Month: August 2024

  • Polisə bilərəkdən quldurluq cinayəti barədə yalan məlumat verən şəxs saxlanılıb – FOTO

    Polisə bilərəkdən quldurluq cinayəti barədə yalan məlumat verən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Qeyd olunub ki, avqustun 25-də vətəndaş Mərhəmət Mehdiyev “102” Xidməti-Zəng mərkəzi və Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinə müraciət edərək “Əbdül”, “Tofiq” və “Taleh” adlı şəxslər tərəfindən avtomaşına əyləşdirilib başına beşbarmaqla vurularaq 164 manatının və mobil telefonunun əlindən zorla alınması barədə məlumat verib.

    Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

    M.Mehdiyev iş üzrə zərərçəkmiş şəxs qismində dindirilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Tofiq Tağıyev və Əbdül Məmmədov müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar. Onlar ifadələrində qeyd olunanları inkar edərək M.Mehdiyevə qarşı heç bir cinayət əməli törətmədiklərini, onun pulunu və telefonunu əlindən almadıqlarını bildiriblər.

    Həyata keçirilən əlavə istintaq hərəkətləri zamanı M.Mehdiyev ilkin ifadəsində qeyd etdiklərinin tam əksinə olaraq həmin şəxslər tərəfindən ona qarşı heç bir zorakılığın olmadığını, pulunun və mobil telefonunun əlindən alınmadığını bildirib. O, aralarında əvvəllər olmuş narazılıqlarla bağlı həmin şəxslərin həbs olunmasını istədiyini və buna görə də bilərəkdən ağır cinayət hadisəsi barədə polisə yalan məlumat verdiyini qeyd edib.

    İş üzrə Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə başlanan Cinayət İşi həmin məcəllənin 296.2-ci (Bilə-bilə yalan xəbərçilik etmə) maddəsinə tövsif olunub. T.Tağıyev və Ə.Məmmədov sərbəst buraxılıblar.

    M.Mehdiyev isə Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

  • Песков: Ситуация осложнена тем, что Дуров является гражданином Франции

    Дело задержанного в Париже основателя Telegram Павла Дурова можно будет считать политическим, если власти Франции не смогут представить серьезных доказательств выдвинутых в адрес предпринимателя обвинений.

    На это указал на брифинге пресс-секретарь президента РФ Дмитрий Песков.

    “Обвинения действительно предъявлены очень серьезные, они требуют не менее серьезной доказательной базы, – отметил представитель Кремля. – В противном случае будет налицо прямая попытка ограничения свободы коммуникаций и, можно даже сказать, прямого запугивания руководителя крупной компании. То есть налицо будет именно политика, наличие которой вчера в этой истории отрицал господин [президент Франции Эммануэль] Макрон”.

    Он добавил, что РФ готова оказывать поддержку Дурову как россиянину, однако ситуация осложнена тем, что предприниматель обладает и французским гражданством.

    “Мы надеемся, что господин Дуров обладает всеми необходимыми возможностями для организации своей правовой защиты. Естественно, с учетом его российского гражданства мы готовы оказывать всю необходимую помощь и содействие, но здесь ситуация осложнена также тем, что он является и гражданином Франции тоже”, – заключил он.

  • Kreml: “Durovun işi siyasi hesab edilə bilər”

    “Moskva Parisdə saxlanılan “Telegram”ın təsisçisi Pavel Durovu Rusiya vətəndaşı kimi dəstəkləməyə hazırdır, lakin onun həm də Fransa vətəndaşlığına malik olması vəziyyəti çətinləşdirir”.

    Bu sözləri Kremlin sözçüsü Dmitri Peskov söyləyib.

    Həmçinin D.Peskov əlavə edib ki, Fransa onun təqsiri ilə bağlı ciddi sübut təqdim etməsə, P.Durovun işi siyasi hesab edilə bilər.

  • Могут ли граждане с истекшим сроком удостоверения личности проголосовать на выборах?

    Граждане, у которых истекает срок действия удостоверения личности, смогут принять участие в голосовании на предстоящих выборах в Милли Меджлис.

    Об этом Report заявил заместитель председателя Центральной избирательной комиссии (ЦИК) Ровзат Гасымов.

    По его словам, этот вопрос уже обсуждался в комиссии.

    “Несмотря на истечение срока действия удостоверения личности, мы не хотим, чтобы эти граждане были исключены из списка избирателей. Поэтому мы позаботимся о том, чтобы они голосовали по удостоверениям личности с истекшим сроком “, – подчеркнул замглавы ЦИК.

    Он также отметил, что нижестоящие избирательные комиссии уже проинформированы о данном решении.

  • Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitənlər parlament seçkisində səs verə biləcəklər

    “Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən vətəndaşlar Milli Məclisə seçkidə səs verə biləcəklər”.

