Month: September 2024

  • Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

    Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilir ki, Sabunçu rayonu, Kürdəxanı və Maştağanın Ləhiş bağları ərazisində, həmçinin Bakıxanov qəsəbəsində təmir-bərpa işləri aparılacaq.

    Bu baxımdan sentyabrın 17-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Kürdəxanı və Maştağanın Ləhiş bağları ərazisində, Bakıxanov qəsəbəsində, Sülh, Eldar Xəlilov, Mehmandarov, Fətəliyev küçələrində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Brüsseldə minlərlə insan küçələrə axışdı

    Brüsseldə şəhərdəki “Audi” avtomobil zavodunda minlərlə iş yerinin qorunmasına dəstək nümayişi keçirilib.

    Median.Az xəbər verir ki, bu barədə TASS yerli polis məlumatlarına istinadən bildirir.

    Aksiyada 10 mindən çox insan iştirak edir. Onlar məşğulluğu təmin etmək üçün Avropa İttifaqından sənaye sektoruna sərmayə qoymağı tələb edir və iqtisadiyyatın real sektorunda ixtisarlara qarşı çıxırlar.

    Bildirilir ki, təxminən üç min nəfərin çalışdığı “Audi” zavodu satışların azalması və istehsal xərclərinin artması səbəbindən 2025-ci ildə bağlana bilər.

  • Rusiyada üç nəfərin olduğu helikopter yoxa çıxdı

    Rusiya Federasiyasının Amur vilayətinin Zeysk rayonunda “Robinson R66” helikopteri tayqada qəzaya uğrayıb. Onun göyərtəsində olan üç nəfərin taleyi hələ də məlum deyil. Hazırda genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır.

    Median.Az bu barədə Rusiya KİV-lərinə istinadən məlumat verir.

    Faciə sentyabrın 16-da baş verib, helikopterin qəza mayakı işə düşüb.

    Rusiya Fövqəladə Hallar Nazirliyinin Amur vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, helikopter Zeysk bələdiyyə dairəsi ərazisi üzərində qeydiyyatsız uçuş həyata keçirirdi.

    İtmiş helikopterin axtarışlarına başlanılıb.

    Müstəntiqlər artıq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hava nəqliyyatının hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulması) ilə cinayət işi açıblar. Bu hadisənin bütün halları və səbəbləri araşdırılacaq.

    “Robinson R66” helikopterləri – şəxsi uçuşlar və müxtəlif xidmətlərin işində geniş istifadə olunan yüngül, birmühərrikli hava nəqliyyat vasitələridir. Bu etibarlı hava gəmilərinin qəzaya uğraması nadir hallarda baş verir.

  • В Азербайджане муниципальные служащие предстанут перед судом

    В отношении должностных лиц муниципалитета села Мурадхан Кюрдамирского района составлен административный протокол в соответствии со статьей 549.2 Кодекса об административных проступках.

    Как сообщает moderator.az, согласно статье, им грозит штраф от 400 до 600 манатов за несвоевременное представление копий муниципальных актов в орган, осуществляющий административный контроль деятельности муниципалитетов.

    Дело находится в производстве судьи Кюрдамирского районного суда Халига Иманова.

    Предварительное судебное заседание назначено на 27 сентября.

  • Azərbaycanda bələdiyyə cərimələndi

    Kürdəmir rayon Muradxan bələdiyyəsinə inzibati protokol yazılıb.

    Moderator.az xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 549.2-ci (Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

    İş Kürdəmir Rayon Məhkəməsinin hakimi Xaliq İmanovun icraatındadır. Baxış iclası sentyabrın 27-də keçiriləcək.

  • В Баку автобус сбил 8-летнего велосипедиста

    В поселке Локбатан Гарадагского района Баку произошло дорожно-транспортное происшествие (ДТП), в котором погиб ребенок.

    Как сообщает Report, маршрутный автобус Isuzu, которым управлял Асдан Гусейнов (1993 г.р.), сбил велосипедиста Ниджата Гулиева (2016 г.р.). От полученных травм мальчик скончался на месте.

    По данному факту возбуждено уголовное дело.

  • Bakıda marşrut avtobusu 8 yaşlı velosipedçini vuraraq öldürüb

    Bakıda marşrut avtobusu 8 yaşlı uşağı vurub.

    “Report” xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

    1993-cü il təvəllüdlü Asdan Hüseynovun idarə etdiyi “Isuzu” markalı marşrut avtobusu velosipedlə hərəkətdə olan 2016-cı il təvəllüdlü Nicat Quliyevi vurub. Velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Bakıda “Formula-1″ə görə bağlanan bütün yollar açıldı

    Son 8 ildə ilk dəfə olaraq, “Formula-1” həftəsindən sonra 24 saat ərzində bütün yol məhdudiyyətləri aradan qaldırılıb.

    Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

    Bildirilir ki, 13-15 sentyabr tarixlərində baş tutmuş “Formula-1” Azərbaycan Qran-prisi ərəfəsində bağlanan prospekt və küçələr nəzərdə tutulmuş vaxtdan daha tez, bu gündən sürücülərin istifadəsinə verilib.

    Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsinin və digər aidiyyəti qurumların birgə səyi nəticəsində son 8 ildə ilk dəfə olaraq paytaxt Bakının yolları 24 saat tamam olmamış paytaxtdakı nəqliyyat məhdudiyyəti aradan qaldırılıb.

    Həmçinin, sentyabrın 16-dan 17-dək Bakı Şəhər Halqası ətrafında təhlükəsizlik məqsədilə quraşdırılmış 3306 ədəd beton bloklar aradan götürülür.

    Xatırladaq ki, yarış həftəsində bağlı olan yolların bir çox hissəsi müəyyən saat aralıqlarında şəhərdəki tıxacların minimuma endirilməsi məqsədilə sürücülərin istifadəsi üçün açıq olub.

  • Bakıda “Formula-1″ə görə bağlanan bütün yollar açıldı

    Son 8 ildə ilk dəfə olaraq, “Formula-1” həftəsindən sonra 24 saat ərzində bütün yol məhdudiyyətləri aradan qaldırılıb.

    Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

    Bildirilir ki, 13-15 sentyabr tarixlərində baş tutmuş “Formula-1” Azərbaycan Qran-prisi ərəfəsində bağlanan prospekt və küçələr nəzərdə tutulmuş vaxtdan daha tez, bu gündən sürücülərin istifadəsinə verilib.

    Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsinin və digər aidiyyəti qurumların birgə səyi nəticəsində son 8 ildə ilk dəfə olaraq paytaxt Bakının yolları 24 saat tamam olmamış paytaxtdakı nəqliyyat məhdudiyyəti aradan qaldırılıb.

    Həmçinin, sentyabrın 16-dan 17-dək Bakı Şəhər Halqası ətrafında təhlükəsizlik məqsədilə quraşdırılmış 3306 ədəd beton bloklar aradan götürülür.

    Xatırladaq ki, yarış həftəsində bağlı olan yolların bir çox hissəsi müəyyən saat aralıqlarında şəhərdəki tıxacların minimuma endirilməsi məqsədilə sürücülərin istifadəsi üçün açıq olub.

  • NATO-nun baş katibi Ukraynada sülhün başlıca şərtini açıqladı

    “Rəsmi Kiyev NATO-ya üzv olana qədər uzunmüddətli perspektivdə Ukraynada sülh olmayacaq”.

    Median.Az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq həftəlik “Foreign Policy” jurnalına onlayn müsahibəsində bildirib.

    “Ukrayna NATO-nun bir hissəsi olmadan uzunmüddətli perspektivdə Ukraynada sülh ola bilməz” , – o qeyd edib.