Month: August 2024

  • Поножовщина в Мингячевире: пострадали два человека

    В Мингячевире произошла поножовщина.

    2 августа около 22:00 Фариз Самедов (1984 г.р.) и Джейхун Мирзоев (1987 г.р.) в ходе возникшего между ними конфликта нанесли друг другу ранения режущими инструментами.

    В ответ на запрос сайта в шекинской региональной группе пресс-службы Министерства внутренних дел (МВД) заявили, что сотрудники полиции задержали Ф.Самедова, а Дж.Мирзоев госпитализирован.

    По данному факту назначена соответствующая экспертиза, продолжается расследование.

  • Mingəçevirdə iki nəfər kəsici alətlərlə bir-birinə xəsarət yetirib

    Mingəçevirdə bıçaqlanma olub.

    Avqustun 2-də saat 22 radələrində 1984-cü il təvəllüdlü Fariz Səmədov aralarında yaranmış mübahisə zamanı 1987-ci il təvəllüdlü Ceyhun Mirzəyevi bıçaqlayıb. C.Mirzəyev də F.Səmədovun bel nahiyəsinə kəsici alətlə xəsarət yetirib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə F.Səmədov saxlanılıb, digər şəxs isə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

  • Свет гаснет, но игра продолжается: курьезный инцидент на Олимпиаде в Париже

    Групповой этап волейбольного турнира на Олимпийских играх 2024 года в Париже ознаменовался необычным инцидентом. Во время напряженного матча между сборными США и Японии внезапно погас свет на игровой арене.

    Курьезная ситуация произошла при счете 2:1 в пользу американской команды в первой партии. Спортсмены и зрители оказались в полной темноте, что вызвало недоумение и удивление. Однако организаторы оперативно среагировали, и спустя всего две минуты проблема с освещением была устранена.

    Несмотря на неожиданную паузу, волейболисты не потеряли концентрацию и продолжили борьбу. В итоге, сборная США одержала уверенную победу над японской командой со счетом 3:1 по партиям.

  • Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti xoşagəlməz hal yaşanıb

    Fransa paytaxtında işıqlar sönüb.

    Voleybol matçı zamanı arenanın işıqları sönüb.

    Hadisə ABŞ və Yaponiyanın kişilərdən ibarət yığmaları arasında keçirilən qarşılaşmada baş verib. Hesab 2:1 olarkən, arena qaranlığa qərq olub. Amma 2 dəqiqədən sonra problem öz həllini tapıb.

    Qeyd edək ki, bundan öncə Sena çayında üzən atletlərin əksəriyyətinin halı pisləşib.Britaniya komandası qida çatışmazlığı və keyfiyyətsiz yemək səbəbindən Olimpiadaya öz aşpazını gətirib. Pedofiliyaya görə məhkum olunmuş idmançı Olimpiadaya vəsiqə əldə edib və ən mötəbər yarışların iştirakçısına çevrilib. Daha güclü yumruqları olan iki transseksual döyüşçü qadın boksçulara qarşı rinqə çıxıb.

  • В Агстафинском районе 19-летнего юношу ранили ножом

    В селе Пойлу Агстафинского района произошла поножовщина.

    Г.Мамедов (2005 г.р.) получил ножевое ранение на почве конфликта.

    Пострадавший госпитализирован в Центральную районную больницу.

    Как сообщил старший инспектор гянджинской региональной группы пресс-службы Министерства внутренних дел (МВД) Эшгин Гасымов, сотрудники полиции задержали и привлекли к следствию подозреваемого в совершении преступного деяния А.Мамедова (2005 г.р.).

    По данному факту ведется расследование.

  • Ağstafada gənc oğlan bıçaqlanıb

    Ağstafa rayonunda bıçaqlanma hadisəsi olub.

    Poylu kəndində 2005-ci il təvəllüdlü H.Məmmədov mübahisə zəminində bıçaq xəsarəti alıb.

    Yaralı Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun verdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2005-ci il təvəllüdlü A. Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

  • Rusiyada tezliklə təkcə “YouTube” deyil, “Google”, “Android” və “iOS” da bloklanacaq

    Rusiyada tezliklə təkcə “YouTube” deyil, Google, Android və iOS da bloklanacaq.

    Bunu Dövlət Dumasının deputatı Aleksey Didenko runews24 portalı ilə söhbətində bildirib.

    Deputat vurğulayıb ki, dövlət qulluqçularına və məmurlara, xüsusilə məxfi məlumatlara çıxışı olanlara çoxdan bu platformalardan istifadə etmək qadağan edilib.

    Xatırladaq ki, Kreml rusiyalılar üçün “YouTube”u tamamilə bağlamağı planlaşdırır. Bildirilib ki, bloklanma prosesi iki mərhələdə həyata keçiriləcək: oktyabr ayına qədər videohostinqin işinin yavaşladılması və sonra isə tam bloklanma. O da vurğulanır ki, qərar siyasi xarakter daşıyır və “YouTube” administrasiyasına qarşı yönəlib.

  • Названы мировые лидеры по размеру средних зарплат

    Швейцария заняла первое место в рейтинге стран с самыми высокими средними зарплатами.

    Об этом сообщает журнал Ceoworld.

    Согласно данным, в этой стране средняя зарплата в 2023 году составила 8 111 долларов. На втором месте с показателем 6 633 доллара расположился Люксембург, на третьем – США (6 455 доллара).

    При этом по размеру почасовой оплаты труда тройка лидеров выглядит иначе. Первое место занимает Исландия (54.84 доллара), второе – Люксембург (53.15 доллара) и третье – Швейцария (47.75 доллара). Это объясняется тем, что в некоторых странах количество рабочих часов меньше при более высокой ставке.

    Также стоит учитывать индекс стоимости жизни. Например, жители Швейцарии в час зарабатывают на 12% больше бельгийцев, но при этом у вторых более маленькие затраты на налоги и в целом стоимость жизни ниже почти в два раза. Получается, что в Бельгии уровень благосостояния выше, чем в Швейцарии.

  • Ən yüksək orta aylıq əməkhaqqı hansı ölkələrdə verilir? (SİYAHI)

    Ən yüksək orta əməkhaqqı verilən ölkələrin reytinqində birinci yeri İsveçrə tutub.

    Bu barədə “Finansı Mail” portalı “Ceoworld” jurnalının hesabatına istinadən məlumat verib.

    Bu ölkədə 2023-cü ildə orta aylıq əməkhaqqı 8 111 dollar (təxminən 13.8 min manat) olub. İkinci yerdə 6 633 dollarla (təxminən 11.3 min manat) Lüksemburq, üçüncü yerdə isə 6 455 dollarla (təxminən 11 min manat) ABŞ qərarlaşıb.

    Eyni zamanda, saatlıq əməkhaqqı baxımından ilk üçlük fərqli görünür. Birinci yerdə İslandiya – 54.84 dollar (93.16 manat), ikinci Lüksemburq – 53.15 dollar (90.27 manat) və üçüncü yerdə İsveçrə – 47,75 dollar (81.09 manat) qərarlaşıb. Bunun səbəbi bəzi ölkələrdə iş saatlarının sayının daha yüksək nisbətdə aşağı olmasıdır.

    Yaşayış dəyəri indeksini də nəzərə almağa dəyər. Məsələn, İsveçrə sakinləri belçikalılara nisbətən saatda 12% daha çox qazanırlar, lakin sonuncular daha az vergi xərclərinə malikdirlər və ümumiyyətlə, yaşayış minimumu demək olar ki, iki dəfə aşağıdır. Belə çıxır ki, Belçikada rifah səviyyəsi İsveçrədən yüksəkdir.
    //oxu.az

  • Qarında şişkinlik problemləri: Türkiyəli mütəxəssisdən həzmi asanlaşdıran qidalanma məsləhətləri

    “Həddindən artıq yemək, yeməkləri yaxşı çeynəmədən udmaq, lifli qidalardan həddindən çox qəbul etmək şişkinliyi artıra bilər”.

    Median.Az-ın “CNN Türk”ə istinadən xəbərinə görə, bu barədə türkiyəli qidalanma və pəhriz mütəxəssisi Çisem Gündüz danışıb.

    Gündüz şişkinliyin ümumi bir problem olduğunu və çox hava udmağın da səbəblər sırasında olduğunu qeyd edib.

    “Yediyimiz və içdiyimiz bütün qidalarla birlikdə havanı da uduruq, lakin sürətli yemək yeyən insanlar daha çox hava udduğu üçün bu, şişkinliyi daha da artıra bilir”, – deyə o əlavə edib.

    Çisem Gündüz şişkinliyin qarşısını almaq üçün qidalanma ilə bağlı bəzi məsləhətlər də verib.

    Kələm, gül kələm və paxlalılar şişkinliyə səbəb olur

    Yüksəklifli və həzmi çətin olan qidalar, brokkoli, gül kələm, kələm, turpkimilər, qoz-fındıq, paxlalılar daha çox şişkinliyə səbəb olur. Lifli qidalar əslində mədə-bağırsaq sağlamlığımız üçün vacib olsa da, həddindən artıq qəbul edilməməlidir.

    Yemək yeyərkən oturun, az və yavaş-yavaş yeyin

    Həyat tərzində dəyişiklik şişkinliyi azalda bilər. Qidalanma gündəliyi tutmaq da bu tədbirlərdən biridir. Bir neçə həftə ərzində nə yeyib-içdiyinizi və bu qidalardan sonra yaşadığınız simptomları qeyd etmək sizə və bağırsaqlarınıza yaxşı təsir etməyən qidaları tanımağa kömək edəcək. Həmçinin porsiyalara diqqət etmək və yavaş-yavaş yemək, çəngəl-qaşığı stolun üzərinə qoyub, hər loxmanı 30 dəfə çeynəməyə çalışmaq lazımdır.

    Daha kiçik çəngəldən istifadə edin

    Porsiyalar şişkinliyi azalda bilər. Adətən istehlak etdiyinizdən daha kiçik boşqab seçə və daha kiçik çəngəldən istifadə edə bilərsiniz. Bundan əlavə, telefon, kompüter və ya televizor ekranı açıq olan zaman yemək diqqətinizin ekrana cəmlənməsinə səbəb olur ki, nəticədə də fərqinə varmadan daha tez-tez və çox yemək yemiş ola bilirsiniz.

    Mütləq idman edin

    Şişkinliyin səbəblərindən biri də stres ola bilər. Müntəzəm idmanın stresin azaldılmasında effektiv olduğunu göstərən bir çox araşdırma var. Əgər müntəzəm olaraq idman etmək imkanınız yoxdursa, yeməkdən sonra 10-15 dəqiqəlik qısa gəzintilər şişkinliyin azalmasına kömək edəcək. Əgər şişkinlik problemi ilə yanaşı, çəki itirmə, mədə ağrısı, defekasiya problemləri, nəcisin qanlı olması kimi başqa əlamətlər varsa, həkimə müraciət edilməlidir.