    Bunu “Report”a müsahibəsində Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

    O bildirib ki, əvvəllər də seçki günü şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən vətəndaşların həmin vəsiqələrdən istifadə etməklə səsvermədə iştirakının təmin olunması istiqamətində lazımi addımlar atılıb:

    “Bu bizim üçün çox önəmli məqamdır. Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçki ilə əlaqədar da bu məsələ MSK-da müzakirə olunub. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin keçməsinə baxmayaraq, həmin seçicilərin texniki məsələ ucbatından kənarda qalmasını istəmirik. Ona görə də həmin seçicilərin etibarlılıq müddəti başa çatmış şəxsiyyət vəsiqələri ilə də səs verməsini təmin edəcəyik. Aşağı seçki komissiyalarını da bu barədə məlumatlandırmışıq”.

  • Sumqayıtda küçədən kişi meyiti tapılıb

    Sumqayıtda küçədən 39 yaşlı kişi meyiti tapılıb.

    “Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 3-cü mikrorayonunda qeydə alınıb.

    Belə ki, 1985-ci il təvəllüdlü Nurəddin Natiq oğlu Mirzəyevin meyiti Bakı küçəsində aşkarlanıb.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

    Ölümün səbəbi araşdırılır.

  • Tacikistanda 5 bal gücündə zəlzələ baş verib

    Tacikistanda 5 bal gücündə zəlzələ baş verib

    Zəlzələnin episentri Xoroq şəhərindən 24 km şimalda ocağı 114 km dərinlikdə yerləşib.

    5 bal gücündə zəlzələ qeydə alınıb, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Onun sözlərinə görə, yeraltı təkanlar yerli vaxtla saat 12:29-da qeydə alınıb, zəlzələnin episentri rayonun inzibati mərkəzi – Xoroq şəhərindən 114 km dərinlikdə və 24 km şimalda olub. Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

    Qeyd edək ki, şəhər Əfqanıstanla sərhəd yaxınlığında yerləşir.

  • Keşiş 650 min dollar ianəni estetik əməliyyatlara xərclədi

    ABŞ-da 650 min dollarlıq ianəni estetika və dəbdəbəyə xərcləyən din xadiminə qarşı iddia qaldırılıb.

    Baku.ws ABŞ mediasına istinadən xəbər verir ki, Nyu Yorkda “Beyrutda xəstəxanalarım var” deyərək on minlərlə dollar ianə toplayan fransiskan keşişinin bu pulu dəbdəbəyə xərclədiyi ortaya çıxıb. Keşiş Beyrutda baş verən partlayışda yaralandığını deyib və Nyu-Yorkda dolaşaraq pul yığıb.

    O, yığılan pulları cərrahiyyə əməliyyatlarına, dəbdəbəli restoranlara və çimərlik evləri ilə məşhur olan Hamptonlara səyahətə pul xərcləməkdə ittiham olunur.

    Pavel ‘Paul’ Bielekkiyə qarşı doqquz il ərzində ianə yolu ilə topladığı 650 min dolları bu şəkildə xərclədiyinə görə ittihamnamə hazırlanıb. Günahı sübuta yetirilərsə, Pastor Paulu 40 il həbs cəzası gözləyir.

    Qeyd edək ki, o, plastik əməliyyat üçün 15 min dollar xərcləyib.

  • Yeni internet qiyməti ilə razılaşmayan vətəndaşlar 130 manat cərimə olunurlar?

    Son günlər “Aztelekom” MMC-nin yeni tariflərindən imtina edən internet abunəçilərinə 130 manat cərimə kəsildiyi iddia olunur.

    Maraqlıdır, iddia doğrudursa, vətəndaşlara niyə seçim haqqı verilmir? 25 manatı ödəyə bilməyən vətəndaş 130 manatı necə ödəyəcək?

    Median.Az xəbər verir ki, oxu.az sözügedən iddia ilə bağlı “Aztelekom” MMC-yə sorğu ünvanlayıb.

    Qurumun Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, abunəçilərlə münasibətlər müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqaviləyə və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tənzimlənir:

    “Belə ki, müqavilə şərtləri və mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla abunəçi yeni tariflərin tətbiq edilməsi ilə bağlı xidmətlərdən imtina etmək istədiyi təqdirdə, yeni tariflərin tətbiq edildiyi gündən 30 gün müddətində yazılı şəkildə müraciət etməklə telekommunikasiya xidmətini dayandıra bilər. Bu halda xidmətlərdən imtina ilə bağlı abunəçidən ONT modeminin geri qaytarılması istənilir və həmin avadanlığın dəyəri tələb edilmir.

    Tariflərin tətbiq edildiyi 15 avqust 2024-cü il tarixindən etibarən 30 gün müddətində abunəçinin yazılı müraciəti əsasında internet xidmətindən imtina etməsi keçərlidir. Abunəçi ONT modemi saz vəziyyətdə geri qaytardığı halda təqdim edilmiş avadanlığın dəyəri tələb edilmir. Tarif dəyişikliyi ilə bağlı xidmətdən imtina edən abunəçilər filiallara yaxınlaşaraq ərizə ilə müraciət etməlidirlər”.

    Əlavə olunub ki, tariflərin tətbiq edildiyi tarixdən 30 gün ərzində xidmətdən imtina ilə bağlı yazılı müraciətin edilməməsi abunəçi ilə yeni tariflər barədə razılaşmanın əldə edilməsi kimi qiymətləndirilir:

    “Müəyyən edilmiş müddət keçdikdən sonra qiymət dəyişikliyinə əsaslanaraq xidmətdən imtina edilməsi müqavilə üzrə razılaşdırılmış öhdəliyin pozulması hesab ediləcək”.

    Qurumdan, həmçinin, istifadəçilər üçün qaydalar barədə də məlumat verilib. Belə ki:

    “Aztelekom”un optik şəbəkəsinə qoşulmaq istəyən istifadəçilər üçün qaydalar bu cürdür:

    – 12 aylıq güzəştli şərtlər (telefoniya + internet) – İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

    – Standart müqavilə (telefoniya + internet) – İstifadəçi standart müqavilə bağlayaraq telefon və internet xidməti aldıqda 30 AZN qoşulma haqqı və ONT modemi üçün endirimlə 50 AZN ödəniş edir.

    “Aztelekom”un ADSL xidmətindən optik şəbəkəsinə keçid etmək istəyən mövcud istifadəçiləri üçün qaydalar:

    – 12 aylıq güzəştli şərtlər (telefoniya + internet) – İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

    – Standart müqavilə (telefoniya + internet) – İstifadəçi standart müqavilə bağlayaraq telefon və internet xidməti aldıqda 30 AZN qoşulma haqqından azad edilir və ONT modemi üçün endirimlə 50 AZN ödəniş edir.

    “Baktelecom”un optik şəbəkəsinə qoşulmaq istəyən istifadəçilər üçün qaydalar isə aşağıdakı kimidir:

    – 12 aylıq güzəştli şərtlər (telefoniya + internet) – İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

    – Standart müqavilə (telefoniya + internet) – İstifadəçi standart müqavilə bağlayaraq telefon və internet xidməti aldıqda 30 AZN qoşulma haqqı və ONT modemi üçün endirimlə 50 AZN ödəniş edir.

    – Standart müqavilə (telefoniya) – İstifadəçi standart müqavilə bağlayaraq yalnız telefon xidməti aldıqda 30 AZN qoşulma haqqı və ONT modemi üçün 110 AZN ödəniş edir.

    “Baktelecom”un ADSL xidmətindən optik şəbəkəsinə keçid etmək istəyən mövcud istifadəçiləri üçün qaydalar:

    – 12 aylıq güzəştli şərtlər (telefoniya + internet) – İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

    – Standart müqavilə (telefoniya + internet) – İstifadəçi standart müqavilə bağlayaraq telefon və internet xidməti aldıqda 30 AZN qoşulma haqqından azad edilir və ONT modemi üçün endirimlə 50 AZN ödəniş edir.

    – Standart müqavilə (telefoniya) – İstifadəçi standart müqavilə bağlayaraq yalnız telefon xidməti aldıqda 30 AZN qoşulma haqqından azad edilir və ONT modemi üçün 110 AZN ödəniş edir.

  • “Səhiyyə TV” 16 min manat cərimələnib

    Peyk yayımı həyata keçirməyən platforma yayımçısı olan “Səhiyyə TV” kanalı cərimələnib.

    Bu barədə Audiovizual Şuradan məlumat verilib.

    Bildirilib ki, buna səbəb kanalın proqramlarının Şura tərəfindən aparılan monitorinqi zamanı “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 4.3-cü maddəsinin tələbinin pozulması faktı ilə bağlıdır.

    Belə ki, iyunun 7-də saat 20.00-da və 08 iyun 2024-cü il tarixdə, saat 08.00-da kanalın efirində yayımlanmış tibb müəssisələrinin reklam çarxlarında həmin tibb müəssisələrinin lisenziyasının və ya sertifikatının nömrələri, verilmə tarixləri və onları verən orqanın adı göstərilməyib.

    Qeyd edilib ki, Audiovizual Şura tərəfindən 2 protokol tərtib edilib və müvafiq məhkəməyə göndərilib. Məhkəmənin müvafiq qərarları ilə “Səhiyyə TV” MMC hər bir inzibati xəta üzrə 8000 manat olmaqla ümumi 16000 manat məbləğində cərimə edilib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarlarını qüvvədə saxlamış və həmin qərarlar qanuni qüvvəyə minib.