Month: August 2024

  • Tanışını avtomobildə odlu silahla öldürməkdə şübhəli bilinən şəxs tutuldu

    Göyçay rayonunda tanışını odlu silahla öldürməkdə şübhəli bilinən şəxs tutulub.

    Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətləri məlumat yayıb.

    Bildirilib ki, avqustun 20-də 1987-ci il təvəllüdlü Ramin Malxasovun odlu silahdan açılmış atəş nəticəsində qəsdən öldürülüb.

    Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

    Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə qeyd edilən cinayət əməlinin zərərçəkmişin tanışı 1995-ci il təvəllüdlü Əhməd Əhmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilərək avqustun 21-də barəsində axtarış elan olunub.

    Əhməd Əhmədov avqustun 24-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.

    Qeyd edək ki, avqustun 20-də saat 16 radələrində Göyçay rayonunda avtomobildə üzərində xəsarət olan meyit aşkarlanması barədə polisə məlumat daxil olub.

  • Azərbaycan millisinin üç üzvü əməliyyat olundu

    Azərbaycan cüdo milli komandasının üzvləri Gültac Məmmədəliyeva, Elcan Hacıyev və Yaşar Nəcəfov ölkə xaricindən dəvət edilmiş yüksəksəviyyəli ixtisaslaşmış cərrah tərəfindən əməliyyat olunublar.

    Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Gültac Məmmədəliyevada sol çiynindəki zədə səbəbindən Latarjet əməliyyatı, Yaşar Nəcəfovda labrum yırtığı üçün ankorla artroskopik SLAP lezionunun refiksasiyası və Elcan Hacıyev də Akromioklavikulyar oynağın minimal invaziv refiksasiyası və Endobutton ilə ön çarpaz bağ rekonstruksiyası əməliyyatları uğurla həyata keçirilib.

    Gültac Məmmədəliyevanın 16-20 həftə (təxminən 4-5 ay), Yaşar Nəcəfovun 12 həftə (təxminən 3 ay) və Elcan Hacıyevin 20-24 həftə (təxminən 5-6 ay) sonra məşqlərə qayıtması gözlənilir.

    Qeyd edək ki, hər üç tatami ustası ölkəni Paris-2024 Yay Olimpiya Oyunlarında təmsil edib.

  • Радикальная религиозная пропаганда в соцсетях: полиция задержала подозреваемого

    В социальных сетях распространились видеоматериалы, содержащие радикальную религиозную пропаганду и демонстрирующие сжигание фотографий некоторых лиц.

    В ответ на запрос Report представитель пресс-службы Министерства внутренних дел Ибрагим Амирасланлы сообщил, что сотрудники полиции провели расследование.

    Установлено, что деяние совершил О.Мамедов, у которого имеются проблемы с психикой.

    В настоящее время подозреваемый проходит лечение в связи с состоянием своего здоровья.

  • Bəzi şəxslərin fotolarını yandıran şəxs müəyyənləşdirildi

    Sosial şəbəkə səhifələrində radikal dini təbliğat aparan və bəzi şəxslərin fotolarının yandırılmasını əks etdirən görüntülər yayılıb.

    Bununla bağlı “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, görüntülər polis əməkdaşlar tərəfindən araşdırılıb.

    Məlum olub ki, əməli törədən O.Məmmədovdur və onun psixoloji problemləri var.

    O, hazırda sağlamlığı ilə əlaqədar müalicə olunur.

  • Серьезное ДТП в Нефтчалинском районе: есть пострадавшие

    В поселке Банка Нефтчалинского района произошло дорожно-транспортное происшествие (ДТП).

    Как сообщает АПА, в результате столкновения легковых автомобилей жители района Махлуга Исаева (1959 г.р.), Ирада Ибрагимова (1962 г.р.), Фаррух Лалаев (1988 г.р.) и жительница Баку Гюльханда Ахундова (1950 г.р.) с травмами различной степени тяжести госпитализированы в Сальянскую центральную районную больницу.

    По данному факту проводится расследование.

  • Neftçalada ağır qəza: Xəsarət alanlar var

    Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bankə qəsəbəsi ərazisində qeydə alınıb.

    Minik maşınlarının toqquşması nəticəsində Neftçala rayon sakinləri, 1959-cu il təvəllüdlü Məhluqə Əbil qızı İsayeva, 1962 ci il təvəllüdlü İradə Həsənbala qızı İbrahimova, 1988-ci il təvəllüdlü Fərrux Ölməz oğlu Lalayev və Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü Gülxəndə Həsənbala qızı Axundova müxtəlif dərəcəli xəsarətlərlə Salyan xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • В Ширване наказаны продавцы, торгующие сигаретами несовершеннолетним

    Сотрудники Ширванского городского отдела полиции продолжают принимать меры по предотвращению продажи алкогольных напитков и табачных изделий несовершеннолетним.

    Как сообщили в региональной группе пресс-службы Министерства внутренних дел Азербайджана, в ходе мероприятий, проведенных правоохранителями на территории города, в пяти магазинах было выявлено, что продавцы продают табачные изделия подросткам.

    В отношении этих продавцов были приняты меры административного взыскания, и каждый из них был привлечен к ответственности в соответствии с законодательством.

    Кроме того, в ходе контрольно-профилактических мероприятий, проведенных сотрудниками полиции, выявлены и привлечены к административной ответственности 10 человек, незаконно занимавшихся уличной торговлей, и 12 жителей города, выбрасывающих мусор за пределы урн.

  • Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satanlar CƏZALANDIRILDILAR

    Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbirlər zamanı 5 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.

    Həmin satıcılar barəsində inzibati tənbeh tədbirləri görülüb və onların hər biri qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.

