Month: August 2024

  • Azərbaycanda banklararası pul bazarı aktivdirmi?

    Bir neçə ildir ki, Azərbaycanın bank sektorunda yüksək likvidlik müşahidə olunur.

    Bu da manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra dövlətin gördüyü tədbirlər, o cümlədən “Nağdsız hesablaşmalar haqqında” qanunun qəbul edilməsi ilə bağlıdır.

    Qanunun tətbiqi ilə sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslər bank hesablarındakı vəsaitləri sərbəst şəkildə nağdlaşdıra bilmirlər. Son nəticədə bu ilin əvvəlinə bankların likvid vəsaitləri sektorun aktivlərinin təxminən 27 %-i qədər, likvidliyin tənzimlənməsi üzrə prudensial normativ hesab olunan ani likvidlik əmsalı isə 52 % olub ki, bu da minimum normadan 22 faiz bəndi çoxdur. Amma bu o demək deyil ki, bütün banklar “pul içində üzür” və depozit qəbul etməyə ehtiyac duymur. Müşahidələr göstərir ki, likvid vəsaitlər banklar arasında bərabər paylanmayıb. Bəs bu qeyri-bərabərliyi banklararası pul bazarının hesabına aradan qaldırmaq olurmu? Yəni, banklararası pul bazarı aktivdirmi? “Report” bununla bağlı araşdırma aparıb.

    Maliyyə bazarı üzrə ekspert Xalid Kərimli deyir ki, son illər ölkədə banklararası pul bazarı, xüsusilə təminatsız REPO və əks-REPO bazarları sürətlə böyüyüb: “Hazırda Azərbaycanda 4 bank – “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank”, “PAŞA Bank” və “Xalq Bank” ASC-lər likvid vəsaitlərin əhəmiyyətli hissəsini öz əllərində cəmləşdirib. Digər kiçik banklar böyük banklardan borc alaraq likvidlik problemini həll etməyə, iqtisadiyyata pul buraxmağa çalışırlar. Hətta Azərbaycan Mərkəzi Bankı (AMB) ehtiyat normasını 0,5 %-dən 25 %-ə qaldırsa da, banklar böyük pul kütləsini likvid resurs kimi saxlamağa davam edir, vəsaitlərin bir qismini qiymətli kağızlara yatırır, real sektoru maliyyələşdirməkdə isə çətinlik çəkir.

    Əldə qalan vəsaitlər banklararası pul bazarında alınıb-satılır və bunun üçün infrastruktur formalaşdırılıb. Xüsusilə “Bloomberg” platformasının işə salınması ilə banklararası əməliyyatlar daha asanlaşıb. Maraqlıdır ki, pulun çoxluğu faiz dərəcələrinin aşağı düşməsinə səbəb olmur, iqtisadiyyat isə kredit götürməyə ehtiyac duymur. Bu, iqtisadiyyatda risklərin artdığını və bankların şəffaflıq, hesabatlılıq tələblərinə cavab verən müştərilərin az olduğunu göstərir”.

    AMB-dən isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, banklararası pul bazarının inkişafı mühüm prioritet olaraq qalır: “AMB likvidliyin idarə olunması və proqnozlaşdırılması işinin davamlı təkmilləşdirilməsini və bazar iştirakçıları ilə kommunikasiyanın gücləndirilməsini planlaşdırır. Həmçinin, bu istiqamətdə bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir.

    2022-ci ilin II yarısından başlayaraq, pul siyasətinin ötürücülüyündə mühüm rol oynayan banklararası pul bazarının inkişafı və bu bazarda qısamüddətli istinad faizlərinin formalaşması istiqamətində bir sıra işlər görülüb. Bu təşəbbüslərə likvidliyin idarə olunması çərçivəsinin tətbiq edilməsi, təminatlı və təminatsız bazar seqmentləri üzrə mühüm infrastruktur platforması yaradılması, zəruri hüquqi-normativ baza formalaşdırılması, qısamüddətli faizlərin və əqdlərin kommunikasiyası daxildir.

    AMB-nin pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi çərçivəsində ilk dəfə daimi imkan alətləri işə salınıb, açıq bazar əməliyyatlarının çeşidi genişləndirilib. Banklararası pul bazarında bankların cəlbetmə və yerləşdirmə əməliyyatları aparması üçün “Bloomberg” platformasında “EBond” funksiyası yaradılıb. Ötən dövr ərzində banklararası bazarın həcmində və əməliyyatların sayında əhəmiyyətli artım müşahidə edilib.

    Həmçinin, banklararası pul bazarında qısamüddətli istinad faiz indekslərinin hesablanması və açıqlanması üzrə normativ-hüquqi baza formalaşdırılıb. 2022-ci ilin sonundan başlayaraq, 1 günlük AZİR indeksi faiz dəhlizi daxilində formalaşıb və hazırda bu indeks uçot dərəcəsinə (7,25 %) yaxındır. Banklararası pul bazarında qısamüddətli istinad faiz indekslərinin AMB-nin internet səhifəsində geniş ictimaiyyətə açıqlanması və bu indekslərin faiz dəhlizinin parametrlərinin dəyişiminə reaksiya verməsi, faiz kanalının transmissiyasına müsbət təsir göstərib.

  • Выросли доходы и расходы Госслужбы имущественных вопросов

    В 2023 году доходы Государственной службы имущественных вопросов при Министерстве экономики составили 86,164 млн манатов, а расходы – 87,534 млн манатов, что на 16,1% и 34,6% больше, чем в 2022 году соответственно.

    Об этом сообщает Median.Az со ссылкой на отчет Госслужбы.

    В прошлом году доходы Госслужбы от без биржевых операций составили 73,84 млн манатов (на 12,6% больше, чем в предыдущем году), доходы от биржевых операций – 12,162 млн манатов (на 5,7% больше), прочие операционные доходы – 162 тыс. манатов. (больше на 20,9%).

    Расходы на заработную плату и отчисления на государственное социальное страхование за отчетный период составили 22,799 млн манатов (на 2,5% больше, чем год назад), стоимость расходных материалов – 2,407 млн манатов (на 62,7% меньше), расходы на амортизацию – 2,054 млн. манатов (на 26,7% меньше), прочие операционные расходы – 60,274 млн. манатов (в 1,6 раза больше).

  • Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri və xərcləri artıb

    2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri 86,164 milyon manat, xərcləri isə 87,534 milyon manat təşkil edib.

    “Report” Dövlət Xidmətinin hesabatına istinadən xəbər verir ki, bunlar, 2022-ci illə müqayisədə müvafiq olaraq 16,1 % və 34,6 % çoxdur.

    Ötən il Dövlət Xidmətinin qeyri-birja əməliyyatından gəlirləri 73,84 milyon manat (əvvəlki ilə nisbətən 12,6 % çox), birja əməliyyatından gəlirləri 12,162 milyon manat (5,7 % çox), sair əməliyyat gəlirləri isə 162 min manat (20,9 % çox) olub.

    Hesabat dövründə qurumun əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 22,799 milyon manat (illik müqayisədə 2,5 % çox), sərf etdiyi materialların dəyəri 2,407 milyon manat (62,7 % az), amortizasiya xərcləri 2,054 milyon manat (26,7 % az) , digər əməliyyat xərcləri isə 60,274 milyon manat (1,6 dəfə çox) təşkil edib.

  • В прошлом месяце на освобожденных территориях обезврежено 649 мин

    В июле на освобожденных территориях было обнаружено и обезврежено 290 противотанковых, 359 противопехотных мин, 3079 неразорвавшихся боеприпасов.

    Об этом сообщает Median.Az со ссылкой на ежемесячный отчет Агентства Азербайджанской Республики по разминированию (ANAMA).

    Всего за указанный период разминировано 6905,4 гектара.

  • Ötən ay azad edilmiş ərazilərdə 649 mina zərərsizləşdirilib

    Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

    ANAMA-dan verilən məlumata görə, azad olunan ərazilərdə iyul ayı ərzində 290 tank əleyhinə mina, 359 piyada əleyhinə mina, 3079 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Həmçinin, 6905.4 hektar ərazi minalardan təmizlənib.

  • Эстония введет полный таможенный контроль на границе с Россией

    Эстония с 8 августа введет полный таможенный контроль на границе с Россией.

    Об этом сообщил в соцсетях министр иностранных дел страны Маргус Цахна.

    “С 8 августа Эстония введет полный таможенный контроль на границе с Россией, чтобы лучше гарантировать, что мы не снабжаем российскую военную машину и не помогаем агрессору уклоняться от санкций”, – сообщил он.

  • Estoniya Rusiya ilə sərhəddə tam gömrük nəzarəti tətbiq edəcək

    Estoniya avqustun 8-dən etibarən, Rusiya ilə sərhəddə tam gömrük nəzarəti tətbiq edəcək.

    Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna “X” hesabında paylaşım edib.

    “Estoniya avqustun 8-dən Rusiya ilə sərhəddə tam gömrük nəzarəti tətbiq edəcək”, – o bildirib.

  • Мощные грозы обрушились на 24 французских департамента

    Мощный грозовой фронт, накрывший накануне 24 департамента Франции, причинил ущерб, в ряде случаев значительный, многим муниципальным образованиям.

    Как передает Median.Az со ссылкой на “Интерфакс”, об этом сообщают в четверг французские СМИ.

    В городе Эврё, административном центре нормандского департамента Эр, по сообщению местной префектуры, на предприятиях, в магазинах, в жилом секторе произошли сильные затопления помещений, повреждены кровли. За 2,5 часа там выпало 40 мм осадков. В городе Ле Мениль-Журдэн из-за удара молнии загорелся дом.

    На департамент Вогезы обрушился град размером с абрикосы, который продолжался 20 минут, по информации мэра города Жерарме. Местная метеостанция зарегистрировала 79,8 мм осадков, выпавших за 45 минут, что превышает месячную норму. Стихия повредила дороги и повалила деревья.

    СМИ сообщают об ущербе городскому хозяйству и жилым зданиям в других департаментах Франции. Французская грозовая обсерватория Керонос зафиксировала во время непогоды 54 365 молний.

  • Fransada güclü tufan bir sıra fəsadlara yol açıb

    Ötən gün Fransanın 24 departamentini cənginə almış güclü tufan bir çox bələdiyyələrə böyük ziyan vurub.

    Bu barədə Fransa mətbuatı məlumat yayıb.

    Er departamentinin inzibati mərkəzi olan Evreux şəhərindəki müəssisələri, mağazaları və binaları su basıb, dam örtükləri zədələnib. Le Mesnil-Jourdain şəhərində ev ildırım vurması nəticəsində yanıb.

    KİV Fransanın digər departamentlərində də şəhər təsərrüfatı və yaşayış binalarına ziyan dəydiyini bildirib.

  • Ограничен ввоз в Азербайджан продукции из ряда стран

    Ограничен ввоз в Азербайджан продукции из ряда стран.

    Об этом сообщили в Агентстве продовольственной безопасности Азербайджана (AQTA).

    Отмечается, что, согласно официальным данным Всемирной организации по охране здоровья животных (WOAH), в ряде регионов Румынии и Греции была зарегистрирована чума мелкого рогатого скота, а во Флориде (США) и в районе Самтсе (Бутан) – птичий грипп.

    В связи с этим введено временное ограничение на импорт продукции из указанных стран.

    В то же время в целях усиления мер контроля было направлено обращение в Государственный таможенный комитет Азербайджана для принятия соответствующих мер в отношении транспортных средств, прибывающих с указанных территорий или проезжающих транзитом через Азербайджан.