Month: August 2024

  • Slovakiyalı velosipedçilər Parisdə qarət olunublar

    Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarına qatılan slovakiyalı velosipedçilər qarət olunublar.

    Bu barədə fransalı idman jurnalisti Amori Brele özünün sosial şəbəkə hesabında yazıb.

    O qeyd edib ki, hadisə Paris yaxınlığındakı Olimpiya kəndində baş verib.

    Belə ki, naməlum şəxslər slovakiyalı idmançılara məxsus olan 10 ədəd velosiped təkərini, ehtiyat hissələrini və dəyişdirici açarları oğurlayıblar.

    Dəymiş ziyanın məbləği 2.3 min avro olaraq qiymətləndirilir. Artıq hadisə ilə əlaqədar komandanın baş məşqçisi polisə şikayət edib.

  • Ötən ay bu rayonda 43 dərəcədən çox isti qeydə alınıb

    Cari ilin iyul ayında havanın temperaturu 25 gün normadan yüksək olub, orta aylıq temperatur 28.3 dərəcə olub ki, bu da iqlim normasından 2.1 dərəcə yüksəkdir.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

    O qeyd edib ki, iyul ayı ərzində maksimal temperatur Bakıda və Abşeron yarımadasında 6 iyulda 38 dərəcə, ölkə üzrə isə 20 iyulda Hacıqabulda 43.4 dərəcə isti qeydə alınıb:

    “Bəzi günlərdə hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb. Ötən iyul ayı ərzində Abşeron yarımadasında 6 gün yağıntılı keçib. Ay ərzində 12-16 mm olmaqla, normanın 4-6 misli qədər yağıntı düşüb. Bölgələrdə 10-16 gün yağıntılı olub, əksər bölgələrdə yağıntılar leysan xarakterli intensiv olub, düşən yağıntının miqdarı normadan çox olub. İyul ayında qərb rayonlarına 9 dəfə dolu yağması qeydə alınıb”.

    Xidmət rəisi qeyd edib ki, iyul ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq xəbərdarlıqlar verilib:

    “Ayrı-ayrı günlərdə bəzi dağlıq və dağətəyi rayonlarda şərq küləyi qısa müddətə güclənib. Ümumilikdə bölgələrdə 23 gün, Abşeron yarımadasında isə 4 gün küləyin sürəti 15 m/s-dən çox olub”.

  • Avropa İttifaqı Livan üçün 500 milyon avro ayırıb

    Avropa İttifaqı Livan üçün 500 milyon avro ayırıb.

    Bu barədə Avropa İttifaqının Qonşuluq və Genişlənmə siyasəti üzrə Komissarı Oliver Varhelyi “X” hesabında bildirib.

    “Region üçün bu çox çətin anlarda Aİ Livan və Livan xalqına güclü dəstəyini bir daha təsdiqləyir və səhiyyə, təhsil, su, iqtisadi artım, islahatlar, təhlükəsizlik kimi sahələr üçün 2024-25-ci illərə aid 1 milyard avroluq maliyyə dəstəyindən 500 milyon avroluq ilk tranşı ayırır”, – Avropa Komissarı qeyd edib.

    //APA

  • FHN: Dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir (VİDEO)

    İyulun 30-da Bakı şəhərinin Xətai rayonunda dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal olunan 1972-ci il təvəllüdlü Hüseynov İsgəndər Yusif oğlunun axtarışları fasiləsiz olaraq davam etdirilir.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, nazirliyin Aviasiya dəstəsinin helikopterləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışlar aparılır.

    Əlavə məlumat veriləcək.

  • Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham olunur?

    Yazıçı Şəmsiyyə Bəylərqızının (Rzayeva) yenidən həbs olunmasının detalları məlum olub.

    “Qaynarinfo”nun məlumatına görə, o, qohumu Sadiq Hüseynova qarşı 52 000 manatlıq dələduzluqda ittiham edilib.

    Barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq) və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılaraq məhkəməyə göndərilib.

    Belə ki, Şəmsiyyə Bəylərqızı 2022-ci ildə qohumu Sadiq Hüseynovdan 35 min manat alaraq, onu Qarabağda gedən tikinti işlərinə nəzarət komissiyasının üzvü kimi işə düzəldəcəyinə söz verib.

    Şəmsiyyə Bəylərqızı, həmçinin sələmə pul götürmək adı ilə Sadiq Hüseynova məxsus ümumilikdə 15 000 manat dəyəri olan brilyant qaşlı 26 qramlıq qızıl boyunbağını, 40.4 qramlıq qızıl tros boyunbağını, 22 qramlıq moruq formalı qızıl boyunbağını, qızıl yaxalığı, İtaliya istehsalı olan qızıl qolbağını, işıqfor formalı brilyant qızıl sırğanı, paxlava formalı qızıl brilyant üzüyü, 1898-ci il istehsalı olan “Nikolay” dövründən qalmış üzərində “1911-ci il” yazılmış qızıl onluq sikkəni, 5 ədəd “Nikolay dövrü”ndən qalmış üzərilərində “1901-ci il”, “1902-ci il”, “1901-ci il”, “1889-cu il” və “1899-cu il” yazılmış qızıl beşlik sikkələri ələ keçirib. Bir neçə il keçməsinə baxmayaraq, Şəmsiyyə Bəylərqızı nə qohumunu işə düzəldib, nə də ondan aldığı qızılları geri qaytarıb. Sadiq Hüseynov sonda anlayıb ki, Şəmsiyyə Bəylərqızı onun ümumilikdə 52 500 manat pulunu mənimsəyib.

