Month: September 2024

  • Şamaxıda təmir sexi və avtomobil yanıb

    Şamaxı rayonunda yanğın olub.

    Apa FHN-ə istinadən xəbər verir ki, rayon ərazisində, Bakı-Qazax yolunun 119-cu kilometrliyində ümumi sahəsi 200 m² olan 6 boksdan ibarət avtomobil təmiri sexinin sahəsi 30 m² olan boksunun yanar konstruksiyaları və içərisində təmirə dayanan “Niva” markalı minik avtomobilinin yanar hissələri yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Gəncədə 22 yaşlı piyadanı avtomobil vurub

    Gəncədə piyadanın xəsarət alması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Report-un Qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində, marketlərin birinin qarşısında qeydə alınıb.

    Məlumata görə, şəhər sakini, 22 yaşlı G.Süleymanova yolu qarşı tərəfə keçmək istəyən zaman onu avtomobil vurub.

    Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Zimbabvedə aclığa görə yüzlərlə fil öldürüləcək

    Zimbabve qida çatışmazlığı və uzun sürən quraqlıq səbəbindən ölkədə aclıq təhlükəsi səbəbindən 200 fili öldürəcək.

    Median.Az xəbər verir ki, bunu Britaniyanın “The Guardian” nəşrinə Zimbabvenin ətraf mühit naziri Sithembiso Nyoni bildirib.

    “ZimParks və bəzi icmalarla Namibiyanın etdiklərini həyata keçirmək imkanını müzakirə edirik. Belə ki, filləri kəsərək ətlərini qurudacıq. Bunun üçün də qadınları səfərbər etməyi düşünürük. Onlar zülala ehtiyacı olan icmalara getməsini təmin etmək üçün qurudulmuş ətləri qablaşdıracaqlar”, – deyə nazir qeyd edib

  • Азербайджанские шахматисты одержали очередную победу на Всемирной олимпиаде

    Мужская сборная Азербайджана одержала очередную победу на 45-й Всемирной шахматной олимпиаде, которая проходит в столице Венгрии Будапеште.

    Как сообщает Median.Az, в четвертом туре азербайджанские шахматисты обыграли соперников из Черногории со счетом 3:1.
    Айдын Сулейманлы – Денис Кадрич – 1:0
    Ниджат Абасов – Никита Петров – 0,5:0,5
    Рауф Мамедов – Никола Джукич – 0,5:0,5
    Шахрияр Мамедьяров – Лука Драшкович – 1:0
    Благодаря этой победе количество очков нашей сборной достигло 8.

    Отметим, что до этого мужская сборная обыграла Иорданию (3,5:0,5), Финляндию (3,5:0,5) и Молдову (3:1). Женская команда одержала верх над Никарагуа (4:0) и Австралией (3:1), с Аргентиной в 3-м туре была зафиксирована ничья (2:2).

  • Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət millisi dördüncü qələbəsini qazanıb

    Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında daha bir qələbə qazanıb.

    Report-un məlumatına görə, IV turda Monteneqro ilə qarşılaşan təmsilçilərimiz rəqibini 3:1 hesabı ilə üstələyib.

    Aydın Süleymanlı – Denis Kadriç – 1:0
    Nicat Abasov – Nikita Petrov – 0,5:0,5
    Rauf Məmmədov – Nikola Cukiç – 0,5:0,5
    Şəhriyar Məmmədyarov – Luka Draskoviç – 1:0

    Bu qalibiyyət sayəsində yığmamızın aktivindəki xalların sayı 8-ə çatıb.

    Qeyd edək ki, kişilərdən ibarət yığmamız buna qədər İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib. Qadınlardan ibarət komandamız isə Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub.
    Argentina ilə heç-heçə edib. (2:2)

  • Niyə marketlərdə meyvə-tərəvəzlər həmişə girişdə olur? – HİYLƏ

    Mağazalarda meyvə-tərəvəzin girişdə olma səbəbi supermarketlərin sizi əlavə əşyalar almağa sövq etmək üçün mürəkkəb strategiyadan istifadə etməsidir.

