Litva Ukraynaya hava hücumundan müdafiə sistemləri və digər avadanlıqlarla bağlı yeni hərbi yardım paketini açıqlayıb.
Bu barədə Kiyevdə səfərdə olan Litva Baş naziri İngrida Şimonite Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, yeni hərbi yardım sentyabrın əvvəlinə qədər Ukraynaya çatmalıdır:
“Bugünkü görüşümüzdə mən Prezident Zelenskiyə məlumat verdim ki, Litvanın ən yeni hərbi yardım paketi sentyabrın əvvəlində Ukraynaya gələcək”, – deyə Baş nazir vurğulayıb.
Month: August 2024
-
Litva Ukraynaya yeni hərbi yardım paketi AYIRDI
-
Son 48 saatda Qəzzada 69 fələstinli ölüb
Son 48 saat ərzində Qəzza zolağında 70-ə yaxın fələstinli ölüb.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.“Son iki gündə İsrail qüvvələrinin Qəzzanın müxtəlif ərazilərini atəşə tutması və bombalaması nəticəsində 69 nəfər ölüb, 212 nəfər yaralanıb”, – Qəzza Səhiyyə Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, bununla da anklavda qurbanların sayı 40 334 nəfərə çatıb, daha 93 356 nəfər isə yaralanıb.
-
Сильные вспышки на Солнце вызовут магнитные бури в начале недели
Ситуация на Солнце стабилизировалась, однако на следующей неделе ожидаются изменения в негативную сторону.
Об этом сообщили в Институте космических исследований РАН.“Ситуация на Солнце снова быстро меняется. То есть меняется буквально сейчас. Ну и поскольку прошлая неделя была слабо активной, то нетрудно догадаться, что все эти изменения сейчас в негативную сторону”, – отметил главный научный сотрудник института Сергей Богачев.
По словам ученого, довольно крупные области возмущения проявились с обратной стороны Солнца. Опасный участок активности расположился прямо напротив Земли, но для мощных взрывов пока не набрал достаточно энергии. Тем не менее по прогнозам, активность здесь усилится в ближайшее время.
Еще два крупных центра сейчас на подходе. Энергия в них тоже постепенно нарастает. Это не исключает, что в выходные и в начале следующей энергии здесь произойдут довольно сильные вспышки. В понедельник, вторник и среду ожидаются магнитные бури.
Во второй половине недели, вероятно, произойдет спад энергии и опасные области к четвергу отойдут в сторону. При этом ученые все равно не исключают неожиданных событий.
-
Kosmik hava proqnozu: Gələn həftə maqnit qasırğaları gözlənilir
Bir müddət Günəşdəki vəziyyət sabitləşsə də, gələn həftə əks istiqamətdə dəyişikliklər gözlənilir.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Sergey Boqaçov qeyd edib ki, sabahdan günəşdəki vəziyyət dəyişəcək.“Dəyişikliklər elə indi baş verir. Keçən həftə az aktiv olduğundan, bu dəyişikliklərin mənfi istiqamətdə olduğunu təxmin etmək çətin deyil”, – deyə Boqaçov bildirib.
Alimin sözlərinə görə, Günəşin arxasında kifayət qədər böyük narahatlıq sahələri üzə çıxıb. Təhlükəli aktivlik sahəsi birbaşa Yerin qarşısında yerləşib, lakin güclü partlayışlar üçün hələ kifayət qədər enerji toplanmayıb. Buna baxmayaraq, proqnozlara görə, yaxın zamanda burada fəallıq artacaq.
“Gələn həftənin əvvəlində burada kifayət qədər güclü partlayışlar baş verəcək. Bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri maqnit qasırğaları gözlənilir. Həftənin ikinci yarısında, ehtimal ki, enerjidə azalma baş verəcək və cümə axşamına qədər təhlükəli sahələr kənara çəkiləcək”, – deyə alim dəqiqləşdirib.
-
İcazəsiz bostana girdilər, 2.76 manatlıq qarpız yedilər – Məhkəməlik oldular
Azərbaycanda iki dost bostandan icazəsiz dərib yedikdələri 2 ədəd qarpıza görə məhkəməlik olublar.
Qaynarinfo-nun məlumatına görə, hadisə Şərur rayonunun Mahmudkənd ərazisində baş verib.Belə ki, 1982-ci il təvəllüdlü C.B. və 1984-cü il təvəllüdlü V.D. Mahmudkənd ərazisində yerləşən bostana gedərək, çəkisi 4,10 və 5,10 kiloqram olan iki qarpızı icazəsiz dərərək yeyiblər.
