Month: September 2024

  • Sabah bir şəhərdə su olmayacaq

    Sentyabrın 18-də Mingəçevir şəhəri üzrə suyun verilməsində qismən fasilələr yaranacaq.

    Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

    Buna səbəb isə 10 min kubmetrlik Mingəçevir mərkəzi su anbarının yuyulması və dezinfeksiyası işlərinin aparılmasıdır.

  • Polkovnik, arvadı və qardaşının öldüyü qəza ilə bağlı HƏBS QƏRARI

    Ötən il Salyanda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rusiya vətəndaşı Omarşa Kərimova hökm oxunub.

    “Qafqazinfo” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi O.Kərimovu Cinayət Məcəlləsinin 263.3-cü (2 və ya daha çox şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə təqsirli bilib.

    Bildirilib ki, O.Kərimov hadisə vaxtı “Schmitz” markalı TIR-la İrandan Rusiyaya 19 ton gilas aparırmış. Ələt-Astara yolunun Salyandan keçən hissəsində hərəkətdə olarkən onun idarə etdiyi yük maşını Məhərrəm Fərziyevin sürdüyü VAZ-2105 markalı avtomobillə toqquşub. Nəticədə M.Fərziyev, həyat yoldaşı Xanım Fərziyeva və qardaşı İlqar Fərziyev vəfat edib. Onlar Lənkəranda toyda iştirak edib Bakıya qayıdırmışlar.

    O da məlum olub ki, qəzada vəfat edən Məhərrəm Fərziyev Müdafiə Nazirliyinin pensiyaya çıxmış polkovniki olub. Ehtiyatda olan zabit “Sabit” mühafizə şirkətində baş inspektor vəzifəsində çalışırmış. Mərhumun yaxınları məhkəmə iclasında hadisənin qəsdən törədildiyini, qəzadan sonra M.Fərziyevin qətlə yetirildiyini iddia ediblər. Onlar bunu M.Fərziyevin nəşinin qəza baş verən yerdən bir qədər aralıda tapılması ilə izah ediblər. Lakin bu iddialar məhkəmə istintaqı tərəfindən qəbul edilməyib.

    Məhkəmənin 13 sentyabr tarixli hökmü ilə qəzanı törədən Omraşa Kərimova 9 il həbs cəzası verilib. Onun əlavə olaraq 4 il nəqliyyat vasitəsini idarə etmək hüququ da məhdudlaşdırılıb.

  • На Земле началась сильная магнитная буря

    17 сентября Земля оказалась под влиянием мощной магнитной бури, вызванной повышенной солнечной активностью.

    Как передает Median.Az со ссылкой на экспертов кафедры астрофизики физического факультета Бакинского государственного университета, постепенно класс бури будет ослабевать, астрономическое явление завершится уже сегодня днем.

    Причиной геомагнитных возмущений стали продолжительные и интенсивные вспышки на Солнце классов M и X. Вспышки класса M способны создавать помехи для радиосвязи, а мощные вспышки класса X приводят к возникновению магнитных бурь на Земле. Кроме того, выбросы корональной массы с Солнца спровоцировали геомагнитную бурю, начавшуюся во второй половине дня 16 сентября. Сначала буря достигала уровня G1 (слабая), затем усилилась до G2 (средняя). Ночью геомагнитная активность подскочила до уровня G3, что соответствует сильной буре.

    Геомагнитные бури такой силы ощущаются в высоких широтах на уровне G2-G3, а в средних широтах – на уровне G1.

    Ученые напоминают, что во время магнитных бурь метеозависимые люди могут испытывать недомогание, головные боли, перепады давления. Специалисты советуют в такие периоды больше отдыхать, гулять на свежем воздухе и не перенапрягаться. После полудня 17 сентября геомагнитное поле Земли постепенно стабилизируется.

  • Geomaqnit qasırğası nə vaxtadək davam edəcək?

