Month: August 2024

  • Namaz vaxtı axunda sillə vurdu: “İsti havada pəncərəni bağlayır…”

    Qax şəhəri, 28 May küçəsində yerləşən Mərkəzi Cümə məscidində axundu vuran şəxsə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 1978-ci il tarixdə Qax rayonunda doğulmuş Nəsimi Zamanov (soyad şərti) saxlanılıb.

    Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilərək, iş məhkəmə göndərilib.

    Məhkəmədə məlum olub ki, Nəsimi Zamanov Qax şəhəri, Mərkəzi Cümə məscidinin axundu (imam) Xəlilov Xəzər Məhəmmədi oğlunu döyüb. Nəsimi məscidə namaz qılmağa gedib. Mübahisəyə səbəb isə namazdan sonra zikr zamanı axundun məscidin pəncərələrini bağlaması olub. Nəsimi havanın isti olduğunu və ibadətlərini hələ başa vurmadıqlarını bildirirək ona etiraz edib.

    Nəsimi məscidin içərisində dava salıb və axunda sillə vurub. Xəzər Xəlilov məhkəmədə Nəsimi ilə barışdığını, ondan şikayətinin olmadığını və həbs edilməsini istəmədiyini bildirib.

    Məhkəmənin qərarı ilə Nəsimi İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 100 manat cərimə edilib.

  • Возвращение жителей в село Гюлябирд Лачынского района начнется в этом году

    В этом году начнется возвращение жителей в село Гюлябирд Лачынского района.

    Как сообщает корреспондент Report из Лачына, об этом сказал специальный представитель президента Азербайджана в Лачынском районе Масим Мамедов на официальной церемонии открытия V летнего лагеря диаспорской молодежи “Молодежь за зеленый мир”.

    Он добавил, что в Лачынском районе также начнется строительство сел Горчу, Шалва, Эрикли и др.

  • Bu il Laçının Güləbird kəndinə köç olacaq

    Növbəti mərhələdə Laçın sakinlərinin Güləbird kəndinə köçürülməsinə başlanılacaq. Kəndə köç bu ilin ikinci yarısında həyata keçiriləcək.

    “Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov rayonda keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində deyib.

    Prezidentin xüsusi nümayəndəsi bildirib ki, rayonun Qorçu, Şəlvə, Ərikli və digər kəndlərinin də tikintisinə başlanılacaq:

    “Laçın ən uzun müddət işğal altında olmuş rayonumuzdur. Hazırda Laçın cənnətməkana çevrilib. Keçən ilin mayın 28-də ilk sakinlər Laçına qayıdıb. Laçın şəhərində iki mindən, Zabux və Susda isə mindən çox sakin məskunlaşıb. Sakinlərin köçürülməsi prosesi bundan sonra da davam etdiriləcək”.

  • США в 2025 году введут в строй несколько тысяч БПЛА с искусственным интеллектом

    Вооруженные силы США к августу 2025 года будут использовать несколько тысяч беспилотных летательных и плавающих аппаратов с функциями искусственного интеллекта.

    Об этом сообщила первый заместитель министра обороны Соединенных Штатов Кэтлин Хикс в интервью японской газете Sankei.

    “Это недорогие системы, – отметила она. – Они позволяют меньше подвергать людей опасностям войны”. Искусственный интеллект, сказала Хикс, даст возможность этим дронам действовать самостоятельно в условиях плохой связи.

    Заместитель главы Пентагона дала понять, что принятие на вооружение таких беспилотников – мера противодействия КНР. “В эпоху стратегического соперничества с Китаем, – сказала она, – нужно по-новому подходить к технологическим инновациям”. По словам Хикс, использование в операциях беспилотных систем – это только первый этап, за ним последует и вторая волна размещения военных устройств с функциями искусственного интеллекта.

  • ABŞ 2025-ci ildə hərbi arsenalına süni intellektli bir neçə min PUA daxil edəcək

    ABŞ Silahlı Qüvvələri 2025-ci ilin avqust ayına qədər süni intellekt funksiyalarına malik bir neçə min pilotsuz uçuş aparatı (PUA) və amfibiya aparatlarından istifadə edəcək.

    Bunu ABŞ müdafiə nazirinin birinci müavini Ketlin Hiks Yaponiyanın “Sankei” nəşrinə müsahibəsində deyib.

    “Bunlar ucuz sistemlərdir və insanların müharibə təhlükəsinə daha az məruz qalmasına imkan verir. Süni intellekt bu dronların zəif kommunikasiya şəraitində müstəqil fəaliyyətinə şərait yaradacaq”, – o bildirib.

    Nazir müavini belə dronların silahlanmaya qəbul edilməsinin Çinə qarşı tədbir olduğunu vurğulayıb: “Çinlə strateji rəqabət dövründə texnoloji yeniliklərə fərqli yanaşmalıyıq”.

    Hiksin sözlərinə görə, əməliyyatlarda pilotsuz sistemlərdən istifadə yalnız birinci mərhələdir və bundan sonra süni intellekt funksiyalarına malik hərbi qurğuların yerləşdirilməsinin ikinci dalğası gələcək.

  • Salyanda boşanmaların sayı azalıb

    Salyanda boşanma hallarının sayı azalıb.

    Cari ilin yanvar-iyun aylarında dövlət orqanları tərəfindən rayonda 351 nikah və 110 boşanma halları qeydə alınıb.

    Ötən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1 000 nəfərinə hesabı ilə nikahların sayı 4,8-dən 5,0-a qədər artıb, boşanmaların sayı isə 1,9-dan 1,6-ya qədər azalıb.

