Month: September 2024

  • Azərbaycanlı akrobatlar Portuqaliyada birinci oldular

    Portuqaliyanın Gimaraeş şəhərində akrobatika üzrə yaş qruplarında ümumdünya yarışları başa çatıb.

    13-19 yaşlı idmançılar arasında keçirilən yarışda Nəzrin Zeyniyeva, Zöhrə Rəşidova və Anahitə Bəşirlidən ibarət Azərbaycan qadın qrupu finalda uğurlu çıxış edib.

    Gimnastlarımız ən yaxın izləyiciləri İsrail və Portuqaliyadan olan rəqiblərini qabaqlayaraq qızıl medallar qazanıblar.

  • İşə düzəltmək adı altında 100-dən çox vətəndaşın pulunu ələ keçirdilər – VİDEO

    İşə düzəltmək adı altında 100-dən çox vətəndaşın pulunu ələ keçirən şəxslər saxlanılıblar.

    Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti yayıb.

    Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinə paytaxt ərazisində müxtəlif vaxtlarda 100 nəfərdən artıq şəxsin aldadılaraq külli miqdarda maddi vəsaitlərinin mənimsənilməsi barədə şikayətlər daxil olub. Həyata keçirilən tədbirlər nəticəsində dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 36 yaşlı Zahid Muradov və 33 yaşlı Nailə Məmmədova saxlanılaraq istintaqa təqdim ediliblər.

    Araşdırmalarla müəyyən olunub ki, Z.Muradov və N.Məmmədova ilk olaraq “WhatsApp” sosial şəbəkəsində saxta “işə düzəltmə” səhifələri yaradıblar. Özlərini vətəndaşlara səlahiyyətli şəxslər kimi təqdim edərək onlarda inam formalaşdırıblar. Sonrakı müddətdə isə həmin şəxsləri müxtəlif idarələrdə işlə təmin edəcəkləri adı altında aldadaraq zərərçəkənlərin pul vəsaitlərini ələ keçiriblər.

    Faktlarla bağlı cinayət işi başlanılıb, Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

    Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, polisə müraciət edə bilərlər.

  • Задержана выдававшая себя за вдову шехида мошенница

    Сотрудники Мингячевирского городского отдела полиции по подозрению в мошенничестве задержали Расмию Кязымову, сообщает Qafqazinfo.

    Как стало известно, Р.Кязымова представилась гражданину вдовой шехида и пообещала передать потерпевшему долю в частном жилом доме, который якобы будет предоставлен государством. Под предлогом оформления документов мошенница завладела денежными средствами жертвы в размере 22 500 манатов.

    По данному факту возбуждено уголовное дело, решением суда в отношении Р.Кязымовой избрана мера пресечения в виде ареста.

    Полиция призывает других лиц, пострадавших от аналогичных действий подозреваемой, обратиться в правоохранительные органы.

  • Özünü şəhid xanımı kimi təqdim edən şəxs HƏBS OLUNDU

    Mingəçevirdə dələduzluq edən qadın tutulub.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluqda şübhəli bilinən Rəsmiyyə Kazımovanı saxlayıblar.

    Məlum olub ki, R.Kazımova zərərçəkmişə özünü şəhid xanımı kimi təqdim edərək, dövlət tərəfindən veriləcək fərdi yaşayış evini ona pay edəcəyini bildirib. O, sənədləşmə üçün həmin şəxsin 22 500 manat pulunu dələduzluqla ələ keçirib.

    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Kazımova barəsində həbs qətimkan tədbiri seçilib.

    Onun analoji əməllərindən zərər görən başqa şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.

  • В Гусарском районе грузовик упал в овраг, водитель погиб

    В селе Пирал Гусарского района произошел несчастный случай.

    Как сообщает Report, грузовик КАМАЗ, за рулем которого находился житель поселка Локбатан Мамед Алшанов, упал в овраг при выгрузке кубиков. В результате водитель скончался на месте.

    По данному факту возбуждено уголовное дело.

