Month: August 2024

  • Şəhid qardaşı: “Əsgər yoldaşları onun dəfn edildiyi ilkin yeri bizə bildirmişdilər”

    “Əsgər yoldaşları hələ o vaxt bizimlə əlaqə saxlayaraq, onun dəfn edildiyi ilkin yeri bizə bildirmişdilər”.

    Bunu “Report”a açıqlamasında avqustun 2-də Laçın şəhəri Şəhidlər xiyabanında dəfn olunan Birinci Qarabağ müharibəsinin şəhidi Camal Quliyevin qardaşı Kamal Quliyev deyib.

    K.Quliyevin sözlərinə görə, qardaşı itkin düşəndən sonra onun axtarışlarına fasilə verməyiblər:

    “Sovet ordusunda xidmətini başa vurub qayıdan qardaşım müharibəyə könüllü getmişdi. Deyirdi ki, müharibənin alovlandığı bir vaxtda evdə otura bilmərəm. Qardaşım itkin düşəndən bir müddət sonra onun yerini təxmini öyrəndik. Əsgər yoldaşları hələ o vaxt bizimlə əlaqə saxlayaraq, onun dəfn edildiyi ilkin yeri bizə demişdilər.

    44 günlük Vətən müharibəsi başa çatandan sonra onun narahat ruhunun rahatlıq tapması üçün axtarışları sürətləndirdik. Müharibədən sonra onu dəfn edən döyüş dostları ilə bir neçə dəfə Xudafərin qəbiristanlığına getdik. Bir neçə cəhddən sonra ötən il dekabrın 27-də onun qəbrini tapdıq. Analizlər nəticəsində qalıqların qardaşıma məxsus olduğu dəqiqləşdi.

    Ailəliklə arzu edirik ki, bütün itkin soydaşlarımız tapılsınlar, onların doğmalarının gözləri yollardan yığılsın”.

  • Şuşada Türk dövlətlərinin səhiyyə nazirlərinin dördüncü iclası keçiriləcək

    Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) səhiyyə nazirlərinin dördüncü iclası keçiriləcək.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Səhiyyə Nazirliyindən məlumat verilib.

    Qeyd edilib ki, iclas bu il oktyabr ayının 8-nə planlaşdırılıb.

    Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.

  • 30 ildən sonra nəşi tapılan şəhid Camal Quliyev Laçında dəfn edilib – VİDEO

    Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Quliyev Camal Möhübbət oğlunun nəşinin qalıqları Laçın rayonunun Şəhidlər xiyabanında dəfn olunub.

    APA-nın bölgə müxbiri xəbər verir ki, şəhid Camal Quliyevin nəşi dəfndən öncə doğmalarının yaşadığı, Şəki rayon Cuma kəndinə aparılıb.

    Bundan sonra cənazə vida mərasimi keçirilmək və dəfn edilmək üçün Laçın rayonuna gətirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər, şəhid ailələri, döyüş yoldaşları iştirak ediblər. Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

    Şəhidin nəşi yaylım atəşinin sədaları altında, böyük ehtiramla torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına təqdim edilib.

    Qeyd edək ki, Quluyev Camal Möhübbət oğlu 1iyun 1969-cu ildə Laçında doğulub. O, 1992-ci ildə könüllü olaraq ordu sıralarına qatılıb. Qubadlı, Laçın, Cəbrayıl və Zəngilan rayonlarında döyüşüb. 1993-cü ildə Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə itkin düşüb. Qalıqları Xudafərin kənd qəbiristanlığında aşkar edilib.

  • Kirayə evlər bahalaşacaq – Bu tarixdən

    Avqust ayının ortalarından başlayaraq tələbələrin təhsil aldıqları şəhərlərdə kirayə ev axtarışı başlayır. Ali təhsil müəssisələrinin əksəriyyətinin Bakıda yerləşdiyini nəzərə alsaq, əvvəlki illərdə oluğu kimi, bu il də paytaxta tələbə axını gözlənilir.

    Bundan əlavə, 11-22 noyabr tarixlərində keçiriləcək COP29-la bağlı ölkəmizə turist axını da gözlənilir. Onların bir hissəsinin də məhz kirayə evlərdə qalacaqları gözlənilir.

    Belə olan halda kirayə qiymətlərində artım gözlənilirmi?

    Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən əmlak eksperti Ramil Qasımzadə bildirib ki, hazırda kirayə evlərin qiymətləri stabildir:

    “Ancaq tələbələrin kirayə ev axtarışının başlaması birlikdə bu ayın axırından etibarən stabillik pozulacaq. Bu dəyişiklik davam edə bilər, çünki ötən illərdə artan qiymətlərin sonradan enmədiyi müşahidə edilib”.

    Evlərin qiymətləri artdığı üçün kirayələrin də qiyməti artacaq.

    “Sentyabrın əvvəllərindən başlayaraq evlərin qiymələrində 50-100 manat civarında artımlar olacaq. Hazırda köhnə tikililərdə birotaqlı evlərin kirayə qiyməti 300, ikiotaqlıların 400, üçotaqlıların isə minimium 500 manatdan başlayır, əşyalı olan evlərin isə qiyməti digərlərindən 50-100 manat daha bahadır”, – deyə müsahibimiz bildirib.

