Month: August 2024

  • Goranboyda 29 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

    Goranboyda ölümlə nəticələnən bədbəxt hadisə olub.

    Report-un Qərb bürosunun məlumatına görə, Qarbucaq kəndindində, 29 yaşlı Seymur Paşayevi elektrik cərəyanı vuraraq öldürüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ən etibarlı 4 bürc

    Bəzi bürclər münasibətlərdə olduqca etibarlı hesab olunurlar.

    Median.Az “Unikal”a istinadən ən etibarlı bürcləri təqdim edir:

    Xərçəng:

    Xərçəng bürcləri son dərəcə emosional və qayğıkeşdirlər, tez-tez qarşılarındakına özlərini təhlükəsiz və sevilən hiss etmələri üçün çox səy göstərirlər. Onlar inanılmaz dərəcədə sadiq və qoruyucudurlar, bu da onları uzunmüddətli əlaqələrdə etibarlı tərəfdaş edir. 

    Buğa:

    Buğa qərarlılığı və praktikliyi ilə seçilir, bu da onu münasibətlərdə ən etibarlı bürclərdən birinə çevirir. Bu bürcün nümayəndələri sədaqət və sözünün üstündə durmağı ilə seçilir. Uzunmüddətli əlaqələrə üstünlük verirlər və münasibətlərini qorumaq üçün çox səy göstərirlər. Amma Buğalar da inadkar da ola bilərlər, ona görə də onlarla açıq ünsiyyət qurmaq vacibdir.

    Qız:

    Həssas və analitik təbiətləri ilə tanınan Qız bürcləri bu xüsusiyyətlərini ünsiyyətlərinə də daşıyır.  Qız bürcləri etibarlıdırlar, çünki onlar həmişə problemləri həll etməyə və işlərin səmərəli şəkildə qurmağa çalışırlar. Onların qayğıkeşliyi və məsuliyyətli olması onları etibarlı tərəfdaş edir.

    Oğlaq:

    Oğlaqlar əzimli və nizam-intizamlıdırlar. Onlar məsuliyyət hissini şəxsi münasibətlərinə də daşıyırlar. Onlar son dərəcə etibarlı və tərəfdaşlarına sadiqdirlər, çox vaxt strukturlaşdırılmış və məqsədyönlü əlaqələr qururlar. Oğlaqlar sədaqətə dəyər verirlər və adətən öhdəliklərinə çox ciddi yanaşırlar.

  • 51 yaşında yenidən tələbə oldu – FOTO

    Bu il tələbə adını qazananlar arasında 51 yaşlı Həqiqət Salahova da var. Şəmkir rayonu Düyərli kənd sakini olan Həqiqət xanım Azərbaycan Kooperasiya Universitetinin Sosial iş ixtisasına qəbul olub.

    “Qafqazinfo”ya açıqlama verən 51 yaşlı tələbə bildirib ki, daha öncə təhsil alsa da bu il yenidən tələbə olmaq qərarı verib:

    “Məktəbi yaxşı qiymətlərlə oxuyub bitirmişəm. Öncə Bakı Neft – Energetika Kollecində təhsil aldım. Daha sonra isə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul oldum. Lakin diplom müdafiəsində iştirak edə bilmədim. Buna səbəb isə artıq ailə qurmağım və böyük oğlumun dünyaya gəlməsi idi. Məhz müdafiədə iştirak edə bilmədiyim üçün diplom da ala bilmədim. Bu, illərlə ürəyimdə qalmışdı. Düzdür uzun illər kənddə repetitor kimi fəaliyyət göstərmişəm. Hər iki oğlumun təhsili ilə özüm məşğul olmuşam, onlar da ali təhsil alıblar. Bu il qərar verdim ki, artıq mən də hazırlaşıb sənəd verim. Elə də etdim və qəbul oldum”. 

