Month: August 2024

  • Neftçalada yol qəzası olub, 4 nəfər xəsarət alıb

    Neftçala rayonunda yol qəzası baş verib, 4 nəfər xəsarət alıb.

    Hadisə rayonun Bankə qəsəbəsi ərazisində qeydə alınıb.

    Belə ki, avtomobillərin toqquşması nəticəsində Neftçala rayon sakinləri, 1959-cu il təvəllüdlü İsayeva Məhluqə Əbil qızı, 1962 ci il təvəllüdlü İbrahimova İradə Həsənbala qızı, 1988-ci il təvəllüdlü Lalayev Fərrux Ölməz oğlu və Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü Axundova Gülxəndə Həsənbala qızı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Meta заявили, что иранские хакеры пытались взломать аккаунты чиновников США

    Корпорация Meta выявила следы попыток иранской хакерской группировки взломать аккаунты в соцсети WhatsApp (принадлежит Meta) американских должностных лиц, которые связаны с администрациями президента США Джо Байдена и экс-президента Дональда Трампа.

    Соответствующее сообщение опубликовано на сайте компании.

    “Изучив обращения пользователей, наши службы безопасности заблокировали небольшую группу аккаунтов WhatsApp, владельцы которых] выдавали себя за представителей службы поддержки технологических компаний”, – говорится в сообщении. В ходе расследования была установлена связь с иранской хакерской группировкой APT24, которая, по утверждению компании, занимается фишингом в интернете с прицелом на политических деятелей и дипломатов.

    Уточняется, что хакерская атака была обращена против отдельных лиц в Израиле, Палестине, Иране, США и Великобритании. Подвергшиеся атаке аккаунты не были взломаны.

    Ранее в августе американские разведывательные службы утверждали, что Иран пытался вмешаться в кампанию перед президентскими выборами в США, совершая кибероперации против избирательных штабов кандидатов – республиканца Дональда Трампа и представительницы демократов Камалы Харрис.

  • “Meta” iranlı hakerlərin ABŞ rəsmilərinin hesablarını sındırmaq istədiklərini bəyan edib

    “Meta” Korporasiyası iranlı haker qrupunun ABŞ prezidenti Cozef Bayden və eks-prezident Donald Tramp administrasiyası ilə əlaqəli olan amerikalı məmurların vatsap hesabını sındırmaq cəhdlərinin izlərini müəyyən edib.

    Müvafiq məlumat şirkətin saytında dərc olunub.

    “İstifadəçi sorğularını nəzərdən keçirdikdən sonra təhlükəsizlik qruplarımız özlərini texnologiya şirkətlərinin dəstək nümayəndələri kimi təqdim edən kiçik bir qrup insanın vatsapını bloklayıblar.

    Araşdırma zamanı, siyasətçiləri və diplomatları hədəf alaraq internetdə fişinqlə məşğul olan İranın APT24 haker qrupu ilə əlaqə yaradılıb. Haker hücumu İsrail, Fələstin, İran, ABŞ və İngiltərədəki şəxsləri hədəf alıb. Hücuma məruz qalan hesablar sındırılmayıb”, – məlumatda deyilir.

  • Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlanıb, bu il 87 tələbə təhsil alacaq

    Türkiyə–Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlanıb.

    Bu barədə “Report”un Ankara bürosuna Türkiyənin Ali Təhsil Şurasındən (YÖK) məlumat verilib.

    Bildirilib ki, Bu il fəaliyyətə başlayacaq universitetin birinci kursunda kompüter mühəndisliyi və sənaye mühəndisliyi bölmələri üzrə 30, qida mühəndisliyi fakültəsi üzrə 27 tələbə olmaqla ümumilikdə 87 tələbə təhsil alacaq.

