Month: August 2024

  • Həbsdə olan qardaşına narkotik gətirməkdə şübhəli bilinən şəxs saxlanıldı

    Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Ədliyyə Nazirliyi Pentensiyar Xidmətindən məlumat verilib.

    Bildirilib ki, həbs olunmuş şəxs Xəzər Natiq oğlu Cabbarovla görüşə gəlmiş qardaşının üzərinə baxış keçirilən zaman əynindəki şalvarının cibində siqaret qutusunun içərisində gizlədilmiş üç ədəd bükülüdə ümumi təmiz çəkisi 1,042 qram narkotik vasitə hesab olunan heroin aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Binəqədidə silsilə əməliyyatlar: Narkotik vasitələr və altı odlu silah götürüldü – VİDEO

    Binəqədi rayonunda iyul ayında keçirilən əməliyyatlar zamanı narkotiklərlə əlaqəli 115 fakt aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən odlu silah-sursatların aşkarlanması, eləcə də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib. İyul ayı ərzində keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 115 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən altı kiloqramdan artıq müxtəlif növ narkotik maddə və psixotrop maddələr çıxarılıb. Aşkar olunan faktlarla bağlı idarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

    Həmçinin, ötən ay vətəndaşlarla aparılan profilaktik tədbirlərin nəticəsi olaraq altı odlu silah, o cümlədən dörd “Kalaşnikov” avtomatı, iki “Makarov” tapançası və 43 ədəd patron polis əməkdaşlarına təhvil verilib.

  • Bakıda kafe sahibini döyənlərlə bağlı dəhşətli DETALLAR

    2023-cü il martın 26-da daxil olan müraciət əsasında 19-cu polis şöbəsi əməkdaşları tərəfindən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Qəbələ rayon sakini Şahin Quluyev və Cəlilabad rayon sakini Sakit Əlişov saxlanılıblar.

    Nəsimi Rayon Polis İdarəsi İstintaq şöbəsində Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə başlanılan cinayət işi istintaqın davam etdirilməsindən ötrü rayon prokurorluğuna göndərilib.

    İstintaqla müəyyən edilib ki, Şahin Quluyev və Sakit Əlişov kuryer kimi xidmət göstərdikləri kafenin icarədarı Rac Abramovun pul vəsaitini ələ keçirmək məqsədilə 2023-cü il martın 25-də saat 23 radələrində həmin obyektin iş vaxtının bitməsini gözləyiblər.

    Şahin Quluyev zirzəmidə əvvəl Rac Abramovun baş nahiyəsinə dəmir linglə, yerə yıxdıqdan sonra isə yumruq və təpiklə zərbələr endirib. Aralarındakı rol bölgüsünə əsasən, Sakit Əlişov həmin şəxsin azyaşlı övladı Rauf Abramovun başını divara çırpıb.

    Bundan sonra hər ikisinin əllərini və ayaqlarını yapışqanlı lentlə bağlayıb, onları qanunsuz azadlıqdan məhrum ediblər.

    Üzərilərində zor göstərmə hədəsi ilə zərərçəkmiş Rac Abramovdan 200 000 manat məbləğində pulu hədə-qorxu ilə tələb ediblər.

    Məhkəmə prosesində Şahin Quluyev və Sakit Əlişov ittiham üzrə özlərini qismən təqsirli biliblər.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Ş.Quluyev və S.Əlişov 12 il müddətinə azadlıqdan məhrum olunublar.

  • Bakı-Sumqayıt yolundakı dəhşətli qəzada ölən və yaralananların adları AÇIQLANDI

    Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb.

    Hadisə nəticəsində 1 nəfər ölüb, 19-u yaralanıb.

    Qəzada ölən və yaralananların adlarını təqdim edirik:

    1961-ci il təvəllüdlü Cəfərova Həqiqət Sahib qızı

    1986-cı il təvəllüdlüKərimova Seide İldırım qızı
    1989-cu il təvəllüdlü Əliyeva Məryəm Qabil qızı
    1980-cı il təvəllüdlü Memmedova Vüsalə Məmməd qızı
    2002-ci il təvəllüdlü Memmedova Xeyalə Məhəmməd qızı
    2005-ci il təvəllüdlü İsgəndərova Nərgiz Məmməd qızı
    2016-cı il təvəllüdlü Allahverdiyeva Gülay Əhməd qızı
    1965-ci il təvəllüdlü Hüseynov Nizami İlyas oğlu
    1996-cı il təvəllüdlü Əliyeva Əsbət Əlişan qızı
    1967-ci il təvəllüdlü Quliyeva Südabə Əflatun qızı
    1963-cü il təvəllüdlü Həsənova Zenfira Cavanşir qızı
    1982-ci il təvəllüdlü Qasımova Sevda Hajan qızı
    1999-cu il təvəllüdlü Abasov Ceyhun Mamed oğlu
    2007-ci il təvəllüdlü Quluzadə Elcan Hörmət oğlu
    1971-ci il təvəllüdlü İsgəndərova Məmmədağa İsgəndər oğlu
    2017-ci il təvəllüdlü Əliyev Habil Qəzənfər oğlu
    1993-cü il təvəllüdlü (31 yaş) Nəsirov Orxan Hidayət oğlu

    2005-ci il təvəllüdlü Nəsirov Yusif Çərkəz oğlu.//Report

  • Bakıda 29 aptekdə planlı yoxlama aparılıb, nöqsanlar aşkarlanıb

    Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi iyul ayı ərzində 29 aptekdə yoxlama aparıb.

