Month: August 2024

  • Макрон: Франция показала свое настоящее лицо на открытии Олимпиады

    Президент Франции Эммануэль Макрон заявил, что республика продемонстрировала свое истинное лицо на церемонии открытия Олимпийских игр в Париже 26 июля.

    Соответствующее заявление он сделал во время визита на спортивный объект у Дома инвалидов, запись которого опубликовала пресс-служба Елисейского дворца.

    “Французы гордятся прошедшей церемонией открытия [Олимпийских игр], мы ею очень гордимся. Я считаю, что Франция продемонстрировала свое настоящее лицо. Она показала свою смелость и сделала это с присущей ей художественной свободой”, – сказал он.

    Глава государства добавил, что “возмущен и опечален” в связи с сообщениями об угрозах в адрес художественного руководителя церемонии открытия Олимпийских игр, а также артистов поставленного им шоу.

    Официальный представитель МИД России Мария Захарова в своем Telegram-канале прокомментировала заявление Макрона о церемонии открытия Олимпиады. Она процитировала слова главы французского государства, отметившего, что во время мероприятия “Франция продемонстрировала свое настоящее лицо”.

    “Многие подумали, что это нечто другое, какие-то иные части тела. Но раз Макрон настаивает, что у Франции теперь такое лицо, то ему виднее, конечно”, – написала дипломат.

    Напомним, что во время состоявшейся 26 июля церемонии открытия Игр в Париже была продемонстрирована провокационная пародия на работу Леонардо да Винчи “Тайная вечеря”. Отдельные фрагменты церемонии открытия Игр разошлись в соцсетях, а их содержание вызвали широкие дискуссии и гневные отклики. Позднее видеозапись официальной церемонии открытия была удалена с официального сайта Игр и канала Youtube.

  • Makron: “Fransa Olimpiya Oyunlarının açılışında əsl simasını göstərdi”

    Fransa Prezidenti Emmanuel Makron iyulun 26-da Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimində ölkənin əsl üzünü göstərdiyini bildirib, sənətçilərə və mərasimin bədii rəhbəri Tomas Jolliyə qarşı hücumları pisləyib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, müvafiq açıqlamanı Yelisey sarayının mətbuat xidməti yayıb.

    Makron əlavə edib ki, Olimpiya Oyunlarının açılış mərasiminin bədii rəhbərinə, eləcə də onun səhnələşdirdiyi tamaşanın artistlərinə qarşı təhdidlər barədə xəbərlər onu qəzəbləndirib və kədərləndirib.

    “Hamısına dəstəyimi bildirirəm. Sənətkarlara qarşı təhdidlərə heç nə haqq qazandırmır. Onun (Jolli) cəsarəti bir çox insana fayda gətirdi. Fransızlar Olimpiya Oyunlarının açılış mərasimi ilə fəxr edirlər, biz bununla fəxr edirik. Hesab edirəm k, Fransa özünün əsl üzünü göstərdi. O, cəsarətini nümayiş etdirərək bunu özünəməxsus bədii sərbəstliyi ilə ifadə edib”, – Makron bildirib.

  • Gənc oğlan maşında sevgilisi ilə cinsi əlaqədə oldu, bunu görən qonşu həbs edildi

    Bakının Suraxanı rayonunda 2005-ci il təvəllüdlü Əziz şəxsi münasibətlər zəminində mübahisə zamanı Elnura (adlar şərti verilib – red.) xəsarət yetirib.

    Teleqraf.com-un əldə etdiyi məlumata görə, Əziz 30 iyul 2023-cü ildə gecə saat 02:00 radələrində Elnurun “KIA Ceed” markalı avtomobilin salonunda Səmayə ilə cinsi əlaqədə olduğunu görüb.

    Əziz irad bildirəndə Elnur ona təhqiramiz cavablar verib. Elnurun “sən məni tanımırsan, buranın vəziyyətinə mən baxıram” kimi özündənrazı sözləri mübahisəyə səbəb olub. Mübahisə zamanı Elnur yumruqla onun üz nahiyəsinə zərbələr vurub.

    Əsəbiləşən Əziz Elnura üç bıçaq vurub.