    Bundan əlavə, polis əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı qanunsuz olaraq küçə ticarəti ilə məşğul olan 10, urnalardan kənara tullantılar atan 12 nəfər şəhər sakini də müəyyən edilərək inzibati qaydada məsuliyyətə cəlb olunub.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Dünyada bir ilk: Yeddi ölkə ağciyər xərçənginə qarşı peyvənd sınaqlarına başladı

    Həkimlər xəstələrdə mRNT-dən (Matris ribonuklein turşusu, digər adla informasiya RNT-si – zülalların ilkin strukturu haqqında məlumatları ehtiva edir – red.) istifadə edərək ağciyər xərçənginə qarşı dünyada ilk peyvəndi sınaqdan keçirməyə başlayıblar.

    Bu barədə Median.Az “The Guardian” nəşrinə istinadən xəbər verir.

    Məlumata görə, mütəxəssislər bu məhsulun minlərlə insanın həyatının xilas edilməsi istiqamətində “novator” potensialını yüksək qiymətləndiriblər.

    “The Guardian”ın xəbərinə görə, ağciyər xərçəngi dünyada xərçəngdən ölüm hallarının əsas səbəbidir və ildə təxminən 1.8 milyon insanın ölümünə gətirib çıxarır. Xəstəliyin inkişaf etmiş formalarında və şişlərin yayıldığı xəstələrdə sağ qalma göstəriciləri xüsusilə aşağıdır.

    Lakin hazırda mütəxəssislər yeni preparatı sınaqdan keçirirlər ki, bu, orqanizmə xərçəng hüceyrələrini izləmək və məhv etmək, daha sonra isə onların yenidən yaranmasının qarşısını almaq üçün əmr verir. BNT116 adı ilə tanınan və “BioNTech” şirkəti tərəfindən istehsal olunan peyvənd xəstəliyin ən çox yayılmış forması olan qeyri-kiçik hüceyrəli ağciyər xərçənginin müalicəsi üçün nəzərdə tutulub.

    “The Guardian” qeyd edir ki, BNT116-nın insanlar üzərində ilk sınağı olan 1-ci mərhələ klinik sınaqlara yeddi ölkədə – Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Polşa, İspaniya və Türkiyədə 34 tədqiqat mərkəzində başlanılıb.

    Ümumilikdə, təxminən 130 xəstə immunoterapiya ilə birlikdə peyvəndi almaq üçün qeydiyyata alınacaq. Təxminən 20 nəfər Böyük Britaniyadan olacaq.

    Peyvənddə COVID-19 peyvəndlərinə analoji olaraq, RNT-dən (mRNT) istifadə edilir və bununla da immunitet sisteminə bədəni xərçəng hüceyrələri ilə mübarizəyə hazırlamaq imkanı verir.

    Məqsəd ondan ibarətdir ki, kimyaterapiyadan fərqli olaraq, sağlam hüceyrələrə təsir etmədən insanın xərçəngə qarşı immun reaksiyası artırılsın.

    “The Guardian” yazır ki, Londondan olan 67 yaşlı Yanuş Ratz Böyük Britaniyada peyvənd olunan ilk şəxs olub. Ona may ayında diaqnoz qoyulub və qısa müddət sonra kimya və şüa müalicəsinə başlayıb.

    Avqustun 20-də Yanuş Ratz Los-Ancelesdə Kaliforniya Universitetinin Milli Tibbi Araşdırmalar İnstitutunun Klinik Tədqiqatlar Mərkəzində 30 dəqiqə ərzində beş dəqiqəlik intervallarla, altı ardıcıl inyeksiya qəbul edib.

  • Beyindəki mikroplastiklər təhlükəli xəstəliklərə səbəb ola bilər

    ABŞ alimlərinin apardığı yeni araşdırma insan beynində mikroplastiklərin həyəcanverici dərəcədə yüksək olduğunu aşkar edib. Bu, potensial olaraq Altsheymer xəstəliyinin qlobal artımı ilə əlaqələndirilə bilər.

    Median.Az mk.ru-ya istinadən xəbər verir ki, tədqiqata Nyu-Meksiko Universitetinin alimləri rəhbərlik ediblər.

    Əldə edilən nəticələr artıq həyəcan vericidir. Mikroplastiklərin ən yüksək konsentrasiyası Altsheymer xəstəliyi də daxil olmaqla, demensiyadan ölən insanlardan götürülmüş 12 beyin nümunəsində aşkar edilib. Bu, dolayısıyla iki fakt arasında əlaqəni göstərə bilər.

    Müasir insanlar davamlı olaraq mikroplastik təsirlərə məruz qalırlar. Bu kiçik plastik fraqmentləri tamamilə hər yerdə var – havadan kosmetikaya qədər. Onlar bədənə tənəffüs və udma yolu ilə daxil olurlar.

    Tədqiqatçılar 2016 və 2024-cü illərdə toplanmış 51 qaraciyər, böyrək və beyin nümunəsində mikroplastik konsentrasiyaları ölçüblər. Onların hamısında plastik mikrohissəciklər var idi, lakin konkret olaraq beyin nümunələrində digər nümunələrə nisbətən 7-30 dəfə çox idi.

    Demensiyadan ölən insanların 12 beyin nümunəsində sağlam insanlardan alınan nümunələrdən 10 dəfə çox plastik var.

    İlkin tapıntılar bütün dünyada demensiyadan bu formasının hallarının artdığı və beyindəki plastikin miqdarının son səkkiz ildə 50%-dən çox artdığı üçün əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayır. Bu barədə araşdırmanın müəllifləri məlumat veriblər.