Month: August 2024

  • Neftçalada bir ailə ağır qəzaya düşdü: Çox sayda yaralı var

    Neftçalada ağır yol-nəqliyyat hadisəsi zamanı altı nəfər xəsarət alıb.

    “Report”un məlumatına görə, hadisə Pirətəvan avtomobil yolunda qeydə alınıb.

    Belə ki, “Mersedes-Benz” markalı iki avtomobil toqquşub, sonra onlardan biri digər minik avtomobilinə çırpılıb.

    Qəza nəticəsində Neftçala rayon sakinləri; 1963-cü il təvəllüdlü Meyrənisə İdris qızı Qasımova, 2017-ci il təvəllüdlü Nuray Baloğlan qızı Qasımzadə, 1993-cü il təvəllüdlü Nisəxanım Mirtağı qızı Qasımova, 1988-ci il təvəllüdlü Baloğlan İbrahim oğlu Qasımov, 1972-ci il təvəllüdlü Emin Həbib oğlu Mehdiyev və 1973-cü il təvəllüdlü Lazım Əli oğlu Zeynalov müxtəlif dərəcəli xəsarətlər alıblar.

    Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Türkiyəli idmançı: “Əlimi cibimə qoyaraq atəş açmağımın artistliklə heç bir əlaqəsi yoxdur”

    Fransada keçirilən Yay Olimpiya Oyunlarında pnevmatik tapança ilə atəşaçma yarışının finalına yüksələrək gümüş medal qazanan Türkiyəli idmançı Yusif Dikeçi qazandığı uğurun sirrini paylaşıb.

    51 yaşlı türkiyəli idmançı “Radyo Gol” saytına mövzu ilə bağlı açıqlamasında söyləyib ki, o, hər iki gözü ilə sərrast atəş açmağı bacarır.

    “Mən hər iki gözlə atəş açıram, əksər atıcılar bunu bir gözlə edir. İki gözlə atəş açmaq, məncə, daha yaxşıdır. Bunun üzərində çox araşdırma aparmışam, ona görə də avadanlığa ehtiyacım yox idi”, – deyə o bildirib.

    Yusif Dikeçi əli cibində atəş açmağına da toxunub:

    “Əlimi cibimə qoyaraq atəş açmağımın artistliklə heç bir əlaqəsi yoxdur. Mən bu zaman daha motivasiyalı oluram və özümü daha rahat hiss edirəm. Əslində bu, bədənin tarazlığını təmin etmək və diqqətimi cəmləşdirmək üçündür”, – deyə Yusif Dikeçi açıqlamasında vurğulayıb.

  • Минюст Франции сообщил об очередном антирекорде во французских тюрьмах

    Число заключенных во французских тюрьмах вновь обновило рекорд, достигнув 78 500 человек при наличии 61 800 мест в пенитенциарных учреждениях страны.

    Как передает Median.Az, об этом сообщает ТАСС со ссылкой на Agence France-Presse.

    Согласно данным Министерства юстиции Франции, количество заключенных в тюрьмах растет на протяжении последних 10 месяцев. Средняя заполненность пенитенциарных учреждений достигла 126.9%, при этом в 19 из них этот показатель превышает 200%. Из-за этого 3 500 заключенных вынуждены спать на полу, тогда как год назад таковых было 2 400 человек.

    Еще хуже ситуация в пенитенциарных учреждениях, где содержатся французы, ожидающие решения суда или отбывающие короткие сроки заключения. Там средняя заполненность достигает 152.3%.

    Ранее Европейский суд по правам человека (ЕСПЧ) неоднократно осуждал подобное положение дел во французских тюрьмах. В июле прошлого года в ЕСПЧ заявили, что во Франции существует “хроническая проблема переполненных тюрем, наряду с плохими условиями содержания и отсутствием целенаправленной работы по улучшению ситуации”.

    Власти страны принимают меры для изменения ситуации. В частности, наказание в виде лишения свободы заменяется на домашний арест или на обязательные работы. Кроме того, во Франции планируется строительство новых помещений, которые позволят увеличить вместимость республиканских тюрем на 15 000 мест к 2027 году.

  • Fransada məhbusların sayı rekord vurdu

    Fransa həbsxanalarındakı məhbusların sayı rekord vurub.

    Median.Az TASS-a istinadən xəbər verir ki, ölkənin cəzaçəkmə müəssisələrində 61,8 min yer olmasına baxmayaraq, hazırda məhbusların sayı 78,5 min nəfərə çatıb.

    Fransa Ədliyyə Nazirliyinin məlumatına görə, son 10 ayda həbsxanalardakı məhbusların sayı artmaqdadır. Penitensiar müəssisələrdə orta doluluq 126,9 faizə çatıb, 19 müəssisədə isə bu göstərici 200 faizi ötüb.

    Bu səbəbdən bir il əvvəl 2 400 məhbus olduğu halda, bu il 3 500 məhbus döşəmədə yatmağa məcbur qalıb.

  • Вниманию водителей: движение на проспекте 8 Ноября будет ограничено

    Завтра с 06:00 будет полностью ограничено движение автотранспортных средств в связи с ремонтными работами на проспекте 8 Ноября в Хатаинском районе Баку (от Зыхской круговой развязки до пересечения с улицей Садыгджана).

    Об этом сообщает Государственное агентство автомобильных дорог Азербайджана.

    Структура обращается к водителям с просьбой отнестись с пониманием к проводимым работам и в период их проведения пользоваться альтернативными маршрутами движения в соответствии с направлениями.

  • Sabahdan 8 Noyabr prospektində hərəkət tam məhdudlaşdırılacaq

    8 Noyabr prospektində hərəkət məhdudlaşdırılacaq

    3 avqust saat 06:00-dan etibarən Bakı şəhəri, 8 Noyabr prospektində (Zığ dairəsindən Sadıqcan küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

  • Рейтинг УЕФА: Азербайджан опередил Россию

    Азербайджан улучшил свою позицию в рейтинге УЕФА, поднявшись на 23-е место с коэффициентом 18.375.

    Об этом сообщает Median.Az со ссылкой на результаты ответных матчей второго квалификационного раунда еврокубков.

    Наибольший вклад в успех страны внёс “Карабах”, разгромивший гибралтарский “Линкольн” со счётом 5:0 в ответном матче второго квалификационного раунда Лиги чемпионов. В первой игре “скакуны” также одержали уверенную победу на выезде – 0:2. Таким образом, агдамский клуб вышел в следующий раунд самого престижного клубного турнира Европы.

    “Зиря” вчера обыграла на выезде словацкий “ДАК 1904” со счётом 1:2. В первой встрече “орлы” добились крупной победы – 4:0. Бакинский клуб продолжает борьбу в Лиге конференций.

    В противостоянии “Сабаха” с израильским “Маккаби” из Хайфы азербайджанская команда, проиграв в дополнительное время со счётом 3:6 (первый матч – 0:3), вырвала путёвку в следующий раунд в серии пенальти – 3:2.

    А вот “Сумгайыт”, уступивший дома венгерскому “Фехервару”, на выезде сыграл вничью 0:0 и завершил выступление в еврокубках.

    Эти матчи принесли Азербайджану 0.625 очка в рейтинге УЕФА. Россия, занимающая 24-е место, имеет 18.299 балла, а Венгрия на 22-й позиции – 19.500. Лидером рейтинга из 55 стран является Англия (89.160).

  • UEFA reytinqi: Azərbaycan irəliləyərək Rusiyanı geridə qoyub

    Azərbaycan avrokubokların üçgünlük sessiyasından sonra UEFA əmsallar cədvəlində irəliləyib.

    Bu, avrokuboklarda II təsnifat mərhələsinin cavab oyunlarının nəticəsinə əsasən mümkün olub.

    23-cü sırada yer alan ölkənin əmsalı 18.375-ə bərabərdir.

    “Qarabağ” Çempionlar Liqasında Cəbəllüttariqin “Linkoln” komandasının qapısına beş cavabsız qol vurub. “Köhlən atlar” səfərdə də qalib gəlmişdilər – 2:0.

    “Zirə” ötən gün Slovakiyada “DAK 1904” klubunu üstələyib – 2:1. “Qartallar” ilk dueldə inamlı qələbə əldə ediblər – 4:0.

    “Sabah” əlavə vaxtda İsrailin “Makkabi” (Hayfa) kollektivinə uduzduğu (3:6) matçın (ilk oyun 3:0) penaltilər seriyasında (3:2) qalib gələrək mərhələ adlayıb.

    Evdə Macarıstan təmsilçisi “Fehervar”a məğlub olan “Sumqayıt” səfərdə qolsuz heç-heçə etsə də, mübarizəni dayandırmalı olub.

    Bu qarşılaşmalar reytinqdə Azərbaycana 0.625 xal qazandırıb (bu mərhələdə qələbəyə görə bir, heç-heçəyə görə isə yarım xal verilir, yekun nəticə klubların sayına (4) bölünür).

    Bu mövsüm qazanılan xallar 1.625-ə çatıb – “Zirə” ümumi hesaba 0.750 xal, “Qarabağ” 0.500 xal, “Sabah” 0.250 xal və “Sumqayıt” isə 0.125 xal töhfə veriblər.

    Hazırda ölkəmizdən öndə olan Macarıstanın 19.500 xalı, geridə qalan Rusiyanın isə 18.299 xalı var.

    55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (89.160) başçılıq edir.

  • Azərbaycan Sloveniyanı qazla təchiz etməyə başladı

    Dövlət Neft Şirkəti (SOCAR) Sloveniyaya qaz təchizatına başlayıb.

    Bu barədə SOCAR-dan bildirilib.

    Qaz təchizatı cari il 17 iyul tarixində SOCAR ilə Sloveniyanın təbii qaz bazarındakı ən iri şirkəti olan “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumuna əsasən həyata keçirilir.

    SOCAR və “Geoplin” uzunmüddətli enerji tərəfdaşlığını daha da inkişaf etdirməyi hədəfləyirlər.

    Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya ilə yanaşı, Sloveniya Azərbaycan qazının təchiz olunduğu doqquzuncu ölkə olur.

  • Azərbaycan Sloveniyanı qazla təchiz etməyə başladı

    Dövlət Neft Şirkəti (SOCAR) Sloveniyaya qaz təchizatına başlayıb.

    Bu barədə SOCAR-dan bildirilib.

    Qaz təchizatı cari il 17 iyul tarixində SOCAR ilə Sloveniyanın təbii qaz bazarındakı ən iri şirkəti olan “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumuna əsasən həyata keçirilir.

    SOCAR və “Geoplin” uzunmüddətli enerji tərəfdaşlığını daha da inkişaf etdirməyi hədəfləyirlər.

    Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya ilə yanaşı, Sloveniya Azərbaycan qazının təchiz olunduğu doqquzuncu ölkə olur.