    Bu barədə nazirliyin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, Bakıda 28 aptekdə planlı, bir aptekdə yoxlamadankənar təftiş keçirilib.

    Yoxlamalar zamanı beş aptekdə nöqsanlar aşkarlanıb.

    Qeyd edilib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

  • ANA SƏHİFƏ SOSİAL: REKLAM BİZİMLƏ ƏLAQƏ Siyasət İqtisadiyyat Sosial Maqazin İdman Dünya Kriminal İsveçdə 35 yaşlı azərbaycanlı qətlə yetirildi

    İsveçin paytaxtı Stokholm şəhərinin Upplands-Bru adlanan hissəsində azərbaycanlı qətlə yetirilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iyulun 30-u baş verib. Belə ki, İsveçdə yaşayan Azərbaycan vətəndaşı 35 yaşlı Məhəmməd Xankişiyev evinin yaxınlığında naməlum şəxs tərəfindən açılan atəşlə öldürülüb. Hadisənin hansı səbəbdən və hansı zəmində baş verdiyi hələlik məlum deyil.

    Bölgənin prokuroru İsveç mətbuatına açıqlamasında bildirib ki, qətlin kriminal qruplaşmalar arasındakı münaqişə zəminində baş verdiyi ehtimal edilir. Onun sözlərinə görə, hadisəni törədən şəxs və ya şəxslərin M.Xankişiyevi hansısa kriminal fiqura bənzətməsi və onu səhvən qətlə yetirməsi ehtimalı da böyükdür.

  • Распространявшему ложную информацию о теракте в метро вынесен приговор

    В Сумгайытском суде по тяжким преступлениям вынесен приговор Фариду Бутаеву (2001 г.р.), обвиняемому в заведомо ложном сообщении о терроризме.

    Как передает Qafqazinfo, он приговорен к двум годам лишения свободы.

    В прошлом году была распространена аудиозапись о готовящемся теракте – взрыве в бакинском метро.

    Служба государственной безопасности (СГБ) Азербайджана незамедлительно провела необходимые следственно-оперативные мероприятия в связи с распространившейся в социальных сетях и вызвавшей серьезную обеспокоенность среди граждан аудиозаписью о готовящемся теракте в Бакинском метрополитене.

    В ходе предварительного следствия по уголовному делу, возбужденному по данному факту, было установлено, что аудиозапись принадлежит гражданину Азербайджана Фариду Бутаеву, который распространял соответствующий материал через мессенджер WhatsApp.

    Ф.Бутаев был задержан и привлечен к ответственности в качестве обвиняемого по статье 216 (заведомо ложное сообщение о терроризме) Уголовного кодекса АР.

  • Metroda partlayış olacağını deyən şəxsə hökm oxundu

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən 2001-ci il təvəllüdlü Fərid Butayevə hökm oxunub.

    “Qafqazinfo” xəbər verir ki, məhkəmənin hökmü ilə o, iki il müddətinə azadlıqdan məhrum edilib.

    Belə ki, ötən il Bakı metrosunda terror aktı – partlayış törədiləcəyi barəsində səs yazısı yayılmışdı.

    Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi tədbirlərlə Fərid Fərhad oğlu Butayev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə iş açılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

    Bildirilib ki, Fərid “WhatsApp” proqramı vasitəsilə yalan məlumatı əks etdirən səs yazısı yayıb. Belə ki, o, tətbiqdə “İş elanları” qrupunun admini olub. Qrupun 400-dən çox üzvü olub və Fərid ötən ilin 3 mart tarixində qrupa Bakı metrosunda terror aktının – partlayışın törədiləcəyi barəsində səs yazısı göndərib.

  • 21, 51 və 120 nömrəli marşrutların hərəkət sxemi DƏYİŞDİRİLİR

    Bakıda 21, 51 və 120 nömrəli müntəzəm marşrutların hərəkət sxemi alternativ olaraq Gəncə prospekti – Ceyhun Həsənov küçəsi – 8 Noyabr prospekti ilə təşkil ediləcək.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Məlumata görə, buna səbəb paytaxt yollarında aparılan təmir işləridir. Belə ki, sabahdan 8 Noyabr prospektində (Gəncə prospektindən Ceyhun Həsənov küçəsinə qədər – Gənclik parkı) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

  • Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 376-ya çatıb, onlardan 69-u həlak olub

    Ermənistan tərəfindən yerləşdirilmiş minalar Azərbaycan vətəndaşlarının təhlükəsizliyini və rifahını təhdid etməkdə davam edir.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, bu gün biri Azərbaycan Dövlət Sərhəd Xidmətinin, digərləri Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmaqla 4 nəfər mina partlaması nəticəsində xəsarət alıb.

    “2020-ci il müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının ümumi sayı 376-ya çatıb, onlardan 69-u həlak olub. Mina qurbanlarının sayının artması bu təhlükənin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin təsirli tədbirlərinin görülməsinin zəruriliyini vurğulayırıq”, – məlumatda vurğulanıb.

    Qeyd edək ki, bu gün Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı bu ilin aprelin 19-da əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan ikisinin ayağı amputasiya edilib.