    İstintaq orqanı tərəfindən Əzizin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əziz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iyulun 3-də gecə saat 02:00 radələrində dostları ilə görüşəndən sonra yaşadığı evə gedib: “Evin yaxınlığında ağ rəngli avtomobilin dayandığını gördüm. Avtomobilin içərisindən qəribə səslər gəlirdi. Əvvəlcə içəridə qızların olduğundan şübhələndim. Maşına tərəf səsləndim, qapını bağlayıb, işığı söndürdülər.

    İçəri baxdıqda bir oğlanla qızın cinsi əlaqədə olduğunu gördüm. Onları səslədim, avtomobildəki oğlan yanıma gəldi. Onunla mübahisə etməyə başladım. Oğlan istirahət etdiyini, mənim onun istirahətini pozduğunu bildirdi. Mən də ona buranın istirahət yeri olmadığını, bu ərazidə ana-bacılarımın yaşadığını və cinsi əlaqə ilə başqa yerdə məşğul olmalarını bildirdim”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, Elnur ona buranın “vəziyyətinə” baxdığını, onu tanımadığını bildirib: “Əl-ayaqları ilə bədənimin müxtəlif nahiyələrinə xəsarət yetirməyə başladı. Mən hadisə yerindən uzaqlaşdım. Evimizə yaxın yerdə qardaşımı gördüm və fikrimi dəyişdim.

    Qardaşımla həmin yerə qayıtdım, yenidən mübahisə etməyə başladıq. Elnur məni buraxdı, qardaşımın üzərinə getdi. Yumruqla onun üz nahiyəsinə xəsarət yetirdi. Qardaşımın yanında olduğum üçün mənim də üzümə yumruq zərbəsi endirdi. Zərbənin təsirindən yerə yıxıldım. Elnurla qardaşım əlbəyaxa oldular. O, əli və ayaqları ilə qardaşımın bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirdi. Bunu görəndə belimdəki bıçağı çıxararaq Elnuru vurdum”.

    Təqsirləndirilən şəxs bildirib ki, Elnura xəsarət yetirməzdən əvvəl orada olan qız araya girib:

    “Ehtiyatsızlıqdan qızın qolunu kəsdim. Elnuru qardaşımdan ayırmaq üçün ilk zərbəni onun arxa tərəfdən qolunun alt hissəsinə vurdum. Elnur məni qaldıraraq səkinin üzərinə yıxdı. Bədənimi qolları ilə tutduğu üçün sağ əlimdə saxladığım bıçaqla onun arxadan böyrək nahiyəsinə xəsarətlər yetirdim. Daha sonra Elnur məni buraxdı və qızla birlikdə oradan getdilər.

    Mən də yerə düşən telefonumu götürdüm və qardaşımı yerdən qaldıraraq onunla birlikdə yaşadığımız evə qayıtdıq.

    Təxminən iki dəqiqə sonra evdən çıxdım. Yaxınlıqda yerləşən boş həyət sahəsinə getdim və bıçağı oraya atdım. Daha sonra evə gəldim və heç nə olmamış kimi yatdım. Səhər oyandıqda Qaraçuxur qəsəbəsində yaşayan nənəmgilə yollandım. Polisin məni tutmaması üçün orada qaldım.

    Mənim niyyətim Elnurla etdiyi hərəkətə görə söhbət edib, daha sonra oradan uzaqlaşmaq olub. Məhz özümü qorumaq məqsədi ilə ona xəsarət yetirmişəm. Sonradan törətdiyim əməldən peşman olmuşam”.

    İş üzrə zərərçəkmiş Elnurun sözlərinə görə, iyulun 30-da xalası oğlu Rafiqdən avtomobilini bir neçə saatlığına götürüb, qeyri-rəsmi münasibətdə olduğu Səmayə ilə görüşmək üçün onun yaşadığı evə gedib və Səmayəni evinin yaxınlığından götürüb: “Marketdən özümüz üçün su, günəbaxan tumu və çips aldıq. Bülbülə qəsəbəsində yerləşən “Arka” adlandırdığımız yerə getdik. Səmayə ilə tez-tez burada görüşərək söhbətləşirdik.

