Month: August 2024

  • Hərbçimizin ölümünə səbəb olan kükürd qazlı suda çimərkən VİDEOsu

    Faciəli şəkildə həlak olan hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri yayılıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, kadrlar sosial şəbəkələrdə paylaşılıb.

    Qeyd edək ki, Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən, zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları – kapitan Asif Qəhrəman oğlu Emnalıyev, gizir Fərid Famil oğlu Cəbrayılov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – çavuş Tural Maşallah oğlu Səmədov və çavuş Emin Oqtay oğlu Şahmarlının meyitləri aşkar edilib.

  • Ölümlə nəticələnən 4 TƏHLÜKƏLİ PƏHRİZ

    Ölümlə nəticələnə biləcək dörd təhlükəli pəhriz barədə xəbərdarlıq edilib.

    Median.Az lent.az-a istinadən bildirir ki, bu barədə kardioloq Asiya Xaçirova danışıb.

    Kardioloq Xaçirova xəbərdarlıq edib ki, yalnız müəyyən qidaları qəbul edib, digərlərini bütövlükdə istisna edən bəzi pəhriz növlərinə aludəçilik böyrək və qaraciyərin fəaliyyətinin pozulmasına səbəb ola bilər. Onun sözlərinə görə, hətta bunun ölüm riski var. Mütəxəssis bu pəhrizlərdən biri kimi xam qida pəhrizini göstərib. “Tamamilə balanssız bir qidalanma, bundan sonra hətta ölümcül nəticə mümkündür”, deyə o bildirib.

    Bundan əlavə, həkim qeyd edib ki, Atkins, ketogenik və paleolit pəhrizləri təhlükəlidir. Çünki onlar zülal və yağ istehlakını, taxıl və süd məhsullarından imtinanı nəzərdə tutur. Nəticədə insanda B vitaminləri, həmçinin D və kalsium çatışmazlığı yarana bilər. Bu pəhrizlər bağırsaqlarda həddindən artıq stressə səbəb olur və hamilə qadınlar dölün anormal inkişafı ilə üzləşir.

    O, xəbərdarlıq edib ki, bu cür pəhrizlərə həvəs qaraciyər və böyrəklərdə stressin artmasına, böyrəklərdə, eləcə də öd kisəsində daşların əmələ gəlməsi, həmçinin aterosklerozun inkişafı riskini artırır

  • Qızılın qiyməti 2 500 dollara yaxınlaşır

    Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,69% artaraq 2 490 ABŞ dollarına bərabər olub.

    Median.Az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,49% artaraq 29,08 ABŞ dollarına bərabər olub.

  • Kim Çen piylənmədən əziyyət çəkir, rəsmilər xaricdə yeni dərmanlar axtarır

    Şimali Koreya lideri Kim Çen Inın artıq çəkisi, yüksək qan təzyiqi və diabet kimi piylənmə ilə bağlı sağlamlıq problemləri var. Onun höpkuməti onları müalicə etmək üçün xaricdə yeni dərmanlar axtarırlar.

    Qaynarinfo xəbər verir ki, bu barədə Cənubi Koreya kəşfiyyatı parlament hesabatında bildirib.

    İçki və siqaretdən istifadə edın 40 yaşlı Kim ürək problemləri olan bir ailədəndir. Onun 2011-ci ildə hakimiyyəti miras almadan əvvəl Şimali Koreyanı idarə edən atası və babası ürək xəstəliklərindən vəfat edib.

    Bəzi müşahidəçilər təxminən 170 santimetr boyu və əvvəllər 140 kiloqram çəkisi olan Kimin 2021-ci ildə pəhrizini dəyişdirdiyi üçün çox arıqladığını bildirib. Lakin dövlət mediasının son görüntüləri onun artıq çəkisini bərpa etdiyini göstərir.

    Bazar ertəsi Cənubi Koreyanın əsas casus təşkilatı olan Milli Kəşfiyyat Xidməti qanunvericilərə qapalı brifinqdə bildirib ki, Kimin yenidən təxminən 140 kiloqram ağırlığında olduğu və ürək xəstəliyi üçün yüksək risk qrupunda olduğu təxmin edilir.

    Kəşfiyyat rəhbəri millət vəkillərinə Kimin 30 yaşından bəri yüksək təzyiq və diabetdən əziyyət çəkdiyini bildirib. Millət vəkili Park Sunvon Kimin piylənməsinin onun içki içməsi, siqaret çəkməsi və stressi ilə əlaqəli olduğuna inandığını deyib.

    Bildirilib ki, Şimali Koreya rəsmiləri Kimin yüksək qan təzyiqi və diabet müalicəsi üçün xaricdən yeni dərmanlar almağa çalışdıqlarına dair kəşfiyyat məlumatı əldə edilib.

