Month: August 2024

  • Bakıda əyləncə mərkəzində qızları bıçaqlayan şəxslərdən xəbər var

    Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən ictimai yer hesab olunan “Rio” pub-klub əyləncə mərkəzində müştərilərə soyuq silahla hücum edən şəxslər barəsində açılan cinayət işi yenidən araşdırılacaq.

    Qaynarinfo-nun məlumatına görə, 2001-ci ildə Bakıda anadan olmuş Mehdi Məmmədov (soyad şərti) və 7 avqust 2002-ci il tarixdə Bakıda doğulan Oqtay Məmmədov 23 oktyabr 2023-cü il tarixdə, saat 04.00 radələrində “Rio”da müştərilərə hücum edərək, soyğunçuluq ediblər. Onlar həmçinin Ayşən və Kəmalə adlı qadınlara bıçaqla xəsarət yetiriblər.

    Həmin gün Kəmalə (şərti ad) adlı qadın doğum gününü rəfiqələri ilə birgə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən “Rio” adlı klubda qeyd edib. Bir müddətdən sonra Mehdi və Oqtay müştəri qismində kluba daxil olublar. Həmin şəxslər klubda masalardan birində əyləşərək spirtli içki sifariş veriblər. Saat 04.00 radələrində restoranın icarədarı Aynurə adlı qadın klubu bağlamaq istədiyini deyib. Mehdi isə mahnı sifariş verərək, oynamaq istədiyini bildirib. Bu zaman Mehdi anidən Kəmalənin əyləşdiyi masaya yaxınlaşaraq, onun və tanışı Güllünün çantasını, eləcə də eyni anda Aynurənin çatnalarını götürüb. Oqtay ilə klubdan küçəyə tərəf qaçmağa başlayıb. Mehdi Aynurəyə məxsus olan pul kisəsini Oqtaya verərək, “Oqtay qaç mən də gəlirəm” deyib. Qızlar Mehdidən çantalarını almaq istəyərkən təqsirləndirilən şəxs Oqtaya “o birisi silahı çıxart” deyib. Həmin vaxtı Mehdi əlində olan bıçağı havada oynadaraq, onlara hədə-qorxu gəlib. Daha sonra Kəmaləyə bıçaqla qol nahiyəsindən, Ayşənə sinə və qarın nahiyəsindən iki dəfə bıçaq zərbəsi endirib.

    Hər iki şəxs saxlanılıb və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmədə işə baxılaraq zərərçəkmişlərə yetirilmiş xəsarətlərin cinayət işində əhatə olunmadığı qənaətinə gəlinib.

    Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Mehdi Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4, 181.3.3 və 221.3-cü maddələri və Oqtay isə Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilib, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.

  • В российском регионе ввели режим ЧС из-за обильных осадков и паводков

    В Республике Бурятия (РФ) введен режим ЧС регионального характера в связи с обильными осадками и затоплениями.

    Как передает Median.Az, об этом сообщается в Telegram-канале местных властей. Глава региона Алексей Цыденов отметил, что администрация подготовила пункты временного размещения для жителей, проводится эвакуация.

    “С сегодняшнего дня введен режим ЧС республиканского уровня. Работа продолжится всю ночь до утра. Все необходимое сделаем, людям, которые пострадали, помощь окажем”, – сказал Цыденов.

    По его словам, в Мухоршибирском районе прорвало дамбу, от нее около шести километров до ближайшего населенного пункта – волновое воздействие не прогнозируется. На дорогах усилены патрули для оценки ситуации, при необходимости движение будет перекрыто.

    Ранее режим ЧС был введен в Заиграевском районе Бурятии, где вода подступила к нескольким населенным пунктам. Известно, что в одном из поселков смыло мост, нарушено транспортное сообщение. При этом власти отмечали, что пока невозможно приступить к восстановительным работам.

    До этого в Сети появилось видео из села Десятниково в Бурятии, где потоками воды снесло машины и уничтожило огороды. Известно, что в селе Тарбагатай смыло два пешеходных моста.

