Month: August 2024

  • Дорожная полиция сделала предупреждение родителям

    До сих пор встречаются факты, когда за рулем транспортных средств находятся дети, не достигшие совершеннолетия и не имеющие водительских прав.

    Об этом говорится в сообщении Главного управления Государственной дорожной полиции (ГУГДП).

    “Некоторые родители полагают, что научили своих детей управлять транспортным средством, и что ребенок готов ко всему. Однако граждане забывают, что их дети, не знающие правил дорожного движения, ничего не смогут сделать в экстремальных ситуациях, а также о том, насколько серьезен данный вопрос”, – говорится в заявлении.

    ГУГДП вновь обращается к родителям с настоятельной просьбой не доверять управление автомобилем своим несовершеннолетним детям, напоминая о том, что это является грубейшим нарушением правил дорожного движения и может привести к трагическим последствиям.

  • BDYPİ-dən azyaşlı övladlarına avtomobil həvalə edən valideynlərə MÜRACİƏT

    “Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan şəxslərin gizlin, bir sıra hallarda isə məhz valideynlərinin iştirakı ilə avtomobil idarə etməsi ciddi narahatlıq doğurur”.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb:

    “Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, özlərinin və doğmalarının arzularını yarıda qoya biləcəklərini unudurlar.

    Baş Dövlət Yol Polisi İdarəsi avtomobili azyaşlı övladlarına etibar edən valideynlərə müraciət edərək onlara bu əməlin kobud qayda pozuntusu olduğunu bildirir, eyni zamanda bu yanlış addımın ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır”.

  • В Шамкирском районе задержан наркокурьер

    В Шамкирском районе задержан наркокурьер.

    Как сообщили в гянджинской региональной группе пресс-службы Министерства внутренних дел (МВД), сотрудники Шамкирского райотдела полиции задержали жителя района С.Хамзаева. У него было обнаружено 11 кг 650 г марихуаны.

    В ходе следствия было установлено, что С.Хамзаев занимался наркокурьерством с целью получения финансовой прибыли.

    По данному факту возбуждено уголовное дело, в отношении задержанного избрана мера пресечения в виде ареста.

    Расследование продолжается.

  • Şəmkirdə narkokuryer ƏLƏ KEÇDİ

    Şəmkirdə narkokuryer saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini S.Həmzəyev saxlanılıb. Həmin şəxsdən 11 kq 650 qram marixuana aşkarlanıb.

    Araşdırmalarla zamanı S.Həmzəyevin maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

  • В Масаллы автомобиль врезался в забор: есть погибший

    В Масаллы произошло дорожно-транспортное происшествие.

    Как сообщает Report, водитель автомобиля Mercedes-Benz Рашид Мамедов (1989 г.р.) потерял управление, в результате чего транспортное средство врезалось в забор.

    Согласно данным, мужчина скончался на месте от полученных травм.

    По данному факту возбуждено уголовное дело.

  • Masallıda avtomobil hasara çırpılıb, ölən var

    Masallıda avtomobil hasara çırpılıb.

    “Report”un xəbərinə görə, 1989-cu il təvəllüdlü Rəşid Məmmədov “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək hasara çırpılıb.

    Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Bakıda qurumuş ağac gövdəsi avtomobilin üzərinə aşıb: Zərəri kim ödəyəcək? – VİDEO

    Bakıda qurumuş ağac gövdəsi avtomobilin üzərinə aşıb.

    Xezerxeber.az-ın məlumatına görə, hadisə dünən Nizami rayonu ərazisində, Tofiq Abbasov, 40 ünvanında baş verib. Zərərçəkmiş Anar Teymurov deyir ki, o, həmin ünvana müştəri gətirib. Onu düşürüb, geri qayıtmaq istəyən zaman başına bu iş gəlib və avtomobilə ciddi ziyan dəyib.

    O, Bakı Şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət etsə də, cəhdləri nəticə vermir. Ona dəymiş zərərin ödənməyəcəyi qəti şəkildə ifadə edilib.

    Anar Teymurov taksi fəaliyyəti ilə məşğuldur. Bu gözlənilməz hadisə onu əlavə maddi ziyana salıb. İşində fasilə yaranmaması üçün arxa şüşəni dəyişib taksi fəaliyyətini davam etdirir. Bununla belə, dəymiş zərərin ödənilməsini istəyir.

    Hüquqşünaslar bildirirlər ki, vətəndaş belə vəziyyətdə məhkəməyə müraciət edərək, ona dəymiş zərərin ödənilməsini təmin edə bilər.