    Geomaqnit qasırğası bu gün günorta saatlarınadək davam edəcək.

    Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

    Qeyd olunub ki, Günəşdə davamlı və uzun müddət baş verən alışmalar hesabına aktivlik yüksək həddə qalxıb. M (radiodalğaları əngəlləyən, yayılmasına mane olan), eləcə də X sinif (güclü) alışmalar hesabına Günəş aktivliyi Yerdə maqnit qasırğaları yaradıb.

    Günəşdə baş vermiş tac kütlə atılmaları hesabına sentyabrın 16-sı günün yarısından başlayaraq G1(mülayim), sonradan G2 (orta) səviyyəli maqnit qasırğası baş verib. Gecə qasırğa səviyyəsi G3-ə (güclü) çatıb. Maqnit qasırğası sentyabrın 17-si günorta saatlarınadək davam edəcək. Günorta saatlarından sonra Yerin geomaqnit sahəsi normal səviyyəyə düşəcək.

    Geomaqnit qasırğa yüksək coğrafi enliklərdə G2-G3 səviyyəsində, orta coğrafi enliklərdə G1 səviyyəsində hiss olunur.

  • İrandan Türkiyəyə narkotik aparan sürücü Naxçıvanda saxlanıldı

    Naxçıvan gömrükçüləri İrandan Türkiyəyə narkotik vasitə aparan yük maşınının sürücüsünü saxlayıblar.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, komitənin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə yuyucu toz yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.

    Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı yük nəqliyyat vasitəsindən iki ədəd sellofan paketdə ümumi təmiz çəkisi 996,814 qram olan psixotrop maddə – metamfetamin, 7,250 qram olan narkotik vasitə qurudulmuş marixuana, sürücünün üzərində aparılan şəxsi yoxlama nəticəsində isə təmiz çəkisi 0,060 qram olan psixotrop maddə – metamfetamin aşkar edilib.

    Qeyd edək ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I siyahısına daxildir.

    Faktla bağlı araşdırma aparılır.

  • Эльману Пашаеву грозит до 10 лет колонии – ВИДЕО (ОБНОВЛЕНО)

    Бывшему адвокату Эльману Пашаеву грозит до 10 лет колонии по делу о мошенничестве.

    Как передает Median.Az со ссылкой на ТАСС, официальный представитель СК РФ Светлана Петренко, военным следствием возбуждено уголовное дело по признакам преступления, предусмотренного ч. 4 ст. 159 УК РФ (мошенничество, совершенное в особо крупном размере).

    Эта статья предусматривает наказание в виде лишения свободы на срок до 10 лет со штрафом в размере до 1 млн рублей.

    Следствие установило, что Пашаев в феврале 2024 года при личной встрече в Москве с Алексеем Блиновским убедил его, что может за крупное денежное вознаграждение освободить Блиновского и его супругу Елену от уголовной ответственности по ранее возбужденному делу о неуплате налогов. Пашаев задержан, сейчас решается вопрос об избрании ему меры пресечения.

    По данным российских Telegram-каналов, бывший адвокат взял у Алексея Блиновского более 1 млн рублей.

    Пашаев действовал по схеме “дела Ефремова” – он заранее понимал, что никакого успешного решения вопроса не будет, но продолжал обрабатывать “клиента”. Сначала получил задаток, а после – должен был получить полное вознаграждение.

    В последние месяцы он остро нуждался в деньгах – он и его жена задолжали налоговой 1.6 млн рублей. 700 тыс. висит на самом Пашаеве, ещё 923 – на его супруге.

    * * * * *

    Бывший адвокат азербайджанского происхождения Эльман Пашаев задержан в Москве по делу о мошенничестве, он обещал за деньги освободить Алексея и Елену Блиновских от уголовной ответственности за неуплату налогов.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщила официальный представитель Следственного комитета (СК) Российской Федерации Светлана Петренко.