  • Rusiya vilayətində fövqəladə vəziyyət elan edildi

    Rusiya Federasiyasının Buryatiya Respublikasında güclü yağış və daşqınlar səbəbindən regional fövqəladə vəziyyət rejimi tətbiq edilib.

    Median.Az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının “Telegram” kanalında məlumat verilib.

    Rayon rəhbəri Aleksey Tsydenov qeyd edib ki, administrasiya sakinlər üçün müvəqqəti yerləşdirmə mərkəzləri hazırlayıb və təxliyə işləri aparılır.

    “Bu gündən respublika səviyyəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib. İşlər bütün gecə səhərə qədər davam edəcək. Biz lazım olan hər şeyi edəcəyik, zərər çəkən insanlara yardım göstərəcəyik”, – Tsydenov bildirib.

    Onun sözlərinə görə, Muxorşibirski rayonunda bənd uçulub. Vəziyyəti qiymətləndirmək üçün yollarda patrul xidməti gücləndirilib, zəruri hallarda nəqliyyatın hərəkəti dayandırılacaq.

  • İnsanları aldadan şirkət rəhbərləri saxlanıldı – Polisdən MÜRACİƏT – VİDEO

    Nəsimi Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının daxil olan çoxsaylı şikayət əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən Ərşad Quluyev və Sevinc Aslanova saxlanılıblar.

    Median.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Araşdırmalarla müəyyən edilib ki, bu şəxslər bir müddət əvvəl “Go Abroad” MMC adlı şirkət təsis edərək, müxtəlif vasitələrdə, o cümlədən sosial şəbəkələrdə xarici ölkələrdə yüksəkməvacibli iş elanları verməyə başlayıblar:

    “Ərşad Quluyev və Sevinc Aslanova iş üçün onlara müraciət edən şəxsləri Almaniya, Niderland, Britaniya və s. ölkələrdə iş, eləcə də viza ilə təmin edəcəklərinə dair yalan vədlər verərək 100-ə yaxın şəxsi dələduzluq yolu ilə aldadıblar. Zərərçəkənlərin hər birindən 1000-2000 manat aralığında müxtəlif məbləğlərdə pul vəsaitləri alınıb.

    Faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar”.
    Məlumatda qeyd edilib ki, Ərşad Quliyev barəsində məhkəmənin qərarı ilə istintaq müddətində həbs, Sevinc Aslanova haqqında isə alternativ qətimkan tədbiri seçilib.

    “Onlarla birlikdə dələduzluq əməllərində iştirak edən digər şəxslərin də saxlanılmaları istiqamətində tədbirlər davam etdirilir.

    “Go Abroad” MMC və bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər”, – deyə məlumatda bildirilib.//azxeber.com

  • Laçında minaya düşən şəxs Xankəndiyə aparıldı

    Laçın rayonunda mina partlaması nəticəsində yaralanan şəxs Xankəndiyə təxliyə edilib.

    Median.Az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

    “03.08.2024-cü il tarixində Laçın rayonu Kalafalıq kənd sakini, 1959-cu il təvəllüdlü şəxsin (kişi cinsli) 15:05 minaya düşməsi səbəbilə Laçın Rayon Mərkəzi Xəstəxanasına çağırış daxil olub. Dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub. Piyadaəleyhinə minaya düşmə səbəbindən sol ayağından xəsarətlər alan şəxsə ilkin zəruri tibbi yardım göstərilib və Xankəndi Şəhər Xəstəxanasına təxliyə olunub”, – məlumatda diqqətə çatdırılıb.

    Bildirilib ki, hazırda yaralının vəziyyəti stabil qiymətləndirilir.

  • Zelenski Ukrayna vətəndaşlarının Livandan təxliyə edildiyini açıqlayıb

    Ukrayna Prezidenti Volodimir Zelenski Livanın təhlükəli ərazilərindən 30 ukraynalının təxliyə edildiyini açıqlayıb.

    Median.Az xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində danışıb.

    “Hazırda dövlətimiz Yaxın Şərqdə Livanın təhlükəli bölgələrindən təxliyə işləri aparır. Baş Kəşfiyyat İdarəsi, Xarici Kəşfiyyat Xidməti və Ukrayna Xarici İşlər Nazirliyi 30 vətəndaşımızın çıxarılmasını təşkil edib, bunlar uşaqlı qadınlardır və hazırda təhlükəsiz yerdədirlər. Biz bu işi davam etdirəcəyik. Dünyanın bir yerində xalqımıza kömək etmək, onları evə gətirmək üçün nə vaxt ehtiyac olarsa, biz bunu edirik və edəcəyik”, – ölkə lideri vurğulayıb.

    Xatırladaq ki, daha əvvəl Birləşmiş Ştatlar Livanı tərk etmək istəyən imkansız vətəndaşlarını biletlə təmin etməyə hazır olduğunu bildirmişdi.

    Qeyd edək ki, son bir neçə gündə İsrail ilə Livanda fəaliyyət göstərən “Hizbullah” təşkilatı qarşılıqlı hücumlar olub. Belə ki, iyulun 27-də axşam saatlarında İsrailin nəzarətində olan Colan təpələrinin atəşə tutulması nəticəsində 12 nəfər – 10-16 yaş arası yeniyetmələr həlak olub. İsrail rəsmiləri hücumda “Hizbullah”ı suçlayıb və qrupun “bütün qırmızı xətləri keçdiyini” vurğulayıb.

  • “Avroviziya” üçün ifaçı və mahnı seçimi elan olunub

    “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) İsveçrədə keçiriləcək “Avroviziya-2025” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçiminə başlayır.

    Median.Az xəbər verir ki, seçimlərdə iştirak etmək istəyən ifaçılar mahnıları ilə birgə öz müraciətlərini sentyabr ayının 15-na qədər song@eurovision.az elektron ünvanına göndərə bilərlər.

    Müraciətin qəbul olunması üçün aşağıdakı şərtlər nəzərə alınmalıdır:

    – göndərilən mahnılar MP3 192 kbps formatında və aranjiman edilmiş olmalıdır;

    – iştirakçının qısa tərcümeyi-halı, fotoşəkli və mahnının müəllifləri haqqında məlumat təqdim edilməlidir;

    – Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır;

    – mahnı 2024-cü il sentyabrın 1-dək kommersiya məqsədilə hər hansı ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə), həmçinin, musiqi platformalarında yerləşdirilməməlidir.

    Göstərilən tələblərə cavab verməyən müraciətlər etibarlı sayılmayacaq. Kanal seçilən mahnıya dəyişiklik və əlavələr etmək hüququnu özündə saxlayır.

    Qeyd edək ki, “Avroviziya-2025” mahnı müsabiqəsi gələn il may ayında baş tutacaq.

  • В Сумгайыте мужчина ударил ножом брата

    В 10-м микрорайне города Сумгайыт произошла поножовщина.

    Как передает Median.Az, местный житель Сабит Исмайылов (1975 г.р.) на почве возникшего конфликта нанес ножевое ранение своему брату Адаляту Исмайылову (1972 г.р.).

    По данному факту проводится расследование.

  • Sumqayıtda qardaş qardaşı bıçaqladı

    Sumqayıtda qardaş qardaşı bıçaqlamaqda şübhəli bilinir.

    Median.Az məlumat verir ki, hadisə 10-cu mikrorayonda qeydə alınıb.

    Məlumata görə, şəhər sakini, 1975-ci il təvəllüdlü Sabit Məmməd oğlu İsmayılov aralarında baş vermiş münaqişə zəminində qardaşı, 1972-ci il təvəllüdlü Ədalət Məmməd oğlu İsmayılovu bıçaqlayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку похитили 20-летнюю девушку?

    В социальных сетях распространилась информация о том, что Бинагадинском районе Баку 20-летнюю девушку силой усадили в автомобиль и увезли.

    Отмечается, что случай произошел 2 августа недалеко от здания школы №99.

    Как передает Baku.ws, некоторое время назад Г.А. (2004 г.р.) покинула свой дом. По имеющимся сведениям, вчера она была обнаружена матерью и другими близкими родственниками на вышеуказанной территории, после чего ее поместили в одно из медицинских учреждений в Сабунчинском районе столицы.

    По данному факту в Бинагадинском РУП проводится расследование.