    Qeyd edilib ki, Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi fakültəsinə qəbul üçün ən yüksək bal 684,9, ən aşağı bal isə 641,6 olub. Sənaye mühəndisliyi fakültəsi ən yüksək bal – 663,7, ən aşağı bal isə 544,4 olmaqla tələbə qəbul edib. Qida mühəndisliyi fakültəsində ən yüksək bal 632,8 olduğu halda bu bölmənin baza balı 452,1 olub:

    “Türkiyənin aparıcı universitetlərinin proqramlarına əsasən təhsil veriləcək Türkiyə– Azərbaycan Universiteti “çətir universitet” funksiyasını yerinə yetirəcək. Universitet ilk dəfə proqramlarını açmaq əvəzinə təhsil fəaliyyətini davam etdirən və bu mövzuda özünü sübut etmiş universitetlərin proqramlarını özündə birləşdirəcək. Beləliklə, 2024–2025-ci tədris ilində Türkiyə–Azərbaycan Universitetində açılan kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi sahəsində İstanbul Texniki Universitetinin (İTU) qida mühəndisliyi ixtisasında Hacettepe Universitetinin təhsil proqramları əsas götürüləcək”.

    Türkiyə–Azərbaycan Universitetində bu proqramları uğurla başa vuran tələbələr müvafiq universitetlərin diplomlarını alacaqlar.

  • Найден препарат для улучшения работы мозга

    Лекарство от рака может улучшить работу мозга на ранней стадии болезни Альцгеймера.

    Об этом свидетельствуют результаты исследования в журнале Science.

    Ученые обнаружили, что препараты из класса ингибиторов IDO1 могут улучшить работу мозга мышей с ранней стадией болезни Альцгеймера. Эти лекарства блокируют фермент IDO1 и в настоящее время тестируются для лечения рака кожи, крови и молочной железы.

    IDO1 в организме отвечает за разрушение аминокислоты триптофана. При этом она превращается в соединение кинуренин. Избыток кинуренина ухудшает обеспечение энергией астроцитов — клеток мозга, которые помогают работать нейронам. Вернуть в норму уровень кинуренина может блокирование IDO1. При этом восстанавливается и работа астроцитов и нервных клеток.

    Ученые считают, что ингибиторы IDO1 могут замедлить прогрессирование болезни Альцгеймера, улучшив выработку энергии в клетках мозга.

    “Мозг очень зависит от глюкозы, которая обеспечивает протекание многих процессов в нем. Поэтому потеря способности эффективно использовать сахар для метаболизма и производства энергии может вызвать метаболические нарушения и, в частности, ухудшение когнитивных способностей”, — объяснили ученые.

  • Beyin funksiyasını yaxşılaşdıran dərman tapılıb

    Xərçəng dərmanı erkən Altsheymer xəstəliyində beyin funksiyasını yaxşılaşdıra bilər.

    Bu barədə “Science” jurnalında dərc olunan araşdırma göstərib.

    Alimlər aşkar ediblər ki, IDO1 inhibitor sinfindən olan dərmanlar erkən Altsheymer xəstəliyi olan siçanlarda beyin funksiyasını yaxşılaşdıra bilib.

    Bu dərmanlar IDO1 fermentini bloklayır və hazırda dəri, qan və döş xərçəngini müalicə etmək üçün sınaqdan keçirilir. Bədəndəki IDO1 amin turşusu triptofanın parçalanmasında mühüm rol oynayır. Eyni zamanda kinurenin birləşməsinə çevrilir.

    Həddindən artıq kinurenin isə astrositlərin – neyronların işləməsinə kömək edən beyin hüceyrələrinin enerji təchizatını pozur. IDO1-in bloklanması kinurenin səviyyəsini normala qaytara bilər. Eyni zamanda, astrositlərin və sinir hüceyrələrinin işi də bərpa olunur.

    Alimlər hesab edirlər ki, IDO1 inhibitorları beyin hüceyrələrində enerji istehsalını yaxşılaşdırmaqla Altsheymer xəstəliyinin inkişafını ləngidə bilər.

    Qeyd olunub ki, beyin qlükozadan çox asılıdır və bu, bir çox proseslərin baş verməsini təmin edir.

    Buna görə də, maddələr mübadiləsi və enerji istehsalı üçün şəkərdən səmərəli istifadə etmək qabiliyyətinin itirilməsi metabolik problemlərə xüsusilə, idrak qabiliyyətlərinin pisləşməsinə səbəb ola bilər.

  • Naxçıvan gömrükçüləri aksiz markası olmayan 60 000 ədəd siqaret aşkar edib

    Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları aksiz markası olmayan 2 080 qutu (41 600 ədəd) “Marlboro” və 920 qutu (18 400 ədəd) “Parlament” markalı ümumilikdə 60 000 ədəd siqaret aşkar edib.

    İrandan tranzit keçməklə Naxçıvan-Bakı istiqamətində hərəkət edən 99ZC683 qeydiyyat nömrəli “MERCEDES BENZ” markalı qarışıq yük aparan yük nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

    Yoxlama zamanı rentgen qurğusunda şübhəli monitor təsvirləri əsasında ölkə ərazisinə qanunsuz yolla gətirilən üzərində aksiz markası olmayan külli miqdarda siqaret aşkar olunub.

    Faktla bağlı araşdırılma aparılır.

  • В ФРГ при нападении неизвестного с ножом погибли не менее трех человек

    По меньшей мере три человека погибли, еще четверо получили ранения в результате нападения неизвестного с ножом на гостей городского фестиваля в немецком Золингене (федеральная земля Северный Рейн – Вестфалия).

    Об этом сообщила газета Bild.

    По ее информации, инцидент произошел около 21:45 (23:45 по бакинскому времени). Нападавший действовал без разбора, ему удалось скрыться. Сейчас над территорией фестиваля барражирует полицейский вертолет, идет розыск подозреваемого.

    Газета Solinger Tageblatt пишет со ссылкой на организаторов, что врачи борются за жизни девяти человек. Власти призвали избегать центра города.

    В Золингене в пятницу и выходные празднуют 650-летие получения городских прав. Ожидалось, что праздник, получивший название “Фестиваль многообразия”, за три дня посетят 80 тыс. человек.

  • Almaniyada bıçaqlı hücum: 3 nəfər ölüb, 9-u yaralanıb

    Almaniyanın Solingen şəhərində (Şimali Reyn-Vestfaliya) naməlum şəxsin şəhər festivalının qonaqlarına bıçaqla hücumu nəticəsində azı 3 nəfər ölüb, daha bir neçə şəxs yaralanıb.

    Bu barədə Median.Az “Bild” qəzetinə istinadən xəbər verir.

    Qeyd olunub ki, hadisə 21:45 (Bakı vaxtı ilə 23:45) radələrində baş verib. Hücum edən şəxs qaçmağa müvəffəq olub. Hazırda festivalın keçirildiyi ərazinin üzərində polis vertolyotu uçur və şübhəlinin axtarışı davam etdirilir.

    Yerli “Solinger Tageblatt” qəzetinin məlumatına görə, təşkilatçılar həkimlərin 9 nəfərin həyatı üçün mübarizə apardıqlarını açıqlayıblar. Səlahiyyətlilər insanları şəhərin mərkəzinə getməməyə çağırıb.

    Solingen cümə və həftəsonu şəhər hüquqlarının 650-ci ildönümünü qeyd edir. “Müxtəliflik festivalı” adlandırılan bayrama üç gün ərzində 80 min insanın qatılacağı gözlənilir.

  • Azərbaycanda alkoqollu içkilərin və siqaretlərin tranzit daşınması zamanı depozit tətbiq ediləcək

    Oktyabrın 1-dən Azərbaycanda alkoqollu içkilərin və tütün məmulatlarının tranzit daşınması zamanı yarana biləcək gömrük borcunun ödənilməsinin təmin edilməsi məqsədilə Gömrük Məcəlləsinin 258.1.4 –cü maddəsinə əsasən təminat üsulu olaraq depozitin tətbiqinə başlanacaq.

    Median.Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, təminatın məbləği tranzit daşımasını həyata keçirən hər nəqliyyat vasitəsinə münasibətdə minimum 200 000 ABŞ dolları ekvivalentində müəyyən edilib. Gömrük bəyannaməsi təsdiq edildiyi gün vəsaitin Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manat ifadəsində banka depozit şəklində qoyulmasına dair təsdiqedici sənəd gömrük orqanına təqdim olunmalıdır.

    Tranzit daşımaları zamanı təminat tələb olunan alkoqollu içkilərin və tütün məmulatlarının XİF MN kodları ilə aşağıdakı cədvəldən tanış olmaq mümkündür: