Month: August 2024

  • İki Azərbaycanlı avtomobillə adam oğurladılar – Arvadından 500 min tələb etdilər

    Rusiyanın Çelyabinsk əyalətində adam oğurluğunda şübhəli bilinən iki Azərbaycan vətəndaşı tutulub. Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional

    İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

    “İyulun 29-da axşam saatlarında 27 yaşlı müttəhimlər Yemanjelinsk şəhərinin Engels küçəsində 23 yaşlı Tacikistan vətəndaşını avtomobillə qaçırıblar. Şübhəlilər onun həyat yoldaşını kişini öldürəcəkləri ilə hədələyərək 500 min rubl tələb ediblər” – məlumatda deyilir.

    Bildirilib ki, şübhəlilər qısa müddətdə saxlanılıb. Onlar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin “a” bəndi (“Oğurluq”), Rusiya Federasiyası Cinayət Məcəlləsinin 163-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi (“hədə-qorxu ilə tələb etmə”) ilə şübhəli bilinirlər.

    “Hazırda cinayəti törətmiş şəxslərə qarşı ittiham irəli sürülməsi planlaşdırılır və barələrində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir”, – İstintaq Komitəsindən bildirilib.

    Müttəhimlərin Rusiyada qalmasının qanuniliyi də yoxlanılacaq.

  • Turşəng bu xəstəliklərə çarə imiş

    El arasında quzuqulağı kimi də tanınan turşəngin insan orqanizminə saysız faydaları mövcuddur.

    Median.Az xarici mediaya istinadən turşəngin faydalarını təqdim edir:

    – C vitamini ilə zəngindir. Ağızda və diş ətində meydana gələn yaralara müsbət təsir edir

    – Bu bitkinin yarpaqları qaraciyərdə öd əmələgəlməni stimulyasiya edir, ödü durulaşdırır və xaric olmasını asanlaşdırır

    – Həmçinin ağrıkəsici, yarasağaldıcı, antitoksik, allergik, iltihabəleyhinə təsir göstərir, dəridə olan qaşınma və səpgiləri aradan qaldırır

    – Tərkibində K vitamini olduğuna görə qanaxmaya meyillik olan bəzi xəstəliklərdə, klimakterik, düz bağırsaq və ağciyər qanaxmalarında faydalıdır

    – Kalorisi az olduğu üçün pəhriz menyularında istifadə edilə bilər

    – Qəbzlik zamanı faydalıdır.
    //metbuat.az

  • 10 il vergidən yayınan “Coca-Cola”ya rekord cəza – 6 milyard dollar

    ABŞ məhkəməsi “Coca-Cola” şirkətini rekord məbləğdə – 6 milyard dollar cərimə edib. Şirkət vergidən yayınmaqda ittiham olunur.

    Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

    “Bu gün Birləşmiş Ştatların Vergi Məhkəməsi “The Coca-Cola Company” ilə Birləşmiş Ştatların Daxili Gəlir Xidməti arasında davam edən vergi işi ilə bağlı qərar çıxardı. Qərara təqribən 2,7 milyard dollarlıq öhdəlik daxildir, müvafiq faizlər də daxil olmaqla, ümumi məbləğin təqribən 6 milyard dollar olacağı gözlənilir”, deyə şirkət bildirib.

    Bu cərimə ödənilərsə, Amerika korporasiyası üçün rekord olacaq. Söhbət “Coca-Cola” şirkətinin təxminən 10 il ərzində vergidən yayınmasından gedir. İstintaq hesab edir ki, şirkət öz gəlirinin əhəmiyyətli hissəsini xarici bölmələrə köçürüb, bununla da federal vergiləri ödəməkdən yayınıb.

    Şirkət apellyasiya şikayəti vermək niyyətindədir.

  • Sena çayının çirkli olmasına görə triatlonçuların məşqləri ləğv edilib

    Triatlonçuların bu günə planlaşdırılan üzgüçülük məşqləri Sena çayında suyun keyfiyyətinin aşağı olması səbəbindən ləğv edilib.

    Bu barədə AFP agentliyi məlumat yayıb.

    Buna səbəb Parisdə güclü yağış nəticəsində çayların çirklənməsidir. Qarışıq estafetin avqustun 5-də keçirilməsi gözlənilir.

  • Dənizdə köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində vətəndaşın qayıqda baş vermiş nasazlıq səbəbindən açıq dənizdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.

    Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.

    Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində açıq dənizdə köməksiz vəziyyətdə qalan 1968-ci il təvəllüdlü Məmmədov Hafiz Mikayıl oğlunun olduğu qayıq yedəyə alınıb sahilə çıxarılaraq vətəndaş xilas edilib.

