Month: September 2024

  • “Air France” və “Lufthansa” Təl-Əvivə uçuşları dayandırır

    “Air France” və “Lufthansa” aviaşirkətləri yerlərdəki təhlükəsizlik vəziyyətinə görə Təl-Əvivə (İsrail) uçuşları dayandırdıqlarını bəyan ediblər.

    Median.Az bu barədə “İnterfaks”a istinadən məlumat verir.

    “Air France”, həmçinin regionda gərginliyin artması narahatlığı səbəbindən cümə axşamına qədər Beyruta uçuşları dayandırır.

    Bu bəyanatlar çərşənbə axşamı Livanda peycer partlayışı nəticəsində son məlumatlara görə 11 nəfərin öldüyü, 4 min nəfərin yaralandığı hadisədən sonra verilib.

  • Сергей Шойгу прибыл с визитом в Иран

    Секретарь Совета безопасности РФ Сергей Шойгу прибыл с визитом в Иран.

    Как передает Median.Az, об этом сообщает ТАСС.
    Согласно данным, Шойгу провел встречу с секретарем Высшего совета национальной безопасности Ирана Али Акбаром Ахмадианом.
    Отмечается, что стороны обсудили вопросы двустороннего сотрудничества, особое внимание было уделено позиции исламской республики в отношении транспортных маршрутов и коридоров, ведущих в Азербайджан.

    Также, как сообщил иранский телеканал IRIB, секретарь Совета безопасности РФ во время своего необъявленного визита в Иран встретился с президентом исламской республики Масудом Пезешкианом и передал ему послание от российского лидера Владимира Путина.

    По информации СМИ, встреча прошла в Тегеране. Помимо послания Путина, Шойгу также предоставил Пезешкиану некий “отчет о достигнутых договоренностях”.

  • Şoyqu İran prezidentinə Putinin mesajını çatdırıb

    Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana səfər edib.

    Median.Az bu barədə TASS-a istinadən xəbər verir.
    Məlumata görə, Şoyqu İranın Ali Milli Təhlükəsizlik
    Şurasının katibi Əli Əkbər Əhmədianla görüş keçirib.

    Daha sonra Sergey Şoyqu İran prezidenti ilə görüşüb və ona Rusiya lideri Vladimir Putinin mesajını çatdırıb.

  • Muxtar Babayev: COP29-un sadəcə noyabrın 11-dən 22-dən keçiriləcək tədbir kimi görülməsini istəmirəm

    COP29-un sadəcə noyabrın 11-dən 22-dək keçiriləcək tədbir kimi qəbul olunmasını istəmirəm, çünki bu, böyük danışıqlar prosesidir.

    Report xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AzTV-nin “Hədəf” verilişində söyləyib.

    “İnanırıq ki, ölkələr üçün yaratdığımız şərait danışıqların müsbət nəticələnməsi üçün yaxşı təkan olacaq. Çox çətin mövzudur. Maliyyə həmişə mürəkkəb mövzu olub. Tərəflər bu ili çox kritik il kimi qiymətləndirirlər.

    Tərəflərin konsensusa gətirilməsi üçün böyük hazırlıq prosesi gedir. Ona görə də mən istərdim ki, bu forum noyabrın 11-dən 22-dək keçiriləcək tədbir kimi qəbul olunmasın”, – Muxtar Babayev vurğulayıb.

    “Bu, böyük bir danışıqlar prosesidir. Bütün kateqoriyalar, bütün ölkələr, bütün beynəlxalq təşkilatlar, bütün beynəlxalq maliyyə institutları, vətəndaş cəmiyyətləri və s. qurum və təşkilatların iştirakı üçün böyük bir platforma yaradılıb”, – nazir əlavə edib.

  • Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

    Bakının Xətai rayonunda kütləvi dava düşüb, ağır xəsarət alan var.
    Apa xəbər verir ki, hadisə Məhsəti küçəsi 5 a ünvanında qeydə alınıb.

    Belə ki, 5 nömrəli Peşə Liseyinin 4-cü kurs tələbəsi 2005-ci il təvəllüdlü Nəsirov Elmir Ramil oğlu sözügedən təhsil ocağının tələbəsi ilə mübahisə edib.

    Mübahisə zamanı tələbə E.Nəsirova xəncər vasitəsilə 5 dəfə zərbə endirib.

    Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

    Hazırda Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışına başlayıblar.

  • Azərbaycanda qripə qarşı vaksinasiya prosesi başlayıb

    Səhiyyə Nazirliyi tərəfindən əhalinin qripə qarşı peyvənd olunmasına başlanılıb.
    Bu haqda Səhiyyə Nazirliyindəm “cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib. 

    Qeyd edilib ki, peyvəndlənmə prosesi sentyabrın 10-dan başlayıb.

    Bildirilib ki, respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların və xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı əhalinin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir:

    “Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi sözügedən əhali qruplarını mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.”

    Vurğulanıb ki, qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.

    Xatırladaq ki, ötən il payız-qış mövsümündə əldə edilən peyvəndlərlə, TƏBİB tabeliyində olan tibb müəssisələri üzrə 1804 nəfərin vaksinasiyası aparılıb.

    314 nəfər Bakı və Abşeron ərazisində, 1490 nəfər isə regionlar üzrə qrip əleyhinə peyvənd olunub. 
    Peyvənd olunan əhali qruplarının təxminən 6%-ni 18 yaşadək uşaqlar, 88%-i 18-65 yaş arası, 6%-ni 65 yaşdan yuxarı əhali qrupu təşkil edib.

  • Azərbaycanda bəzi kəndlərə mavi yanacaq niyə verilmir?

    Şəkinin Baş Kəldək və Oraban kəndlərinin sakinləri illərdir təbii qaz üzünə həsrət qalıblar.

    Sakinlər qarşıdan gələn soyuq aylar üçün meşələrdən odun tədarükü edirlər.

    “Biz ömür boyu qaz görməmişik. Meşələr də demək olar qırılıb qurtarıb. Odun fondu isə ancaq məktəb və bağçalar üçün odun gətirir” – deyə kənd sakini məlumat verib.

    Tovuz rayonunun Həsənli, Mollalar, Çeşməli kəndlərində də vəziyyət fərqli deyil. Təbii qaz olmadığından sakinlər evlərin isidilməsində, məişət işlərində müxtəlif ölçülü qaz balonlarından istifadə edirlər.

    Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, yaxın müddət ərzində sözügedən kəndlərin qazlaşdırılması nəzərdə tutulmayıb.

    Daha ətraflı “Xəzər Xəbər”in süjetində:

  • Bakı metrosunda toplanan yeraltı sular şəhərin təmizlənməsində istifadə ediləcək

    “Bakı Metropoliteni” QSC yeraltı sulardan texniki su kimi istifadə etmək üçün yeni layihələr həyata keçirəcək”.
    Bu barədə “Report”a açıqlamasında QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
    Onun sözlərinə görə, metroda yeraltı suların məkanı olduğu üçün burada gölməçələr çoxdur:
    “Metropoliten tunellərində formalaşan qrunt sularının yerüstü sahəyə çıxarılaraq səmərəli istifadə olunması məqsədilə “Nizami” stansiyası yaxınlığında nümunəvi layihə həyata keçirilib. Görülən işlərin davamlı olması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə də yeni eynitipli layihələr düşünülüb. Bundan sonrakı dövrdə də bu istiqamətdə fəaliyyət göstəriləcək”.
    B. Məmmədov qeyd edib ki, metroda toplanan yeraltı sulardan texniki su kimi ağacların sulanmasında, şəhərin yuyulma və təmizlənməsində istifadəsinin genişləndirilməsi çox mühüm layihədir və bu həm də suya qənaət edilməsinə də səbəb olur.
    “Bakı metrosunun özündə sudan qənaətlə istifadə edilməsi məqsədilə də bir sıra layihələr həyata keçirilib. Bunlara istehsalat sahələrinin tələbatı nəzərə alınaraq suların optimal qaydada bütün sahələrə çatdırılmasını, bununla bağlı bütün sistemin yenidən qurulmasını, yeraltı sulardan səmərəli şəkildə texniki su kimi istifadə edərək vaqonların yuyulması, ağacların suvarılması və başqa bir sıra layihələr daxildir”, – deyə o, vurğulayıb.
    QSC rəsmisi diqqətə çatdırıb ki, metropolitendə Bakının eko-mühitinə təsir edən ən böyük layihələrdən biri kimi “Xocasən” elektrik deposunun istifadəyə verilməsini söyləmək olar:
    “Bu ərazi – təxminən 24 hektarlıq ərazi, depo istifadəyə verilənə qədər tullantılar məkanı idi. Həmçinin burada gölməçələrin yaranması antisanitar mühitin, ekoloji tarazlığın əsaslı şəkildə pozulmasına səbəb olurdu. Bu gün həmin ərazi tullantılardan təmizlənib və depo inşa edilib. Artıq eko-mühitə neqativ təsir göstərən gölməçələr yoxdur və xüsusilə də ərazidə abadlaşdırma işlərinin aparılması, 2 000-ə yaxın ağacın əkilməsi, görülən yaşıllaşma tədbirləri Xocasən qəsəbəsində ekoloji tarazlığın bərpa olunması istiqamətində ən böyük layihələrdən biridir”.

  • Bakıda qalmaqallı məktəbə direktor təyin edildi

    Bakı şəhəri 112 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib.

    Modern.az-ın məlumatına görə, bu vəzifə Ruhiyyə İbrahimovaya həvalə edilib.

    O, bundan əvvəl Sabunçu rayonu Cəlal Məmmədyarov adına 155 nömrəli məktəbə rəhbərlik edib. Ruhiyyə İbrahimova Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib, riyaziyyat fənnini tədris edir.

    Xatırladaq ki, 2022-ci ildə 112 saylı orta məktəbdə şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinin görüntüləri yayılıb. Həmin görüntülər ciddi etirazlara səbəb olmuşdu. Hadisədən sonra orta məktəbin direktoru səlahiyyətlərini icra edən təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva vəzifəsindən azad edilmişdi. Məktəbdə direktorun səlahiyyətlərini müvəqqəti olaraq Rövşən Qasımov icra edirdi.

  • Bakıda motosiklet piyadanı vurub

    Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

    Apa xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1965-ci il təvəllüdlü Ağayev Cəmil Fərman oğlu yolu keçərkən onu motosiklet vurub.

    Piyada ağır xəsarətlər alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

    Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları faktı araşdırır.