, Deyr əl-Bələh şəhərində baş verdiyini bildirib.

  • Азербайджанский певец оплатил парковку, но все равно получил штраф

    Азербайджанский певец Эльвин Абдуллаев получил штраф.

    Cоответствующую публикацию исполнитель разместил на своей странице в соцсети Instagram.

    Утверждается, что он неправильно припарковал машину.

    Э.Абдуллаев сообщил, что его оштрафовали на 60 манатов, несмотря на то, что он оставил свой автомобиль на платной парковке и оплатил стоянку.

    “Я оплатил парковку, а потом получил штраф в размере 60 манатов? Куда мне подать жалобу?” – отмечается в сообщении.

  • Müğənni Elvin Abdullayev CƏRİMƏLƏNDİ

    Müğənni Elvin Abdullayev cərimələnib.

    Bu barədə sənətçi “Instagram” hesabında paylaşım edib.

    Belə ki, onun maşınını düzgün yerdə saxlamadığı iddia edilib. O, avtomobilini ödənişli dayanacaqda saxladığı və ödəniş etdiyi halda 60 manat cərimə yazıldığını bildirib.

    “Həm ödəniş etmişəm, həm də 60 manat cərimə yazılıb? Şikayətimi hara edim”, – deyə Elvin Abdullayev qeyd edib.

  • Xəzər dənizində canlıların kütləvi tələf olmasının səbəbi AÇIQLANDI – VİDEO

    Xəzər dənizində kiçik balıqlarla yanaşı böyük balıqlar da ölür. Canlıların kütləvi tələfi Xəzərin bütün hövzələrində müşahidə edilir.

    Xezerxeber.az-ın məlumatına görə, Qazaxıstanda xırda balıqların və xərçənglərin kütləvi tələf olmasından sonra aparılan araşdırma ilə müəyyən edilib ki, canlıların ölümünə dənizə zərərli maddələrin atılması səbəb olub.

    Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru Səid Səfərov bildirib ki, zəhərli maddələrin suya atılması canlıların kütləvi məhvinə səbəb ola bilər.

    Səid Səfərovun sözlərinə görə, dəniz canlılarının ölməsinin bir çox səbəbləri var. Dayaz yerlərdə temperatur həddindən artıq artdığı üçün oksigen çatışmazlığı ilə əlaqədar suda yaşayan canlılar tələf olurlar.

    Qeyd edək ki, Xəzərdə canlıların kütləvi ölümü ilə bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada elmi araşdırmalar aparılır.

    Ətraflı süjetdə:

  • Сегодня в Азербайджане отмечается День ВМФ

    5 августа в Азербайджане отмечается День Военно-морского флота (ВМФ).

    Median.Az напоминает, что Военно-морские силы страны начали формироваться после того, как англичане покинули Азербайджан в августе 1919 года. До того времени защиту западных берегов Каспия обеспечивали английские боевые корабли. А корабли Каспийского военно-морского флота были угнаны в Порт-Петровск в ходе освобождения Баку и возвращены лишь после прихода англичан в Баку в ноябре 1918 года.

    Во вновь созданном Военно-морском флоте среди высокопоставленных офицеров было только два азербайджанца – капитан морской службы Гасан Чилингарзаде, служивший на корабле “Ардахан”, и капитан 1-го ранга Гитанчизаде, служивший на корабле “Астрабад”. Поскольку в Военном министерстве не было отдела, занимавшегося вопросами флота, Каспийским ВМФ занималось Министерство транспорта.

    В конце 1919 года при Генеральном штабе был создан специальный военно-морской отдел с шестью штатными единицами. В целом в состав Азербайджанского Каспийского военно-морского флота входили две канонерские лодки “Ардахан” и “Карс”, оснащенные 75, 100 и 120-миллиметровыми пушками, служебные и вспомогательные суда “Астрабад”, “Гейтепе”, “Араз”, “Нарген”, транспортное судно “Орел”, военный пароход “Пушкин”, а также катера в необходимом количестве.

    С целью подготовки кадров для Военно-морского флота на базе Бакинского морского авиационного училища было создано Специальное военно-морское авиационное училище, а 14 октября 1919 года – подразделение морской авиации.

    Для улучшения технической оснащенности в меморандуме, представленном на Парижской мирной конференции, было сделано обращение для оказания помощи в оснащении флота подводными лодками, боеприпасами в необходимом количестве и прочими необходимыми средствами, а также подана заявка на поставку шести подлодок, боевых катеров различных видов, морского артиллерийского вооружения. В связи с падением Азербайджанской Демократической Республики в 1920 году создание сильного Военно-морского флота стало невозможным.

    Во время восстановления независимости азербайджанский парламент принял 9 октября 1991 года Закон “О Вооруженных силах Азербайджанской Республики”, в котором устанавливалась правовая основа для создания Военно-морских сил в составе ВС. Согласно договору между обретшими независимость бывшими республиками СССР (Россией, Казахстаном, Туркменистаном и Азербайджаном) как прикаспийских государств, к Азербайджану перешли все базы Каспийского ВМФ, располагавшиеся на его территории, а также 25% боевых кораблей флота.

    26 июля 1992 года на патрульном корабле “Бакилы” впервые был поднят трехцветный государственный флаг независимого Азербайджана, и страна приступила к созданию собственных Военно-морских сил. На начальном этапе в состав ВМС вошли пять дивизионов, укомплектованных кораблями различного типа, и сухопутные подразделения. Начала восстанавливаться деятельность наблюдательных постов и маяков, расположенных в Каспийском бассейне.

