Month: August 2024

  • Azərbaycan Sloveniyanı qazla təchiz etməyə başladı

    Dövlət Neft Şirkəti (SOCAR) Sloveniyaya qaz təchizatına başlayıb.

    Bu barədə SOCAR-dan bildirilib.

    Qaz təchizatı cari il 17 iyul tarixində SOCAR ilə Sloveniyanın təbii qaz bazarındakı ən iri şirkəti olan “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumuna əsasən həyata keçirilir.

    SOCAR və “Geoplin” uzunmüddətli enerji tərəfdaşlığını daha da inkişaf etdirməyi hədəfləyirlər.

    Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya ilə yanaşı, Sloveniya Azərbaycan qazının təchiz olunduğu doqquzuncu ölkə olur.

  • Azərbaycan Sloveniyanı qazla təchiz etməyə başladı

    Dövlət Neft Şirkəti (SOCAR) Sloveniyaya qaz təchizatına başlayıb.

    Bu barədə SOCAR-dan bildirilib.

    Qaz təchizatı cari il 17 iyul tarixində SOCAR ilə Sloveniyanın təbii qaz bazarındakı ən iri şirkəti olan “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumuna əsasən həyata keçirilir.

    SOCAR və “Geoplin” uzunmüddətli enerji tərəfdaşlığını daha da inkişaf etdirməyi hədəfləyirlər.

    Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya ilə yanaşı, Sloveniya Azərbaycan qazının təchiz olunduğu doqquzuncu ölkə olur.

  • Gəncədə zəncirvari qəza olub, xəsarət alan var

    Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazsində qeydə alınıb.

    Hərəkətdə olan “Opel”, “VAZ 2106” və “Hyundai” markalı minik avtomobilləri toqquşub.

    Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Avtomobillərə də ciddi ziyan dəyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Vladimir Putin bu gün ölkəyə qaytarılan şəxsləri əfv edib

    Vladimir Putin məhbusların mübadiləsi çərçivəsində bu gün Rusiyaya qaytarılan şəxslərin əfv edilməsi haqqında fərman imzalayıb.

    APA xəbər verir ki, Rusiya prezidenti Pol Uilan, Kevin Lik, Evan Qerşkoviç, Demuri Voronin, Vladimir Kara-Murza, Alsa Kurmaşeva, Liliya Çanışeva, Vadim Ostanin, Kseniya Fadeyeva, Aleksandra Skoçilenko, İlya Yaşin, Andrey Pivovarov və Oleq Petrovu əfv edib.

    Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko bundan əvvəl ölüm cəzasına məhkum edilmiş Riko Krigeri əfv edib. Onun da azad edilərək Almaniyaya göndərildiyi bildirilir.

  • Tanınmış ukraynalı avtoritet “Oleq Bakinski” Bakıda həbs edilib

    Tanınmış ukraynalı kriminal avtoritet Oleq Krapivin (Oleq Bakinski) Bakıda həbs edilib.

    Median.Az xəbər verir ki, Oleq Kravivin bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən Bakıda həbs edilib.

    İdarənin təqdimatı əsasında Nərimanov rayon Məhkəməsi tərəfindən onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a faktı təsdiqləyiblər.

  • Мехрибан Алиева поделилась публикацией в связи с завоеванием Зелимом Коцоевым звания Олимпийского чемпиона

    Первый вице-президент Азербайджана Мехрибан Алиева в своем официальном аккаунте в Instagram поделилась публикацией в связи с завоеванием Зелимом Коцоевым звания Олимпийского чемпиона.

    Как сообщает Median.Az, в публикации говорится: “Очередную, 2-ую золотую медаль на Летних Олимпийских играх в Париже для Азербайджана завоевал дзюдоист Зелим Коцоев! Искренне поздравляю нашего спортсмена, желаю ему сил, энергии, новых достижений и побед!”.

  • Mehriban Əliyeva Zelim Kotsoyevin Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında cüdoçu Zelim Kotsoyevin Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olması ilə bağlı paylaşım edib.

    Median.Az paylaşımı təqdim edir:

  • Qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs həbs edilib

    İyulun 30-da Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində 1971-ci il təvəllüdlü Cavadov Nazir Ağacavad oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi faktına görə başlanmış cinayət işi üzrə Sumqayıt şəhər polis idarəsində ibtidai istintaq davam etdirilir.

    Median.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.

    İstintaqla 46 saylı Sumqayıt beşinci seçki dairəsindən 01.09.2024-cü il tarixdə keçiriləcək növbədənkənar parlament seçkisində deputatlığa namizədliyi qeydə alınmış 1989-cu il təvəllüdlü Taleh Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nazir Cavadova kəsici-deşici alətlə qəsdən zərbə vuraraq onun sağlamlığına ağır xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Taleh Məmmədovun namizədliyi 29.07.2024-cü il tarixdə qeydə alındığından Azərbaycan Respublikası Cinayət-Prosessual və Seçki məcəllələrinin tələblərinə əsasən Baş prokuror tərəfindən onun cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verilib.

    Toplanmış sübutlar əsasında Taleh Məmmədova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan olunub, əməlin ağırlıq dərəcəsi və xarakteri nəzərə alınaraq barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

  • Ильхам Алиев и Мехрибан Алиева позвонили Зелиму Коцоеву

    1 августа президент Азербайджанской Республики Ильхам Алиев и первая леди Мехрибан Алиева позвонили дзюдоисту Зелиму Коцоеву, завоевавшему звание олимпийского чемпиона блестящей победой на XXXIII летних Олимпийских играх “Париж-2024”.

    Об этом Median.Az сообщает со ссылкой на пресс-службу президента Азербайджана.

  • Prezidenti İlham Əliyev və Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevə zəng ediblər

    Avqustun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında Olimpiya çempionu olmuş azərbaycanlı cüdoçu Zelim Kotsoyevə zəng ediblər.

    Median.Az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Prezident İlham Əliyev və birinci xanım Olimpiadanın qızıl medalını qazanması münasibətilə Zelim Kotsoyevi təbrik edib, ona gələcəkdə də yeni uğurlar arzulayıblar. Dövlətimizin başçısı Azərbaycan idmançılarının Olimpiya Oyunlarında cüdo idman növü üzrə ilk dəfə iki Olimpiya qızıl medalını qazandıqlarını qeyd edərək bu münasibətlə təbriklərini eyni zamanda komandanın məşqçilərinə və Cüdo Federasiyasının rəhbərliyinə çatdırıb.

    Telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma minnətdarlığını bildirən Zelim Kotsoyev öz qələbəsi ilə Azərbaycan Bayrağını ucaltmaqdan və Himnimizi səsləndirməkdən fəxr hissi keçirdiyini deyib. O, yeni qələbələr qazanmaq üçün bundan sonra da bütün səylərini əsirgəməyəcəyini vurğulayıb.