Month: August 2024

  • В связи с COP29 школьников отправят на каникулы, студентов – на дистанционку

    В Азербайджане объявляются каникулы для школьников и дистанционный формат обучения для студентов на время проведения в Баку 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29).

    Соответствующее постановление подписал премьер-министр АР Али Асадов.

    Согласно решению, в целях регулирования деятельности образовательных учреждений, действующих на территории страны, на период проведения климатической конференции в общеобразовательных учреждениях с 12 по 22 ноября 2024 года объявляются осенние каникулы.

    Кроме того, в специальных, средних и высших учебных заведениях Баку, Сумгайыта и Абшеронского района на этот же период процесс обучения будет организован в дистанционном формате.

  • COP29-la bağlı QƏRAR: Şagirdlər tətilə göndəriləcək, tələbələr distant təhsilə keçəcəklər

    Nazirlər Kabineti “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərar verib.

    Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) təhsilin pillələri üzrə tədris və təlim-tərbiyə prosesinin aşağıdakı qaydada təşkili təmin ediləcək:

    – ümumi təhsil pilləsi üzrə -2024-cü il noyabrın 12-dən 22-dək payız tətili;

    – peşə, orta ixtisas və ali təhsil pillələri üzrə – Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil.

    Elm və Təhsil Nazirliyi yuxarıda qeyd edilənlər nəzərə alınmaqla təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirməlidir.

    Qeyd edək ki, əvvəl payız tətili noyabrın 16-dan 20-dək idi.

  • Россия начнет производить инсулин в Азербайджане

    В 2025 году российская компания “Герофарм” начнет производить на площадке партнера в Азербайджане инсулин.

    Об этом сообщил “Известиям” торговый представитель России в Азербайджанской Республике (АР) Руслан Мирсаяпов.

    “Инсулин в АР в текущее время не производят, республика полностью его импортирует. Локализация позволит сделать препараты более доступными для азербайджанских пациентов”, – сказал он.

    Помимо этого, “Герофарм” уже производит инсулин в Казахстане, добавил торговый представитель.

    В настоящее время в Азербайджане зарегистрировано более 300 000 больных сахарным диабетом. С 2019 по 2023 год число страдающих сахарным диабетом второго типа увеличилось с 224 000 до 291 000 человек.

    Ранее расположенный в Азербайджане фармацевтический комплекс российской группы компаний “Р-Фарм” объявил о выпуске первой партии препарата для профилактики осложнений сахарного диабета. Согласно условиям пятилетнего договора, завод будет производить около 1 млн упаковок в год.

    Проблема роста заболевших сахарным диабетом касается не только Азербайджана, но и соседних странах, относящихся к постсоветскому пространству. О намерении построить завод по производству инсулина в Азербайджане ранее сообщала Великобритания. Кроме того, Израиль приступил к строительству аналогичного предприятия.

  • Rusiya Azərbaycanda insulin istehsalına başlayacaq

    2025-ci ildə Rusiyanın “Geropharm” şirkəti Azərbaycandakı tərəfdaşının yerində insulin istehsalına başlayacaq.

    Bu barədə Rusiyanın Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi Ruslan Mirsayapov “Izvestiya”ya məlumat verib.

    “Hazırda Azərbaycanda insulin istehsal olunmur, respublika onu tamamilə idxal edir. Lokallaşdırma dərmanları azərbaycanlı xəstələr üçün daha əlçatan edəcək”, – deyə o bildirib.

    Bundan başqa, “Geropharm” artıq Qazaxıstanda insulin istehsal edir.

    Xatırladaq ki, hazırda Azərbaycanda 300 mindən çox şəkərli diabet xəstəsi qeydiyyatdadır. 2019-cu ildən 2023-cü ilə qədər 2-ci tip şəkərli diabetdən əziyyət çəkənlərin sayı 224 min nəfərdən 291 min nəfərə yüksəlib.

    Bundan əvvəl Rusiyanın “R-Farm” şirkətlər qrupunun Azərbaycanda yerləşən əczaçılıq kompleksi şəkərli diabetin ağırlaşmalarının qarşısının alınması üçün preparatın ilk partiyasını buraxdığını elan edib. Beşillik müqavilənin şərtlərinə əsasən, zavod ildə təxminən bir milyon bağlama istehsal edəcək.

  • Bakıda nazirlikdən MTK-ya XƏBƏRDARLIQ – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Bakı şəhəri, Xətai rayonu, Ə.Cəlilov küçəsi, 26 ünvanında yerləşən “İslam” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasında liftin qəzalı vəziyyətdə istismar edilməsi barədə vətəndaş tərəfindən müraciət daxil olub.

    Bu barədə FHN məlumat yayıb.

    Müraciətlə əlaqədar dərhal FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən həmin binadakı liftə texniki baxış keçirilib.

    Baxış zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi, həmçinin insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

    Qeyd edilənlər nəzərə alınaraq, liftin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün “İslam” MTK qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı və liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən MTK-nın rəhbərliyinə izah olunub.

  • Kamil Zeynallıya qarşı dələduzluq edən FHN-in sabiq əməkdaşı ilə bağlı qərar verildi

    Bakı Apellyasiya Məhkəməsində idmançı Kamil Zeynallı və daha 7 nəfərin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan “Oba Construction” tikinti şirkətinin müdiri Emil Ağayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    İttihama görə, Emil Ağayev “Instagram”da tikinti, təmir və dizayn sahəsində fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan təsis etdiyi “Oba Construction” MMC adlı şirkətin səhifəsini yaradıb. Sonra Emil insanları inandırmaq üçün həmin səhifədə şirkətin güzəştli qiymətlərlə evlərin tikintisi, təmiri və dizaynını həyata keçirəcəyi ilə bağlı endirim kampaniyası elan etdiyi barədə yalan məlumatlar paylaşıb.

    2022-ci ilin fevral ayının sonunda fitnes məşqçisi Kamil Zeynallı Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən şəxsi mülkiyyətində olan həyətyanı torpaq sahəsində “Aframe” tipli evin tikilməsi ilə bağlı ona həmin sosial şəbəkə üzərindən müştəri kimi müraciət edib. Emil zərərçəkmişə özünü təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim edərək ona ümumi sahəsi 135 kvadratmetr olan ikimərtəbəli “Aframe” tipli evi 65 000 manat qiymətində 4 ay ərzində tikib təmir etməklə təhvil verəcəyinə yalan vəd verib.

    Kamil isə ona müxtəlif vaxtlarda ümumilikdə 20 000 manat pul verib. Təqsirləndirilən şəxs tikintiyə cəmi 7 010 manat pul xərcləməklə vəd verdiyi işi görməyi dayandırıb və zərərçəkmişə 12 990 manat ziyan vurub. Cinayət materiallarında qeyd edilib ki, o, zərərçəkmişlərə 300 min manata yaxın maddi ziyan vurub.

    Məhkəmə istintaqında Emil Ağayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Lakin ayrı-ayrılıqda verilmiş mülki iddiaları qismən qəbul edərək ifadəsində göstərib ki, 2008-ci ildən 2018-ci ilə qədər Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsində işləyib. 2017-ci ildən etibarən isə o, tikinti sahəsində fəaliyyət göstərib. Qısa müddət ərzində o öz tikinti şirkətini, yəni “Oba Construction” MMC-ni açıb. Bu şirkəti açmazdan əvvəl Emil uzun müddət fəhlə, usta və baş usta kimi çox yerlərdə işlədiyini söyləyib. Onun şirkətinin əsas fəaliyyəti – fərdi yaşayış evlərinin tikintisi ilə əlaqədar olub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emil Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

  • Новые кадры с демаркированного участка азербайджано-армянской границы (ВИДЕО)

    Распространились новые кадры с госграницы между Азербайджаном и Арменией.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, журналист Татул Акопян на своей странице в Facebook поделился кадрами демаркированного и огражденного стенами участка азербайджано-армянской границы близ села Киранц Тавушского района.

  • Azərbaycan-Ermənistan sərhədinin demarkasiya edilmiş ərazisindən YENİ GÖRÜNTÜLƏR (VİDEO)

    Azərbaycan-Ermənistan sərhədindən yeni görüntülər yayılıb.

    Bu barədə Median.Az Ermənistan KİV-ə istinadən bildirir.

    Erməni jurnalist Tatul Akopyan öz “Facebook” hesabında Tavuş rayonunun Kirants kəndi yaxınlığında Azərbaycan-Ermənistan sərhədinin demarkasiya edilmiş və divarlarla hasarlanmış ərazisindən görüntülər paylaşıb.

  • Yevlax rayonundan qaçırılan maşın Ağsu rayonunun ərazisində tapılıb

    İyulun 31-də gecə saat 4 radələrində Yevlax rayon, Aran qəsəbəsi ərazisindən VAZ-2106 avtomobilinin qaçırılması barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Ağsu rayonu ərazisində tapılıb.

    Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Əhmədov müəyyən edilərək saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ədliyyə Nazirliyinin tanınmış müstəntiqi vəzifəsindən azad edildi

    Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisi Nazim Abbasov vəzifəsindən azad edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə nazir Fərid Əhmədov əmr imzalayıb.

    N.Abbasov təqaüd yaşı tamam olduğu üçün öz arzusu ilə tutduğu vəzifədən azad edilib.

    Qeyd edək ki, Nazim Abbasov peşəkar müstəntiq kimi tanınır. O, uzun illər Baş Prokurorluqda İstintaqa nəzarət idarəsinin rəisi işləyib. 2019-cu ildə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisi təyin olunub.