    “Военными следственными органами СК возбуждено уголовное дело по признакам преступления, предусмотренного ч. 4 ст. 159 (мошенничество, совершенное в особо крупном размере) Уголовного кодекса РФ, в отношении бывшего адвоката Эльмана Пашаева”, – сказала она.

    Следствие установило, что Пашаев в феврале 2024 года при личной встрече в Москве с Алексеем Блиновским убедил его, что может за крупное денежное вознаграждение освободить Блиновского и его жену Елену от уголовной ответственности по ранее возбужденному делу о неуплате налогов. Пашаев получил от Блиновского деньги.

    Решается вопрос об избрании ему меры пресечения. Пашаев получил известность как адвокат актера Михаила Ефремова, осужденного за ДТП, в котором погиб человек. Позже его лишили статуса адвоката. В отношении Пашаева тогда проводилась проверка из-за свидетелей, которые дали на суде по делу Ефремова ложные показания.

  • Tanınmış azərbaycanlı hüquqşünasın Moskvada saxlanılma GÖRÜNTÜLƏRİ (YENİLƏNİB)

    Keçmiş vəkil Elman Paşayev dələduzluq işi üzrə 10 ilədək həbs cəzası ilə üzləşə bilər.

    Median.Az bu barədə TASS-a istinadən xəbər verir.

    Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, hərbi istintaq tərəfindən Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə (xüsusilə iri məbləğdə dələduzluq) cinayət işi açılıb.

    Bu maddədə 1 milyon rubladək cərimə ilə birlikdə 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

    İstintaq müəyyən edib ki, Paşayev 2024-cü ilin fevralında Moskvada Aleksey Blinovski ilə şəxsi görüşdə onu inandırıb ki, böyük məbləğdə pul müqabilində Blinovski və həyat yoldaşı Yelenaya qarşı əvvəllər açılmış vergi ödəməmə işi üzrə cinayət məsuliyyətindən azad edə bilər. Paşayev saxlanılıb, hazırda onun barəsində qətimkan tədbirinin seçilməsi məsələsi həll olunur.

    Rusiya “Telegram” kanallarının məlumatına görə, keçmiş vəkil Aleksey Blinovskidən 1 milyon rubldan çox pul alıb.

    Qeyd edək ki, Elman Paşayevin həbs olunmasının görüntüləri də yayılıb.

    * * * * *

    Rusiyada tanınmış azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayev Moskvada dələduzluq işi ilə bağlı saxlanılıb. O, pul müqabilində Aleksey və Yelena Blinovskiləri vergi ödəməməyə görə cinayət məsuliyyətindən azad etməyi vəd edib.

    Median.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin (İK) rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

    “İK-nın hərbi istintaq orqanları tərəfindən keçmiş vəkil Elman Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə nəzərdə tutulmuş cinayət əlamətləri üzrə cinayət işi açılıb”, – deyə o bildirib.

    İstintaq müəyyən edib ki, Paşayev 2024-cü ilin fevralında Moskvada Aleksey Blinovski ilə şəxsi görüş zamanı onu inandırıb ki, külli məbləğdə pul müqabilində Blinovski və onun həyat yoldaşı Yelenaya qarşı əvvəllər açılmış vergi ödəməmə işi üzrə cinayət məsuliyyətindən azad edə bilər. Paşayev Blinovskidən pul alıb.

    Onun barəsində qətimkan tədbiri seçilməsi məsələsi həll olunur. Paşayev qəza törədərək bir nəfərin ölümünə səbəb olan aktyor Mixail Yefremovun vəkili kimi tanınıb. Sonradan o, vəkillik statusundan məhrum edilib. O zaman Paşayev barəsində Yefremovun məhkəməsində yalan ifadə verən şahidlərlə bağlı yoxlama aparılırdı.

