Month: August 2024

  • Вниманию водителей: движение по еще одной дороге ограничили из-за “Формулы-1”

    С 23:59 24 августа будет ограничено движение автотранспорта с проспекта Азадлыг на проспект Нефтяников.

    Об этом сообщили в операционной компании Baku City Circuit.

    Согласно данным, ограничение связано с монтажными работами на некоторых улицах и проспектах Баку в рамках подготовки к Гран-при Азербайджана “Формулы-1”.

    Отметим, что соревнования пройдут 13-15 сентября 2024 года.

    Напомним, что ранее была распространена информация о том, что участок улицы Самеда Вургуна от пересечения с проспектом Нефтяников до пересечения с улицей Зарифы Алиевой будет закрыт до окончания гонок.

  • Sürücülərin NƏZƏRİNƏ: Daha bir yol “Formula-1″ə görə bağlanır

    24 avqust saat 23:59-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış nəqliyyatın hərəkəti üçün məhdud olacaq.

    Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

    Bildirilib ki, məhdudiyyət “Formula-1” Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri ilə bağlıdır.

    Qeyd edək ki, “Formula-1” Azərbaycan Qran-prisi 2024-cü il 13-15 sentyabr tarixlərində keçiriləcək.

    Xatırladaq ki, bundan əvvəl Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsinin yarışlar bitənədək bağlı olacağı məlumatı yayılıb.

  • Sərhəd qonşumuzda koronavirusa yoluxanların sayı artıb

    Gürcüstanda koronavirusa yoluxma halları artıb.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu ölkənin immunizasiya məsələləri üzrə texniki məsləhətçilər qrupunun rəhbəri İvane Çxaidzenin sözlərinə görə, koronavirusa yoluxanların sayı artıb. Artım üç həftə ardıcıl olaraq müşahidə olunur. Eyni zamanda, Çxaidze qeyd edib ki, xəstəlik halları əsasən yüngül keçir.

  • Sərhəd qonşumuzda koronavirusa yoluxanların sayı artıb

    Gürcüstanda koronavirusa yoluxma halları artıb.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu ölkənin immunizasiya məsələləri üzrə texniki məsləhətçilər qrupunun rəhbəri İvane Çxaidzenin sözlərinə görə, koronavirusa yoluxanların sayı artıb. Artım üç həftə ardıcıl olaraq müşahidə olunur. Eyni zamanda, Çxaidze qeyd edib ki, xəstəlik halları əsasən yüngül keçir.

  • Назначен новый руководитель Аппарата Коллегии адвокатов Азербайджана

    Орхан Бабаев назначен руководителем Аппарата Коллегии адвокатов (КА) Азербайджана.

    Как сообщает report, решение было оглашено на Президиуме Коллегии.

    Отметим, что О.Бабаев, являющийся членом КА с 2019 года, до назначения на высший пост в Аппарате возглавлял Отдел человеческих ресурсов.

    Орхан Бабаев родился в 1989 году в Ордубаде. В 2010 году окончил юридический факультет Бакинского государственного университета. С 2013 по 2018 годы работал на различных административных должностях в аппарате Уполномоченного по правам человека (омбудсмена).

  • Vəkillər Kollegiyası Aparatına yeni rəhbər təyin edildi

    Vəkillər Kollegiyasının (VK) Aparatında yeni təyinat olub.
    Report xəbər verir ki, bu barədə qərar VK Rəyasət Heyətinin keçirilən iclasında elan olunub.
    Qərara əsasən, Orxan Babayev VK Aparatının rəhbəri – Baş katib vəzifəsinə təyin edilib.
    Qeyd edək ki, 2019-cu ildən VK-nın üzvü olan Orxan Babayev bu təyinatadək Kollegiya Aparatının İnsan resursları Şöbəsinin müdiri vəzifəsində çalışıb.
    O, 1989-cu ildə Ordubad şəhərində anadan olub, 2010-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 2012-ci ilin noyabr ayında şirkətlərin birində hüquqşünas kimi başlayıb. 2013-2018-ci illər aralığında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatında 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi ilə müxtəlif inzibati vəzifələrdə çalışıb.
    O, 2018-ci ildən VK-nın Aparatında hüquqşünas-məsləhətçi, baş hüquqşünas-məsləhətçisi, şöbə müdiri vəzifələrini icra edib. İngilis, rus və türk dillərini bilir. Ailəlidir, bir övladı var.

