Month: August 2024

  • Bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

    Avqustun 2-4-ü aralığında əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

    Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

  • Sumqayıtda meyit tapılıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Bildirilib ki, məlumatla əlaqədar FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar:

    “Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib”.

  • “Meta” İsmayıl Haniyəyə aid paylaşımları silməyə başlayıb: Başsağlığı mesajları da bloklanır

    “Meta” şirkəti özünə məxsus olan sosial şəbəkələrdə İranda öldürülən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə aid şəkillər və istinadlar olan paylaşımları silməyə başlayıb.

    Bu barədə Median.Az “Yeni Şafak” “Telegram” kanalına istinadən bildirir.

    Məlumata görə, İsmayıl Haniyənin ölümü ilə bağlı yayımlanan başsağlığı mesajları da “Facebook” platformasında bloklanır.

    Sosial şəbəkə istifadəçiləri qeyd ediblər ki, oxşar vəziyyət əksər xəbər saytlarında da baş verir.

  • Президент Ильхам Алиев наградил группу работников кино

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении группы работников отечественного кино.

    Как сообщает President.az, за заслуги в развитии азербайджанского кинематографа медали “Терегги” удостоены следующие лица:

    Рамзия Акрамовна Джилгамлы

    Гюльшан Расул гызы Гулиева

    Ровшан Исах оглу Мамедов

    Байрам Хидаят оглу Наджафов

    Адалят Мамед оглу Юнусов.

    Кроме того, за многолетнюю плодотворную деятельность в развитии азербайджанского кинематографа персональная пенсия Президента Азербайджанской Республики присуждается следующим лицам:

    Фирангиз Ага Дадаш гызы Гурбанова

    Акиф Заби оглу Рустамов.

  • İlham Əliyev Azərbaycanın kino işçilərini təltif edib – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

    Cilqamlı Rəmziyə Əkrəmovna

    Quliyeva Gülşən Rəsul qızı

    Məmmədov Rövşən İsax oğlu

    Nəcəfov Bayram Hidayət oğlu

    Yunusov Ədalət Məmməd oğlu.

    Bundan əlavə, Azərbaycan kinematoqrafiyasının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

    Qurbanova Firəngiz Ağa Dadaş qızı

    Rüstəmov Akif Zabi oğlu.

  • В Иране в отношении опубликовавших посты о Хании возбудили уголовные дела

    В Тегеране в связи с убийством главы политбюро палестинской радикальной группировки ХАМАС Исмаила Хании в отношении нескольких человек возбуждены уголовные дела.

    Как сообщает Median.Az со ссылкой на Telegram-канал Azad İran, информацию об этом распространила прокуратура иранской столицы.

    По информации, задержанные были наказаны за то, что опубликовали посты и высказали свое мнение по поводу инцидента.

    “Несколько человек были вызваны в прокуратуру и допрошены, им сделали предупреждение, в отношении еще нескольких лиц возбуждены уголовные дела. Им вменяется в вину нарушение психологической безопасности общества”, – отмечается в сообщении.

  • İranda Haniyə haqqında paylaşım edənlərə cinayət işi açılıb

    Fələstinin radikal HƏMAS qruplaşmasının siyasi bürosunun rəhbəri İsmayıl Həniyənin öldürülməsi ilə bağlı Tehranda bir neçə nəfərə cinayət işi açılıb.

    Median.Az “Azad İran” “Telegram” kanalına istinadən bildirir ki, bu barədə Tehran Prokurorluğu məlumat yayıb.

    Məlumata görə, saxlanılanlar hadisə ilə bağlı paylaşım etdiklərinə və fikir bildirdiklərinə görə cəzalandırılıblar.

    “Bir neçə nəfər çağırılaraq dindirilib, onlara xəbərdarlıq edilib, daha bir neçə nəfərə isə cinayət işi açılıb. Onlara qarşı cəmiyyətin psixoloji təhlükəsizliyini pozduqlarına görə cinayət işi açılıb”, – deyə məlumatda qeyd olunub.

  • “Telegram”da hamı üçün əlçatan və maraqlı yeniliklər

    “Telegram”ın tərtibatçıları messencer üçün böyük bir yeniləmə buraxdılar.

    Bu barədə “Telegram”ın bloqunda məlumat verilib.

    İndi messencerdəki axtarışda “Proqramlar” bölməsində istifadə edilmiş və yeni mini proqramları tapa bilərsiniz. Bundan əlavə, belə proqramların tərtibatçıları istifadəçilərin xidmətlə tanış olması üçün demo videolar və şəkillər yükləyə bilərlər.

    Mini proqram istifadəçiləri həmçinin “Telegram”da “hekayə” kimi yerləşdirmək üçün məzmun yarada biləcəklər.

    Quraşdırılmış brauzer indi alt paneldən səhifələrin yıxılmasını və genişləndirilməsini, həmçinin əlfəcinlərə səhifələrin əlavə edilməsini dəstəkləyir.

    Digər funksiyalarla yanaşı, digər istifadəçilərə daxili valyuta Ulduzları (“ulduzlar”) vermək, flaşla video mesajlar yazmaq, həmçinin “hekayələr”də dərc edilmiş videonun üz qabığı kimi çərçivə seçmək mümkündür.

  • Daha bir HƏMAS lideri öldürüldü

    HƏMAS-ın hərbi lideri Məhəmməd Deifin hava hücumu nəticəsində öldürülüb.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusu HƏMAS-ın hərbi lideri Məhəmməd Deifin iyulun 13-də həyata keçirilən hücumlar zamanı öldürüldüyünü açıqlayıb.

    Qeyd edək ki, ötən gün HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə də Tehranda qətlə yetirilib.
    //azxeber.com

  • Зелим Коцоев начал Олимпийские игры с победы

    Последний чемпион мира из Азербайджана в весовой категории 100 кг Зелим Коцоев в 1/8 финала встретился с польским дзюдоистом Петром Кучерой в рамках летних Олимпийских игр.

    Зелим Коцоев вышел в четвертьфинал, победив своего соперника.

    Отметим, что Игры завершатся 11 августа.

    Ранее олимпийским чемпионом стал дзюдоист Хидаят Гейдаров (73 кг).