    Ramil Qasımzadə COP29-un kirayə qiymətlərinə təsiri barəsində də öz münasibətini bildirib:

    “COP29 zamanı isə otellər bu qədər turisti qəbul edə bilməyəcəklərinə görə kirayə evlərə ehtiyac yaranacaq. Bu da günlük kirayəyə verilən evlərin qiymətlərinə təsir göstərəcək”.

  • Qazaxın azad olunan kəndində mina partladı, xəsarət alanlar var

    Qazax rayonunun Qızılhacılı kəndində mina partlayışı hadisəsi baş verib.

    Bu barədə Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumat yayıb.

    Bildirilib ki, avqust ayının 2-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı 19 aprel 2024-cü il tarixdə əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb:

    “Hadisə nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu gizir Əhədli Xəyal Ədinəqulu oğlu və Minatəmizləmə Agentliyinin əməkdaşı Mehdizadə Afiq Müşviq oğlu minatəmizləmə işləri zamanı xidməti vəzifələrini icra edərkən piyada əleyhinə mina partlayışı nəticəsində ayaq nahiyəsindən xəsarət alıblar.

    Agentliyin əməkdaşları Ələkbərov Elçin İlham oğlu və Mirzəyev Yavər Gəray oğlu isə qəlpə yaraları alıblar.

    Xəsarət alan şəxslər ilkin tibbi yardım göstərilməklə dərhal xəstəxanaya çatdırılıblar. Həyatları üçün təhlükə yoxdur” -deyə məlumatda deyilib.

    Qeyd olunub ki, hazırda Şəmkir hərbi və Qazax rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalistin iştirakı ilə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir. Faktla bağlı prokurorluq orqanlarında araşdırma aparılır.

  • Уилл Смит выступит в Баку – ВИДЕО

    Американский актер, режиссер и хип-хоп исполнитель, лауреат премий “Оскар” Уилл Смит выступит в Баку с концертом на открытии Гран-при Азербайджана Формулы-1 в Баку 13 сентября этого года.

    Об этом Median.Az сообщает со ссылкой на соцсети “Бакинского городского кольца”.

    Концерт состоится в Crystal Hall и на него смогут попасть лишь обладатели билетов на Гран-при Азербайджана Формулы-1.

    Отметим, что гонки в этом классе пройдут с 13 по 15 сентября.

  • Uill Smit Bakıya gəlir – VİDEO

    Hollivud ulduzu Uill Smit Bakıda çıxış edəcək.

    Median.Az bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin sosial şəbəkə hesablarında yaydığı məlumatına istinadən xəbər verir.

    Məlumata görə, Uill Smitin çıxışı sentyabrın 13-də “Formula-1” üzrə Azərbaycan Qran-prisinin ilk günü “Crystal Hall”da olacaq.

    Konsertə giriş yalnız Qran-priyə bilet alanlar üçün mümkün olacaq.

    Qeyd edək ki, builki Azərbaycan Qran-prisi sentyabrın 13-15-də Bakıda keçiriləcək.

  • В Газе ликвидирован замглавы “Исламского джихада”

    Израильские военные ликвидировали в секторе Газа одного из руководителей радикального палестинского движения “Исламский джихад” Мухаммеда аль-Джабари.

    Об этом сообщила армейская пресс-служба.

    Речь идет о заместителе главы “Исламского джихада” по вопросам производства оружия. “Аль-Джабари отвечал за финансирование инфраструктуры по производству оружия для “Исламского джихада” на севере сектора Газа, распределение зарплат и средств и участвовал в попытках восстановить потенциал и инфраструктуру “Исламского джихада” для производства ракет”, – говорится в заявлении.

    Аль-Джабари был ликвидирован в результате точечной операции, проведенной на основании полученных разведданных. Перед ударом “были приняты многочисленные меры для снижения риска причинения вреда гражданскому населению”, заверила Армия обороны Израиля.

  • İsrail ordusu Qəzzada Fələstin radikal hərəkat liderinin məhv edildiyini açıqladı

    İsrail hərbçiləri Qəzza zolağında Fələstinin radikal “İslami Cihad” hərəkatının liderlərindən biri olan Məhəmməd əl-Cəbarini zərərsizləşdirib.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ordunun mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, söhbət “İslami Cihad” rəhbərinin silah istehsalı məsələləri üzrə müavinindən gedir.

    “Əl-Cəbari Qəzza zolağının şimalında “İslami Cihad”ın silah istehsalı infrastrukturunun maliyyələşdirilməsinə, maaşların və vəsaitlərin bölüşdürülməsinə cavabdeh idi və “İslami Cihad”ın raket istehsalı üçün güc və infrastrukturunun bərpası işlərində iştirak edirdi”, – deyə məlumatda qeyd edilib.

    “Əl-Cəbari əldə edilən kəşfiyyat məlumatları əsasında həyata keçirilən məqsədyönlü əməliyyat nəticəsində məhv edilib. Zərbədən əvvəl mülki insanlara zərərvurma riskinin azaldılması üçün çox sayda tədbir görülüb”, – deyə İsrail ordusundan bildirilib.

  • Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı

    Goranboy rayon icra hakimiyyəti başçısının müavini vəzifəsindən azad edilib.

    “Report”un məlumatına görə, Goranboy rayon icra hakimiyyəti başçısının müavini Şamxal Həsənov tutduğu vəzifədən azad olunub.

    Məlumata görə, Ş.Həsənov işdən azad olunana qədər İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini tuturdu.

    Onun yerinə hələ ki yeni təyinat həyata keçirilməyib.