    Məhkəmənin qərarı ilə Şəmsiyyə Bəylərqızı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və o, 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs 2024-cü il iyunun 3-dən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir.

    Xatırladaq ki, Azərbaycan və Rusiya Yazıçılar Birliyinin üzvü olan Şəmsiyyə Bəylərqızı vaxtilə İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin həyat yoldaşı olub. Bir müddət sonra səfir arvadını onun 741 min dollarını mənimsəməkdə günahlandırıb. Şəmsiyyə Bəylərqızı bu ittihamla 10 il müddətinə azadlıqdan məhrum edilib və 2019-cu ildə əfv olunaraq azadlığa çıxıb.

  • Hidrometeorologiya Xidməti: Ötən ay Hacıqabulda 43 dərəcədən çox isti qeydə alınıb

    Cari ilin iyul ayında havanın temperaturu 25 gün normadan yüksək olub, orta aylıq temperatur 28.3 dərəcə olub ki, bu da iqlim normasından 2.1 dərəcə yüksəkdir.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

    O qeyd edib ki, iyul ayı ərzində maksimal temperatur Bakıda və Abşeron yarımadasında 6 iyulda 38 dərəcə, ölkə üzrə isə 20 iyulda Hacıqabulda 43.4 dərəcə isti qeydə alınıb:

    “Bəzi günlərdə hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb. Ötən iyul ayı ərzində Abşeron yarımadasında 6 gün yağıntılı keçib. Ay ərzində 12-16 mm olmaqla, normanın 4-6 misli qədər yağıntı düşüb. Bölgələrdə 10-16 gün yağıntılı olub, əksər bölgələrdə yağıntılar leysan xarakterli intensiv olub, düşən yağıntının miqdarı normadan çox olub. İyul ayında qərb rayonlarına 9 dəfə dolu yağması qeydə alınıb”.

    Xidmət rəisi qeyd edib ki, iyul ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq xəbərdarlıqlar verilib:

    “Ayrı-ayrı günlərdə bəzi dağlıq və dağətəyi rayonlarda şərq küləyi qısa müddətə güclənib. Ümumilikdə bölgələrdə 23 gün, Abşeron yarımadasında isə 4 gün küləyin sürəti 15 m/s-dən çox olub”.

  • Paris-2024: Tennis üzrə dünya birincisi finala yüksələ bilməyib

    Polşalı tennisçi İqa Şvyontek Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının yarımfinal mərhələsində məğlub olub.

    Dünya reytinqində birinci pillədə qərarlaşan idmançı yarımfinalda çinli Çjen Sin Venə uduzub – 0:2 (2:6, 5:7).

    Digər yarımfinal görüşündə slovakiyalı Anna Şmidlova ilə xorvatiyalı Donna Vekiç üz-üzə gələcəklər.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

  • Növbədənkənar parlament seçkiləri üçün media mərkəzi açılacaq

    Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar media mərkəzinin açılışı istiqamətdə hazırlıq işləri davam edir.

    Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) avqustun 1-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

    MSK sədrinin sözlərinə görə, media mərkəzində yerli və xarici ölkələrdən jurnalistlərin təmsilçiliyi nəzərdə tutulur.

  • Хания был внесен в террористический список ЕС

    Глава политбюро палестинского движения ХАМАС Исмаил Хания был внесен в террористический список ЕС, в его отношении есть ордер Международного уголовного суда (МУС), однако Брюссель выступает против внесудебных казней.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил представитель внешнеполитической службы ЕС Петер Стано.

    “Конечно, мы пристально следим за любым развитием ситуации в отношении того, что происходит в Тегеране. Я могу только напомнить, что ЕС и его партнеры включили ХАМАС в террористические списки и что прокурор МУС выдал ордер на арест Исмаила Хании по обвинению в военных преступлениях. Однако в то же время ЕС последовательно выступает против внесудебных казней”, – сказал Стано.

  • İsmayıl Haniyə terrorçular siyahısına daxil edilibmiş

    “Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Avropa İttifaqının (Aİ) terrorçu siyahısına daxil edilib və onun barəsində Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi var, lakin Brüssel məhkəmədənkənar cəzalara qarşıdır”.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Peter Stano bildirib.

    “Əlbəttə, biz Tehranda baş verənlərlə bağlı istənilən hadisəni diqqətlə izləyirik. Yalnız xatırlada bilərəm ki, Aİ və onun tərəfdaşları HƏMAS-ı terrorçular siyahısına daxil edib və Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru müharibə cinayətləri ilə bağlı İsmayıl Haniyənin həbsinə order verib. Bununla belə, Aİ ardıcıl olaraq məhkəmədən kənar cəzalara qarşı çıxış edir”, – deyə Stano qeyd edib.