  • Qusarda avtomobilin yükünü boşaldan sürücü həyatını itirdi

    Qusarda yük avtomobili dərəyə aşıb.

    “Report” xəbər verir ki, Piral kəndinin ərazisində 1972-ci il təvəllüdlü, Lökbatan qəsəbə sakini Alşanov Məmməd Gülhüseyn oğlu idarə etdiyi “KamAZ” markalı yük avtomobilində olan mişardaşını boşaldan zaman həmin avtomobil dərəyə aşıb.

    Nəticədə sürücü hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Новый скандал с Агададашем Агаевым: долги, банк, суд

    Народный артист Азербайджана Агададаш Агаев снова оказался в центре скандала.

    Как сообщает gününsəsi.info, на этот раз певец был привлечен к суду за неуплату старых долгов перед обанкротившимся Dəmir Bank.

    Фонд страхования вкладов потребовал от А.Агаева погасить задолженность перед Dəmir Bank, однако артист отказался это сделать. В результате фонд подал жалобу на артиста в Бинагадинский районный суд.

    Суд вынес решение о том, что Агададаш Агаев должен вернуть кредит, взятый им в банке много лет назад, а также накопившиеся по нему проценты.

    Согласно данным, сумма этих средств составляет около 50 000 манатов.

    Напомним, что некоторое время назад имя Агададаша Агаева уже появлялось в заголовках СМИ в связи с нашумевшим инцидентом с топором. По данному факту возбуждено уголовное дело, ведется следствие.

  • Ağadadaş Ağayevin başı yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

    Xalq artisti Ağadadaş Ağayev yeni qalmaqalla üzləşib və barəsində məhkəmə qərarı çıxarılıb.

    Gününsəsi.info-nun xəbərinə görə, Xalq artisti bu dəfə “DəmirBank”a olan köhnə borclarını ödəmədiyinə görə məhkəməyə verilib.

    Belə ki, Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş “DəmirBank” ASC qarşısında borc öhdəliyi olan Ağadadaş Ağayevdən banka olan borcunu tələb etsə də, o, bunu ödəməkdən imtina edib. Nəticədə Fond Xalq artistindən Binəqədi Rayon Məhkəməsinə şikayət verib.

    Məhkəmə Ağadadaş Ağayevin illər əvvəl bankdan götürdüyü, amma ödəmədiyi krediti və onun hesablanan faizlərini qaytarması barədə qərar çıxarıb.

    Bu vəsaitin 50 min manata yaxın olduğu bildirilir.

    Xatırladaq ki, Ağadadaş Ağayev bir müddət əvvəl məşhur balta olayı ilə gündəmə gəlib.

    Bu hadisəyə görə də cinayət işi başlanıb və istintaq aparılır.

  • Bakıda qadın sevgilisi və qonşusunu bıçaqladı

    Bakıda qadın 2 kişini bıçaqlayıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 15-i saat 09 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində qeyd alınıb.

    Salyan rayon sakini 1982-ci il təvəllüdlü Y.Vəliyeva yaşadığı evdə qonşusu Lənkəran rayon sakini 1978-ci il təvəllüdlü A.Quliyevi və qeyri-rəsmi nikah münasibətlərində olduğu 1983-cü il təvəllüdlü K.Dadaşovu bıçaqlayıb.

    A.Quliyev qarın nahiyəsindən daxilə nüfuz edən, K.Dadaşov isə qol nahiyəsindən xəsarət alıb. Bildirilir ki, bıçaqlanan şəxslərin ikisi də keçmiş məhkumdur.

    Y.Vəliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

  • Скончался пострадавший при пожаре в Гёранбойском районе младенец

    Скончался младенец, пострадавший при пожаре, произошедшем минувшим днем в доме, расположенном в селе Вейисли Гёранбойского района.

    Как сообщает Report, получивший тяжелые ожоги 6-месячный О.Мамедов умер, несмотря на оказанную медицинскую помощь.

    По данному факту ведется расследование.