    Həqiqət xanım deyir ki, bunun üçün o cəmi bir ay hazırlaşmalı olub: “Gün ərzində ev işlərimi və yanıma gələn şagirdləri yola saldıqdan sonra 4-5 saat vaxt ayıraraq hazırlaşdım. 234,80 bal topladım və istədiyim ixtisasa qəbul oldum. Ailəm və övladlarım məni çox dəstəklədi. Qiyabi təhsili seçmişəm. Həyat yoldaşım, hətta dedi ki, əyani təhsil al. Amma özüm götür-qoy etdim və gördüm ki, belə daha uyğun olar. Ətrafdan qınayanlar çox oldu. Sosial şəbəkədə bu sevincimi bölüşdüm, amma mənfi rəylər aldım. Gənclərə demək istərdim ki, heç biri həvəsdən düşməsin. Əgər bu il alınmadısa, yenidən cəhd etsinlər”. 

  • Heydər Əliyev Mərkəzinin parkında “Yay Festivalı” bağlanış konserti olacaq

    Yay günlərinin son istirahət günü – avqustun 25-də Heydər Əliyev Mərkəzinin parkında “Yay Festivalı” adlı bağlanış konserti olacaq.

    Median.Az xəbər verir ki, paytaxt sakinləri və şəhərimizin qonaqları həmin gün saat 20:00-da parkda sevilən müğənnilərin ifasını dinləyib, gözəl yay axşamı keçirə biləcəklər.
    Konsertin istənilən auditoriyanın marağını cəlb etməsi üçün zəngin proqram hazırlanıb. “Yay Festivalı”nda məşhur musiqi xadimlərimizin iştirakı ilə müxtəlif janrlarda mahnılar ifa olunacaq. Sevdiyimiz və hər zaman böyük həvəslə dinlədiyimiz bu ifalar duet, yaxud kollektiv şəklində səslənəcək. Yenilik isə ondan ibarətdir ki, əksər mahnılar belə interpretasiyada ilk dəfə təqdim olunacaq. Məqsəd isə musiqidə nəsillərin dialoqunu nümayiş etdirməkdir.
    Konsertdə Almaxanım Əhmədli və Aygün Bəylərlə virtual duet, Almaz Ələsgərli və Elçin Cəfərov, Aygün Kazımova və Zamiq Hüseynov, Elnur Məmmədov və Günay İbrahimli, Ədalət Şükürov və Nigar Camal, Faiq Ağayev və Dilarə Kazımova, Xəyyam Nisanov və Aysel, Könül Xasıyeva və İlkin Əhmədov, Mələkxanım Eyyubova və Ramal İsrafilov, Mənsum İbrahimov və Elnarə Xəlilova, Murad Arif və Mərdan Kazımov, Mübariz Tağıyev və Cavidan Fatihi, Nazim Pişyari və Mehin Hümbətova, Nazpəri Dostəliyeva və İlkin Dövlətov, Nisə Qasımova və Abbas Bağırov, Niyaməddin Musayev və “Döngə” qrupu, PRoMete və Samirə AliMəryam, “Rast” qrupu və Jamal Hashım, Sevda Ələkbərzadə və “Nənələr” qrupu, Tünzalə Ağayeva və Nadir Rüstəmli duetləri, eləcə də Gülyaz və Gülyanaq Məmmədovalar və Kamilə Nəbiyeva, İlahə Rüstəmova, həmçinin Təyyar Bayramov, Rəvanə Əmiraslanlı, Mirəli Sarızadə, daha sonra isə Səbinə Babayeva, Sona Əzizova, Atilla Qərib, Atilla Məmmədov çıxış edəcəklər.

