Month: August 2024

  • Bakıda teplovozun altında qalan kişi öldü

    Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

    Median.Az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 21-də 1989-cu il təvəllüdlü Pərviz Mustafayevi Binəqədi rayonu ərazisində relsin üstündən keçərkən teplovoz vurub. O, avqustun 26-da xəstəxanada ölüb.

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    İbtidai istintaq davam etdirilir.

  • Дурову вновь продлили срок задержания

    Сооснователь Telegram Павел Дуров останется под стражей еще на 48 часов в рамках расследования дела о киберпреступлениях.

    Как передает Median.Az, об этом сообщило агентство Reuters со ссылкой на заявление прокуратуры Парижа.

    Накануне в заявлении надзорного органа сообщалось, что 25 августа срок содержания Дурова под стражей был продлен до 28 августа в рамках процедуры, применяемой с преступлениями, в которых обвиняется предприниматель.

  • Durovla bağlı yeni qərar: Həbsdən buraxılmayacaq?

    “Telegram”ın həmtəsisçisi Pavel Durov kibercinayətlərlə bağlı istintaq çərçivəsində daha 48 saat həbsdə qalacaq.

    Median.Az-ın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Paris Prokurorluğu bəyanat verib.

    Qeyd edək ki, ötən gün prokurorluq iş adamının ittiham olunduğu cinayətlərdə tətbiq edilən prosedur çərçivəsində həbs müddətinin avqustun 25-dən avqustun 28-dək uzadıldığını bildirmişdi.

    Xatırladaq ki, Durovun mühafizəçisi və köməkçisi müstəntiqlər tərəfindən dindirildikdən sonra sərbəst buraxılıblar.

    Pavel Durov özü avqustun 24-də Parisin Le-Burje hava limanında saxlanılıb və ona qarşı 12 cinayət işi üzrə ittiham irəli sürülüb. İş adamı hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etməkdə, yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanmasında və yayılmasında, narkotik vasitələrin əldə edilməsində, satışı və ya ötürülməsində iştirakda, dələduzluqda iştirakda ittiham olunur.

  • Nəcməddin Sadıkov barəsində araşdırma aparıldığı TƏSDİQLƏNDİ

    Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə proses davam edir.

    Musavat.com xəbər verir ki, general-mayor Məmmədov Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə ilə birgə mühakimə olunur.

    Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

    Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi davam etdirilib. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi ilə bağlı qərarlar açıqlanıb. Həmin qərarlardan birində göstərilib ki, Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov və digər şəxslərin barəsində araşdırma davam etdirilib. Bundan başqa, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi polkovnik Rəfael Xələfov, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadə, maliyyə xidməti rəisi olmuş, hazırda həbsdə olan Sadıq Hacıyev və digər şəxslərin barəsində cinayət işinin ayrıca icraata götürülməsi barədə qərar elan edilib.

    Daha sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlov çıxış edərək istintaq orqanı tərəfindən müvəkkilinə 2 milyon 551 min manat məbləğində ittiham verildiyini qeyd edib. Vəkilin sözlərinə görə, ittihamda həmin məbləğin 400 min manatının Ali Hərbi Məktəbdə, qalan məbləğin isə korpusda mənimsənildiyi qeyd olunub.

    Vəkil qeyd edib ki, mənimsənilən məbləğlə bağlı verilən ittiham ifadələrlə uyğun gəlmir:

    “Bununla bağlı arayış hazırlamışam və onu məhkəməyə təqdim edəcəyəm”.

    Hakim isə deyib ki, həmin arayış məhkəməyə təqdim ediləndən sonra müşavirədə bu məsələyə qiymət veriləcək.

    Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bildirib ki, müvəkkilinə 18 milyon 674 min manat mənimsəmə ittihamı verilib:

    “Müdafiə Nazirliyinin Katibliyinin İşlər İdarəsinə 2015-2021-ci illərdə 16 milyon 84 min 837 manat əsassız ödənişlər edilib. Maliyyə yoxlamaları 2015-2020-ci illərdə aparılıb. Bu mənimsənilən məbləğlərin bir hissəsi 2015-2017-ci illərdə Namiq Poladovun işlədiyi dövrə düşür. Namiq Poladovun şahid kimi məhkəməyə gətirilməsi ilə bağlı əlavə vəsatət verəcəyəm. O, məhkəməyə gətirilməlidir”.