    С целью участия в боях за Карабах из личного состава морских и сухопутных подразделений ВМС в кратчайшие сроки был сформирован Полк морской пехоты, который был направлен 19 апреля 1994 года на фронт с целью предотвращения вражеского наступления на агдамско-тертерском направлении. 25 июля 1994 года после успешного выполнения боевой задачи полк вернулся на место дислокации.

    Согласно указу, подписанному общенациональным лидером Гейдаром Алиевым в 1996 году, каждый год 5 августа отмечается как День Военно-морских сил Азербайджана.

  • Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

    Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılıb.

    Median.Az xatırladır ki, 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil edildi. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu.

    1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun başçılıq etdiyi Azərbaycan hərbi missiyası donanma üçün xaricdən 6 birtoplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi topu, 10 sahil topu, simsiz teleqraf qurğuları və s. aldı.

    Azərbaycan Hökuməti Rusiya donanmasının admiralı, Şimal qütbünə ekspedisiyanın iştirakçısı, türk əsilli İslamovu milli donanmanın yaradılması işinə kömək göstərmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət etdi. “Astrabad”, “Qars” və “Ərdəhan” hərb gəmilərinin komandirliyi azərbaycanlı kapitanlara tapşırıldı.

    Hərbi donanmanın maddi-texniki bazasının və kadr təminatının gücləndirilməsi planları aprel işğalı nəticəsində həyata keçirilməmiş qaldı. Az sonra bolşeviklərin gəlişi ilə Azərbaycan hərbi donanması ləğv olundu.

    SSRİ dağıldıqdan sonra Azərbaycanda da hərbi-dəniz donanmasının təşkilinə şərait yarandı.

    1992-ci il aprelin 7-də Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası yaradıldı. Xəzər Hərbi Dəniz Donanmasının 25 %-i və Ali Hərbi Dənizçilik Məktəbi Azərbaycan Respublikasının ixtiyarına verildi.

    1992-ci il iyunun 26-da “Bakılı” keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırıldı.

    Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı.

    Ümummilli lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən hər il avqustun 5-i ölkədə Hərbi Donanma Günü kimi qeyd olunur.

  • İnsan-kiborq erası başlayır: “Neuralink”in ikinci uğurlu sınağı

    İnsan beyni üçün çip implantasiyası ikinci dəfə də uğurla tamamlanıb və çox yaxşı işləyir.

    Median.Az-ın TASS-a istinadla məlumatına görə, bu barədə “Neuralink” sahibi İlon Mask xəbər verib.

    “Göz dəyməsin, amma görünür ki, ikinci implantla hər şey çox yaxşı keçdi. O, çox yaxşı işləyir”, – deyə Mask vurğulayıb.

    Qeyd edək ki, insan beyninə yerləşdirilə biləcək çiplərin hazırlanması ilə məşğul olan “Neuralink” startapı 2016-cı ilin iyul ayında İlon Mask tərəfindən yaradılıb. Amerikalı milyarder hesab edir ki, bu cür neyro-interfeyslər insanın kiborqa çevrilməsinə, süni intellektə qarşı dura bilməsinə, eləcə də insanların birbaşa fikir gücü ilə kompüteri idarə etməyi öyrənməsinə kömək edəcək.

    Xatırladaq ki, yanvarın sonunda “Neuralink” ilk dəfə olaraq insan beyninə implant yerləşdirdi. Mayın ortalarında isə Mask neyrotexnoloji şirkətinin beyin implantının yerləşdirilməsi üzrə ikinci pasiyent kimi klinik sınaqda iştirak etmək üçün müraciətləri qəbul etməyə başladığını bildirib.
    //oxu.az

  • Türkiyədə meşəlik ərazidə yanğın başladı

    Türkiyədə Hatayın Antakya rayonunda meşəlik ərazidə yanğın baş verib.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

    Məlumata görə, yanğına havadan və qurudan müdaxilə edilir.

  • Bakı Oksford Məktəbi sahibindən alındı – 25 milyon manata satışa çıxarıldı

    Bakının Səbail rayonu Badamdar qəsəbəsində yerləşən məşhur Bakı Oksford Məktəbi müsadirə edilib, binası isə satışa çıxarılıb.

    Banker.az xəbər verir ki, binanın ilkin satış qiyməti 24.7 milyon manatdır.

    Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 27 avqust 2024-cü il tarixdə hərrac keçiriləcək.

    Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərraclarda sifariş və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10% həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

    Sıra sayı Əmlakın adı Əmlakın yerləşdiyi ünvan Ölçü vahidi Miqdarı Əmlakın start qiyməti (manatla) 10% beh (manatla)
    Səbail rayonu
    1 Qeyri-yaşayış binası Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 kv.m 18972.2 24703000 2470300

  • Sel Lazada körpünü uçurdu – Yollar bağlandı (VİDEO)

    Sel suları Qusarın Laza kəndində fəsadlar törədib.

    Qaynarinfo xəbər verir ki, sel nəticəsində Qusarçay üzərində körpü uçub, sakinlərin əkin və örüş sahələrinə gedən yol bağlanıb.

    Əks istiqamətdə qalan avtomobillər yaşayış məntəqəsinə qayıda bilmir.

    Daha ətraflı AZTV-nin süjetində: