Month: August 2024

  • Bakının mərkəzində 20 yaşlı qızı maşına qoyub qaçırıblar?

    Bakının Binəqədi rayonunda 20 yaşlı gənc qızın maşına mindirilərək qaçırıldığı idda edilib.

    Bildirilib ki, hadisə dünən Binəqədi rayonu 99 nömrəli məktəbin yaxınlığında qeydə alınıb.

    Baku.ws-in məlumatına görə, 2004-cü il təvəllüdlü G.A bir müddət əvvəl yaşadığı evi tərk edib. Ötən gün isə o, anası və digər yaxın qohumları tərəfindən Binəqədi rayonu ərazisində tapılıb və Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birinə yerləşdirilib.

    Məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsində təhqiqat araşdırmaları aparılır.

  • YouTube перестал воспроизводить видео в высоком качестве во всех браузерах в РФ

    Американский видеохостинг YouTube прекратил воспроизводить видео в высоком качестве практически во всех браузерах, работающих в десктопной версии на территории России.

    Как передает Median.Az, об этом сообщает ТАСС.

    В частности, видео в высоком качестве перестали воспроизводиться в Google Chrome, Opera, Mozilla Firefox, Mi Browser (штатный браузер для Android-оболочки смартфонов Xiaomi). Браузер Safari в мобильной версии перебрасывает пользователя в приложение видеохостинга.

    Видео продолжают воспроизводиться в высоком качестве в “Яндекс браузере”, а также в десктопной версии Safari.

    Сбой в работе YouTube, начавшийся 1 августа, коснулся пользователей приложения видеохостинга на iOS и Android. Также наблюдаются сбои в работе YouTube в браузере. У пользователей нет возможности смотреть видео.

  • Rusiyada “YouTube” işləmir

    ABŞ-nin “YouTube” videohostinqi Rusiyada demək olar ki, bütün brauzerlərdə videoların yüksək keyfiyyətdə nümayişini dayandırıb.

    Median.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

    Xüsusilə, yüksək keyfiyyətli videolar “Google Chrome”, “Opera”, “Mozilla Firefox”, “Mi Browser”də göstərilmir.

    Mobil versiyada olan “Safari” brauzeri isə istifadəçini video hostinq proqramına yönləndirir.

    Qeyd edək ki, Rusiyada avqustun 1-dən başlayan “YouTube” kəsintisi getdikcə daha da genişlənir.

  • В Азербайджане в один день погибли трое малолетних детей

    В одном из частных домов, расположенных на территории Огуза, в результате несчастного случая погиб малолетний ребенок.

    Как передает Report, Мухаммед Мамедов (2022 г.р.) упал и ударился головой о стул.

    Пострадавший был госпитализирован в детскую больницу №2 имени Абульфаза Гараева города Баку.

    Согласно информации, 3 августа М.Мамедов скончался от кровотечения из носа.

    Отметим, что сегодня также были зарегистрированы еще два случая, связанных со смертью малолетних детей.

    Так, находившиеся в гостях в Ширване Айгюн Керимова и ее пятилетняя дочь З.К. погибли, упав с последнего этажа пятиэтажного здания.

    По имеющимся сведениям, другой несчастный случай произошел в Евлахе. Сообщается, что упавший с третьего этажа девятиэтажного здания трехлетний ребенок скончался от полученных травм.

  • Eyni gündə üçüncü azyaşlı ölümü: İki yaşlı körpə qanaxmadan dünyasını dəyişdi

    Oğuz rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

    “Report”un məlumatına görə, hadisə Oğuz şəhər ərazisində fərdi yaşayış evlərindən birində baş verib.

    Belə ki, 2022-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Məmmədov yaşadığı evdə yıxılaraq başı stula dəyib. Azyaşlı dərhal Bakı şəhəri Əbülfəz Qarayev adına 2 nömrəli uşaq xəstəxanasına yerləşdirilib.

    2 yaşlı M.Məmmədov bu gün burnundan açılan qanaxmadan dünyasını dəyişib.

    Qeyd edək ki, bu gün daha iki azyaşlının ölüm faktı qeydə alınıb. Belə ki, Şirvanda yerləşən beşmərtəbəli binada qonaq olan Aygün Kərimova adlı gənc ana və onun beş yaşlı qızı Z.K. binanın beşinci mərtəbəsindən yıxılaraq həyatlarını itiriblər. Digər bədbəxt hadisə isə Yevlaxda baş verib. Şəhər ərazisində yerləşən doqquz mərtəbəli binanın üçüncü mərtəbəsindən yıxılan üç yaşlı uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib.

  • Qida allergiyasının müalicəsində YENİLİK – İlk dəfə həyata keçiriləcək

    Dünyanın bir çox bölgəsində görülən fıstıq allergiyasının müalicəsi üçün ilk dəfə olaraq Avstraliyada körpələrə immun gücləndirici müalicə tətbiq olunacaq.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, fıstıqlara qarşı immun gücləndirici oral müalicə ölkədə ilkin səhiyyə xidmətinə daxil edilib.

    Avstraliyanın Milli Allergiya Ekspertizası Mərkəzi (NACE) və 5 ştatdakı 10 uşaq xəstəxanası ilə birgə hazırlanan layihə fıstıq allergiyası diaqnozu qoyulmuş və həmin xəstəxanalardan birində müalicə alan 12 aylıqdan kiçik körpələrə tətbiq ediləcək.

    Müalicə çərçivəsində körpələrə fıstıq tozunun digər qidalarla qarışdırılaraq məhdud miqdarda verilməsi və zamanla bu miqdarın artırılması planlaşdırılır.

    Bəzi körpələrdə allergik reaksiyalar kimi yan təsirlərin ola biləcəyi bildirilir. Lakin həmin əks təsirlər bu yaş qrupunda olanlarda yüngül şəkildə üzə çıxır və müalicə tələb etmir.

    Bundan əlavə, körpələrin müalicəsi tamamlandıqdan sonra ediləcək qida allergiyası testi müalicənin müvəffəqiyyətli olub olmadığını göstərəcək. 12 ay ərzində ediləcək rutin yoxlamalar isə uşağın gələcək həyat keyfiyyətinin və müalicənin uzunmüddətli nəticələrinin qiymətləndirilməsinə kömək edəcək.

    NACE-nin professorlarından Kirsten Perrett bildirib ki, fıstıq allergiyası diqanozuna Avstraliyada çox rast gəliir.

    “Bu diaqnoz qoyulan körpələrin həyati təhlükəsi olan vəziyyətlər yaşamadan məktəbdə yemək yeyə bilmələri ən böyük hədəfimizdir” – deyə professor qeyd edib.

  • Azərbaycan şahmatçısı liderlər qrupunda

    Özbəkistanın paytaxtı Daşkənddə gənclər arasında rapid və blits üzrə dünya çempionatı keçirilir.

    Median.Az xəbər verir ki, azərbaycanlı şahmatçı Ayan Allahverdiyeva rapiddə 6 turdan sonra liderlər qrupunda yer alıb.

    O, 20 yaşadək şahmatçılar arasında 4,5 xalla 3-cü pillədə qərarlaşıb. Xəzər Babazadə isə 3,5 xalla 14-cüdür. Sabah rapiddə son 3 tur baş tutacaq.

    Qeyd edək ki, yarışın sonuncu günündə şahmatçılar blitsdə üz-üzə gələcək.

  • Arvadı ola-ola evlənmək istəyən azərbaycanlının başına OYUN GƏLDİ (FOTO)

    Rusiyanın Nijni Novqorod vilayətində Azərbaycan Respublikası vətəndaşı başqa qadınla nikahda ola-ola evlənməyə cəhd edib.

    Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, 2022-ci ilin avqustunda azərbaycanlı kişi sevgilisi ilə ailə qurmaq niyyəti ilə Dzerjinsk qeydiyyat şöbəsinə ərizə verib. Eyni zamanda o, subay olması ilə bağlı dövlət qurumuna saxta arayış təqdim edib. Əslində o, 2006-cı ildən Azərbaycanda ailə qurub.

    Əcnəbi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulan cinayətdə – bilərəkdən saxta sənəddən istifadə etməkdə ittiham olunub. Bu il iyulun 30-da azərbaycanlıya 15 min rubl (təxminən 298 manat) cərimə kəsilib.

    Həmin şəxsə qarşı cinayət işinə xitam verilib.

  • Dünyada bir ilk: İnsana titan süni ürək taxılıb

    Dünyada ilk tam mexaniki süni ürək transplantasiyası ABŞ-da həyata keçirilib.

    ABŞ-ın Texas ştatında səhiyyə və texnologiya sahəsi üçün tarixi addım atılıb.

    Ürək çatışmazlığı olan xəstəyə mexaniki qapaq olmadan total süni ürək transplantasiyası aparılıb. “BiVACOR” şirkəti tərəfindən hazırlanmış maqnit texnologiyasına malik tam mexaniki ürək ilk dəfə insana implantasiya edilib.

    Titan materialdan hazırlanmış bu süni ürək sürtünmə olmadan daha uzun müddət işləmək potensialına malikdir və saatda 12 litr qan pompalaya bilir.

    Ürək, xəstəyə yeni bir ürək implantasiya edilənə qədər ehtiyat olaraq bütün bədənə qan pompalamaq üçün nəzərdə tutulmuşdur.

    Ürək transplantasiyası gözləyən xəstə süni ürək quraşdırıldıqdan sonra 8 gün sağ qala bilib, daha sonra ona ürək transplantasiyası həyata keçirilib.

    Bundan sonra sonra daha dörd xəstənin tədqiqata cəlb edilməsi planlaşdırılır.

    ABŞ Milli Sağlamlıq İnstitutu təxminən 100 min xəstənin bu texnologiyadan faydalana biləcəyini proqnozlaşdırır. Dünyada təxminən 26 milyon insan ürək çatışmazlığı ilə mübarizə aparır və yeni texnologiya bu xəstələr üçün perspektivli bir həll təklif edir.
    //lent.az

  • Bakıda evin radiatorlarını söküb oğurladılar

    Bakının Suraxanı rayonu ərazisində yerləşən evlərin birindən dəyəri min manat olan su qızdırıcısı və radiatorların oğurlanması barədə polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən İ.Abbasov müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.