Month: September 2024

  • СМИ: Трамп продолжит предвыборную кампанию, несмотря на второе покушение

    Кандидат в президенты США от Республиканской партии Дональд Трамп намерен участвовать во всех запланированных мероприятиях своей предвыборной кампании на этой неделе, несмотря на недавнюю попытку покушения.

    Как передает Median.Az, об этом сообщает CNN со ссылкой на два источника, знакомые с графиком кандидата.

    Согласно информации, Трамп, несмотря на предполагаемую угрозу его жизни, не собирается отменять или переносить ни одно из запланированных событий, продолжая активное участие в предвыборной гонке.

    Напомним, что вчера произошла стрельба около гольф-клуба Trump International Golf Club в Палм-Бич (штат Флорида), в котором находился Дональд Трамп. Инцидент расценили как очередную попытку покушения на кандидата в президенты США. Подозреваемый 58-летний Райан Уэсли Рут был задержан.

    По данным CNN, сегодня суд в США предъявил Руту обвинения по двум пунктам, связанным с огнестрельным оружием.

    Шериф округа Палм-Бич Рик Брэдшоу уточнил, что в кустах рядом с территорией гольф-клуба, где пытался спрятаться злоумышленник, были обнаружены автомат AK-47 с оптическим прицелом, два рюкзака с керамическими пластинами и экшен-камера.

  • KİV: Tramp ikinci sui-qəsd cəhdinə baxmayaraq, seçki kampaniyasını davam etdirəcək

    Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Tramp bu yaxınlarda ona qarşı edilmiş növbəti, sayca ikinci sui-qəsd cəhdinə baxmayaraq, bu həftəyə planlaşdırılan bütün seçki kampaniyası tədbirlərində iştirak etmək niyyətindədir.

    Median.Az xəbər verir ki, bu barədə CNN telekanalı namizədin iş qrafiki ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.

    Məlumata görə, Tramp həyatına təhlükə olmasına baxmayaraq, seçki yarışında fəal iştirakını davam etdirərək planlaşdırılan tədbirlərin heç birini ləğv etmək və ya təxirə salmaq fikrində deyil.

    Xatırladaq ki, dünən Florida ştatındakı Palm-Biçdə Donald Trampın olduğu “Trump International Golf Club”un yaxınlığında odlu silahdan atəş açılıb. Hadisə ABŞ prezidentliyinə namizədin həyatına növbəti sui-qəsd kimi qiymətləndirilib. Şübhəli 58 yaşlı Rayan Uesli Rut artıq həbs edilib.

    CNN-in məlumatına görə, bu gün ABŞ məhkəməsi Rutu odlu silahla bağlı iki maddə üzrə ittiham edib.
    Palm-Biç dairəsinin şerifi Rik Bredşou bildirib ki, təcavüzkarın gizlənməyə çalışdığı qolf klubunun yaxınlığındakı kolluqlarda optik nişangahı olan “AK-47” avtomatı, içərisində keramika lövhələri olan iki çantası və ekşn-kamera aşkar edilib.

  • Britaniyalı supermodel: Bakı səfərim əla keçdi

    Formula-1 yarışlarını izləmək üçün Azərbaycanı ziyarət edən britaniyalı supermodel Naomi Kempbell səfəri haqqında İnstaqram hesabında paylaşım edib.
     
    Median.Az xəbər verir ki, o, paylaşımında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Prezidentin köməkçisi Anar Ələkbərova, gənclər və idman naziri Fərid Qayıbova, Formula-1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikaliyə və Formula-1-in müşaviri Flavio Briatoreyə təşəkkür edib.
     
    Naomi Kempbell paylaşımında Bakı səfərinin əla keçdiyini və Heydər Əliyev Mərkəzini ziyarət etdiyini bildirib. Model, mərkəzi ziyarət etməyin ilhamverici olduğunu vurğulayıb və məşhur memar, yaxın dostu Zaha Hadid tərəfindən dizayn olunduğunu də əlavə edib.

  • ABŞ Gürcüstanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq etdi

    ABŞ Gürcüstanın 4 vətəndaşına qarşı sanksiyalar tətbiq edib.
     
    Median.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
     
    Sənədə əsasən, sanksiya siyahısına Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin rəhbəri Zviad Xarazişvili, onun müavinlərindən biri, habelə insan hüquqlarının ciddi şəkildə pozulmasında iştirakı iddia edilən iki “ekstremist qruplaşma lideri” salınıb.

