Month: August 2024

  • Son 30 ildə Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşlarının həcmi açıqlanıb

    1995-ci ildən 2024-cü ilin birinci I rübün sonuna qədər Azərbaycan Türkiyəyə təqribən 20 milyard ABŞ dolları,Türkiyə Azərbaycana 16 milyard ABŞ dolları dəyərində investisiya yatırıb.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyindən bildirilib.

    Məlumata görə, ölkə iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcminə görə Türkiyə 2-ci yerdə qərarlaşıb.

    “Azərbaycanda 4 200-ə yaxın Türkiyə investisiyalı kommersiya qurumu fəaliyyət göstərir”,- deyə məlumatda qeyd edilib.

    Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanla-Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 3 milyard 620 milyon 387 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 23,7 % azdır.

    Hesabat dövründə Azərbaycanın Türkiyəyə ixracının həcmi 31,9 % azalaraq 2 milyard 329 milyon 275 min ABŞ dolları təşkil edib. Azərbaycanın Türkiyədən idxalının həcmi 2,4 % azalaraq 1 milyard 291 milyon 111 min ABŞ dolları təşkil edib.

  • Polşada medal qazanan Azərbaycan atleti: Olimpiadadan sonra üzərimdəki gərginlik azaldı

    Olimpiadadan sonra üzərimdəki gərginlik azaldı və artıq digər turnirlərdə rahat çıxış etmək olur.

    Bunu “Report”a açıqlamasında Azərbaycan atleti Anna Skidan deyib.

    Polşanın Xojuv şəhərində Brilyant Liqa çərçivəsində reallaşan Kamila Skolimovska Memorialında çəkicatma üzrə uğurlu çıxış edərək ikinci yeri tutan idmançı yarışın yüksək səviyyədə keçdiyini bildirib:

    “Mənə dəstək olan və təbrik edən hər kəsə təşəkkürümü bildirirəm. Yarış mənim üçün uğurlu alındı. Turnir dolu tribunalar önündə keçirilirdi. Tamaşaçı sayı çox olanda insanda gözəl emosiyalar yaranır. Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra özümə dincəlmək üçün bir həftə vaxt vermişdim. Daha sonra Bakıda, Kiyevdə məşqlərə başladım və Memorialda iştirak üçün Polşaya yollandım. Olimpiadadan sonra üzərimdəki gərginlik azaldı və artıq digər turnirlərdə rahat çıxış etmək olur”.

    Qeyd edək ki, Anna Skidan Kamila Skolimovska Memorialında 71.82 metr nəticə ilə ikinci yeri tutub.

  • Очередной экономический форум “Персидский залив-Азербайджан” состоится в Баку в сентябре

    Федерация палат Совета сотрудничества арабских государств Персидского залива (GCC) 25-26 сентября в Баку организует второй экономический форум “Персидский залив-Азербайджан”.

    Об этом сообщает Median.Az со ссылкой на Федерацию.

    “Целью форума, который будет называться “Устойчивость, инвестиции, партнерство”, является развитие торговых отношений стран Персидского залива с Азербайджаном в нескольких перспективных экономических секторах”, – говорится в информации.

    Форум будет организован при сотрудничестве с Агентством поощрения экспорта и инвестиций Азербайджана (AZPROMO) при поддержке министерства экономики Азербайджана и Генерального секретариата GCC.

    Президент Федерации Фейсал бин Абдулла Аль-Раввас отметил, что форум отражает “важность укрепления и развития торговых отношений между странами Персидского залива и Азербайджаном и увеличения объема взаимного товарооборота”.

    По его словам, на форуме будут представлены ключевые инвестиционные возможности и совместные проекты в нескольких экономических отраслях, включая продовольственную безопасность и сельское хозяйство, возобновляемые источники энергии, логистику и транспорт, а также сектора, которые поддерживают рост торговли и инвестиций между двумя сторонами.

    Аль-Раввас добавил, что объем товарооборота между странами Персидского залива и Азербайджаном достиг $1,8 млрд в 2023 году, а инвестиции стран залива в азербайджанскую экономику – около $7 млрд. Он отметил, что экономические возможности Азербайджана “побудили федерацию сосредоточиться на проведении подобных совместных мероприятий”.

