Month: August 2024

  • Pensiyaçıların sayı azalıb? – Rəsmi açıqlama

    Dövlət Sosial Müdafiə Fondu son illər pensiyaçı sayında azalmanın olmasına dair yayılan məlumatlara münasibət bildirib.

    Qurumdan  bildirilib ki, əslində Azərbaycanda sosial təminat növləri üzrə ödənişlə təmin olunanların dairəsi azalmayıb, əksinə, son illərdə xeyli genişlənib:

    “Buna misal olaraq, DSMF tərəfindən müavinət və Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sayı son 5 ildə 60 faizə yaxın və ya 310 min nəfər artaraq 850 mini ötüb.

    O cümlədən, bu dövrdə Prezidentin aylıq təqaüdü ilə təmin edilənlərin sayında 6,3 dəfə artım baş verib.
    Digər tərəfdən, son illər humanist yanaşmalar əsasında aparılan islahatlar həm pensiya təminatı proqramına əlçatanlığın artırılmasına, həm də daha erkən dövrdə yaşa görə pensiya hüququ olan kateqoriyaların sırasının daha da genişlənməsinə imkan verib.

    Pensiyaçıların sayında müəyyən azalma isə əlillik müddəti bitən şəxslərin bir qisminin əlillik müddətinin uzadılması üçün təkrar müraciət etməməsi, habelə əlilliyin təkrar qiymətləndiriilməsi zamanı bir sıra şəxslərin artıq reabilitasiya olunduqlarının müəyyən edilməsi səbəbdən pensiya sistemini tərk etməsi ilə bağlıdır.

    Onu da bildirək ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2,7 milyon şəxs sosial təminat növləri üzrə ödənişlərlə təmin edilir”.[spoiler][/spoiler]

  • “Qarabağ” mövsümdə ilk məğlubiyyətini aldı

    Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçirilir.

    Median.Az xəbər verir ki, günün ilk matçı “Qarabağ”la “Turan Tovuz” arasında baş tutub.

    Qurban Qurbanovun komandası görüşdə ilk məğlubiyyətini alıb – 0:1.

    Xatırladaq ki, turun ilk oyunu ötən gün “Səbail”lə “Kəpəz” arasında baş tutub və “dənizçilər”in 4:0 hesablı qələbəsiylə yekunlaşıb. “Sabah” – “Sumqayıt” və “Zirə” –
    “Şamaxı” oyunları isə sabah keçiriləcək.

    4-cü tur

    24 avqust

    “Qarabağ” – “Turan Tovuz” – 0:1

    Qol: Oto Con, 18-pen.
    Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Tural Qurbanov.

    “Azərsun Arena”, 18:15.

  • Состоялись похороны Алена Делона

    Похороны французского актера Алена Делона, скончавшегося 18 августа на 89-м году жизни, состоялись 24 августа в его поместье в коммуне Души под Орлеаном. В церемонии приняли участие трое детей и ближний круг друзей артиста, передает Median.Az.

    После прощания и заупокойной мессы, отслуженной в построенной им часовне, актер упокоился, как он того и хотел, на собственной земле среди 35 собак, которых он любил при жизни и с которыми не расстался после смерти.

    Перед началом похорон сыновья Делона Антони и Ален-Фабьен вышли из замка, чтобы поблагодарить многочисленных поклонников актера, принесших цветы к ограде поместья.

    Почитатели таланта Делона спели в его память песню Paroles…Paroles, которую он исполнял вместе с французской певицей и актрисой Далидой.


  • Alen Delon dəfn edildi

    Fransız aktyoru Alen Delonun dəfn mərasimi avqustun 24-də Orlean yaxınlığındakı Duşi kommunasındakı malikanəsində baş tutub.

    Median.Az TASS-a istinadən xəbər verir ki, mərasimdə sənətçinin üç övladı və yaxın dostları iştirak ediblər.
    Aktyor qala ərazisində tikdiyi kilsədə dəfn edilib. O, sağlığında öz dəfninin dar çərçivədə keçirilməsini vəsiyyət edib.

    Qeyd edək ki, Alen Delon avqustun 18-də 88 yaşında vəfat edib.

  • Bakının mərkəzində ticarət mərkəzindən oğurluq edən qadın tutuldu

    Bakıda ticarət mərkəzindən oğurluq edilib.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nəsimi rayonu Azadlıq prospektində yerləşən ticarət mərkəzlərinin birindəki mağazadan içərisində 100 manat, bank kartı və sənədlər olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub.

    Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş S.Balayeva müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.

  • İcazəsiz bostana girdilər, 2.76 manatlıq qarpız yedilər – Məhkəməlik oldular


    Azərbaycanda iki dost bostandan icazəsiz dərib yedikdələri 2 ədəd qarpıza görə məhkəməlik olublar. 

    Median.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə Şərur rayonunun Mahmudkənd ərazisində baş verib. 

    Belə ki, 1982-ci il təvəllüdlü C.B. və 1984-cü il təvəllüdlü V.D. Mahmudkənd ərazisində yerləşən bostana gedərək, çəkisi 4,10 və 5,10 kiloqram olan iki qarpızı icazəsiz dərərək yeyiblər. 

    Bostan sahibi hər iki şəxslə bağlı polisə müraciət edib və onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib olunub. İşə məhkəmədə baxılıb və bostan sahibinə ümumulikdə 2 manat 76 qəpiklik dəyən ziyan ödənilib. 

    Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh edilməsinə dair iş üzrə icraata xitam verilib. 
    Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə 1600 saatdan 2400 saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə 3 ayadək müddətə inzibati həbs tətbiq edilir. 

  • Polşa Prezidenti Ukraynaya hərbi dəstək vəd edib

    Polşa Prezidenti Anjey Duda Ukraynaya hərbi dəstəyi davam etdirəcəyinə söz verib.

    Apa xəbər verir ki, bu barədə dövlət başçısının ofisi məlumat yayıb.

    “Biz lap əvvəldən sizin qərbyönlü istəklərinizi dəstəkləmişik. Polyaklar sizi Narıncı İnqilabda da, Avromaydanda da dəstəkləyiblər”, – Duda vurğulayıb.

  • Salyanda avtomobil aşıb, xəsarət alan var

    Salyanda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var.

    Report-un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan minik avtomobili anidən idarəetməni itirərək yolun kənarına aşıb.

    Qəza nəticəsində rayonun Boranıkənd kənd sakini, 2002-ci il təvəllüdlü Əmrahov Vüsal Zaur oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Физули произошел взрыв боеприпаса, есть пострадавший

    В селе Зяргяр освобожденного от оккупации Физулинского района произошел взрыв боеприпаса, пострадал один человек.

    Как передает report, об этом говорится в совместном сообщении МВД, Генпрокуратуры и Агентства Азербайджана по разминированию (ANAMA).

    Согласно информации, в результате взрыва боеприпаса на территории, не очищенной от мин и других взрывных устройств, различные травмы получил привлеченный к строительным работам местный житель Раджу Мурад оглу Асланов, 1978 года рождения. Его жизни ничего не угрожает.
    По факту в Физулинской районной прокуратуре проводится расследование.

    “ANAMA, МВД и Генеральная прокуратура вновь призывают граждан соблюдать правила безопасности, обращать внимание на указатели минной опасности и не заходить на незнакомые территории”, – говорится в сообщении.

  • Füzulidə sursat partlayışı olub, xəsarət alan var

    Füzuli rayonunun Zərgər kəndi ərazisində sursat partlayışı baş verib.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında deyilir.

    Füzuli rayon kənd sakini, tikinti işlərinə cəlb edilmiş 1978-ci il təvəllüdlü Aslanov Racu Murad oğlu mina və digər partlayıcı sursatlardan təmizlənməmiş ərazidə baş verən sursat partlayışı nəticəsində müxtəlif bədən xəsarətləri alıb. Həyatı təhlükəsi yoxdur.

    Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

    “ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!”, – məlumatda bildirilir.