Month: August 2024

  • “Özünü Mirzə Babayevin qardaşı kimi təqdim edib pul istəyir” – FOTO

    Bakıda özünü mərhum Xalq artisti Mirzə Babayevin qardaşı kimi təqdim edən şəxs müxtəlif bəhanələrlə vətəndaşlardan pul alır.

    Bu barədə Mirzə Babayevin nəvəsi Emin Babayev feysbuk hesabında yazıb.

    E. Babayev xəbərdarlıq edib: “Artıq bir neçə ildir şəkildə gördüyünüz kişi şəhərin müxtəlif yerlərində, əsasən kafe və marketlərdə, özünü Mirzə Babayevin qardaşı kimi təqdim edərək insanlardan müxtəlif formalarda xeyir alır. Kimdənsə pul istəyir, kimsə onun yediyi yeməyin hesabını ödəyir və s.”

    Nəvənin sözlərinə görə, həmin şəxs özü ilə Mirzə Babayevin şəklini gəzdirir: “Sifətdən müəyyən oxşarlığı var, ailəmiz haqqında bəzi məlumatları əzbərləyib, geyimində də çalışır ki Mirzə Babayeva oxşasın”.

    O qeyd edib ki, babasının sonuncu qardaşı 11 il bundan əvvəl vəfat edib.

  • Dollar qıtlığının səbəbi nədir? (ŞƏRH)

    “Dollar satışında yaranan problem mövsümü xarakter daşıyır. Xaricdə təhsil alanlar və yaşayanlar avqust ayında geri dönürlər. Belə bir vaxtda hamıya dollar lazım olur”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Əkrəm Həsənov deyib.

    Onun sözlərinə görə, banklarda idarəetmə normal səviyyədə deyil:

    “İşlərini planlaşdıra bilmirlər ki, qabaqcadan dollar alsınlar. Avqust və sentyabrda istirahətə gedənlər daha çox olur. Bir də varlılar istirahətə həmişə sentyabrda gedir. Hazırda dollarla bağlı qlobal bir şey yoxdur. Bu il devalvasiya gözlənilmir”.

    Əkrəm Həsənovun fikirincə, məzənnə inzibati yolla müəyyən olunur:

    “Düzdür, iqtisadi əsas olmadan da bunu etmək olar. Amma hazırda belə bir gözlənti yoxdur. İnsanlar panikanı sevir, biri dollar tapmayanda dərhal onu yayır. Eyni zamanda Azərbaycanda dollar alışına süni maneələr yaradılır. İllik 20 min manatdan çox almaq olmaz, əks halda sübut etməlisən ki, bu pul hardan gəlib”.

    Əkrəm Həsənov hesab edir ki, bu gün bazarda dollar satışında yaranan problem bankarın səriştəsizliyi ilə əlaqədardır.

  • Misirdə eramızdan əvvəl 6-cı əsrə aid astronomik rəsədxana tapıldı

    Misirin Turizm və Qədim Əsərlər Nazirliyinin (MOTA) arxeoloqları Kəfr əl-Şeyxdə eramızdan əvvəl VI əsrə aid böyük astronomik rəsədxananın binasını aşkar ediblər. Qədim Buto şəhərindəki fironlar məbədinin binaları kompleksinin bir hissəsidir.

    Bu barədə idarənin saytında məlumat verilir.

    Quruluş gil kərpicdən tikilib. Təxminən 850 kvadratmetr ərazini tutub, L formalı və sütunlarla dəstəklənmiş, girişi isə doğulan günəşə doğru şərqə baxır.

    Binanın içərisində mütəxəssislər astronomik müşahidələrlə bağlı artefaktlar aşkar ediblər. Onların arasında əhəngdaşı plitələrdən və bloklardan hazırlanıb, eni 4,8 metr olan böyük günəş saatı var.

    Rəsədxananın alətlərini saxlamaq üçün beş kiçik otaqdan ibarət bir sıra, ehtimal ki, rəsədxananın qülləsi kimi dörd kiçik çiy kərpicdən və bir daş otaqdan istifadə edilib.

    Sarı havanla örtülmüş və qədim misirlilərin fikirlərində kosmos və Kainatla əlaqəli simvollar – tanrı Horusun başını və Vadjetin gözünü əks etdirən freskalarla bəzədilmiş üç divarı olan böyük bir salon da tapılıb.

    Rəsədxanadakı artefaktlar arasında Osiris tanrısının tunc heykəlləri, Bes tanrısının terakota heykəli və firon I Vahibre Psammetixin hakimiyyəti dövrünə aid 26-cı sülalə dövrünə aid qranit heykəl var. Bu heykəl Osirisi təsvir edir və orada Kral Möhürünün Qoruyucusu titulunu özündə əks etdirən keşiş Psammetix-Senebusun yazısı da yer alır.

    Digər artefaktlara ölçü alətləri, menat boyunbağı və fayansdan hazırlanmış dini simvollar, Ptah tanrısının keramika heykəli, amfora qapaqları və digər əşyalar daxildir.

    MOTA qeyd edib ki, Buto Rəsədxanası Qədim Misirdə astronomik müşahidələr üçün ən böyük kompleks olub.
    //qaynarinfo.az

  • 39 illik tarixin sonu: Microsoft İdarəetmə Panelindən rəsmən imtina etdi

    Microsoft, İdarəetmə Panelinin istifadəsini mərhələli şəkildə dayandırdığını elan edib. O, tamamilə Parametrlər proqramı ilə əvəz olunacaq.

    İdarəetmə Paneli 1985-ci ildən Windows-un bir hissəsidir və ilk dəfə Windows 1.0-da ortaya çıxıb. O, istifadəçilərə cihazlar və printerlər əlavə etməyə, tarix və vaxtı təyin etməyə, iş masasını fərdiləşdirməyə, arzuolunmaz proqramları silməyə və s. əməliyyatlarda rol oynayıb. Ancaq son illərdə bu funksiyadan demək olar ki, istifadə edilmir.

    2012-ci ildə Windows 8 ilə işə salınan Parametrlər proqramı bu vəzifələrin çoxunu yerinə yetirmək üçün yeni yerə çevrilib və tədricən İdarəetmə Panelinin funksiyalarını öz üzərinə götürüb. 2020-ci ilin oktyabr ayından Microsoft istifadəçiləri onların əvəzinə Parametrlər proqramından istifadə etməyə təşviq etmək üçün yönləndirir.

    “Parametrlər proqramı […] daha müasir və sadələşdirilmiş təcrübə təklif edir”, – Microsoftun dəstək sənədində deyilir.

    Bir gün əvvəl Microsoft bu köhnəlmiş alətdən rəsmən imtina etdiyini açıqlayıb. Korporasiya hələlik idarəetmə panelinin rəsmi olaraq nə vaxt bağlanacağını açıqlamayıb.

    İlin əvvəlində Microsoft, demək olar ki, 20 ildir işləyən WordPad mətn redaktoru olmadan Windows 11 Canary-in yeni quruluşunu buraxıb. İndi korporasiya əvəzinə MS Word proqramından istifadə etməyi məsləhət görür.
    //qaynarinfo

  • Xankəndi məhkəməsi bu şəxsə cəza verdi

    Bu ilin 11 may tarixində Xankəndi şəhərində tapdığı soyuq silahı gizlədərək aparmaq istəyən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xocalı rayonu Malıbəyli kəndində qapı-pəncərə sexində çalışan 1981-ci il təvəllüdlü H.N-ə Cinayət Məcəlləsinin 228.4-cü (Qanunsuz silah əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə hökm oxunub.