  • Azərbaycanda dəstə üzvlərinin mağazaları talamasının və “Prius” qaçırmasının GÖRÜNTÜLƏRİ (VİDEO)

    Nərimanov rayonunda yerləşən mağazaların birindən müxtəlif markalı mobil telefon və notbukların oğurlanması barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən, əvvəllər məhkum olunmuş şəxslər – Mehman Mehdiyev, Kamran Hacıyev və Asim Məhərrəmov saxlanılıblar. Araşdırmalar zamanı onların Nərimanov rayonunda əlavə olaraq “Toyota Prius” markalı avtomobil qaçırdıqları da müəyyən edilib. Dəstə üzvləri həmin gecə paytaxt ərazisində eyni model başqa bir nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da oğurlayaraq qaçırdıqları avtomobilin üzərinə bağlayıb idarə ediblər. Bundan başqa bu şəxslərin Gəncə, Şəmkir və Binəqədi rayonları ərazilərində də mağazalardan oğurluqlar etdikləri məlum olub.

    Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

  • Корпорация Meta заблокировала аккаунты ряда российских СМИ

    Корпорация Meta заблокировала на своих платформах аккаунты RT, медиагруппы “Россия сегодня” и “связанных с ним организаций”, приводит Fox News заявление компании. Meta принадлежат соцсети Facebook и Instagram, приложение Threads и мессенджер WhatsApp, передает Median.Az.

    “После тщательного рассмотрения мы расширили текущие меры в отношении российских государственных СМИ”, – сказал представитель Meta, отметив, что аккаунты недоступны в приложениях компании по всему миру из-за попыток “иностранного вмешательства”.

    О решении было объявлено вскоре после того как США ввели санкции против “России Сегодня”, главы медиагруппы, телеведущего Дмитрия Киселева и обязали завершить все финансовые операции с ними до 13 ноября. Под ограничения попали также RT, главный редактор Маргарита Симоньян и несколько топ-менеджеров за причастность к созданию и распространению среди американской аудитории контента “со скрытыми посланиями правительства России”.

    По мнению американских властей, RT пытался “тайно вербовать ничего не подозревающих американских инфлюенсеров для поддержки своей кампании вредоносного влияния”. Госсекретарь США Энтони Блинкен объявил, что его страна вместе с Канадой и Британией начали совместную кампанию, чтобы “объединить партнеров по всему миру для ответа на угрозу со стороны RT и других российских инструментов влияния и дезинформации”.

  • “Meta” korporasiyası bir sıra Rusiya KİV-lərinin hesablarını blokladı

    “Meta” korporasiyası öz platformalarında “Russia Today” media qrupu və onunla əlaqəli təşkilatların hesablarını bloklayıb.

    Median.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

    “Diqqətli nəzərdən keçirmədən sonra biz Rusiya dövlət KİV-lərinə qarşı mövcud tədbirləri genişləndirdik”, – deyə “Meta”nın nümayəndəsi bildirib və qeyd edib ki, xarici müdaxilə cəhdləri səbəbindən hesablar şirkətin tətbiqlərində bütün dünyada əlçatmazdır.

    Qərar ABŞ-nin “Russia Today” media qrupunun rəhbəri, teleaparıcı Dmitri Kiselyova qarşı sanksiyalar tətbiq etməsindən və onlarla bütün maliyyə əməliyyatlarını 13 noyabra qədər başa çatdırmağı tələb etməsindən qısa müddət sonra elan edilib. Məhdudiyyətlər həmçinin RT, baş redaktor Marqarita Simonyan və bir neçə top menecerə də şamil edilib. Bunun səbəbi ABŞ auditoriyası arasında Rusiya hökumətinin gizli mesajları olan məzmun yaratmaq və yaymaqda iştirak etmələri idi.

    Xatırladaq ki, “Meta” şirkətinə “Facebook” və “Instagram” sosial şəbəkələri, “Threads” tətbiqi və “WhatsApp” mesajlaşma xidməti məxsusdur.