    Ətraflı süjetdə:

  • Kriştianu Ronaldu sosial media fenomenlərinə meydan oxuyur

    Portuqaliyalı ulduz Kriştianu Ronaldu sosial media hesablarındakı izləyici sayına görə dünyada ən çox abunəçiyə sahib şəxs ünvanını qazanıb.

    Hazırda “Instagram”da 636 milyon izləyicisi olan Kriştianu Ronaldunun “X” sosial şəbəkəsindəki abunəçi sayı 112 milyondur.

    38 yaşlı ulduz futbolçunun “Facebook” səhifəsinin 170 milyon izləyicisi var, yeni açılmış “YouTube” kanalı isə bir gündə 19 milyon abunəçi toplayıb.

    Qeyd edək ki, “YouTube” rəsmiləri Ronalduya jest olaraq “YouTube”a xas olan “platinium plaket” göndəriblər.

  • Ermənistanda ordu generalının oğluna qarşı cinayət işi açıldı

    Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavininin oğlu İrəvanda saxlanılıb.

    Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Baş Qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant Enriko Apriamovun oğlu Qevork Apriamov İrəvanda baş verən qəzadan sonra saxlanılıb.

    Avqustun 22-də 38 yaşlı Gevork Apriamovun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil “Opel” markalı avtomobillə toqquşub. O, hadisə yerinə gələn polisə səhhəti ilə əlaqədar idarəetməni itirdiyini deyib. Apriamov tibb mərkəzinə aparılsa da, tibbi yardımdan imtina edib.

    Polis əməkdaşları Apriamovla birlikdə hadisə yerinə qayıdıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun avtomobilinə baxış zamanı pipetlər (damcı tökən) və narkotikə oxşar maddə aşkar ediblər. Apriamov Nor Nork polis bölməsinə aparılıb, iş materialları isə cinayət işinin açıldığı İstintaq Komitəsinə verilib.

    Qeyd olunur ki, Apriamov 2018-ci ildə də “Hyundai Sonata” ilə qəza törədib. Həmin vaxt onun idarə etdiyi avtomobil əks zolağa çıxaraq, hərbi məktəbin hasarına çırpılıb və onun ərazisinə düşüb.

  • Bakıda iş adamının mağazasını TALADILAR: Oğurluq edən şəxs də SAHİBKARDIR

    Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində olan “Baby Land” uşaq oyuncaqları mağazasından külli miqdarda oğurluq hadisəsi olub.

    “Qaynarinfo”nun məlumatına görə, hadisənin 1985-ci ildə Bakıda doğulmuş, həmin mağazada satıcı işləyən Həmid Məmmədov (soyad şərti) tərəfindən törədilməsi məlum olub.

    Həmid ticarət mərkəzində yerləşən “Engin” mağazasının müdiri, 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş Sahil Cəfərovla (soyad şərti) əlbir olaraq oğurluq hadisəsini törədib.

    Hər iki şəxsə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə cinayət işi açılıb, baxılması üçün məhkəməyə göndərilib.

    Məhkəmədə məlum olub ki, “Sədərək” Ticarət Mərkəzində yerləşən “Baby Land” uşaq oyuncaqları mağazasının sahibi, iş adamı Sülhəddin adlı şəxsdir. O, mağazada satıcı işləyən Həmidə və bacısı oğluna obyektin açarlarını etibar edib. Həmid də Sahillə birləşərək Sülhəddinin xaricdə olmasından istifadə edərək mağazadan külli miqdarda uşaq oyuncağı oğurlayıb. Oğurlanan uşaq oyuncaqları Sumqayıt şəhərində yerləşən “Oyuncaqçı Store” adlı mağazaya və digər yerlərə ucuz qiymətə satılıb.

    “Engin” mağazasının müdiri Sahil məhkəmədə özünü günahkar hesab etməyib və Həmid tərəfindən ona ucuz satılan uşaq oyuncaqlarının oğurluq olduğunu bilmədiyini deyib.

    “Baby Land” uşaq oyuncaqları mağazasının sahibi Sülhəddin ifadəsində deyib ki, mağazada olan əmlakın hamısı ona məxsusdur və heç bir şəriki yoxdur. Həmidin mağazada işlədiyi müddətdə nümunəvi işçi olduğuna görə ona açarları etibar edib.

    Məhkəmənin qərarı ilə “Engin” mağazasının müdiri Sahilə 2 il 11 ay 26 gün, Həmidə isə 1 il 11 ay 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Sonuncu məhkəmə zalından azad edilib. Hər iki şəxs cəza aldıqları müddət ərzində “elektron qolbaq”da gəzəcəklər.