    Səmayə ilə avtomobildə çips yeyərkən çipslər yerə dağıldı. Çipsini yığmaq üçün avtomobildən düşdüm. Avtomobilin arxa hissəsində dayanan zaman tanımadığım şəxs məni səslədi. Səmayə avtomobilin qapısını açdı, mənim yanına gəlməyimi istədi. Həmin şəxs Səmayəyə “söhbət edəcək kişi yoxdur ki, sən mənə cavab verirsən” ifadəsini işlətdi.

    Səmayə avtomobilin qapısını açaraq özünün gələcəyini dedi. Həmin şəxs orada yerləşən pilləkənlərə doğru geri çəkildi. Biz orada mübahisə etməyə başladıq. Əzizə dediyi sözə görə şillə vurdum. O, oradan uzaqlaşdı, mən yenidən maşına oturdum”.

    Zərərçəkmiş bildirib ki, təxminən beş dəqiqə sonra Əziz yanında qardaşı ilə gələrək ona yaxınlaşıb və maşının pəncərəsini döyərək onu səsləyib:

    “Əziz və qardaşı ilə əlbəyaxa olduq. Səmayə qışqıraraq Əzizin əlində bıçaq olduğunu bildirdi. Mən Səmayənin qolunda qan gördüm. Bundan sonra Əzizin qardaşını vurdum. Əziz isə arxadan bıçaqla məni vurdu. Lakin həmin an bıçaqlandığımı hiss etmədim. Bunu yalnız maşında başa düşdüm.

    Avtomobilin mühərrikini işə saldım və xəstəxanaya doğru getmək istədim. Özümü pis hiss etdim və huşumu itirdim. Bu ara avtomobil də kənara sıçrayaraq daşın üzərinə çıxdı. Daha sonra Səmayə məni avtomobildən çıxardı və yoldan keçən bir avtomobili dayandıraraq bizi təcili yardım stansiyasına aparmasını xahiş etdi.

    Həmin şəxs bizi təcili yardım stansiyasına çatdırdı. Oradan da 3 saylı Şəhər Kliniki Xəstəxanaya gətirildim”.

    Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əzizin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.

  • В Шамкире 70-летний мужчина после развода поджег свою машину

    В Шамкирском районе зафиксирован умышленный поджог транспортного средства.

    Как передает АПА, случай произошел в селе Гядимгала.

    Согласно информации, 70-летний местный житель поджег свой легковой автомобиль марки Haval. На место происшествия незамедлительно были направлены пожарные машины и личный состав местного подразделения Государственной службы пожарной охраны Министерства по чрезвычайным ситуациям (МЧС).

    По имеющимся сведениям, в ходе инцидента легковоспламеняющиеся конструкции машины полностью сгорели. Отмечается, что близлежащие постройки были защищены от огня. Возгорание было ликвидировано сотрудниками МЧС.

    Кроме того, выяснилось, что совершивший поджог мужчина ранее развелся с женой. Однако бывшая супруга – Садагат Гасанова (1956 г.р.) – после развода потребовала от него часть имущества, в связи с чем между сторонами возник конфликт. В результате мужчина поджег личный автомобиль во дворе своего дома.

    По данному факту проводится расследование.

  • Şəmkirdə arvadından boşanan kişi avtomobillini YANDIRDI

    Şəmkir minik maşını qəsdən yandırılıb.

    APA-nın məlumatına görə, hadisə rayonun Qədimqala kəndində qeydə alınıb.

    Kənd sakini olan 70 yaşlı kişi özünə məxsus “HAVAL” markalı minik avtomobilini yandırıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

    Yanğın zamanı minik avtomobilinin yanar hissələri tamamilə yanaraq külə dönüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Minik avtomobilinin yandırılmasının bəzi təfərrüatı məlum olub. Belə ki, ev sahibi 70 yaşlı Qədimqala kənd sakini arvadından boşanıb. 70 yaşlı kişinin həyat yoldaşı 1956-ci il təvəllüdlü Sədaqət Həsənova ondan pay istəyib. Bundan sonra onların arasında mübahisə düşüb. Mübahisədən sonra ev sahibi olan yaşlı kişi həyətində olan minik maşına od vuraraq yandırıb.

    Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

  • Рики Мартин поприветствовал зрителей в Баку на азербайджанском языке – ВИДЕО

    Всемирно известный певец Рики Мартин впервые выступил с концертной программой в Баку.