    Bəyanatda deyilir ki, ABŞ həmçinin yüksək rütbəli dövlət məmurları, iş adamları, hüquq-mühafizə orqanlarının əməkdaşları və qanunvericilər və onların ailə üzvləri də daxil olmaqla 60-dan çox Gürcüstan vətəndaşına demokratiyaya xələl gətirdiyi iddiası ilə viza məhdudiyyətləri tətbiq edir.
     
    Qeyd olunur ki, məhdudlaşdırıcı tədbirlər habelə Yunanıstan, BƏƏ və Kiprdə yerləşən 5 şəxsə və Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş, Amerika vətəndaşlarına qarşı istifadə edilən casus texnologiyalarının hazırlanması, istismarı və yayılması ilə məşğul olduğu iddia olunan bir şirkətə şamil edilib.
     
    Qeyd edək ki, sanksiya siyahısına daxil edilmə həmin şəxsin ABŞ-dəki aktivlərinin dondurulması və ABŞ vətəndaşlarına və şirkətlərinə onlarla biznes aparılmasının qadağan edilməsi deməkdir. (Report)

  • Azərbaycan Rusiyaya nota verdi

    Azərbaycan Çeçenistanda saxlanılan və zorla Ukrayna ilə müharibə zonasına göndərilməsi iddia edilən azərbaycanlılarla bağlı Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib.
     
    Median.Az xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə diplomatik mənbələrdən məlumat verilib.
     
    Bildirilib ki, miqrasiya probleminə görə Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məhərrəmovla bağlı Rusiya XİN-ə nota göndərilib.
     
    Xatırladaq ki, adları qeyd olunan Azərbaycan vətəndaşlarının may ayından Çeçenistana işləməyə getdikləri, orada miqrasiya probleminə görə həbs olunduqları bildirilib. Saytımıza müraciət edən Nihadın atası Tovuz rayon sakini Tafdıq Rzayevin sözlərinə görə yaxınlarını orada hərbçilərin təzyiqi altında imza atdıraraq Ukraynaya müharibə bölgəsinə göndərmək istəyirlər.
     
    Çeçenistanın paytaxtı Qroznı şəhərində yerləşən “Severni Axmat” hərbi hissəsində saxlanılan Elxan Şirinov və Vüqar Məhərrəmov “Qafqazinfo”ya açıqlamasında qeyd etmişdilər ki, onlarla birgə saxlanılan azərbaycanlıların sayı 5 nəfərdir: “Biz ikimiz (Vüqar Məhərrəmov və Elxan Şirinov) hazırda hərbi hissədəyik, digər 3 nəfər isə kalondadılar. Nihat da onlarladır. Həmin 2 azərbaycanlını isə bizdən qabaq ora aparıblar. Yəqin ki, onlara da zorla sənəd imzalatmaq istəyəcəklər”.

  • İki qardaş maşınlardan və terminaldan 14 min manat oğurladı – VİDEO

    Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib. Naməlum şəxslər gecə saatlarında müxtəlif markalı avtomobillərin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından pul və digər qiymətli əşyaları talayıblar. 

    DİN-dən  bildirilib ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməllərini törədən əvvəllər dəfələrlə məhkum olunmuşlar Təhməz Dadaşov və qardaşı Misir Dadaşov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla onların daha üç vətəndaşa məxsus velosipedi oğurladıqları, habelə əlavə olaraq Qaradağ rayonu ərazisində də analoji cinayətlər törətdikləri və ödəniş terminalını yararaq içərisindən 14 min manat vəsaiti ələ keçirdikləri müəyyən olunub. Bu şəxslərin cinayətləri təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

    Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

    Onların digər bu kimi cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

  • Sədərəkdə müəllim və şagirdlər yeni tədris ilində məktəbə velosipedlə gediblər

    Sədərəkdə müəllim və şagirdlər yeni tədris ilinin ilk günündə məktəbə velosipedlə gediblər.

    Apa-nın Naxçıvan bürosu xəbər verir ki, bu gün Sədərək kənd 1 nömrəli tam orta məktəbin kollektivi yeni tədris ilinə digər məktəblilərdən fərqli başlayıblar. Belə ki, müəllim və şagirdlər məktəbə uzaq məsafələrdən avtomobillə yox, velosipedlərlə gəliblər. Sağlam həyat tərzini hər şeydən üstün tutan kollektiv bu nümunəvi hərəkətləri ilə təbiətin dostu olmağın mesajını verməklə yanaşı “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə də özünəmxsus töhfələrini veriblər.

