Month: September 2024

  • СМИ: База США в Сирии подверглась ракетному удару

    База Вооруженных сил США Хараб аль-Джир на территории Сирии подверглась ракетному удару.

    Об этом сообщил телеканал Al Mayadeen.

    Он указывает, что не располагает информацией о том, какая из сторон несет ответственность за эту атаку. Другие подробности об инциденте не приводятся.

    Курдские формирования при поддержке западной коалиции сейчас контролируют большую часть сирийских провинций Хасеке и Ракка, а также северо-восточные районы провинции Дейр-эз-Зор. С 2015 года Соединенные Штаты создали 12 военных баз в этом регионе для борьбы с террористической группировкой “Исламское государство”.

  • Suriyadakı ABŞ bazası raket hücumuna məruz qalıb

    Suriyadakı ABŞ Silahlı Qüvvələrinin Xarab əl-Cir bazası raket hücumuna məruz qalıb.

    Median.Az bu barədə “Al Mayadeen” telekanalına istinadən xəbər verir.

    Kanal bu hücuma görə hansı tərəfin məsuliyyət daşıdığı barədə məlumatının olmadığını bildirir. Hadisə ilə bağlı digər detallar açıqlanmır.

    Kürd birləşmələri Qərb koalisiyasının dəstəyi ilə hazırda Suriyanın Hasake və Raqqa əyalətlərinin böyük hissəsinə, həmçinin Deyr əz-Zor əyalətinin şimal-şərq rayonlarına nəzarət edir. 2015-ci ildən bəri ABŞ bu regionda “İslam Dövləti” terror qruplaşmasına qarşı mübarizə aparmaq üçün 12 hərbi baza yaradıb.

  • Принято постановление в связи с командировочными для лиц, участвующих в мероприятиях в рамках COP29

    Правительство Азербайджана утвердило размеры командировочных для лиц, участвующих в мероприятиях за рубежом в связи с 29-й сессией Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29).

    Премьер-министр Али Асадов подписал постановление о внесении изменений в постановление Кабинета министров №14 от 25 января 2008 года “О нормах командировочных расходов”.

    В документе отмечается, что в связи с проведением в городе Баку COP29, 19-й сессии Совещания сторон Киотского протокола и 6-й сессии Совещания сторон Парижского соглашения, членам Организационного комитета, созданного распоряжением Президента Азербайджана №4264 от 13 января 2024 года, а также членам делегации ответственных представителей при деловых поездках в 2024-2025 годах в города Нью-Йорк, Вашингтон, Женева, Давос, Рио-де-Жанейро, Абу-Даби, Сидней, Токио, Лондон, Мадрид, Париж, Рим, Вена, Сингапур, Нукуалофа в рамках мероприятий COP29 выплачивается дополнительно 50% от суточной нормы командировочных расходов, установленной для этих городов.

  • Baş nazirdən COP29-da ezamiyyə xərcləri ilə bağlı QƏRAR

    Təşkilat Komitəsinin üzvlərinin COP29 tədbirləri çərçivəsində ezamiyyə xərclərinin nə qədər olacağı müəyyənləşib.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Qərara əsasən, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin üzvləri, habelə həmin sessiyaların müəyyən edilmiş Prezidenti tərəfindən hazırlıq işlərinin aparılması üçün formalaşdırılmış məsul nümayəndələrdən ibarət heyətin üzvləri COP29 tədbirləri çərçivəsində 2024-2025-ci illər ərzində Nyu-York, Vaşinqton, Cenevrə, Davos, Rio-de-Janeyro, Əbu-Dabi, Sidney, Tokio, London, Madrid, Paris, Roma, Vyana, Sinqapur, Nukualofa şəhərlərinə ezam olunarkən onların ezamiyyə xərclərinin bir günlük normasına həmin şəhərlər üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin bir günlük normasının 50 faizi məbləğində əlavə ödənilir”.

    Bu Qərar 2024-cü il avqustun 1-dən tətbiq olunur.

  • İstirahət mərkəzində əməliyyat: Həbs olunan var


    Sumqayıtda işlədiyi istirahət mərkəzini qumarxanaya çevirən ofisianta cinayət işi açılıb.

    Lent.az-ın məlumatına görə, söhbət Sumqayıt-Novxanı yolunda yerləşən restoranlardan birindən gedir.
    Burada ofisiant işləyən, Sumqayıt şəhər sakini İ. Məmmədov qumar oyunlarının təşkilində ittiham olunub. Belə ki, o, müştərilərin mərc oyunları oynaması üçün qapıda gözətçi rolunda dayanaraq, onlara şərait yaradıb. Bunun üçün isə İ. Məmmədov müştərilərdən müəyyən məbləğdə pul vəsaiti alıb.

    Bu hadisələr dəfələrlə təkrarlanıb. Onun qumar oynayanlara sonuncu “gözətçiliyi” 2023-cü il sentyabrın 21-də olub. Həmin gün gecə saat 1 radələrində polis əməkdaşları daxil olmuş məlumat əsasında restoranda əməliyyat keçiriblər. Nəticədə İ. Məmmədov və qumar oynayanlar saxlanılaraq, şöbəyə aparılıb.

    İ. Məmmədov Cinayət Məcəlləsinin 244-1.2.1-ci (qumar oyunlarının keçirilməsi və təşkili, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub. Onun barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

    Hazırda cinayət işi hakim Samir İsmayılovun icraatında araşdırılır.

  • İstirahət mərkəzində əməliyyat: Həbs olunan var


    Sumqayıtda işlədiyi istirahət mərkəzini qumarxanaya çevirən ofisianta cinayət işi açılıb.