    На концерте, состоявшемся в курортном комплексе Sea Breeze, звезда латиноамериканской музыки поприветствовал гостей на азербайджанском языке.

    Рики Мартин обратился к зрителям со словами Salam, necəsiniz (“Здравствуйте, как дела?”), после чего продолжил свое выступление на английском языке.

    “Большое спасибо. Я очень рад здесь находиться. Думаю, что благодаря вашей энергии это будет прекрасный вечер”, – сказал он.

    В конце мероприятия исполнитель поблагодарил участников концерта на нашем языке.

  • Riki Martin Bakıdakı konsertində ana dilimizdə DANIŞDI – VİDEO

    Latın Amerikası musiqisinin dünyaca tanınmış ulduzlarından olan Riki Martin Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edib.

    Ulduz “Sea Breeze”də reallaşan gecədə azərbaycanca danışaraq dinləyiciləri salamlayıb.

    Riki “Salam, necəsiniz?” dedikdən sonra ingilis dilində çıxışına davam edib:

    “Çox sağ olun. Burada olmaqdan çox məmnunam. Düşünürəm ki, sizin enerjiniz sayəsində gözəl bir axşam olacaq. Bu gecə mənim hekayəmdir. Musiqi vasitəsilə mənim hekayəm yazılacaq. Mən yaxşı vaxt keçirmək üçün buradayam”.

    Sonda isə dünya ulduzu ana dilimizdə “Çox sağ olun” deyib.

    Həmin görüntüləri təqdim edirik:
    //oxu.az

  • Распространились снимки погибшей при столкновении автобусов 18-летней девушки – ФОТО

    Погибшая 2 августа в результате дорожно-транспортного происшествия Марьям Агаева (2006 г.р.) была студенткой.

    Она перешла на 2-й курс Азербайджанского технического университета.

    По имеющимся сведениям, в 2023 году М.Агаева, окончившая среднюю школу №24 города Сумгайыт, вошла в число абитуриентов, продемонстрировавших высокие результаты на экзаменах. Сообщается, что она поступила в вуз, набрав более 600 баллов.

    Напомним, что в ходе аварии автобус Neoplan под управлением Назима Гусейнова столкнулся с автобусом марки ISUZU, за рулем которого находился Юнисов Адиль. Водитель ISUZU потерял управление, после чего транспортное средство съехало с дороги и перевернулось. В результате аварии один человек погиб, 18 получили ранения.


  • Avtobusun aşması zamanı ölən 18 yaşlı Məryəmin FOTOLARI

    Dünən faciəli şəkildə ölən Məryəm tələbə imiş.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, o, Azərbaycan Dövlət Texniki Universitetinin 1-ci kursunu bitirib. Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin şagirdi olmuş 2006-cı il təvəllüdlü Məryəm Maqsud qızı Ağayeva 2023-cü ildə buraxılış imtahanında yüksək nəticə göstərənlərin sırasında yer alıb. Mərhum 600-dən çox bal toplayaraq tələbə adını qazanıb.

    Qeyd edək ki, Nazim Hüseynovun idarə etdiyi “Neoplan” markalı, 99-JH-667 dövlət nömrə nişanlı avtobusla onun qarşısındakı eyni istiqamətdə, Bakıdan Sumqayıta gedən Adil Yunisovun idarə etdiyi 42 nömrəli, ISUZU markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusun toqquşması nəticəsində ISUZU yoldan çıxaraq aşıb. Hadisə zamanı bir nəfər ölüb, 18 nəfər yaralanıb.


  • В Гяндже задержаны 16 попрошаек

    В Гяндже за попрошайничество и асоциальный образ жизни задержаны 16 человек.

    Об этом сообщает Median.Az со ссылкой на гянджинскую региональную группу пресс-службы Министерства внутренних дел (МВД).

    Сотрудники полиции приняли меры в отношении лиц, своим поведением вызывавших обоснованное недовольство граждан.

    В отделе полиции с задержанными были проведены профилактические беседы, в их отношении были составлены протоколы по соответствующей статье Кодекса Азербайджанской Республики об административных проступках.

    Позже их отправили по местам прописки.