Month: September 2024

  • Putindən Rusiyanın Silahlı Qüvvələri ilə bağlı yeni fərman

    Rusiya Prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələrinin ştat sayını 1.5 milyon hərbçiyə qədər artırıb.

    Müvafiq fərman hüquqi portalda dərc edilib.

    Dəqiqləşdirilir ki, o, Rusiya Silahlı Qüvvələrinin ştat sayını 2 389 000 nəfərə qədər artırıb, onlardan 1.5 milyonu hərbçidir.

    Putin, həmçinin, hökumətə bu addımın həyata keçirilməsi üçün lazımi vəsaitin ayrılmasını tapşırıb.

    Fərman dekabrın 1-dən qüvvəyə minir.

  • Bəzi rayonlarda hava qeyri-sabit keçəcək, temperatur 3-6 dərəcə aşağı enəcək

    Sentyabrın 16-sı axşam qərb rayonlarından başlayaraq 18-i gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

    Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

  • Мехрибан Алиева: Желаю всем школьникам крепкого здоровья, неиссякаемой энергии и отличных оценок! – ВИДЕО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева поделилась публикацией в связи с вводом в эксплуатацию после проведения Фондом Гейдара Алиева работ по строительству и капитальному ремонту ряда школ в Агстафинском, Билясуварском, Хачмазском, Имишлинском и Саатлинском районах.

    “Очередной вклад Фонда Гейдара Алиева в систему образования страны. В различных регионах республики продолжают открываться учебные заведения, построенные и отремонтированные при поддержке Фонда. Желаю всем школьникам крепкого здоровья, бодрости, неиссякаемой энергии, усердия и отличных оценок!” – говорится в посте.

  • Mehriban Əliyeva: “Bütün məktəblilərə möhkəm cansağlığı, əzmkarlıq və əla qiymətlər arzulayıram!” – VİDEO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən ölkəmizin müxtəlif bölgələrində inşa və təmir olunan təhsil müəssisələri ilə əlaqədar “Instagram” hesabında paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

    “Heydər Əliyev Fondunun ölkənin təhsil sisteminə növbəti töhfəsi. Fondun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində inşa və təmir edilən təhsil müəssisələrinin açılışları davam edir. Bütün məktəblilərə möhkəm cansağlığı, gümrahlıq, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıram! 16.09.2024”.

  • Azərbaycan Tibb elminə ağır itki üz verib

    Azərbaycan Respublikasının baş terapevti, Azərbaycan Tibb Universiteti nəzdində Müdafiə Şurasının sədri, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin “Terapevtik və pediatrik propedevtika” kafedrasının professoru, əməkdar həkim Qurbanov (Qaraqurbanlı) Yaqub Ziyəddin oğlu 13 sentyabr 2024-cü il tarixində vəfat edib.

    Ümumilikdə professor Yaqub Qurbanovun elmi-tədqiqat işləri əsasən daxili xəstəliklərin propedevtikal elminin müxtəlif sahələrinin aktual məsələlərinə, eləcə də “Daxili xəstəliklərin propedevtikası” fənninin tədrisinin yüksək səviyyədə və düzgün təşkil edilməsinə həsr olunub. Çoxillik kliniki təcrübəyə, həmçinin propedevtika fənninin tədrisindəki 40 ilin pedaqoji fəaliyyətinə əsaslanmaqla onun son illərdə nəşr etdirdiyi yuxarıda adı çəkilən dərsliklər və dərs vəsaitləri xüsusi əhəmiyyət kəsb edir. Bunlar öz həcmi, şərh edilən mövzuların genişliyi, mahiyyəti, müasir tələblərə uyğunluğu, həmçinin tələbələrdə kliniki təfəkkürü və klinik təcrübəni aşılamaq baxımından ölkəmizdə nəşr olunan ilk və yeganə dərsliklərdir.

    Ümumilikdə alim Yaqub Qurbanov hazırda 265 elmi işin, o cümlədən 19 dərs və dərs vəsaiti, 13 metodiki tövsiyənin müəllifidir. Onun rəhbərliyi altında daxili xəstəliklərin müxtəlif problemlərinə həsr olunan 17 tibb üzrə fəlsəfə doktoru dissertasiya işi müdafiə olunub.

    Professor Yaqub Qurbanov bir sıra respublika və beynəlxalq konfranslarda çıxışlar edib və onların iştirakçısı olub. O, tədris, pedaqoji praktiki və elmi fəaliyyətləri ilə yanaşı bütün dövrlərdə Tibb Universitetinin ictimai işlərində aktiv fəaliyyət göstərib və müxtəlif ictimai işlərdə çalışıb. O, 1999-cu ildə Səhiyyə Nazirliyinin əmri ilə respublikanın baş terapevti vəzifəsinə təyin edilib.

    Professor Yaqub Qurbanov 1992-ci il tarixdən 2013-cü il tarixə kimi “I Daxili xəstəliklərin propedevtikası” kafedrasının müdiri vəzifəsində çalışıb.

    O, 2010-cu ildə Respublikanın “Əməkdar həkimi” fəxri adına layiq görülüb.

