Month: August 2024

  • Zelim Kotsoyov Olimpiya Oyunlarına qələbə ilə start verib

    Cüdo üzrə 100 kq çəki dərəcəsində son dünya çempionumuz Zelim Kotsoyev Paris-2024 Olimpiadasında 1/8 final mərhələsində polşalı Pyotr Kuçera ilə üz-üzə gəlib.

    Rəqibini məğlub edən Zelim Kotsoyev ¼ final mərhələsinə vəsiqəni təmin edib.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.

  • Sabah 35 dərəcə isti gözlənilir

    Avqustun ikisində Bakıda və bölgələrdə 35 dərəcə isti gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.

  • Yanacağın yeni qiyməti sürücüləri təəccübləndirdi – FOTO

    Azərbaycanda yanacaqdoldurma məntəqəsinin endirim kampaniyası görənlərin gülüşünə səbəb olub.

    Median.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto yayılıb.

    Məlumata görə, Gəncədə yerləşən məntəqənin rəhbərliyi yanacağın hər litrinə 1 qəpik endirim edib. Yəni, Aİ-92 markalı benzinin 1 litri 1.09 manata, dizelin litri isə 0.99 manata təklif olunur.Bu barədə paylaşılan foto isə izləyicilərin gülüş hədəfinə çevrilib.

    Qeyd edək ki, Tarif Şurasının qərarı ilə bu il iyulun 1-dən Aİ-92 markalı benzinin litri 1.10 manat, dizelin qiyməti isə 1 manata qaldırılıb.

  • Qadın prokuror rəis müavini təyin edildi

    Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini təyin edilib.

    Baş prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Selcan Familzadə Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, Selcan Familzadə 2016-cı ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. O, əvvəllər Ağsu rayon prokurorunun köməkçisi və Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində işləyib.

    Prokurorluq orqanlarında gender bərabərliyi nəzərə alınmaqla gənc, peşəkar və savadlı kadrların komplektləşdirilməsi bundan sonra da həyata keçiriləcək.

  • İsmayıllıda kişi özünü qoz ağacından asdı

    İsmayıllıda intihar hadisəsi olub.

    Lent.az xəbər verir ki, hadisə rayonun Aşağıbaş kəndində baş verib. 55 yaşlı Səlim Ələşrəf oğlu Əzimov yaşadığı evin həyətindəki qoz ağacından özünü asaraq intihar edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Olimpiya çempionumuz birinci pillədə

    Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin avqust ayının 1-nə olan reytinq cədvəlini açıqlayıb.

    Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov (600 xal) birinci pilləyə yüksəlib.

    Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (510 xal) ikinci, idman gimnastı Nikita Simonov (430 xal) isə üçüncüdür.

  • Знаменитая вилла в Новханы продана по высокой цене

    Продана знаменитая вилла со статуями, фото которой несколько лет назад распространились в социальных сетях.

    Как сообщает moderator.az, дворец, расположенный в Новханы, был продан более чем за 6 млн манатов.

    Новый владелец готовится использовать особняк в качестве отеля. Отметим, что этот оригинальный особняк на побережье Каспийского моря занимает территорию в 0,45 га. Вилла площадью 1 500 кв.м привлекает внимание своим необычным дизайном.

    Отметим, что прежним владельцем виллы был Бахтияр Дали. Он рассказал, что является гражданином России, много лет работал военным инженером в этой стране и после выхода на пенсию построил этот особняк для себя на земельном участке, доставшемся в наследство от отца.

  • Novxanıdakı məşhur villa ŞOK QİYMƏTƏ SATILDI

    Bir neçə il əvvəl sosial şəbəkələrdə heykəllərlə bəzədilmiş fotoları yayılan məşhur villa satılıb.

    Moderator.az xəbər verir ki, Novxanıda yerləşən saray 6 milyon manatdan baha satılıb.

    Onu alan şəxs sözügedən malikanəni hotel kimi istifadəyə verməyə hazırlaşır. Qeyd edək ki, bu əsrarəngiz saray Xəzər dənizi sahilində, ümumilikdə 0.45 hektar ərazini əhatə edir. 1500 kvadratmetr sahəyə malik olan villa möhtəşəm dizaynı ilə göz oxşayır.

    Xatırladaq ki, villanın əvvəlki sahibi 60 yaşlı Bəxtiyar Dali kimi tanınan şəxsdir. O, Rusiya vətəndaşı olduğunu, uzun illər bu ölkədə hərbi mühəndis işlədiyini və təqaüdə çıxdıqdan sonra Azərbaycanda ata yurdunda yaşadığı bu malikanəni inşa etdirdiyini bildirmişdi.

  • Oğuzda qonaq getdikləri evdən oğurluq edən şəxslər saxlanılıblar

    Oğuz Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Zərərçəkmiş ona məxsus mobil telefonların yaşadığı ünvandan oğurlandığını bildirib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakinləri – Ruslan Həziyev və Xanım Mövsümlü saxlanılıblar.

    Araşdırmalar zamanı məlum olub ki, onlar zərərçəkmişin evində bir neçə gün qaldıqdan sonra mobil telefonları da götürərək həmin ünvandan xəbərsiz gediblər. Saxlanılan R.Həziyev ev sahibinə özünü xarici ölkə vətəndaşı kimi təqdim edib.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Xəzərin suyu çəkildi, qədim şəhər üzə çıxdı: Yaşma adasından GÖRÜNTÜLƏR (VİDEO)

    Xəzər dənizində yerləşən Yaşma adası dənizin qabarıb-çəkilməsi ilə sahəsini dəyişib.

    AzTV xəbər verir ki, Xəzərin suyunun quruması nəticəsində adanın sahəsi artıb. Tarixçilərin bildirdiyinə görə, adada vaxtilə qədim şəhər olub. Şəhərin qalıqları isə zaman-zaman üzə çıxıb. Hazırda suyun çəkilməsi isə Yaşma adasında arxeoloji tədqiqatlar üçün bir fürsətdir.

    Qeyd edək ki, Yaşma adası dəniz səviyyəsindən 29 metr aşağıda yerləşir. Düzənlik relyefə malikdir. Giləzi Dili burnundan bir qədər aralıdadır. Sahəsi dənizin qalxıb-enməsi ilə əlaqədar dəyişir. Bəzən hətta materikə birləşərək yarımadaya çevrilir. İnzibati cəhətdən Xızı rayonunun ərazisinə daxildir.

    Ətraflı süjeti təqdim edirik: