Month: September 2024

  • İspaniyada çox böyük denqe qızdırması partlayışı qeydə alınıb

    İspaniyanın şimal-şərqində yerləşən Kataloniya muxtar bölgəsinin Tarraqona əyalətində ən azı səkkiz denqe qızdırması yoluxma halı aşkar edilib.

    Median.Az bu barədə TASS-a istinadən xəbər verir.

    Məlumata görə, xəstələnənlər arasında “Port Aventura” əyləncə parkının beş işçisi və iki fransız turist var. Yoluxmalar avqustun ikinci yarısında Vila-seca yaşayış məntəqəsi ətrafında baş verib.

    Kataloniya hakimiyyəti yaxın günlərdə yeni yoluxma hallarının aşkar edilə biləcəyini istisna etmir.

    Denqe virusu flaviviruslardan biridir ki, bunlara Zika qızdırması, gənə ensefaliti, hemorragik qızdırma və bir sıra digər təhlükəli xəstəliklərin törədicisi də aiddir. Bu patogen Avrasiya, Afrika və Amerikanın tropik və ekvatorial bölgələrində geniş yayılıb və Aedes aegypti növünə aid ağcaqanadlar tərəfindən yayılır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 400 milyona qədər insan denqe qızdırmasına yoluxur.

  • Bitki yağları zərərlidirmi? – Mütəxəssisdən AÇIQLAMA

    Günəbaxan, qarğıdalı, soya, raps, üzüm tumu və araxis yağlarının reputasiyası o qədər də məşhur deyil. Bir çoxları hesab edir ki, onlar sağlamlıqla bağlı bir çox problemlərə, xüsusən iltihablara səbəb olur, digərləri onun zərərlərini marketinqdə rəqabətlə əlaqələndirirlər. Lakin əsl həqiqət necədir?

    “Food & Nutrition Research” jurnalında qastroenteroloqlar bu suala cavab veriblər.

    Müəlliflərin sözlərinə görə, bitki yağları LDL xolesterolun (el arasında “pis xolesterol”-red.) səviyyəsini azaltmaq, çəkini saxlamaq və iltihabı nəzarətdə saxlamaq üçün kərə və hindistan cevizi yağından daha üstündür.

    “Əlbəttə bitki yağları da iltihaba səbəb ola bilir, ancaq bu müəyyən şəraitdə baş verir. Əgər siz bitki yağlarını böyük miqdarda qəbul edirsinizsə və kifayət qədər lif almırsınızsa, iltihab riski həqiqətən artır”, – deyə ekspert izah edib.

    Həkimlər birinci sıxım zeytun yağına üstünlük verməyi tövsiyə edirlər.

    “Zeytun yağı faydalı mono-doymamış yağlar və antioksidantlar tərkiblidir ki, bu da iltihabı azaltmağa və ürəyi qorumağa kömək edir”, – deyə nəşrdə vurğulanıb.

  • Naxçıvanda ər və arvad qəbiristanlıqda dalaşdılar: “Boğazıma bıçaq dayadı”

    Naxçıvan şəhərində 1976-cı il təvəllüdlü Əbülfət Qarayev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Rəfiqə Qarayevaya (ad-soyad şərti göstərilib – red.) xəsarət yetirib.

    Demokrat.az-ın məlumatına görə, hadisə bu ilin martın 22-də Naxçıvan şəhəri Bulqan kənd qəbiristanlığında baş verib.

    Əbülfət orada həyat yoldaşı Rəfiqə ilə mübahisə zamanı onu döyərək xəsarətlər yetirib.

    Hadisəni törədən Əbülfətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əbülfət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

    O, ifadəsində göstərib ki, Rəfiqə ilə 18 ildir evlidir:

    “Evliliyimizin müddətində aramızda ailədaxili problemlər və mübahisələrimiz olurdu. Son zamanlarda həyat yoldaşım davalarımız artmışdı. Bir sözlə demək olar ki, yola gedə bilmirdik”.

    Təqsirləndirlən şəxs bildirib ki, martın 21-də, saat 23 radələrində yaşadığı evə gəlib:

    “Evə girdikdən sonra Rəfiqənin masanın üzərində olan çirkli qabların təmizlənmədiyini gördüm. Mən aramızda olan mübahisələrə son qoymaq üçün Rəfiqə ilə söhbət etmək istədim. Övladlarım evdə olduğu üçün bayırda söhbət etmək istədim. Rəfiqə ilə evdən çıxıb avtomobilimə əyləşdik. Bizim ev tərəfdə qəbiristanlıq var. Rəfiqənin rəhmətlik anam barəsində danışdığını da eşitmişdim. Ona görə də onu qəbiristanlığa apardım. Orada aramızda mübahisə oldu. Mən avtomobilimdə olan balaca qatlanan bıçağı üzərimdə götürmüşdüm. Rəfiqə həmin zaman qışqıraraq danışırdı. Mən onu qorxutmaq üçün bıçağı çıxardım və onun ayağına tutdum. Rəfiqə həmin zaman yerə oturdu. Bu zaman necə olduğunu bilmədən bıçaq Rəfiqənin ayağını cızdı. Sonra Rəfiqəni tutaraq ayağa qaldırmaq istəyən zaman qolumdan dişlədi. Mən də bu zaman onun kürək nahiyəsindən vurdum. Sonra Rəfiqəni çəkərək ayağa qaldırdım və avtomobilə əyləşdirdim və evə getdik. Həyətin qapısından içəri girmədim və atamgilə gedəcəyimi bildirdim. Aramızda olan ailədaxili münasibətlərə görə mübahisə edirdik. Həmin məsələlər Rəfiqənin evə baxmamağı və özbaşına harasa gedib-getmədiyini soruşmağım idi. Rəfiqə ilə sakit yerdə söhbət etmək istəyirdim. Qəbiristanlığa aparmaqda məqsədim ona izah etmək istəyirdim ki, nalayiq söz dediyin şəxs torpağın altındadır”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, ailəsinin təminatını daima ödəyib:

    “Ailəmə yaxşı baxmışam. Bir neçə dəfə Türkiyədə səyahətdə olmuşuq”.

    İş üzrə zərərçəkmiş qismində ifadə verən Rəfiqənin sözlərinə görə, evlilikləri müddətində Əbülfətlə yaxşı yola getməyib:

    “Mən Əbülfətin xasiyyətinə bələd olduğum üçün onun bu hərəkətlərinə uşaqlarım üçün dözürdüm. Martın 22-də, gecəyarısı Əbülfət yaşadığımız evə gəldi və pul qabının qəbiristanlıqda itdiyini dedi. Mən də ondan bu saatda qəbiristanlıqda nə etdiyini soruşdum. Əbülfət mənə heç bir cavab vermədi və dedi ki, gəl mənimlə birgə gedək qəbiristanlığı axtaraq. Mən gödəkcəmi geyindim və evdən çıxdıq. Qəbiristanlığın darvazasına çatan zaman Əbülfət qəfildən mənim boğazımdan yapışdı və boğazıma bıçaq dayadı. Əbülfət məndən mart ayının 1-dən 5-nə qədər harada olduğumu soruşdu. Mən də Əbülfətə evdə və işdə olduğumu dedim. Əbülfət qışqıraraq yalan danışmamağımı deyirdi. Mən də Əbülfətə dedim ki, sən bilirsənsə hardaydım, mənə de. Əbülfət mənə cavab vermədi. Mən ona mübahisə zamanı boşanmaq istədiyimi dedim. Əbülfət əlindəki bıçağı mənim sol buduma batırdı. Mən səs çıxartmadım. Sonra Əbülfət bunu görən kimi bıçağı yanımdakı taxtaya batırdı və məni yumruqla üzümdən vurmağa başladı. Mən də Əbülfətin zərbələrindən yerə düşdüm. Bu zaman o, məni yerdə təpiklə vurmağa başladı. Həmin vaxtı Əbülfət avtomobilə tərəf getdi və mən də onun başının qarışdığını görərək polisə zəng etmək istədim. Sonra ayağa duraraq qaçanda Əbülfət məni arxadan tutdu və telefonumu alaraq qırdı. Mən halsız vəziyyətdə yerdə uzanmışdım. Sonra o, məni öz avtomobilinə zorla mindirdi. Evə çatdıqdan sonra uşaqlarımı götürərək atamgilin evinə getdim”.

    Zərərçəkmiş qeyd edib ki, həyat yoldaşı Əbülfət daima onun telefonunu yoxlayıb:

    “Ona mane yox idi. Mənim heç bir pis hərəkət yoxdur. Mən telefondan ingilis dili üçün istifadə edirdim. Dil öyrənmək üçün ingilis və rus dilində filmlərə baxırdım ki, unutmayım. Əbülfət bunu məhdudlaşdırırdı. Mənim hazırlıq keçməyimə narazılıq edirdi. Mən uşaqlara görə işləyib, onların təhsilinə kömək etmək istəyirəm. Uşaqlarım məktəb birincisidir”.

    Bu cinayət işinə Naxçıvan Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əbülfət 4 ay müddətə azadlıqdan məhrum edilib.

  • Неизвестный устроил пожар в парламенте Румынии

    Неизвестный мужчина облил бензином и устроил пожар в магазине с сувенирами при входе в парламент Румынии.

    Как передает Median.Az, об этом сообщает портал Hotnews.

    “На место выехали сотрудники подразделения полиции. В ходе первого осмотра было установлено, что после стихийного конфликта посетитель бросил легковоспламеняющееся вещество. Пожар произошел в гостевой комнате, на тот момент эвакуировали около 300 человек. По первой информации, пострадавших нет”, – приводит портал слова столичной полиции.

    На данный момент мотивы вандала неизвестны. Правоохранительные органы страны зафиксировали лицо мужчины и обратились к населению с просьбой помочь в поисках поджигателя.

  • Rumıniyada parlament binası yandırıldı

    Rumıniyanın paytaxtı Buxarestdə parlament binasının ziyarətçilər üçün nəzərdə tutulmuş hissəsi hələlik şəxsiyyəti məlum olmayan bir nəfər tərəfindən yandırılıb.

