Month: August 2024

  • Dələduzların qurbanına çevrilməmək üçün “WhatsApp”da aktivləşdirilməsi mütləq olan funksiya

    Dələduz vətəndaşın “WhatsApp” tətbiqinə daxil olaraq insanlardan müəyyən məbləğdə pul istəyib.

    Hadisə ilə bağlı zərərçəkən Baku TV-yə danışıb: “WhatsApp” tətbiqinə həmişə olduğu kimi yenilənmə gəldi, aktiv etdim. Qarşı tərəfin verdiyi sualdan anladım ki, nəsə problem var. Bildirdi ki, Aygün xanım, sizə pul lazımdır? Kartınıza göndərmişəm. Mən heç bir məlumatım olmadığına görə tətbiqə baxıb gördüm ki, proqramda təsdiq kodu tələb olunur. Kod gəldi, bərpa etdim. Halbuki bir saat əvvəl onu bərpa etmişdim. İndi başa düşürəm ki, onu qarşı tərəf üçün bərpa etmişəm. “WhatsApp”ı açıb gördüm ki, qarşı tərəfin yazdığı mesajlar telefonumda yoxdur. Ancaq mənə gələn mesajlardan gördüm ki, kontaktımdakı insanlarla danışıb və onlara kartını ataraq 100-150 manat istəyib”.

    İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, bu tip halların olmaması üçün vətəndaşlar ikili təhlükəsizlik funksiyasını aktivləşdirməlidirlər:”Dələduzlar daxildən gələn kodu bilmədikləri üçün vətəndaşların mesajlarını oxuya, həmçinin onların kontaktında olan insanlara mesaj göndərə bilməyəcəklər”. Daxili İşlər Nazirliyindən bildirilib ki, vətəndaşın üzləşdiyi məsələ ilə bağlı artıq ərazi üzrə polis şöbəsində araşdırma başlanılıb.

  • Suçiçəyi keçirən şəxs meymunçiçəyinə yoluxa bilərmi?

    Afrikada meymunçiçəyi (mpox) xəstəliyinin yayılması və Ümumdünya Səhiyyə Təşkilatının buna görə səhiyyə sahəsində fövqəladə vəziyyət elan etməsi insanları bir çox suallara cavab tapmağa vadar edir.

    Bu məsələ ilə bağlı ən çox verilən suallardan biri də suçiçəyi keçirən və yaxud suçiçəyinə qarşı peyvənd olunan şəxslərin meymunçiçəyinə yoluxma ehtimalının olub-olmaması ilə bağlıdır.

    Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov oxu.az-a açıqlamasında infeksionist bildirib ki, meymunçiçəyi və suçiçəyi fərqli infeksiyalardır:

    “Ona görə bunlardan hər hansı birini keçirməsi və ya vaksinasiya olunması şəxsi digərinə yoluxmadan qorumur”.

    Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi (mpox) epidemiyasından qorunmaq üçün insanları vaksinasiyaya çağırıb.

  • Britaniya hakimiyyəti pişik Larrinin ölümü ilə bağlı xüsusi plan hazırlayıb

    Britaniyanın yüksək rütbəli məmurları son bir il ərzində baş nazirin Dauninq-stritdəki iqamətgahında yaşayan 17 yaşlı pişik Larrinin ölümü ilə bağlı plan üzərində işləyir.

    Qaynarinfo xəbər verir ki, bu barədə “The Times” mənbələrə istinadən yazıb.

    Onlardan biri əmin edib ki, Larri indi özünü yaxşı hiss edir. Bununla belə, qəzetin yazdığı kimi, pişiyin səhhəti ilə bağlı narahatlıq ona baxan dövlət məmurları arasında tez-tez söhbət mövzusudur.