    Xankəndi Şəhər Məhkəməsində keçirilən prosesdə H.N bildirib ki, silah hesab edilən “Kalaşnikov” avtomatının süngü-bıçağını Malıbəylidən Xankəndiyə bazarlıq etməyə gedərkən təsadüfən tapıb. Polis əməkdaşları şəhərin girişindəki postda avtomobilləri yoxlayarkən ön oturacağın altında gizlədilmiş əşyanı tapıblar və faktla bağlı cinayət işi açılıb.

    Xankəndi Şəhər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə ona qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il islah işləri cəzası verilib.

  • “Arsenal”ın hücumçusu İngiltərənin başqa klubuna keçir

    “Arsenal”ın futbolçusu Eddi Nketia İngiltərənin başqa klubuna keçəcək.

    Median.Az “Sky Sports”a istinadən xəbər verir ki, hücumçu karyerasını “Kristal Pelas”da davam etdirəcək.

    Bu transfer 30 milyon avroya başa gələcək.

    Qeyd edək ki, 25 yaşlı forvard ötən mövsüm London təmsilçisində 37 matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
    //report

  • Türkiyəli məşhur aktrisa vəfat edib

    Türkiyəli məşhur aktrisa Sevil Üstekin vəfat edib.

    Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

    “Yeşilçam” ulduzlarından olan mərhum aktrisa “Şaban oğlu Şaban”, “Kapıcılar Kralı” və bir çox məşhur film və seriallarda çəkilib.

    O, həmçinin bir çox teatrlarla əməkdaşlıq edib.

    Qeyd edək ki, S.Üstekinin 79 yaşı var idi.

  • Зеленский заявил об успешном испытании украинской баллистической ракеты

    Украина провела успешное испытание собственной баллистической ракеты.

    Как передает Median.Az со ссылкой на РБК Украина, об этом заявил президент Украины Владимир Зеленский в ходе пресс-конференции.

    “Было положительно испытание первой украинской баллистической ракеты”, – сказал он.

    Зеленский заявил, что не может раскрыть детали: “Думал, что рано об этом говорить. Но хотел, чтобы была оценка обществом людей, которые 24/7 работают на оборонных предприятиях”.

    Зеленский также напомнил о ракете-дроне “Паляница” и отметил, что это “очень серьезные вещи”.

    “Паляница” имеет большие крылья, что позволяет летать на дальние расстояния. При этом оружие сможет поражать цели, в том числе на аэродромах, до того, как самолеты будут успевать взлетать.

  • Zelenski: Ukraynada ballistik raketin sınağı uğurlu keçib

    Ukrayna öz ballistik raketini uğurla sınaqdan keçirib.

    Median.Az “RBC Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransı zamanı bildirib.

    “Ukraynanın ilk ballistik raketinin sınağı müsbət olub”, – o vurğulayıb.

    V.Zelenski təfərrüatları açıqlaya bilməyəcəyini söyləyib.

    Ukrayna Prezidenti, həmçinin “Palyanitsa” dron-raketini xatırladıb və onun çox ciddi vasitə olduğunu qeyd edib.

    Qeyd edilir ki, böyük ölçülü “Palyanitsa” dron-raketi uzaq məsafələrə uçmaq qabiliyyətinə malikdir. Eyni zamanda hədəfləri havada vurmağa imkan verir.

  • Объем взаимных инвестиций Азербайджана и Турции за последние 30 лет

    С 1995 года до конца первого квартала 2024 года Азербайджан инвестировал в Турцию около 20 млрд долларов США, а Турция в Азербайджан -16 млрд долларов США.

    Как передает Report со ссылкой на Министерство экономики, Турция занимает второе место по объему прямых иностранных инвестиций в экономику Азербайджана.

    В стране действует около 4 200 коммерческих организаций с турецкими инвестициями.

    За январь-июль 2024 года объем торгового оборота между Азербайджаном и Турцией составил 3,62 млрд долларов США, что на 23,7% меньше по сравнению с тем же периодом 2023 года. Экспорт Азербайджана в Турцию уменьшился на 31,9% – до 2,33 млрд долларов США, тогда как импорт из Турции сократился на 2,4% – до 1,29 млрд долларов США.