    Qeyd edək ki, bu ənənə Dəmirçi kəndində də davam etdirilib və hər iki kənddəki məktəbin həyətində velosiped dayanacaqları quraşdırılıb.

  • Moldovada Prezident Sandu canlı efirdə olarkən zəlzələ baş verib – VİDEO

    Moldovada Prezident Maya Sandunun yerli televiziyada canlı çıxışı zamanı 5,2 bal gücündə zəlzələ baş verib.

    Apa xəbər verir ki, bu barədə Sputnik Moldova məlumat yayıb.

    Görüntülərdə dövlət başçısının yeraltı təkanlara reaksiyası diqqət çəkib, aparıcı isə bunun “yaxşı əlamət” olduğuna ümid etdiyini bildirib.

  • Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

    Retrograd mövsümü tam sürətlə davam edir və tutulmalar dövrü qarşıdadır. Astroloqlar vurğulayırlar ki, bu, çətinliklərin və dəyişikliklərin əsas vaxtıdır. Ancaq bəzi bürclər var ki, onları hər addımda şans gözləyir. 

    Median.Az həmin bürcləri təqdim edir: 

    Qoç

    Çox güman ki, sizi rahatlıq zonanızdan və ya ilişib qaldığınız sıxıntıdan uzaqlaşdıracaq möhtəşəm yeni yol başlayır. Siz çox çətin ola biləcək bəzi keçmiş travmaları azad etmək üçün çalışmalısınız. Ancaq bu prosesin bir hissəsi gələcəyə baxmağa, yeni planlar qurmağa və xəyallarınızın gerçəkləşə biləcəyinə inanmağa başlamağın nə vaxt gəldiyini başa düşməkdir.
    Sentyabrın əvvəlində yeni optimizm dalğası sizi dolduracaq. Bu səyahətin bir hissəsi əvvəlki davranış nümunələrini pozmalı ola biləcəyinizi başa düşməkdir. Bu, risk sizi narahat etsə belə, özünüzə hərəkətə keçməyə icazə vermək deməkdir. Qarşıda yeni potensial təkliflər, səyahətlər və hətta mənəvi istirahət üçün əla vaxt var.

    Tərəzi

    Artıq müəyyən şərtlərin sizi yeni fürsətlər əldə etməkdən çəkindirməsinə icazə verə bilməzsiniz. Deyəsən, həyatınızı dəyişdirmək ərəfəsində olduğunuzu bilirsiniz, ancaq bəzi cəhətləri itirməkdən də qorxursunuz. Anlayın ki, hər hansı bir zamanda xəyallarınızla adi rutininiz arasında seçim etməlisinizsə, həqiqətən yalnız bir seçim var.

    Oğlaq

    Merkuri həyatda yeni potensial yolları aktivləşdirir, nəyə diqqət yetirməli olduğunuzu və daha çox zənginliyi necə cəlb edə biləcəyinizi anlamağa kömək edir. Merkuri yenidən Qız bürcünə daxil olduqda, inanılmaz təkliflər gözləyin.
    Bəlkə də müəyyən planların razılaşdırılması üçün sadəcə vaxt lazım idi. Siz hətta həyatın təsəvvür etdiyinizdən daha yaxşı olacağını təsəvvür etməyə çalışmısınız. Həyatınız dərhal dəyişəcək. Bir cümlə uğura və zənginliyə yol açacaq. Sadəcə səbirli olmalısınız, tezliklə hər şeyuğurla taclanacaq.

  • Qaynar çay içənlərə XƏBƏRDARLIQ: Dil xərçənginə səbəb olur

    Onkoloqların araşdırmalarına görə, isti çay içmək dil xərçənginin inkişafına səbəb ola bilər. 

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, dil xərçənginin əsas səbəbləri siqaret çəkmək, isti yemək və çay içməkdir. 

    Dil tez-tez zədələnən orqandır. Eyni zamanda, dilin selikli qişası daim dəyişir, bu da diaqnozu çətinləşdirir. Çox vaxt dildə papillomalar şəklində lezyonlar meydana gəlir, bu da mədə-bağırsaq traktının və disbakteriozun problemlərinə səbəb ola bilər.

    Çox vaxt dilin üzərində xoralar və ya vərəm əmələ gələ bilər. Onu güzgüdə çılpaq gözlə görmək olar. Dilinizin üzərində bu cür əlamətləri gördükdə dərhal həkimə müraciət edin.