    Mütəxəssislər girişdə meyvə-tərəvəz yerləşdirmək üçün konkret strategiya olduğunu, gündəlik mallar isə mağazanın arxa tərəfində yerləşdirildiyini açıqlayıb.

    Onlar iddia edirlər ki, supermarket dizaynının hər bir elementi alıcıların xərclərini maksimum dərəcədə artırmağa yönəlib, psixoloji və marketinq nöqteyi-nəzərindən pərakəndə satış yerlərinin dizaynına çoxlu fikir getdiyini vurğulayırlar.

    Onların sözlərinə görə, girişdə meyvə-tərəvəzlər elə quraşdırılıb ki, gələnlərin nəzərini dərhal cəlb etsin. Meyvə və tərəvəzləri mağazanın qabağına qoymaqda məqsəd alıcıların sonradan daha az sağlam qidalar seçdiyinə görə özlərini daha az günahkar hiss etmələrini təmin etməkdir.

    Mütəxəssislər əlavə xərcləri təşviq etməyin başqa bir üsuluna diqqət çəkirlər: taxıl koridorunu elə yerləşdirmək lazımdır ki, şirin seçimlər uşaqların gözü səviyyəsində olsun, bu da onların seçim etmə ehtimalını artırır, daha sağlam alternativlər isə yuxarıda yerləşdirilir. Dizayn həvəskarları həmçinin qeyd edirlər ki, çörək və yumurta kimi vacib əşyalar adətən mağazanın arxa hissəsində tapılır və bu da alıcıları digər əşyaların yanından keçməyə məcbur edir ki, əlavə əşyaların impuls alınmasına səbəb ola bilər.
    //lent.az

  • “YouTube”da yeni dövr: Videonu dayandırdığınız zaman reklam göstərəcək

    Çox reklam göstərdiyi üçün istifadəçilər tərəfindən tənqid edilən “YouTube” reklam sayını artırmaq qərarına gəlib.

    Artıq bundan sonra videonu dayandıran istifadəçilərə də reklam göstəriləcək.

    Dünyanın ən məşhur video paylaşma şəbəkəsi olan “YouTube” son vaxtlar reklam gəlirlərini artırmaq üçün yeni yollar axtarır.

    “YouTube Premium” abunəçilərinə heç bir reklam göstərməyən platforma pulsuz abunəçiləri reklamlarla doldurmağa başlayıb.

    “Google”un istifadəçiləri hiddətləndirəcək bu reklam strategiyasının əsas məqsədi isə istifadəçilərin ödəniş edərək “YouTube Premium”a keçməsinə nail olmaqdır.

  • “Volkswagen” oktyabrın 10-da Tayron adlı yeni modelini təqdim edəcək

    “Volkswagen” yolsuzluq seqmentində populyar yeni model olan Tayronu təqdim etməyə hazırlaşır.

    Bu yeni model daha əvvəl Çin bazarında təqdim edilən və böyük diqqət çəkən Tayronun Avropa versiyası kimi görünəcək.

    “Volkswagen”in dizayn meneceri Andreas Mindt “İnstagram” hesabında paylaşdığı qısa video ilə Tayronun 10 oktyabrda rəsmi olaraq təqdim ediləcəyini açıqlayıb.

    Yeni modelin hazırda mövcud olan “Tiguan” və “Touareg” arasında qərarlaşacağı bildirilir.

    Mühərrik variantları haqqında hələ dəqiq məlumat olmasa da, Tayronun benzin, dizel, hibrid və plug-in hibrid versiyalarında satışa çıxacağı gözlənilir.

    Xüsusilə plug-in hibrid versiyalarının 204 və 272 at gücü variantları ilə gələcəyi təxmin edilir.

  • ABŞ Rumıniyaya F-35 qırıcılarının satışını təsdiqlədi

    ABŞ Dövlət Departamenti Rumıniya hökumətinə F-35 qırıcıları və müvafiq avadanlıqların mümkün satışı ilə bağlı qərar qəbul edib.