    Onun ölümü ilə bağlı plan “Larry Bridges” adlanır. Bu, kral ailəsinin üzvlərinin ölümü ilə bağlı planların adlarına ironik bir istinaddır. Planın bir hissəsi olaraq, Larrinin Dauninq-stritdəki fotoşəkilləri onun ölüm xəbərindən sonra dərc edilmək üçün seçilib və hökumət sənədlərində saxlanılır. Mətbuat açıqlaması və sosial şəbəkələrdə dərc üçün materiallar da hazırdır.

    Larri pişik sığınacaqdan götürülüb və 2011-ci ildən Böyük Britaniyanın baş nazirinin iqamətgahında yaşayır. O, artıq beş baş nazirlə “işləyib”: Devid Kemeron, Tereza Mey, Boris Conson, Liz Trass və Rişi Sunak. Hazırkı baş nazir, Leyboristlərin lideri Kir Starmer iyul ayında vəzifəyə başlayıb.

    Fevralda məlum olub ki, Bukingem sarayı kral III Çarlzın ölümü halında hakimiyyətin ötürülməsi planını hazırlayıb. Kod adı “Menai körpüsü” olan planda hakimiyyətin taxtın varisi şahzadə Uilyamın əlinə keçməsi nəzərdə tutulur. Elə həmin ay 75 yaşlı III Çarlza xərçəng diaqnozu qoyulub. Mart ayında mediada və sosial şəbəkələrdə kralın ölümü ilə bağlı xəbərlər yayılsa da, onlar təsdiqini tapmayıb. Aprel ayında monarx xəstəliyi barədə məlumat verildikdən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.

  • Ölkədə nə qədər qızıl və gümüş ehtiyatı var?

    Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 248,2 ton qızıl, 1 906,8 ton gümüş istehsal olunub.

    Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qızıl istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % artıb, gümüş istehsalı isə 20,1 % azalıb.

    2024-cü ilin avqust ayının 1-i vəziyyətinə görə ölkədə hazır qızıl ehtiyatının miqdarı 319,4 ton, gümüş ehtiyatının miqdarı isə 560,2 ton olub.

  • Talibandan qadınlara yeni qadağalar

    Əfqanıstanda hakim Taliban qruplaşması qadınlara üzləri açıq şəkildə danışmağa və ümumiyyətlə ictimai yerlərdə görünməyə qadağa qoyub.

    Bu barədə “Associated Press” məlumat yayıb.

    Qeyd olunur ki, Əfqanıstanın Əxlaqın Təbliği və Vitsenin Qarşısının Alınması Nazirliyi avqustun 21-də qanun qəbul edib. Bu qadağa gündəlik həyatın musiqi, bayramlar, ictimai nəqliyyat və təraş kimi aspektlərini əhatə edən ilk rəsmi Bəyannaməyə daxil edilib.

    Nazirliyin sözçüsü Maulvi Abdul Qhafar Faruq deyib ki, İslam qanunları fəziləti təbliğ etmək və pisliyin aradan qaldırılmasında böyük kömək olacaq.

    Avqustun 21-də Əfqanıstan hakimiyyətinin BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Riçard Bennetin ölkəyə girişinə qadağa qoyub. Talibanın sözçüsü Zabihullah Mücahid bildirib ki, Bennett “anti-Əfqan təbliğatında” və “Əfqanıstandakı vəziyyətlə bağlı dünyaya təhrif olunmuş məlumat verməkdə” ittiham olunur.

    Avqustun 17-də Taliban Əfqanıstanda üç illik sakitlik üçün özlərini tərifləyiblər. Taliban nümayəndəsinin sözlərinə görə, hazırda Əfqanıstanda Talibanın hakimiyyətə gəldiyi gün kimi qeyd olunan 2021-ci il avqustun 15-dən sonra ölkədə ticarət və biznes fəallığının səviyyəsi rekord səviyyəyə yüksəlib.

  • Avropa Voleybol Konfederasiyasının yeni prezidenti bəlli olub

    Avropa Voleybol Konfederasiyasının (CEV) yeni prezidenti bəlli olub.

