Month: August 2024

  • Pirallahıda faciəli qəza: Bir nəfər həyatını itirdi

    Bu gün Pirallahı qəsəbəsində faciəli yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, Maarif Fərəcullayevin idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə Mehdi Aslanovun sükanı arxasında olduğu KIA markalı minik maşını toqquşub.

    Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası və polis əməkdaşları zərərçəkənə ilk yardım göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. Minik avtomobilinin sürücüsü, 1985-ci il təvəllüdlü Mehdi Aslanov aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.

    Faktla bağlı Pirallahı Rayon Polis İdarəsində cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.

  • Хидаят Гейдаров и Зелим Коцоев возвращаются в Азербайджан

    Объявлена дата возвращения в Азербайджан наших дзюдоистов, одержавших историческую победу на летних Олимпийских играх 2024 года в Париже.

    4 августа в 05:15 они прибудут в Международный аэропорт Гейдар Алиев.

    Отметим, что Хидаят Гейдаров (-73 кг) и Зелим Коцоев (-100 кг) завоевали олимпийское золото в соревнованиях по дзюдо.

  • Hidayət Heydərov və Zelim Kotsoyev vətənə qayıdırlar

    Paris 2024 Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanan cüdoçularımızın Azərbaycana qayıdacağı tarix bəlli olub.

    Onlar 4 avqust saat 05:15-də Heydər Əliyev Beynəlxalq Hava Limanında olacaqlar.

    Qeyd edək ki, Azərbaycan cüdoçuları Hidayət Heydərov (-73 kq.) və Zelim Kotsoyev (-100 kq.) Paris 2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıblar.

  • В Иране задержали десятки сотрудников сферы безопасности

    Более двух десятков человек задержаны в Иране в рамках расследования убийства главы политбюро радикального палестинского движения ХАМАС Исмаила Хании.

    Об этом сообщила американская газета The New York Times (NYT) со ссылкой на источники.

    По данным издания, среди задержанных оказались высокопоставленные офицеры разведки и военные чиновники. Газета отмечает, что масштаб расследования свидетельствует о шокирующем провале системы безопасности.

    Глава политбюро ХАМАС Хания был убит ночью 31 июля в Тегеране в результате ракетного удара. Палестинское движение назвало нападение вероломным и обвинило в нем “сионистов”. При этом представители израильской армии отказались взять на себя ответственность за этот инцидент.

  • İran Təhlükəsizlik Xidmətinin onlarla əməkdaşı saxlanılıb

    HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə Tehranda baş tutan sui-qəsdlə əlaqədar ölkənin təhlükəsizlik xidmətinin işçiləri də daxil olmaqla kütləvi həbslər həyata keçirilib.

    Bu barədə “The New York Times” xəbər verib.

    Bildirilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yüksək rütbəli kəşfiyyat və təhlükəsizlik zabitləri, hərbi məmurlar və İsmail Haniyənin öldürüldüyü mehmanxananın işçiləri də daxil olmaqla 20-dən çox adamı həbs edib.

    Bu, HƏMAS liderinin öldürülməsinə şərait yaradan təhlükəsizlik qaydalarının pozulmasına cavab olaraq edilib.

    Xatırladaq ki, İsmayıl Haniyə İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına raket hücumu nəticəsində öldürülüb.
    //oxu.az

  • Сегодня в Премьер-лиге Азербайджана состоятся еще две игры (АНОНС)

    Сегодня в Премьер-лиге Азербайджана состоятся еще две игры.

    Второй день I тура начнется в Баку.

    “Нефтчи” примет “Туран Товуз”. Эта встреча ознаменуется дуэлью иностранных специалистов Романа Григорчука и Курбана Бердыева.

    “Сумгайыт”, проигравший в еврокубках, выступит на своем поле. Подопечные Самира Абасова сыграют с “Кяпазом”.

    Отметим, что тур завершится завтра.

    Азербайджанская Премьер-лига

    I тур

    3 августа (суббота)

    18:30 “Нефтчи” – “Туран Товуз”

    Главный судья: Алияр Агаев

    Стадион Neftçi Arena

    20:45 “Сумгайыт” – “Кяпаз”

    Главный судья: Кямал Умудлу

    Сумгайытский городской стадион имени Мехти Гусейнзаде

  • Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək (ANONS)

    Bu gün Azərbaycan Premyer Liqasında I turun ikinci günü Bakıda başlayacaq.