    Первый экономический форум «Персидский залив -Азербайджан» состоялся в 2017 году.
    //report

  • Sentyabrda Bakıda II “Körfəz – Azərbaycan” İqtisadi Forumu keçiriləcək

    Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (GCC) Palatalar Federasiyası sentyabrın 25-26-da Bakıda II “Körfəz – Azərbaycan” İqtisadi Forumunu təşkil edəcək.

    Median.Az bu barədə federasiyaya istinadən məlumat yayıb.

    “Dayanıqlıq, investisiya, tərəfdaşlıq” adlanacaq forumun məqsədi Körfəz ölkələri ilə Azərbaycan arasında bir sıra perspektivli iqtisadi sahələrdə ticarət əlaqələrini inkişaf etdirməkdir”, – məlumatda bildirilib.

    Forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə əməkdaşlıq çərçivəsində Azərbaycan İqtisadiyyat Nazirliyi və Körfəz Əməkdaşlıq Şurasının Baş Katibliyinin dəstəyi ilə təşkil olunacaq.

    Federasiyanın prezidenti Faisal bin Abdullah Əl-Ravvas qeyd edib ki, forum Körfəz ölkələri ilə Azərbaycan arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi və inkişafının, o cümlədən iki tərəf arasında ticarət mübadiləsinin həcminin artırılmasının vacibliyini əks etdirir.

    Onun sözlərinə görə, forumda ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı, bərpa olunan enerji mənbələri, logistika və nəqliyyat, eləcə də iki tərəf arasında ticarət və investisiyaların artımını dəstəkləyən sektorlar da daxil olmaqla bir sıra iqtisadi sahələrdə əsas investisiya imkanları və birgə layihələr təqdim olunacaq.

    Əl-Ravvas əlavə edib ki, 2023-cü ildə Körfəz ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1,8 milyard ABŞ dollarına çatıb. Körfəz ölkələrinin Azərbaycan iqtisadiyyatına sərmayələri isə təxminən 7 milyard ABŞ dolları təşkil edib.

    O qeyd edib ki, Azərbaycanın iqtisadi imkanları federasiyanı bu cür birgə tədbirlərin keçirilməsinə diqqət ayırmağa sövq edib.

    Birinci “Körfəz – Azərbaycan” İqtisadi Forumu 2017-ci ildə keçirilib.
    //report

  • В Баку создан Азербайджано-узбекский экспертный совет

    Мозговые центры Азербайджана и Узбекистана создали в Баку Азербайджано-узбекский экспертный совет.

    Как сообщили Report в Центре анализа международных отношений (ЦАМО), решение о создании совета принято по итогам конференции “Азербайджан и Узбекистан: новые перспективы взаимовыгодного сотрудничества”, организованной совместно ЦАМО и Институтом стратегических и межрегиональных исследований при президенте Узбекистана.

    В мероприятии приняли участие заместитель директора Института стратегических и межрегиональных исследований при президенте Узбекистана Бахтиёр Мустафаев, председатель правления ЦАМО Фарид Шафиев, посол Узбекистана в Азербайджане Бахром Ашрафханов и др.

    Участники конференции обсудили ряд важных вопросов, включая потенциал двух стран в области альтернативной энергетики и создание коридора “зеленой энергии” Центральная Азия-Азербайджан-Европа.

    Конференция продолжилась панельными дискуссиями на темы “Стратегическое партнерство Азербайджана и Узбекистана как важный фактор развития сотрудничества между регионами Центральной Азии и Южного Кавказа”, “Состояние и перспективы развития азербайджано-узбекского торгово-экономического взаимодействия”, “Развитие азербайджано-узбекского транспортно-логистического взаимодействия в новых геополитических условиях”.

    По итогам конференции принято решение о создании Азербайджано-Узбекского экспертного совета.

  • Azərbaycan-Özbəkistan Ekspert Şurası yaradılıb

    Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə bu gün “Azərbaycan və Özbəkistan: Qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” mövzusunda hibrid konfrans keçirilib.

    BMTM-dən “Report”a verilən məlumata görə, açılış nitqi ilə çıxış edən Strateji və Regionlararası Araşdırmalar İnstitutunun direktor müavini Baxtiyor Mustafayev ikitərəfli münasibətlərin cari vəziyyətinin məmnunluq doğurduğunu və inkişaf perspektivlərin yüksək olduğunu qeyd edib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Özbəkistana səfəri iki dövlət arasında çoxşaxəli əməkdaşlığın inkişafı üçün yeni mərhələnin başlamasından xəbər verir: “Qısa müddət ərzində dövlətlərarası münasibətlər yüksək səviyyəyə qaldırılıb, iqtisadi münasibətlər uğurla inkişaf edir”.