Bostan sahibi hər iki şəxslə bağlı polisə müraciət edib və onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib olunub. İşə məhkəmədə baxılıb və bostan sahibinə ümumulikdə 2 manat 76 qəpiklik dəyən ziyan ödənilib.
Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh edilməsinə dair iş üzrə icraata xitam verilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə 1600 saatdan 2400 saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə 3 ayadək müddətə inzibati həbs tətbiq edilir.
-
В Баку и Салянском районе из оборота изъят 41 кг наркотиков – ВИДЕО
Сотрудники Главного управления по борьбе с наркотиками Министерства внутренних дел (МВД) Азербайджана продолжают непрерывно проводить мероприятия по борьбе с незаконным оборотом наркотиков.
Как сообщает Median.Az со ссылкой на МВД, в ходе очередных операций, проведенных в городе Баку и Сальянском районе, были задержаны ранее судимые за преступления, связанные с наркотиками, Эльгюн Мамедов (1998 г.р.) и Рашад Сулейманов (2002 г.р.). У них был обнаружен в общей сложности 41 кг марихуаны, героина и метамфетамина.
Э.Мамедов и Р.Сулейманов планировали забрать наркотические средства из заранее определенных мест через граждан Ирана, личности которых устанавливаются следствием, и доставить их по отдельным адресам за материальное вознаграждение.
По данным фактам возбуждены уголовные дела, в отношении задержанных лиц решением суда избрана мера пресечения в виде ареста.
-
Bakı və Salyanda 41 kq narkotik dövriyyədən çıxarıldı – VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini fasiləsiz davam etdirirlər.
Median.Az DİN-ə istinadən xəbər verir ki, Bakı şəhəri və Salyan rayonunda keçirilən növbəti əməliyyatlar zamanı əvvəllər də narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş 1998-ci il təvəllüdlü Elgün Məmmədov və 2002-ci il təvəllüdlü Rəşad Süleymanov saxlanılıblar. Onlardan ümumilikdə 41 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
E.Məmmədov və R.Süleymanov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş yerlərdən narkotik vasitələri götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
-
Bakıda britaniyalı iş adamını şantaj edən qadınlardan biri azadlığa buraxıldı
Bakıda tanış olduqları britaniyalı iş adamını şantaj edən qadınlardan biri azadlığa buraxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qərarı Bakı Apellyasiya Məhkəməsi qəbul edib.Məhkəmə təqsirləndirilənlər – E.Nəsrəddinova və Y.Məmmədova ilə bağlı hökmü araşdırdıqdan sonra sonuncunun şikayətini əsaslı hesab edib.
Məlumat üçün deyək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 ay əvvəlki hökmü ilə E.Nəsrəddinova 11 il, Y.Məmmədova isə 2 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan Y.Məmmədova məhkəmə zalında həbs edilmişdi.
Yuxarı instansiya məhkəməsinin qərarı ilə Y.Məmmədovanın hamilə olması nəzərə alınaraq cəzası şərti hesab edilib. O, dərhal azadlığa buraxılıb. Digər xanım müttəhimin şikayəti isə təmin edilməyib.
Qeyd edək ki, təqsirləndirilən qadınlar ingilis iş adamını rüsvayedici şəkilləri ilə şantaj edib, hədə-qorxu və dələduzluq yolu ilə ondan 205 min manat alıblar. Zərərçəkmişin şikayəti əsasında xanımların hər ikisi cinayət məsuliyyətinə cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib.
-
Более 100 стран обратились за получением электронной визы для участия в COP29
Число стран, подавших заявку на получение электронной визы для участия в 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (UNFCCC), превысило 100.
Как сообщает Report, об этом заявила сотрудница Азербайджанской операционной компании COP29 Аян Наджаф во время информирования о медиауслугах и территориях/объектах в “зеленой” и “синей” зонах на медиа-семинаре для представителей местных СМИ на тему “Эффективные коммуникационные стратегии для COP29”.
Она подчеркнула, что представители местных СМИ смогут получить документ об аккредитации 1 ноября.
-
COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib.
“Report” xəbər verir ki, bunu COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşı Ayan Nəcəf yerli media nümayəndələri üçün keçirilən “COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarında “Yaşıl və Mavi zonalarda media xidmətləri və əraziləri/qurğuları haqqında” məlumatlandırma zamanı deyib.O, yerli media nümayəndələrinin akkreditasiya haqqında sənədi noyabrın 1-də əldə edə biləcəklərini vurğulayıb.