    Şimali Koreya dünyanın ən məxfi ölkələrindən biridir və kənar adamlar üçün Kimin dəqiq sağlamlıq vəziyyətini bilmək praktiki mümkün deyil.

  • Bu özəl məktəblərdə təhsil haqları artırılıb (SİYAHI)

    Yeni tədris ilinin başlamasına 1 ay yarım qalsa da, özəl məktəblərdə şagird qəbulu prosesi başlayıb. Bəzi valideynlər özəl məktəblərdə təhsil və tədris səviyyəsinin dövlət məktəblərinə nisbətən daha yüksək olduğunu düşünür və buna görə özəl məktəblərə üstünlük verirlər.

    Ölkəmizdə kifayət qədər özəl məktəblər var. Bu təhsil müəssisələrində tədris dilinə, məktəbin yerləşdiyi əraziyə, nəqliyyat xərclərinə, dərs vəsaitlərinə, qidalanma, məşğələlər, müəllimin yerli və ya xarici olmasına və təhsil pilləsinə görə qiymətlər dəyişir.

    Modern.az özəl məktəblərdəki təhsil haqları ilə maraqlanıb.

    Erudit liseyində bütün siniflər üçün illik təhsil haqqı 6000 manatdır. Keçən il bu məktəbdə təhsil haqqı 5000 manat olub.

    Avropa Azərbaycan Məktəbində illik təhsil haqqı 10400 – 15500 manat arasında dəyişəcək.

    Hədəf liseyinin Bakı filialında illik təhsil haqqı 5000-9000 manat, Abşeron filialında isə 4000-7500 manat arasındadır.

    “Sabis Sun” Beynəlxalq Məktəbdə illik təhsil haqqı 11850-15000 manat arasındadır.

    Zirvə liseyindən bildirilib ki, yeni tədris ilində illik təhsil haqları 2900-8670 manat arasında dəyişəcək.

    Müasir İnnovasiyalar Liseyində isə 5000-8500 manat, illik təhsil haqqı olacaq.

    “Landau School”da 3800-12900 manat arasında olan təhsil haqqı ötən il 5800-10000 manat arasında idi.

    “ADA School”da da təhsil haqları artırılıb. Bu il təhsil haqqı 8000-11000 manat olacaq. Ötən il bu rəqəm 8000 manat idi.

    XXl Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində illik təhsil haqqı 7700 – 14300 manat olacaq.

    Bakı Atatürk Liseyinin Nərimanov filialında 4500 manat, 28 May filialında 2500 manat təhsil haqqı nəzərdə tutulub.

    Bakı Oxford Məktəbində isə bu il qiymətlər 16800-17500 manat arasında olacaq.

    Azərbaycan Beynəlxalq məktəbində 3 yaşlı uşaqlar üçün 11883 manat, 4 yaşlı uşaqlar üçün 18683 manat, 5 yaşdan yuxarı uşaqlar üçün 43673 manat olacaq. (Qiymətlər dollarla nəzərdə tutulub və Azərbaycan manatına dəyişdirilib)

    Britaniya məktəbində isə illik təhsil haqqı siniflərə görə 12000-14000 manat arasında olacaq.

    Qeyd edək ki, digər özəl məktəblər nəzərdə tutulan müddət ərzində sorğumuza cavab verməyib.

  • “Sabah” – “Makkabi” oyununda 3-cü qol – YENİLƏNİR – VİDEO

    Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları

    20:00. “Sabah” (Azərbaycan) – “Makkabi” (Hayfa, İsrail) – 1:2 (İkinci hissə)

    Qollar: Dolev Hazizia, 17 (0:1), Pavol Şafranko, 47 (1:1), Frantsdi Pyerro, 67 (1:2)

    Hakimlər: Peter Kraloviç, Tomaş Starka, Matey Zemko, Boris Marhefka (Slovakiya)

    “Bank Respublika Arena”.

    İlk oyun – 3:0.

    ———–

    21:07

    Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları

    20:00. “Sabah” (Azərbaycan) – “Makkabi” (Hayfa, İsrail) – 1:1 (İkinci hissə)

    Qollar: Dolev Hazizia, 17 (0:1), Pavol Şfranko, 47 (1:1)

    Hakimlər: Peter Kraloviç, Tomaş Starka, Matey Zemko, Boris Marhefka (Slovakiya)

    “Bank Respublika Arena”.

    İlk oyun – 3:0.

  • Məktəblilər arasında ən zəif nəticə bu rayonda qeydə alınıb – FOTO

    Oxu nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq tədqiqatın nəticələri (PİRLS 2021) açıqlanıb.