    Qaynarinfo xəbər verir ki, bu barədə “European Pravda” Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyinin məlumatlarına istinadən yazır.

    Agentlik bu gün Konqresə bu potensial satış barədə məlumat verərək tələb olunan sertifikatı təqdim edib.

    Rumıniya hökuməti 32 F-35A Lightning II Birgə Zərbəli Qırıcı təyyarə və 33 Pratt & Whitney F135-PW-100 mühərrikləri, eləcə də digər müvafiq avadanlıqların alınmasını xahiş edib.

    Ümumi dəyəri 7,2 milyard dollar qiymətləndirilir.

    “Təklif edilən satış Rumıniyanın özünümüdafiə və regional təhlükəsizlik missiyalarını yerinə yetirmək üçün əlavə təchiz etməklə, ABŞ və digər NATO üzvləri ilə qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaqla onun cari və gələcək təhdidlərə qarşı durma qabiliyyətini təkmilləşdirəcək”, – deyə məlumatda bildirilir.

    Ötən il Rumıniya ABŞ istehsalçısı Lockheed Martin-dən ümumilikdə 6,5 milyard dollara 32 ədəd F-35 qırıcısı almağı planlaşdırdığını açıqlamışdı.

    F-35-in alınması ötən ilin aprelində Rumıniya Ali Müdafiə Şurası tərəfindən təsdiqlənib. Bundan sonra ölkənin Müdafiə Nazirliyi satınalma prosesinə başlamaq üçün razılıq almaq məqsədiylə parlamentə müraciət edib.

    Qeyd edək ki, ABŞ bu yaxınlarda hava hücumundan müdafiəni gücləndirmək üçün Rumıniyaya F-16 və F-35 döyüş təyyarələrinə uyğun gələn AIM-120 AMRAAM raketlərinin satışını da təsdiqləyib.

  • Dollara tələbat artır – Manat ucuzlaşacaq?

    Dolların qiyməti sabit qalsa da, Azərbaycanda dollara tələbat ötən illərə nisbətən kəskin artıb. Mərkəzi Bankın məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Mərkəzi Bankında keçirilən valyuta hərraclarında 4,1 milyard dollar məbləğində satış olub. Cəmiyyət arasında dolların bahalaşması ilə bağlı iddialar var. ABŞ valyutasının 2 manata bərabər olacağı ilə bağlı məlumatlar da yayılıb.

    Bəs reallıq necədir?

    İqtisadçı Elşad Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, dollara tələbin artmasının bir sıra səbəbləri var. Onlardan biri də ölkədən kapital çıxışına olan meyillərlə bağlıdır.

    “Zənnimcə, bu proses hələ də dollara olan tələbata kifayət qədər ciddi təsirlər göstərməkdədir. Mənə elə gəlir ki, bu məqam Mərkəzi Bankı ciddi şəkildə narahat etməlidir və bu prosesin qarşısı alınmalıdır. Burda müvafiq tənzimləyici tədbirlərin həyata keçirilməsi, kapital çıxışı ilə bağlı qabaqlayıcı tədbirlərin olması vacibdir. Xüsusilə nəzərə aldıqda ki, xarici ticarətdəki müsbət saldonun həcmi azalır”.

    Dollara olan tələbatın tənzimlənməsi

    İqtisadçı valyuta bazarındakı sabitliyin zərurətindən də danışıb.

    “Bütün bunlar onu deməyə əsas verir ki, biz Mərkəzi Bankdan effektiv şəkildə pul-kredit siyasətinin idarə olunması və tənzimlənməsini gözləməliyik. Valyuta bazarındakı sabitlik qorunmalıdır. Bu kritik dərəcədə ölkə iqtisadiyyatındakı müsbət inkişaf xəttinin reallaşdırılması üçün lazımdır. Düşünürəm ki, xarici ticarətdə cari əməliyyatlarla bağlı valyuta mübadiləsində heç bir məhdudiyyət tətbiq edilməməlidir”.