  • Ankara İsrailin Türkiyə diplomatlarına qarşı təhdidlərini pislədi

    İsraildəki Türkiyə diplomatlarına qarşı təhdidlərlə Qəzzada sülhə nail olmaq mümkün deyil.

    Bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Öncü Kecəli “X” hesabında ölkənin Təl-Əvivdəki səfirinin müavininin İsrail XİN-ə çağırılmasını şərh edərkən bildirib.

    Xatırladaq ki, HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə əlaqədar Türkiyənin Təl-Əvivdəki səfirliyinin binası üzərindəki dövlət bayrağı yarıya kimi endirilib. Buna cavab olaraq Türkiyə səfirinin müavini İsrail XİN-ə çağırıb.

    “Danışıqçıları öldürməklə və diplomatları hədələməklə sülhə nail olmaq mümkün deyil”, – o qeyd edib.

    Haniyənin qətli ilə əlaqədar Türkiyədə avqustun 2-də birgünlük matəm elan olunub.

    ///report

  • Суд арестовал находящегося в заключении Саакашвили по делу о пересечении границы

    Судья Тбилисского городского суда Михаила Джинджолия решил арестовать уже находящегося в заключении экс-президента Грузии Михаила Саакашвили на процессе по делу о незаконном пересечении границы. Подсудимый был взят под стражу в порядке меры пресечения по ходатайству прокурора.

    Об этом сообщает Median.Az со ссылкой на “Интерфакс” (Россия).

    Ранее по пяти уголовным делам Саакашвили ни разу не избирали предварительную меру пресечения.

    На процессе прокурор Григол Нишнианидзе объяснил суду свое ходатайство риском того, что Саакашвили может пытаться оказать давление на свидетелей незаконного пересечения границы.

    По этому делу четырем человекам предъявлены обвинения в содействии незаконному переезду Саакашвили из Украины в Грузию.

  • Mixail Saakaşvili yenidən həbs edildi

    Gürcüstanda Tbilisi Şəhər Məhkəməsinin hakimi Mixail Cindcoliya Gürcüstanın artıq həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin sərhədi qanunsuz keçmək ittihamı ilə keçirilən məhkəmə prosesi zamanı həbs edilməsinə qərar verib.

    Bu barədə Median.Az İnterfaks.ru-ya istinadən bildirir.

    Məlumata görə, prokurorun tələbi əsasında təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, daha əvvəl Saakaşvili barəsində beş cinayət işi üzrə heç vaxt ilkin həbs qətimkan tədbiri seçilməyib.

    Məhkəmə prosesi zamanı prokuror Qriqol Nişnianidze məhkəməyə verdiyi vəsatətini onunla izah edib ki, Saakaşvili sərhədi qanunsuz keçməsi ilə bağlı şahidlərə təzyiq göstərməyə cəhd edə bilər.

    Belə ki, bu iş üzrə dörd nəfərə Saakaşvilinin Ukraynadan Gürcüstana qeyri-qanuni keçməsinə şərait yaratmaları barədə ittiham irəli sürülüb.

    Xatırladaq ki, Mixail Saakaşvili 29 sentyabr 2021-ci ildə gizli şəkildə Gürcüstana gedib. Oktyabrın 1-də o, Tbilisidə saxlanılıb, bundan sonra Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib və orada aclıq aksiyasına başladığını elan edib. Noyabrın 8-də yaxınlarının və vəkillərinin razılığı olmadan Rustavi şəhərindəki həbsxanadan Tbilisidəki həbsxana xəstəxanasına (Qldani rayonu) köçürülüb. Noyabrın 20-də Saakaşvili Qori şəhərindəki hərbi hospitala köçürülüb və burada aclıq aksiyasını dayandırıb. 2022-ci il mayın 12-də Mixail Saakaşvili hazırda qaldığı Tbilisidəki “Vivamed” mülki klinikasına yerləşdirilib.

    Gürcüstanda Saakaşvili bir neçə cinayət işi üzrə məhkəmə prosesindən keçir. O, öz həbsini qanunsuz, ona qarşı irəli sürülən ittihamları isə saxta hesab edir.

  • Hərbi qeydiyyatdan imtina edən əcnəbilərin Rusiya vətəndaşlığı alınacaq

    Rusiyada vətəndaşlıq alan əcnəbilər hərbi qeydiyyatdan imtina etdikdə onların vətəndaşlığı ləğv ediləcək.

    Bu barədə qanun Federasiya Şurasında təsdiqlənib.

    Sənədə əsasən, daxili işlər orqanları ölkə vətəndaşlığını almış kişi cinsindən olan əcnəbilər barədə məlumatları müvafiq elektron reyestrə daxil etmək tapşırılıb.

    Qanuna əsasən vətəndaşlıq hüququ verilən şəxslər dərhal yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müraciət etməlidir.

    Analoji qanun Ukraynadakı müharibəyə göndərilən Rusiya vətəndaşlarının ailələrindən daxil olan narazılıqlardan sonra gündəmə gətirilib. Sakinlər müraciətlərində bu cür sosial-ictimai ayrı-seçkiliyin cəmiyyətin əhval-ruhiyyəsinə mənfi təsir etdiyini əsas gətirərək, sonradan Rusiya vətəndaşı olmuş əcnəbilərin hərbi uçota alınmasını tələb ediblər.

    Qeyd edək ki, indiyədək mövcud normalara görə hüquq-mühafizə orqanlarına yanlış informasiyanın verilməsi, konstitusiyanın və digər qanunların pozulması, cinayət və Rusiyada milli təhlükəsizliyi təhdid edən əməllərin törədilməsi Rusiya vətəndaşlığının ləğvinə səbəb olan hallar sırasında göstərilib.

    ///apa