    Bu barədə Təhsil İnsitutu məlumat yayıb.

    Belə ki, Azərbaycanın PIRLS 2021 nəticələrinə əsasən bölgələr üzrə iştirak etmiş məktəblərin nəticələrinə əsasən ən yaxşı nəticə Sumqayıtda (495 bal) olub. Ən zəif nəticə isə Neftçalada (328 bal) qeydə alınıb.

    Qeyd edək ki, Azərbaycanın 2011-ci ildən iştirak etdiyi PIRLS – Oxu Bacarığının İnkişafı üzrə Beynəlxalq Tədqiqat (Progress in International Reading Literacy Study) dördüncü sinif şagirdləri arasında keçirilməklə onların ədəbi təcrübələrini və məlumatları əldə edib, istifadə etmək bacarığını ölçür.


  • Kartof niyə ucuzlaşıb? (ŞƏRH)

    “Azərbaycanda kartofun qiyməti mövsümü xarakter daşıyır”.

    Bunu Qaynarinfo-ya açıqlamasında sabiq deputat Əli Əlirzayev kartofun istehsalının aşağı düşməsindən danışarkən deyib.

    Onun sözlərinə görə, qiymətin dəyişməsi bazarın diqtəsi ilə müşahidə olunur:

    “May-iyun aylarında kartofun istehsalı kəskin artdı və bazarlarda satış qiyməti aşağı düşdü. Xarici ölkələrə ixracı da artıb. Ona görə qiymət aşağı düşdü. Bu da onun sonrakı aylarda istehsalına mənfi təsir etdi”.

    Əli Əlirzayev yay aylarında istəlinən kənd təsərrüfatı məhsullarının qiymətinin artıb-azalmasının normal olduğunu əlavə edib:

    “Kartof mövsümü xarakter daşıyır. İndi kartof olmur ki, ya yaz, ya da payız aylarına satışa çıxır. Noyabr ayında kartof istehsalı daha da artacaq”.

    Qeyd edək ki, Azərbaycanda kartof istehsalı aşağı düşüb. Belə ki, 2024-cü ilin yanvar-iyul aylarında ölkədə kartof əkin sahələri illik müqayisədə 5,5 faiz azalıb. Hesabat dövründə isə ölkədə 46 752,1 hektar ərazidə kartof əkilib. Ötən ilin eyni dövründə 49 475,5 hektar ərazidə kartof əkilmişdi. Tovuzda kartof istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 14 dəfə, Cəlilabadda 2 dəfə, Şəmkirdə 14,6 faiz azalıb.

  • Əməkdar artist: “Həyat yoldaşımla heç yerə getmirəm”

    Əməkdar artist Yusif Mustafayev həyat yoldaşı ilə heç yerə getmir.

    Median.Az “axşam.az”a istinadən xəbər verir ki, bu barədə sənətçi verilişlərin birində danışıb.

    O, təklikdə qalmağı daha çox sevdiyini etiraf edib:

    “Mən həyatda təkliyi sevirəm. Xanımımla heç yerə getmirəm. Övladları ilə gedir. Amma tanınmağın çətinlikləri var. Ailəvi harasa getmək alınmır. Qorxduğum şey ismətimdir. Ona görə mənə çətin gəlir. Məşhur olmamışdan əvvəl dükana gedərdik. Tanındıqdan sonra ailəvi dükana, bazara da getmirəm. Mən həssas insanam, ehtiyat edirəm”.

  • Tələbələrin köçürülməsi üçün müraciətlərin qəbulu başa çatıb

    Tələbələrin köçürülməsi üçün müraciətlərin qəbulu başa çatıb.

    Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, müraciətlərin qəbulu 25 iyul-1 avqust tarixlərində portal.edu.az vasitəsilə aparılıb. Ümumilikdə 2575 tələbə təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişmək üçün müraciət edib.

    “Növbəti mərhələdə köçürülmə üçün müraciət edən tələbələrin məlumatları təhsil müəssisələri tərəfindən yoxlanılaraq müraciətin statusu barədə şəxsi kabinetə bildiriş göndəriləcək. Təhsil müəssisəsi tərəfindən müraciətə müsbət cavab verildiyi halda tələbə tərəfindən yerdəyişmə istəyinin təsdiq olunması tələb olunacaq. Müraciətçi köçürülmə etmək istədiyi təqdirdə şəxsi kabinetdə “Təsdiq et”, imtina etmək istədiyi təqdirdə isə “İmtina et” düyməsini seçməlidir. Müraciətin statusu barədə məlumat üçün tələbələr şəxsi kabinetlərini mütəmadi olaraq izləməlidirlər”, – məlumatda bildirilib.