    “Neftçi” “Turan Tovuz”u qəbul edəcək. Bu görüş əcnəbi mütəxəssislər Roman Qriqorçukla Kurban Berdıyevin dueli ilə əlamətdar olacaq.

    Avrokubokların uğursuzu “Sumqayıt” ev oyununa çıxacaq. Samir Abasovun yetirmələri “Kəpəz”i sınağa çəkəcəklər.

    Qeyd edək ki, tura sabah yekun vurulacaq.

    Azərbaycan Premyer Liqası

    I tur

    3 avqust (şənbə)

    18:30. “Neftçi” – “Turan Tovuz”

    Baş hakim: Əliyar Ağayev

    “Neftçi Arena”

    20:45. “Sumqayıt” – “Kəpəz”

    Baş hakim: Kamal Umudlu

    M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

  • Polis əməkdaşları tərəfindən böyük miqdarda silah-sursat aşkarlanıb

    İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması və müharibə qalıqlarının təmizlənməsi prosesi fasiləsiz davam etdirilir.

    Median.Az-ın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən verdiyi xəbərə görə, 27 iyul – 2 avqust tarixləri arasında polis əməkdaşları tərəfindən Xankəndi, Xocalı, Şuşa və Xocavənd rayonlarının ərazilərindən böyük miqdarda silah-sursat aşkarlanıb.

    “Xankəndi şəhəri ərazisindən 60 avtomat silahı, 3 pulemyot, 21 tapança, 29 tüfəng, 125 qumbara, 1 qumbaraatan, 63 alışdırıcı, 48 mərmi, 91 süngü-bıçaq, 71 rabitə vasitəsi, 34 dron bombacığı, 190 partlayıcı, 9 trotil, 17 şaşka, 34 detonator, 27 gecəgörmə cihazı, 2 dron, 2 mina, 2 partlayıcı maddə, 2 kiloqram partlayıcı, 126 kiloqram barıt, 11 fişəng, 1 stasionar radiostansiya, 3 “MUV” partladıcısı, 1 səsgücləndirici, 1 səsboğucu, 1 müşahidə kamerası, 611 patron darağı, 75 532 ədəd müxtəlifçaplı patron və digər sursatlar, Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisindən 2 ədəd qumbara, Şuşa rayonu ərazisindən 1 avtomat silahı, 7 ədəd qumbara, Xocavənd rayonu ərazisindən 6 avtomat silahı, 3 tüfəng, 36 qumbara, 6 pulemyot, 1 gecəgörmə cihazı, 1 nişangah, 5 süngü-bıçaq, 12 “UZRQM”, 25 patron darağı və 1 175 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb”, – deyə məlumatda bildirilir.

    Qeyd edək ki, İkinci Qarabağ müharibəsi 2020-ci il sentyabrın 27-də başlayıb və 44 gün davam edib. Müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, işğal altında olan torpaqları azad olunub. Hazırda bu ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, əhalinin təhlükəsiz şəkildə doğma yurdlarına qayıtması üçün zəruri tədbirlər görülür.

  • Пожар на судне снабжения в Каспийском море полностью потушен

    Благодаря непрерывным и слаженным действиям спасательных служб пожар на судне снабжения, возникший 31 июля в Каспийском море, полностью потушен.

    Об этом сообщает Median.Az со ссылкой на Министерство по чрезвычайным ситуациям (МЧС).

    Инцидент произошел примерно в 70 км от берега в открытом море на судне, предположительно принадлежащем компании Maritime Logistics Inc. В связи с инцидентом незамедлительно была начата пожарно-спасательная операция с привлечением подразделений МЧС. Напомним, что в результате происшествия никто не пострадал, экипаж был своевременно эвакуирован.

    Точные причины возгорания на данный момент устанавливаются. Ведется расследование для выяснения всех обстоятельств ЧП.

  • Xəzərdə gəmidə baş vermiş yanğın tam söndürülüb

    Həyata keçirilmiş fasiləsiz tədbirlər sayəsində Xəzər dənizindəki təchizat gəmisində baş vermiş yanğın tam söndürülüb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Xatırladaq ki, Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisindəki yanğın iyulun 31-də başlayıb. “Maritime Logistics Inc.” şirkətinə məxsus olduğu deyilən gəmidə hadisə zamanı xəsarət alanların olmadığı, heyətin təxliyə edildiyi bildirilir.