Month: September 2024

  • Goranboyda yanğın zamanı xəsarət alan körpə öldü

    Goranboyda evdə dünən baş vermiş yanğın zamanı ağır xəsarət alan körpə ölüb.

    “Report”un Qərb bürosunun məlumatına görə, Goranboy rayon Veyisli kəndində baş vermiş yanğın nəticəsində ağır yanıq xəsarətləri alan 6 aylıq O.Mammedov göstərilən tibbi yardımlara baxmayaraq, ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Президент Казахстана освободил от должностей глав служб внешней разведки и антитеррора

    Президент Казахстана Касым-Жомарт Токаев освободил от должностей директора Службы внешней разведки и начальника Службы антитеррора.

    Об этом сообщила пресс-служба президента.

    “Сейсембаев Руслан Темиргалиевич освобожден от должности заместителя председателя Комитета национальной безопасности Республики Казахстан – начальника Службы антитеррора. Амерханов Аскар Баймерденович освобожден от должности заместителя председателя Комитета национальной безопасности Республики Казахстан – директора Службы внешней разведки”, – говорится в сообщении.

    Причины кадровых решений не указываются.

  • Tokayev xarici kəşfiyyat və antiterror xidmətlərinin rəhbərlərini vəzifələrindən azad etdi

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xarici Kəşfiyyat Xidmətinin direktorunu və Antiterror Xidmətinin rəisini vəzifələrindən azad edib.

    Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

    “Seysembayev Ruslan Temirqaliyeviç Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini Antiterror Xidmətinin rəisi vəzifəsindən azad edilib. Amerxanov Askar Baymerdenoviç Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini – Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsindən azad edilib”, – məlumatda deyilir.

    Qərarların səbəbləri göstərilmir.

  • В Шамкирском районе трагически погиб офицер полиции – ФОТО

    В Шамкирском районе произошло дорожно-транспортное происшествие, в результате которого есть погибший и пострадавший.

    Водитель автомобиля Toyota не справился с управлением, что и стало причиной аварии.

    Водитель, получивший во время происшествия травмы различной степени тяжести, был госпитализирован, а пассажир Эльбей Гасанов скончался.

    Э.Гасанов был офицером полиции, работал участковым уполномоченным в Шамкирском районном отделе полиции.

    Был женат.

    По данному факту ведется расследование.

    //oxu.az

  • Azərbaycanda polis zabiti faciəli şəkildə öldü – FOTO

    Şəmkirdə bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Rayon ərazisində “Toyota” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi qəzaya uğrayıb.

    Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb, avtomobildə olan sərnişin Elbəyi Həsənov isə qəza nəticəsində ölüb.

    E.Həsənov polis zabiti olub və Şəmkir Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində işləyib.

    O, ailəli olub.

    Faktla bağlı araşdırmalar aparılır.

    //oxu.az

  • В Азербайджане гражданин Турции скончался за рулем фуры

    На участке дороги Баку – Губа, проходящем через территорию Сумгайыта, скончался водитель грузовика.

    Как сообщает АПА, гражданин Турции Орхан Йылдырым Кязым (1966 г.р.), находясь за рулем фуры, почувствовал себя плохо. Он умер после того как припарковал транспортное средство.

    По данному факту ведется расследование.

  • Bakı-Quba yolunda bədbəxt HADİSƏ: Sürücü öldü

    Bakı-Quba yolunda TIR sürücüsü olan Türkiyə vətəndaşı sükan arxasında ölüb.

    APA xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt ərazisindən keçən hissəsində qeydə alınıb.

    Türkiyə vətəndaşı olan 1966-cı il təvəllüdlü Orhan Yıldırım Kazım oğlu yük maşını hərəkətdə olarkən vəziyyəti pisləşib.

    Sürücü yük avtomobilini saxladıqdan sonra ölüb.

    Meyit aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Эксперты назвали 11 возможных причин тошноты

    Множество заболеваний и состояний могут вызвать тошноту.

    Как сообщает Median.Az со ссылкой на championat.com, эксперты рассказали о причинах такого дискомфорта и предупредили, когда этот симптом нельзя игнорировать.

    Возможные причины тошноты:

    1. Стресс и беспокойство.

    2. Голод или очень быстрое употребление пищи – состояние сопровождается урчанием и бурлением в животе.

    3. Обезвоживание – к тошноте присоединяются упадок сил, жажда и головная боль.

    4. Некоторые лекарства, если их принимать на голодный желудок.

    5. Укачивание.

    6. Изжога.

    7. Кишечная инфекция – сопровождается болями в животе, спазмами, вздутием, диареей, лихорадкой, рвотой.

    8. Мигрень.

    9. Ушная инфекция – может вызвать тошноту и головокружение.

    10. Беременность.

    11. Сердечный приступ – к тошноте могут прибавиться боли в груди, одышка, потливость, боль в плече или руке, шее или челюсти.

    Если тошнота не проходит в течение двух дней, то нужно проконсультироваться с врачом.

  • Ürək bulanması nədən xəbər verir?

    Mütəxəssislər ürək bulanmasının səbəblərindən danışıblar.

    Median.Az championat.com-a istinadən xəbər verir ki, onlar bu halın nə vaxt gözardı edilməməsi lazım olduğunu qeyd ediblər.

    Beləliklə, ürək bulanmasının mümkün səbəbləri aşağıdakılardan biri ola bilər:

    – Stress və narahatlıq;

    – Aclıq və ya çox tez yemək (mədədə qurultu və köp);

    – Susuzluq (enerji itkisi, su istəyi və baş ağrısı);

    – Ac qarına dərman içmək;

    – Yellənmək;

    – Mədə yanması;

    – Bağırsaq infeksiyası (qarın ağrısı, köp, ishal, qızdırma, qusma);

    – Miqren;

    – Qulaq infeksiyası (başgicəllənmə);

    – Hamiləlik;

    – Ürək tutması (sinə ağrısı, nəfəs darlığı, tərləmə, çiyin və ya qol, boyun və ya çənə ağrısı).

    Əgər bulantı iki gün ərzində keçmirsə, həkimə müraciət etmək vacibdir.

  • Türkiyədə 240 göldən 186-sı quruyub

    Türkiyə Təbiəti Qoruma Dərnəyinin (TTKD) elmi müşaviri Erol Kesici ölkədəki 240 göldən 186-nın son 60 ildə tamamilə quruduğunu, qalanlarının isə quraqlıq və həddindən artıq çirklənmə təhlükəsi ilə üzləşdiyini açıqlayıb.

    Median.Az Haber Global-a istinadən xəbər verir ki, alim Türkiyədə göllərin problemlərinə diqqət çəkmək məqsədilə sentyabrın 17-də İstanbulda xüsusi toplantı keçiriləcəyini bildirib.

    “Problemlər kifayət qədər ciddidir. Su səviyyəsi, səth sahələri, çirklənmə, oksigen çatışmazlığı… Təəssüflər olsun ki, milyonlarla il əvvəl yaranmış təbii göllərimizin bir çoxu son 60 ildə, xüsusilə də son illərdə əsas problemlərin həllinin təxirə salınması səbəbindən həddindən artıq quruyub. Bu baxımdan ölkəmizdəki 240-a yaxın irili-xırdalı gölün demək olar ki, 186-sı quruyub, qalanları isə göl statusunu tamamilə itirib”, – Kesici qeyd edib.