    Professor Yaqub Qurbanov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq əmrlərinə əsasən Azərbaycan Tibb Universiteti nəzdində 2003-cü ildə yaradılmış D.03.011 İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvü və 2017-ci ildən B/FD 03.012 İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri seçilib. O, “Metabolizm” jurnalının redaksiya heyətinin və “Azərbaycan” tibb jurnalı redaksiya şurasının üzvü, həmçinin Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası idarə heyətinin üzvü və həmin assosiasiyanın nəzdində olan Fitik Komitənin sədri olub.

    Professor Yaqub Qurbanov Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə Azərbaycan Tibb Universiteti nəzdində daxili xəstəliklər, kardiologiya, pediatriya ixtisasları üzrə tibb elmləri sahəsində fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün təşkil edilmiş Müdafiə Şurasının sədri vəzifəsinə seçilib.

    Məhrumun ailə üzvlərinə və doğmalarına səbir diləyir dərin hüznlə baş sağlığı veririk.

  • Tərtərdə altı nəfərlik dəstə həbs olundu: Aralarında sabiq deputatın qohumu da var

    Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Tərtərdə əməliyyat keçirib. Əməliyyat tədbir zamanı Anar Məmmədov, Elşad İbrahimli, Həbibə Həbibli, Xeyri Həcər, Emin Məmmədov və Nurəddin adlı sahibkar tutulublar.

    Musavat.com-un məlumatına görə, onlar ünvanlı sosial yardımların saxta sənədlər əsasında təyin olunmasında ittiham edilirlər.

    Tutulanlardan Anar Məmmədov Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Tərtər şöbəsinin müdiri vəzifəsində çalışıb. Sonradan onu bu postda Emin Məmmədov əvəzləyib. Anar Məmmədov isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tərtər şöbəsinin müdiri vəzifəsinə keçirilib.

    İstintaqın qənaətinə görə, Anar Məmmədov, ardından Emin Məmmədov DSMF Tərtər şöbəsinin müdiri işlədikləri dövrdə həmin şöbədə sektor müdiri və əməkdaşları vəzifələrini tutan Elşad İbrahimli, Həbibə Həbibli və Xeyri Həcər, sahibkar Nurəddin adlı şəxslə əlbir olub saxta sənədlər əsasında ünvanlı sosial yardım təyinatı aparmaqla külli miqdarda büdcə vəsaitini mənimsəyiblər.

    Həbs olunan Anar Məmmədovun Tərtər rayonunun keçmiş deputatı Sahib Alıyevin yaxın qohumu olduğu da bildirilir.

  • Bakıda sahibkar yeni gətirilən avtobusların təkərlərini deşdi – FOTO

    Bakıda köhnə marşrut sahibi yeni sahibkarın gətirdiyi avtobuslara hücum çəkib.

    Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Bayıl qəsəbəsində qəsəbədaxili marşrut kimi fəaliyyət göstərən 56 nömrəli marşrutun sahibi Niyazi İsmayılov adlı şəxs bu gün yeni xəttə çıxan digər sahibkarın işinə əngəl olub. Belə ki, onun yeni avtobusların təkərlərini deşərək maddi ziyan vurduğu bildirilir. Digər tərəfdən, köhnə avtobuslarla xəttə çıxaraq sərnişin daşımağa davam edib.

    Qeyd edək ki, eyni avtobuslar kiçiktutumlu olsa da, yenidir və isitmə-soyutma sisteminə malikdir. Ayaq üstdə duran sərnişinlərlə birlikdə 27 nəfəri daşıya bilir. Hazırda xəttə 4 yeni avtobus buraxılıb.

    Məlumata görə, Niyazi İsmayılov hazırda Səbail polisi tərəfindən saxlanılıb. Yeni avtobusların şüşələrini də qırmaqla hədə-qorxu gələn iş adamı barəsində ciddi tədbir görüləcək. Onun ziyan vurduğu avtobusların isə artıq 2 ədədi xəttə çıxıb. Digərləri də gün ərzində sərnişinlərə xidmət göstərəcək.




  • В Хырдалане молодой мужчина выбросился с 12-го этажа

    В городке Gənclər в Хырдалане Абшеронского района произошло самоубийство.

    Как сообщает lent.az, житель Баку Эльнур Нахиджов (1997 г.р.) выбросился с 12-го этажа здания, в котором проживал.

    В результате он скончался на месте происшествия от полученных травм.

    По данному факту проводится расследование.

  • Xırdalanda gənc oğlan özünü 12-ci mərtəbədən atdı

    Abşeronda intihar hadisəsi baş verib.

    Lent.az-ın xəbərinə görə, hadisə Xırdalandakı gənclər şəhərciyində qeydə alınıb.

    Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Elnur Elman oğlu Nahicov yaşadığı binanın 12-ci mərtəbəsindən özünü atıb.

    Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Азербайджанские спортсменки победили на Всемирных соревнованиях

    В Гимараэше (Португалия) завершились Всемирные соревнования возрастных групп по акробатике.

    В зачете среди спортсменов 13-19 лет в финале безукоризненно выступила азербайджанская женская группа в составе Назрин Зейниевой, Зохры Рашидовой и Анахиты Баширли.

    Гимнастки выиграли золотые медали, опередив соперниц из Израиля и Португалии, завоевавших серебро и бронзу.