  • Bakıda binada yanğın, tüstülənmiş evlərdən sakinlər təxliyə olunub

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırov küçəsində onbirmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

    FHN-dən report-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

    Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yaşayış binasının zirzəmisində baş verən yanğın mənzillərə keçməsinə imkan verilmədən
    qısa müddətdə söndürülüb.

    Təhlükəsizlik tədbirləri çərçivəsində 11-ci mərtəbədə liftdə qalan 5 nəfər xilas edilib, tüstülənmiş mənzillərdən 3 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təxliyə olunub.

    Yanğın nəticəsində onbirmərtəbəli yaşayış binasının zirzəmisində elektrik otağında 10 ədəd sayğac, qoruyucu açar və 20 p.m. kabel yanıb. Mənzillər yanğından mühafizə olunub.

  • Sumqayıtda bıçaqlanma olub – YENİLƏNİB 1

    DİN-in Mətbuat Xidmətindən apa-ya bildirilib ki, avqustun 22-də saat 23 radələrində Sumqayıt şəhəri ərazisində 1984-cü il təvəllüdlü X. Xiyalıyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

    Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Elşən Nağıyev saxlanıb. 
    Hadisə tərəflər arasında şəxsi münasibətlərin pozulması zəminində baş verib.

    Faktla bağlı istintaq araşdırması aparılır.

    ***

    Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1984-cü il təvəllüdlü (kişi cinsli) şəxs ağır vəziyyətdə hospitalizasiya olunub.

    Apa xəbər verir ki, döş qəfəsinin və bazunun kəsilmiş-deşilmiş yarası diaqnozları təyin edilən pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib.

    Zəruri bütün tibbi yardımlar göstərildikdən sonra o, M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təxliyə olunub.

    ***

    Sumqayıtda 40 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb.

    Apa xəbər verir ki, hadisə 12-ci mikrorayonda keçmiş məcburi köçkünlərin yaşadığı şəhərcikdə qeydə alınıb.
    Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Xiyalıyev Xəyal Əli oğlu münaqişə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb.

    Fakt araşdırılır.

  • Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində ərlə arvad ölüb – YENİLƏNİB 1 – FOTO

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, avqustun 23-də saat 18 radələrində Zaqatala rayonu ərazisində “Opel” markalı avtomobil “BMW” ilə toqquşduqdan sonra ağaca çırpılıb.

    Nəticədə “Opel” də olan sərnişinlər;1979-cu il təvəllüdlü Telman Mirzəbəyov və 1987-ci il təvəllüdlü Sərcahan Musayeva aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

    ***

    Zaqatalada iki minik avtomobili toqquşub, ölənlər var.

    APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 18:30-da Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun 122-ci kilometrliyində, Zaqatala rayonu Muxax kəndinin inzibati ərazisindən keçən hissəsində baş verib.

    Hərəkətdə olan “BMW” markalı 62 BP 419 dövlət nömrə nişanlı minik avtomobili ilə rayonun Əliabad qəsəbə sakini olan qadın sürücünün idarə etdiyi “Opel” markalı 99 SF 186 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.

    Qəzadan sonra “Opel” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. “Opel” markalı avtomobilin sərnişinləri rayonun Əliabad qəsəbə sakinləri olan ar və arvad aldığı müxtəlif dərəcəli ağır xəsarətlərdən hadisə yerində ölüblər.

    “Opel” markalı avtomobilin sürücüsü və maşında olan daha iki nəfərin xəsarət aldığı bildirilir. Əldə olunan məlumata görə, “Opel” markalı avtomobildə olan şəxslər rayonun Muxax kəndinə qonaq gedirlərmiş.

    Qəza zamanı həyatını itirən şəxslərin ölümünün dəqiq səbəbinə aydınlıq gətirilməsi üçün meyitlər Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Hazırda ölən şəxslərin və yaralananların şəxsiyyətləri dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    Zaqatalada iki minik avtomobili toqquşub, ölənlər var.

    APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 18:30-da Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu “Şimşək” adlanan ərazisindən keçən hissəsində baş verib.

    İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Baş vermiş qəza zamanı iki nəfər hadisə yerində ölüb və yaralıların olduğu bildirilir.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib.

  • В Гёранбое 29-летний мужчина погиб от удара током

    В Гёранбое произошел несчастный случай со смертельным исходом.

    Как сообщает западное бюро report, в селе Гарабуджаг 29-летний Сеймур Пашаев погиб от удара электрическим током.

    По факту проводится расследование.