    İtaliyanın Neapol şəhərində CEV-in Baş Assambleyasında səsverməyə əsasən 36 səs yığan xorvatiyalı Roko Sikiriç qrumun yeni prezidenti seçilib.

    Tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev də iştirak edib.

    AVF prezidentinin müşaviri, CEV İdarə heyətinin üzvü Cəlil Cəfərov isə CEV nümayəndəsi kimi Assambleyada yer alıb.
    //report

  • Türkiyədə silahlı hücuma məruz qalan siyasətçi ölüb

    Türkiyədə silahlı hücuma məruz qalan bələdiyyə üzvü Mustafa Can Ekiciler ölüb.

    “Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

    Bildirilib ki, o, müalicə aldığı xəstəxanada həyatını itirib.

    Məlumata görə, M.C.Ekiciler Cümhuriyyət Xalq Partiyasının (CHP) Süleymaniyye bələdiyyə üzvü idi.

    Qeyd edək ki, mərhum siyasətçi avqustun 18-də silahlı hücuma məruz qalıb.

  • В Газе около 250 тыс. палестинцев эвакуировали по требованию Израиля

    Приказы Армии обороны Израиля с требованием к мирному населению покинуть населенные пункты в секторе Газа в августе затронули 250 тыс. палестинцев.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщило представительство Управления по координации гуманитарных вопросов ООН на оккупированных палестинских территориях.

    “По состоянию на 21 августа приказы об эвакуации, опубликованные в этом месяце, затронули около 250 тыс. жителей Газы”, – указывается в докладе УКГВ.

    Как отмечается в документе, с 1 по 22 августа израильская армия опубликовала 13 приказов об эвакуации мирных жителей, которые затронули Дейр-эль-Балах и Хан-Юнис. При этом сразу три таких указания были отданы 21 и 22 августа, что привело к перемещению еще 28,5 тыс. человек. По данным международной организации, они разместились в 146 действующих в анклаве лагерях для беженцев.

    Авторы доклада указывают, что приказы об эвакуации также привели к вынужденному перемещению сотрудников ООН, неправительственных и

  • Qəzzada İsrailin tələbi ilə 250 minə yaxın fələstinli təxliyə edilib

    Avqust ayında İsrail Müdafiə Qüvvələrinin mülki şəxslərin Qəzza zolağındakı yaşayış məntəqələrini tərk etmələrini tələb edən əmrləri 250 min fələstinlini əhatə edib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəliyi məlumat yayıb.

    “Avqustun 21-nə olan məlumata görə, bu ay verilən təxliyə əmrləri 250 minə yaxın Qəzza sakinini əhatə edib”, – məlumatda bildirilib.

    Avqustun 21-i və 22-də verilmiş üç təxliyə əmri daha 28,5 min insanın didərgin düşməsinə səbəb olub. Beynəlxalq təşkilatın məlumatına görə, onlar anklavda fəaliyyət göstərən 146 qaçqın düşərgəsinə yerləşdiriliblər.

    Hesabatın müəllifləri qeyd ediblər ki, təxliyə əmrləri BMT, qeyri-hökumət və humanitar təşkilatların əməkdaşlarından da yan keçməyib.

  • В Нефтчале четыре человека пострадали в ДТП

    В Нефтчалинском районе произошло дорожно-транспортное происшествие, в котором пострадали 4 человека.

    Инцидент произошел на территории поселка Банкя.

    В результате столкновения автомобилей жители Нефтчалинского района Исаева Махлуга Абил гызы (1959 г.р.), Ибрагимова Ирада Гасанбала гызы (1962 г.р.), Лалаев Фаррух Ольмяз оглу (1988 г.р.) и жительница города Баку Ахундова Гюльхянда Гасанбала гызы (1950 г.р.) получили травмы различной степени тяжести. Раненые были доставлены в Центральную больницу Сальянского района.

    По данному факту проводится расследование.