  • 20 il sonra doğulan əkizlərin bağça problemi – Ancaq birini qəbul etdilər

    “Əkiz qızlarım Mələk və Cənnət 20 il sonra dünyaya gəlib, hazırda 2 yaşları var. Əkizləri bağçaya qoymaq problemi ilə üzləşmişəm. Məcburam ki, onları bir-birindən ayırım…”

    Bu şikayətlə “Qafqazinfo”ya əkizlərin atası Elşad Qasımov müraciət edib.

    Biləsuvar sakini olan vətəndaş əkiz övladlarından yalnız birinin bağçaya qəbul edildiyini deyir: “İki azyaşlı qızımın Biləsuvar şəhər 1 saylı körpələr evi-uşaq bağçasına azyaşlı qrupuna qəbulu üçün müraciət etmişdik. Lakin bizə bağçadan bildirildi ki, yer dolu olduğu üçün əkizlərdən yalnız birinin qəbulu reallaşıb. Qəbul planı 15 nəfər olduğundan Mələk Qasımova sıralamada birinci, Cənnət isə on yeddincidir”.

    Əkizlərin valideyni onu da qeyd edib ki, uşaqların qəbulu ilə bağlı bağça tərəfindən belə bir alternativ də irəli sürülüb: “Bizə dedilər ki, Mələk bağçaya gəlsin, əgər valideynlərdən kimsə uşağını bağçaya gətirməkdən imtina edərsə, Cənnət də bağçaya gəlmək hüququna malik olacaq. Bu nə dərəcə düzgündür? Qızlar bir-birindən ayrı qalmaq istəmir, ağlayırlar. Bu indiki vaxtda olduqca çətindir. Təsəvvür edin, əkiz uşaqları ayrı saxlamaq necə mümkün olar?! Həmçinin uşaqların anası da işləyir, bağça zəruridir. Mən belə vəziyyətdə məcbur oluram ki, ya əkizləri ayırım, ya da onların heç birini bağçaya aparmayım”.

    Şikayətlə əlaqədar Şirvan-Salyan Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, əkizlərin növbəyə yazılma prosesi arasında 1 dəqiqəyə yaxın fərq olub: “Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron formada aparılır. Qaydalara uyğun olaraq valideyn bq.edu.az saytı vasitəsilə növbə yaradır. Müraciət olunan bağçada boş yer olarsa, növbə sorğuya keçir, yəni uşaq məktəbəqədər təhsil müəssisəsinə qəbul edilir.

    Proses zamanı növbənin yaradılma vaxtı (saat, dəqiqə və saniyə də nəzərə alınmaqla) əsas rol oynayır. Vətəndaşın müraciəti ilə bağlı qeyd edirik ki, onun əkiz övladlarının növbəyə yazılma prosesi arasında 1 dəqiqəyə yaxın fərq olub.

    Həmin zaman kəsiyində 20 nəfər növbəyə yazılıb. Elektron sistem daha tez yaradılmış növbələri sorğuya çevirib. Mövcud qaydaların tələblərinə uyğun olaraq növbəyə yazılmış digər valideynlərin hüquqlarının qorunması üçün vətəndaşa növbəsini gözləmək tövsiyə edilir.

    Bununla yanaşı, agentliyin məktəbəqədər təhsilin təşkili şöbəsinin əməkdaşları tərəfindən vətəndaşla əlaqə yaradılıb, onun müraciəti dinlənilib, məktəbəqədər təhsil sahəsində tətbiq edilən alternativ modellər və onların əhəmiyyəti barədə məlumat verilib. Bildirilib ki, adıçəkilən vətəndaş müraciət edərsə, övladları N. Gəncəvi adına 1 saylı, ⁠N.Nərimanov adına 6 saylı və Xırmandalı kənd 1 saylı tam orta məktəblərdə fəaliyyət göstərən icma əsaslı qruplarda məktəbəqədər təhsilə cəlb edilə bilər”.

  • Bu aviaşirkətlər İsrailə uçuşları dayandırdı

    Macarıstanın “Wizz Air” aviaşirkəti İsrail və İordaniyaya uçuşları dayandırıb.

    Bu barədə aviadaşıyıcının X hesabında bildirilib.

    Buna səbəb Yaxın Şərqdə vəziyyətin gərginləşməsi olub. Uçuşlar avqustun 4-dək yerinə yetirilməyəcək.

    Bundan başqa, KLM, “ITA Airways” və “Air India” aviaşirkətləri də İsrailə uçuşları dayandırıb.

    Xatırladaq ki, daha əvvəl “Türk Hava Yolları” İrana uçuşları ləğv etmişdi.

  • Qiyməti 10 manatdan az olan bürünc medal…

    2024-cü il Paris Yay Olimpiya Oyunlarının bürünc medalının dəyəri açıqlanıb.

    “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bürünc medalın dəyəri cəmi 4,6 dollardır (təxminən 8 manat).