  • Azərbaycanda Hərbi Hava Qüvvələrinin xidmət rəisi HƏBS EDİLDİ

    Hərbi Hava Qüvvələrinin (HHQ) tabeliyindəki “N” saylı hərbi-hissənin yanacaq-sürtgü materialları xidmətinin rəisi həbs edilib.
    Oxu.az xəbər verir ki, kapitan rütbəsi ilə xidmət edən Ülvi Bəxtiyar oğlu Həsənov dövlət əmlakını talamaqda ittiham olunur.
    Bakı Hərbi Məhkəməsinin qərarı ilə Ü.Həsənov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
    Məlumatı hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev təsdiq edib.
    Qurum rəsmisi bildirib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yanacaq-sürtkü materialları xidmətinin rəisi, kapitan Ülvi Bəxtiyar oğlu Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci, 341.1-ci və digər maddələri ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.

  • Övladınıza nə vaxt telefon ala bilərsiniz?

    Valideynlər övladlarına faydalı olmayacağına inanaraq, smartfon almağa tələsmirlər. Oyunlar, qəribə videolara baxmaq – bütün bunlar canlı ünsiyyət və uşaqların sağlamlığı üçün zərərlidir. Ancaq tamamilə telefon olmadan edə bilməyəcəksiniz. Gec-tez uşağa şəxsi ünsiyyət vasitəsi tələb olunacaq.

    Bu sualın cavabını amerikalı pediatriya mütəxəssisləri tapıblar.

    Onların məsləhətlərini dinləməklə, telefonun uşağınız üçün faydalı bir alış olacağına əmin ola bilərsiniz. Bildiriblər ki, bunun çox hissəsi valideynlərin övladlarına rəqəmsal cihazdan istifadə etmək üçün nümunə göstərməsindən asılıdır. Yəni valideynlər özləri smartfona aludə olubsa, uşaqlardan nəsə tələb etmək əbəsdir.

    Problemlərdən qaçmağınıza kömək edəcək növbəti qayda, smartfonunuz istifadə olunmadığı zaman şərait yaratmaqdır. Yəni ailəvi nahar, şam yeməyi, eləcə də kinoya baxmaq və s. zamanı smartfonsuz keçirmək lazımdır. Telefondan istifadənin məhdudlaşdırılacağı vaxt barədə razılaşmaq da vacibdir.

    Yetkinlər nəinki uşaqlardan özləri də bu qaydalara riayət etməlidirlər. Yaş və mobil tətbiqlərə gəldikdə, 3 yaşdan kiçik uşaqlara telefonlar verilməməlidir. Tətbiqlər arasında faydalı bacarıqların inkişafına töhfə verənlərə diqqət yetirməlisiniz.
    //lent.az

  • Yemişi bu qidalarla birlikdə YEMƏYİN

    Yemiş nə qədər faydalı olsa da, bəzi qidalarla yemək həzmi çətinləşdirir.

    Bir-birilə uyğun olmayan qidalarla yemək, həzm problemlərinə səbəb olur.

    Yemiş, mədədə qalmadığı üçün özündən əvvəl yeyilən digər yeməkləri də aparacaq. Bu, mədə-bağırsaq traktında diskomforta gətirib çıxaracaq. Çünki digər qidalar mədədə həzm olunmağa vaxt tapmayıb və bağırsaqlarda həzm oluna bilmir.

    Fakt budur ki, digər məhsullarla birlikdə mədədə fermentasiyaya məruz qalmır.

    Yemişi əsas yeməkdən iki saat əvvəl və ya yeməkdən iki saat sonra istehlak etmək yaxşıdır. Bundan əlavə, yemiş insulin istehsalına təsir edən yüksək glisemik indeksə malikdir.

    Glisemik indeks nə qədər aşağı olarsa, məhsulun insulindən asılı orqanlara təsiri bir o qədər az olar. Məsələn, mədəaltı vəzində – aşağı glisemik indeksli qidalar istehlak edildikdə, onun üzərinə düşən yük daha az olur. İnsulin müqavimətinə, piylənməyə və diabetə səbəb olma riski daha azdır.