    Median.Az bu barədə “Haber Global”a istinadən xəbər verir.

    Məlumata görə, binada olan 300 nəfər təxliyə edilib.

    Hadisə yerindən qaçan cinayətkarın tutulması üçün işlər aparılır.

    Hücumun səbəbi bilinməsə də, hadisə nəticəsində xəsarət alan olmayıb.

    Yanğınsöndürənlərin müdaxiləsi ilə alov söndürülüb.

  • В Баку драка между домовладелицей и квартиранткой привела к их госпитализации

    В Сабунчинском районе Баку произошла драка между двумя женщинами.

    Как сообщает АПА, случай зафиксирован по адресу: улица Акрама Джафарова, 92.

    Согласно информации, спор между домовладелицей Фамилей Ягубовой (1971 г.р.) и арендующей эту квартиру Адилей Аслановой (1976 г.р.) перерос в потасовку, в результате чего обе женщины получили тяжелые травмы.

    Пострадавшие были госпитализированы в Сабунчинский медицинский центр.

    Факт расследуется сотрудниками 13-го отделения полиции Сабунчинского РУП.

  • Bakıda ev sahibi ilə kirayənişin arasında dava düşüb, qadınlar xəsarət alıblar

    Bakının Sabunçu rayonunda iki qadın arasında dava düşüb.

    APA xəbər verir ki, hadisə Əkrəm Cəfərov, 92 ünvanında qeydə alınıb.

    Belə ki, ev sahibi 1971-ci il təvəllüdlü Familə Lətif qızı Yaqubova onun evində kirayədə yaşayan 1976-ci il təvəllüdlü Adilə Aslan qızı Aslanova ilə mübahisə edib. Daha sonra bu mübahisə davaya çevrilib.

    Dava zamanı hər iki tərəf ağır xəsarət alıb. Onlar Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

    Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları faktı araşdırırlar.

  • В Азербайджане отмечается День национальной музыки

    Сегодня, 18 сентября, в Азербайджане отмечается День национальной музыки.

    Этот праздник вошел в историю как день рождения выдающегося композитора, музыковеда, педагога, публициста, драматурга, основоположника азербайджанского профессионального музыкального искусства Узеира Гаджибейли (1885-1948).

    Именно его опера “Лейли и Меджнун” стала первым классическим музыкальным произведением в Азербайджане и во всем мусульманском мире. Впервые она прозвучала со сцены в 1908 году.

    Узеир Гаджибейли – автор музыки к гимну Азербайджана, а его яркие, полные живого юмора и национального колорита музыкальные комедии “Аршин мал алан” и “Не та, так эта” не теряют своей актуальности до сих пор. К ним вновь и вновь обращаются не только азербайджанские, но и зарубежные постановщики.

    Отметим, что День национальной музыки ежегодно отмечается во всех уголках страны в соответствии с указом общенационального лидера Гейдара Алиева от 18 сентября 1995 года.

  • Bu gün Milli Musiqi Günüdür

    18 sentyabr – Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

    1995-ci ildə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

    Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Ənənəvi olaraq bu günü Azərbaycan Dövlət Konservatoriyasının (indiki – Bakı Musiqi Akademiyası) önündə minlərlə insan toplaşırdı. Burada Üzeyir Hacıbəyovun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyində bəstəkarın əsərlərini ifa edərdi.

    Mədəniyyət ocaqlarında, musiqi məktəblərində, xüsusilə konservatoriyamızın – indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilərdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, xüsusilə də Bakıda yaşanan siyasi böhranla əlaqədar bu ənənə bir müddət unuduldu.

    Mədəniyyət Nazirliyi Milli Musiqi Günü ilə əlaqədar bir sıra tədbirlər keçirirː Bakı musiqi akademiyası önündə bu tarixi günlə bağlı təntənəli mərasim keçirilir, Üzeyir Hacıbəyovun ev-muzeyində mədəni tədbirlər təşkil olunur, Heydər Əliyev adına sarayda Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş təntənəli gecə keçirilir.

    “Bakı Metropoliteni” QSC tərəfindən də Milli Musiqi Günü ilə bağlı getdikcə hər il üçün ənənəvi hal alan sosial layihəni gerçəkləşdirilir. Bu münasibətlə stansiyalarda artıq ənənə halını alan musiqili proqram təşkil olunur. Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-i sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramı təşkil edilir. Proqramda milli və klassik musiqi nümunələri səsləndirilir.

  • Air France и Lufthansa приостанавливают полеты в Тель-Авив

    Авиакомпании Air France и Lufthansa заявили о приостановке полетов в Тель-Авив (Израиль) “из-за ситуации с безопасностью на местах”.

    Об этом сообщает Median.Az со ссылкой на “Интерфакс”.

    Air France также приостанавливает полеты в Бейрут до четверга из-за опасений эскалации в регионе.

    Данные заявления были сделаны после того, как во вторник в результате взрыва пейджеров в Ливане погибли, по последним данным, 11 человек, 4 тыс. получили ранения.