    Bu rəqəmin 2028-ci ilə qədər 5,2 dollara (təxminən 9 manat), 2032-ci ilə qədər isə 6 dollara (10 manat) yüksələcəyi bildirilib.

    Qeyd edək ki, tarixdə ən çox bürünc medal qazanan idmançı 7 medalla almaniyalı üzgüçü Franziskadır.

  • General Kənan Seyidovun təyinatı təsdiqləndi

    ​Bir müddət öncə Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidovun Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə təyin edilməsi ilə bağlı məlumatlar yayılsa da, rəsmi təsdiqini tapmamışdı.

    K.Seyidovun bu gün Müdafiə Nazirliyində 2024-cü ilin birinci yarımilinin yekunlarına dair geniş tərkibli kollegiya iclasında Əlahiddə Ümumqoşun Ordu Komandanı olaraq iştirakı ilə məlumat təsdiqlənmiş olub.

    Belə ki, iclasda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidov və digər qoşun (qüvvə) növü komandanları da çıxış edərək birinci yarımilin yekunlarına dair yerinə yetirilən tədbirlər barədə ətraflı məlumat veriblər.

    Qeyd edək ki, 2014-cü ildən Əlahiddə Ümumqoşun Ordu Komandanı Kərəm Mustafayev olub.//Qafqazinfo.az

  • Zelenskinin ofisi Xalq artistimizin keçmiş arvadına Avropada qadağa qoyulmasını tələb edir

    Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak opera müğənnisi Anna Netrebkonun Avropada səhnəyə buraxılmamasını tələb edib.

    Qaynarinfo xəbər verir ki, bu barədə o, “Telegram” kanalında yazıb.

    Netrebkonun iştirak edəcəyi gözlənilən Roma Operasında Cakomo Puççini tərəfindən qarşıdan gələn Toska əsəri ilə bağlı xəbərlərə Yermak belə cavab verib. Zelenskinin ofisinin rəhbəri konserti ləğv etməyi tələb edib:

    “Rusiyalı soprano Anna Netrebko Roma operasının səhnəsinə qayıdacaq. Bu, 2012-ci ildə seçkilərdə Putinin etibarlı siması olan, 2014-cü ildə Donetskə gələrək əlində “Yeni Rusiya”nın bayrağını tutan mədəniyyət xadimidir. O, rejimin qulluqçusu idi. Və birdən Avropa səhnəsinə qayıdır. Rusiya bizim insanlarımızı öldürür, uşaqları qaçırır. İndi çox vacibdir ki, rus mədəniyyət xadimlərinin sivil dünyada pul qazanmaq imkanları olmasın və rus mədəniyyətini Avropaya və Qərbə çatdırmağa davam edə bilməsinlər. Netrebko Avropada çıxış etməməlidir. Onun və onun kimilərin indi yeganə yeri Moskvadakı operadır. Mən bütün əlaqədar şəxsləri və müttəfiqlərimizi reaksiya verməyə çağırıram”.

    Bir gün əvvəl məlum olub ki, Netrebko 2019-cu ildən bəri ilk dəfə ABŞ-da çıxış edəcək.

    Qeyd edək ki, Rusiyanın Xalq artisti Anna Netrebko Azərbaycanın Xalq artisti Yusif Eyvazov keçmiş həyat yoldaşıdır. Onlar bir müddət əvvəl boşanıblar.

    Cütlük dostluq münasibətlərini davam etdirir, birlikdə tamaşalarda səhnəyə çıxır. Onların ayrılmasından sonra gündəmə gələn mövzu isə əmlak bölgüsü olub. Rus mediası bütün mülkün Annaya qalacağını yazıb. Belə ki, cütlük nikahdan əvvəl müqavilə bağlayıb: “Vyana, Avstriya müqaviləsində qadının bütün hüquqları var. Boşandıqdan sonra bütün əmlak onun adında qalacaq”.

    “StarHit” nəşri ikilinin ayrılma səbəbini açıqlayıb. Cütlüyə yaxın mənbədən nəşrə bildirilib ki, Yusif Eyvazovla Anna Netrebkonun ayrılmasına aralarındakı uzaq məsafə səbəb olub:

    “Bu, zaman məsələsi idi, çünki onlar son vaxtlar müxtəlif ölkələrdə yaşayırlar. Yusif Eyvazov Azərbaycan Akademik Opera və Balet Teatrının direktorudur, Bakıda çox işləyir, Anna isə daim Vyanadadır. Münasibətləri sadəcə olaraq yox oldu, hər şey öz-özünə baş verdi”.

    Onu da qeyd edək ki, uzun illər əvvəl Anna uruqvaylı tenor Ervin Şrott ilə vətəndaş nikahına daxil olub. Bu münasibət 6 il davam edib. Ervindən müğənninin Tiaqo adlı bir oğlu dünyaya gəlib. Cütlüyün övladı autizm xəstəliyindən əziyyət çəkir.