    Alternativ energetika sahəsində potensialın yüksək olduğunu deyən B.Mustafayev “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizinin yaradılması üzrə fəal iş aparıldığını diqqətə çatdırıb.

    Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanan sənədlərin, xüsusən də müttəfiqlik münasibətləri haqqında müqavilənin regional və qlobal baxımdan əhəmiyyətini vurğulayıb.

    “Son 30 il ərzində Azərbaycan və Özbəkistan arasında çox sıx münasibətlər formalaşıb. Əlaqələrimiz çox yüksək, strateji səviyyədədir”,-o qeyd edib.

    F.Şəfiyev iqtisadi sahədə münasibətlərin inkişafının zəruriliyinə toxunub. Onun sözlərinə görə, iki ölkə arasında özəl sektorlar sahəsində qarşılıqlı əlaqənin asanlaşdırılması, gömrük və digər bürokratik maneələrin aradan qaldırılması vacibdir.

    BMTM-in İdarə Heyətinin sədri, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin, ekspert dairələri arasında təmasların intensivləşdirilməsinin zəruriliyini qeyd edib.

    İkitərəfli sənaye əməkdaşlığının inkişafının vacibliyinə toxunan Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov söyləyib ki, Azərbaycan Özbəkistan üçün Avropaya, Özbəkistan isə Azərbaycan üçün Asiyaya körpü kimi çıxış edir.

    Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Mahir Cəfərov Prezident İlham Əliyevin dövlət səfərinin ikitərəfli münasibətlərdə tarixi və yeni mərhələ olduğunu, nəqliyyat-logistika, bərpaolunan enerji sahələrində əməkdaşlığın ikitərəfli əlaqələrin dinamikasına mühüm töhfə verəcəyini vurğulayıb.

    Daha sonra konfrans “Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında əməkdaşlığın inkişafında Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı vacib faktor kimi”, “Azərbaycan və Özbəkistan ticari-iqtisadi qarşılıqlı fəaliyyətinin vəziyyəti və inkişaf perspektivləri” (sənaye əməkdaşlığı, “yaşıl” energetika, rəqəmsallaşma), “Yeni geosiyasi şəraitdə Azərbaycan-Özbəkistan nəqliyyat-logistika qarşılıqlı fəaliyyətinin inkişafı” mövzularında panel müzakirələri ilə davam edib. Hər iki ölkənin beyin mərkəzləri və ekspert dairələrinin çıxışları dinlənilib.

    Konfransın nəticəsi olaraq Azərbaycan-Özbəkistan Ekspert Şurasının yaradılmasına dair qərar qəbul edilib.

  • TKTA: Diplom tanınması prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmirik

    Xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımırıq.

    Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

    Qeyd olunub ki, iddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd tanınma müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Agentliyin “Qaynar xətt” xidmətinə (146-8) və ya info@tkta.edu.az ünvanına məlumat vermək tövsiyə olunur.
    //report

  • Завтра в Баку будет северо-восточный ветер, в горных районах возможны грозы

    28 августа в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, преимущественно без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, северо-западный ветер днем сменится северо-восточным.

    Температура воздуха ночью составит 21-26°, днем 31-36° тепла. Атмосферное давление – 761 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 70-75 %, днем 45-50%.

    В районах Азербайджана преимущественно без осадков. Однако вечером в некоторых горных районах возможны кратковременные дожди, грозы. Умеренный восточный ветер в некоторых местах будет временами усиливаться.

    Температура воздуха ночью 20-25°, днем 34-39° тепла, в горах ночью 13-18°, днем 21-26 ° тепла.

  • Sabah Bakıda külək əsəcək, bəzi rayonlara yağış yağacaq

    Avqustun 28-də Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində, 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.

  • “Beşiktaş” yeni transferini açıqlayıb

    Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

    Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    Son olaraq Almaniyanın “Auqsburq” komandasında çıxış edən Feliks Uduokhai transfer edilib. Almaniya vətəndaşı olan 26 yaşlı müdafiəçi 2024/2025 mövsümünün sonunadək icarəyə götürülüb. “Ağ-qaralar” mövsümün sonunda oyunçunu almaq hüququna malikdir.

    Qeyd edək ki, Feliks Uduokhai 2020-ci ildən Bundesliqa klubunun formasını geyinib.