    Şəkərli diabet xəstələri və mədə-bağırsaq xəstəlikləri, kəskin mərhələdə qastrit və xorası və digər patologiyaları olan insanların yemiş istehlakı arzuolunmazdır.
    //lent.az

  • “WhatsApp”da yenilik – Artıq nömrə verməyə məcbur deyilsiz (FOTO)

    “WhatsApp”da telefon nömrəsini paylaşmaq öhdəliyi artıq ləğv olunur.

    “WhatsApp” artıq yeni dövrə; istifadəçi adı dövrünə qədəm qoyur.

    Yeniliyə əsasən artıq kiminləsə yazışmaq üçün ona mobil nömrənizi vermək məcburiyyətində olmayacaqsınız. Bunun üçün digər sosial şəbəkələrdəki kimi istifadəçi adını vermək kifayət edəcək.

    Yeni beta versiyası həmçinin istifadəçilərə istifadəçi adı təyin edərkən spam və arzuolunmaz qarşılıqlı əlaqəni məhdudlaşdırmaq üçün PİN kodu təyin etməyə də imkan verəcək.

    “WhatsApp” istifadəçilərə üç məxfilik seçimi təklif edəcək. Birinci; istifadəçi adı. Sonuncu; telefon nömrəsi.

    Beləliklə, istifadəçilər mobil telefon nömrələrini kiminlə paylaşmaq istəmədiklərinə özləri qərar verəcəklər.

    Daha bir məxfilik seçimi isə dörd rəqəmli PİN kodu olan istifadəçi adıdır. Bu funksiyanı yandırdığınız zaman yalnız bu PİN kodu bilən istifadəçilər sizə mesaj göndərə biləcəklər.

    //lent.az

  • ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

    ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

    Bu haqda ABŞ maliyyə nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Rusiyadan olan 400 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edilib.

  • 51 yaşında yenidən tələbə oldu

    Bu il tələbə adını qazananlar arasında 51 yaşlı Həqiqət Salahova da var. Şəmkir rayonu Düyərli kənd sakini olan Həqiqət xanım Azərbaycan Kooperasiya Universitetinin Sosial iş ixtisasına qəbul olub.

    “Qafqazinfo”ya açıqlama verən 51 yaşlı tələbə bildirib ki, daha öncə təhsil alsa da bu il yenidən tələbə olmaq qərarı verib:

    “Məktəbi yaxşı qiymətlərlə oxuyub bitirmişəm. Öncə Bakı Neft – Energetika Kollecində təhsil aldım. Daha sonra isə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul oldum. Lakin diplom müdafiəsində iştirak edə bilmədim. Buna səbəb isə artıq ailə qurmağım və böyük oğlumun dünyaya gəlməsi idi. Məhz müdafiədə iştirak edə bilmədiyim üçün diplom da ala bilmədim. Bu, illərlə ürəyimdə qalmışdı. Düzdür uzun illər kənddə repetitor kimi fəaliyyət göstərmişəm. Hər iki oğlumun təhsili ilə özüm məşğul olmuşam, onlar da ali təhsil alıblar. Bu il qərar verdim ki, artıq mən də hazırlaşıb sənəd verim. Elə də etdim və qəbul oldum”.

    Həqiqət xanım deyir ki, bunun üçün o cəmi bir ay hazırlaşmalı olub: “Gün ərzində ev işlərimi və yanıma gələn şagirdləri yola saldıqdan sonra 4-5 saat vaxt ayıraraq hazırlaşdım. 234,80 bal topladım və istədiyim ixtisasa qəbul oldum. Ailəm və övladlarım məni çox dəstəklədi. Qiyabi təhsili seçmişəm. Həyat yoldaşım, hətta dedi ki, əyani təhsil al. Amma özüm götür-qoy etdim və gördüm ki, belə daha uyğun olar. Ətrafdan qınayanlar çox oldu. Sosial şəbəkədə bu sevincimi bölüşdüm, amma mənfi rəylər aldım. Gənclərə demək istərdim ki, heç biri həvəsdən düşməsin. Əgər bu il alınmadısa, yenidən cəhd etsinlər”.