    Daha sonra cinayət işində təqsirləndirilən şəxslərin və onların yaxın qohumlarının bəzi əmlaklarının üzərinə qoyulan həbslərin siyahısı açıqlanıb.

    Məhkəmədə məlum olub ki, Cəlal Kazımova aid olan və üzərinə həbs qoyulmuş əmlakların bir neçəsi həbs olunmamışdan əvvəl müxtəlif şəxslərə satılıb. Bununla bağlı Cəlal Kazımovun vəkili Əli Adıgözəlov məhkəmənin diqqətinə çatdırıb ki, Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə sorğu verilərsə, əmlakların nə zaman alqı-satqı olunması ilə bağlı sənədlər aydınlaşacaq.

    Daha sonra Cəlal Kazımovun vəkili bildirib ki, Hərbi Hava Qüvvələrinin sabiq komandiri Ramiz Tahirov Cəlal Kazımova qarşı şəxsi-qərəz göstərərək, onun işlədiyi dövrdə heç bir tənbeh və ya töhməti olmaya-olmaya istintaq orqanına mənfi xasiyyətnamə təqdim edib:

    “Biz yenidən həmin komandanlığa müraciət edərək yeni xasiyyətnamə verilməsini istəmişik. Yeni komandanın imzası ilə Cəlal Kazımova xidməti ilə bağlı xasiyyətnamə təqdim edilib. Həmin xasiyyətnamədə Cəlal Kazımov müsbət xarakterizə olunub”.

    Dövlət ittihamçısı bildirib ki, Cəlal Kazımovla bağlı iki xasiyyətnamə var, hər ikisi fərqlidir. O, məhkəmənin Hərbi Hava Qüvvələrinin rəhbərliyinə sorğu verilməsini, yeni xasiyyətnamə təqdim olunmasını istəyib.

    Hakim Fikrət Əliyev bildirib ki, dövlət ittihamçısının vəsatəti təmin olunmur, hər iki xasiyyətnaməyə müşavirə otağında qiymət veriləcək.

    Bundan sonra Nizami Məmmədovun vəkilləri məhkəməyə onun xidməti dövründə təltif olunduğu medalların siyahısını təqdim ediblər.

    Həmin siyahıdan məlum olur ki, general dəfələrlə Müdafiə Nazirliyinin yubileyi və “Vətən uğrunda” medalları ilə təltif olunub.

    Vəkillər qeyd ediblər ki, Nizami Məmmədov 2020-ci ildə general rütbəsi alıb.

    Daha sonra vəkillər Nizami Məmmədovun xəstəliyi ilə bağlı sənədləri məhkəməyə təqdim ediblər. Hakimlər heyəti Nizami Məmmədovun vəkilləri tərəfindən təqdim olunan sənədlərin cinayət işinə əlavə olunması ilə bağlı qərar qəbul ediblər.

    Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

    Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

    Xatırladaq ki, cinayət işi üzrə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

    Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

    Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

    Proses avqustun 30-da davam etdiriləcək.

  • В Пакистане из-за нападения смертника погибли четыре человека

    По меньшей мере 4 человека погибли, еще 15 получили ранения в результате нападения террориста-смертника в провинции Хайбер-Пахтунхва.

    Об этом сообщает Median.Az со ссылкой на газету Dawn.

    Инцидент произошел в районе населенного пункта Размак, расположенного в округе Северный Вазиристан. Целью нападавшего был бывший полевой командир одной из действующих в этом регионе террористических группировок, ранее сдавшийся властям Пакистана. Террорист-смертник атаковал автомобиль, в котором находился бывший боевик. В результате взрыва 4 человека погибли, 15 получили ранения.

    Пострадавшие были доставлены в ближайшие медучреждения.

    На фоне теракта жители округа организовали мирную демонстрацию, чтобы выразить недовольство в связи с ситуацией с поддержанием правопорядка в регионе.

  • Pakistanda terrorçu-kamikadze insanlara hücum edib: Ölənlər və yaralananlar var

    Pakistanın Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadzenin hücumu nəticəsində ən azı dörd nəfər ölüb, 15 nəfər yaralanıb.

    Median.Az bu barədə TASS-a istinadən xəbər verir.

    Hadisə Şimali Vəziristan vilayətində yerləşən Razmak yaşayış məntəqəsi yaxınlığında baş verib. Hücum edənin hədəfində bölgədə fəaliyyət göstərən terror qruplaşmalarından birinin əvvəllər Pakistan hakimiyyətinə təslim olmuş keçmiş səhra komandiri olub.

    Kamikadze içərisində keçmiş səhra komandirinin olduğu avtomobilə hücum edib. Partlayış nəticəsində dörd nəfər ölüb, 15 nəfər yaralanıb.

  • “Bandotdel”dən ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

    Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib.

    Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, tədbirlərlə 1988-ci il təvəllüdlü Aqşin Əmirov, 1986-cı il təvəllüdlü Aida Nəbiyeva və 1979-cu il təvəllüdlü Ramil Axundov saxlanılıblar. Onlardan ümumilikdə 24 kiloqram, o cümlədən 20 kiloqram psixotrop maddə metamfetamin və 4 kiloqram marixuana aşkarlanıb. A.Əmirov, A.Nəbiyeva və R.Axundov sosial şəbəkələrdə tanıdıqları şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə narkotikləri əvvəlcədən müəyyənləşdirilən yerlərdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Baş idarə əməkdaşları tərəfindən paytaxt və bölgələrdə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilir.

  • Lənkəran xəstəxanasında 54 yaşlı kişi əməliyyat zamanı ölüb

    Lənkəranda xəstə əməliyyat zamanı ölüb.

    APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran şəhər sakini 1970-ci il təvəllüdlü Mübariz Yusif oğlu Şərifov ürəyində yaranan problemə görə xəstəxanaya müraciət edib. Xəstəni Bakı şəhərindən gedən həkim Yusif Abdulov müayinə edib və onda ürək damarlarında tutulma olduğunu bildirib, təcili əməliyyat olunmasını zəruri hesab edib.

    M.Şərifovun oğlu Yusif Şərifzadə bildirib ki, əməliyyat avqustun 26-da saat 14-ə təyin olunub.

    Həkim onlara əməliyyatın müəyyən səbəblərə görə gecikdiyini bildirib: “Saatlar keçdi, həkimlər atamdan heç bir məlumat vermədi. Axşam saat 12 radələrində bizə məlumat verdilər ki, xəstə əməliyyat zamanı ölüb. Biz bunu həkim səhlənkarlığı hesab edirik. Bu saata kimi atamın ölüm səbəbi bizə deyilməyib. Heç bir həkim bizi qəbul etmir”.

    Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Генерал Бекир Оруджов обратился в Верховный суд

    Генерал-майор Бекир Оруджов, осужденный по “Тертерскому делу”, подал кассационную жалобу в Верховный суд с просьбой об отмене принятых в отношении его судебных решений.

    Как передает Qafqazinfo, с аналогичной просьбой в Верховный суд также обратились осужденные вместе с генералом майоры Ульви Рашидов и Рахиб Мамедов.

    Отметим, что решением Бакинского апелляционного суда Бекир Оруджов был приговорен к 6 годам и 6 месяцам, Зия Кязымов и Ульви Рашидов – к 9 годам и 2 месяцам, а Рахиб Мамедов – к 6 годам и 2 месяцам лишения свободы.

  • General Bəkir Orucov Ali Məhkəməyə müraciət etdi

    “Tərtər işi” ilə bağlı məhkum edilmiş general-mayor Bəkir Orucov kassasiya şikayəti verib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Orucov barəsindəki ittihamedici qərarın ləğv edilməsini istəyir.

    General ərizəsində şikayətin dəlilləri barədə ətraflı məlumat verib. O, Ali Məhkəmədən bəraətinə qərar verilməsini xahiş edir.

    General Orucovla birgə məhkum edilmiş mayorlar Ülvi Rəşidov və Rahib Məmmədov da eyni tələblə kassasiya şikayətləri veriblər.

    Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bəkir Orucova 6 il 6 ay, Ziya Kazımov və Ülvi Rəşidova 9 il 2 ay, Rahib Məmmədova isə 6 il 2 ay azadlıqdan məhrumetmə cəzası verilib.