    Lent.az-ın məlumatına görə, söhbət Sumqayıt-Novxanı yolunda yerləşən restoranlardan birindən gedir.
    Burada ofisiant işləyən, Sumqayıt şəhər sakini İ. Məmmədov qumar oyunlarının təşkilində ittiham olunub. Belə ki, o, müştərilərin mərc oyunları oynaması üçün qapıda gözətçi rolunda dayanaraq, onlara şərait yaradıb. Bunun üçün isə İ. Məmmədov müştərilərdən müəyyən məbləğdə pul vəsaiti alıb.

    Bu hadisələr dəfələrlə təkrarlanıb. Onun qumar oynayanlara sonuncu “gözətçiliyi” 2023-cü il sentyabrın 21-də olub. Həmin gün gecə saat 1 radələrində polis əməkdaşları daxil olmuş məlumat əsasında restoranda əməliyyat keçiriblər. Nəticədə İ. Məmmədov və qumar oynayanlar saxlanılaraq, şöbəyə aparılıb.

    İ. Məmmədov Cinayət Məcəlləsinin 244-1.2.1-ci (qumar oyunlarının keçirilməsi və təşkili, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub. Onun barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

    Hazırda cinayət işi hakim Samir İsmayılovun icraatında araşdırılır.

  • Nazirliyə məxsus maşının aşması nəticəsində həlak olan yanğınsöndürənin FOTOSU

    Ağdərədə baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan FHN əməkdaşının fotosu yayılıb.

    Oxu.az xəbər verir ki, avtomobildə olan yanğınsöndürən, 1983-cü il təvəllüdlü Elsevər Qəşəm oğlu Allahverdiyev qəza nəticəsində həyatını itirib.

    Elsevər Allahverdiyevin fotosunu təqdim edirik:

  • 2024-cü ilin yayında ən çox satılan 10 telefon

    “Counterpoint Research” analitikləri 2024-cü ilin ikinci rübündə ən çox satılan büdcə smartfonları haqqında hesabat dərc ediblər.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, bazar əsasən qiyməti 150 dollardan aşağı olan modellər hesabına böyüyür və büdcəli smartfonlar qlobal satışın 37%-ni təşkil edir. 

    2024-cü ilin ikinci rübündə 100 milyondan çox smartfon satılıb ki, bu da illik müqayisədə 10% çoxdur. Ən populyar büdcə modellərinin satışları 2023-cü ilin birinci yarısı ilə müqayisədə 21% artıb.

    Ucuz Android cihazları arasında lider 4,1% bazar payı ilə “Redmi 13C 4G” olub. İkinci yerdə 4% payla “Samsung Galaxy A05”, üçüncü yerdə isə 3,3% ilə “Galaxy A15 4G” qərarlaşıb. Dördüncü yeri 2,4% payla “Redmi 13C-nin 5G” versiyası, beşinci yeri isə eyni göstərici ilə “Redmi A3” tutur.

    Siyahıya həmçinin “Samsung Galaxy A05s” (2,3%), “Tecno Spark Go 2024 4G” (1,7%), “Oppo A18” (1,5%), “Oppo A58 4G” (1,4%) və “Oppo A38” (1,4%) daxildir.

  • Bakı trası fədakarlığı mükafatlandırır, cəsurları sevir – “McLaren”in pilotu

    Bakı Şəhər Halqası fədakarlığı mükafatlandırır, cəsurları sevir.

    Median.Az trend-ə istinadən xəbər verir ki, bunu McLaren-nin avstraliyalı pilotu Oskar Piastri “Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024″ün ikinci gününün yekunları üzrə mətbuat konfransı zamanı deyib.

    “Son sürətli dövrəmdə divarın lap yaxınlığından keçdim! Bu tras həqiqətən də fədakarlığı mükafatlandırır, cəsurları sevir, buna görə də finalda son cəhdimdə bütün gücümlə hücum etdim, çünki itirəcək bir şeyim yox idi”, – deyə o bildirib.

    Piastri həmçinin qeyd edib ki, bu trasda başqa bir maşının arxasında getmək çox çətindir.

    “Buna görə də sabah boş bir trasda olmağa çalışmalıyıq. Bizim yaxşı yarış tempimiz var, lakin Ferrari maşını da yavaş deyil”, – deyə O.Piastri əlavə edib.
    Xatırladaq ki, gənc avstraliyalı pilot bu gün keçirilən Azərbaycan Qran Prisinin sıralama turunda inanılmaz performans nümayiş etdirərək 2-ci nəticə göstərib. O, təkcə Ferrari-nin pilotu Şarl Leklerdən cəmi 0.3 saniyə geri qalıb.

    Qeydə edək ki, sabah, yəni sentyabrın 15-i “Formula 1 Azərbaycan Qran Prisi”nin final günüdür.

  • Çexiyanın şimal-şərqində daşqınlar səbəbindən ən yüksək təhlükə elan edilib

    Çexiyanın şimal-şərqində – Moraviya-Sileziya və Olomoutsk bölgələrində çayların daşması təhlükəsi ilə bağlı ən yüksək təhlükə səviyyəsi elan edilib.

    Median.Az xəbər verir ki, bu barədə CTK agentliyi məlumat yayıb.

    Təhlükənin ən yüksək səviyyəsinin elan edilməsi hakimiyyət orqanlarına fəlakətlə üzləşmə ehtimalı yüksək olan sakinləri mümkün qədər tez təxliyə etməyə imkan verəcək.

    Təxliyə bir neçə min insana təsir edə bilər.

    Bəzi vətəndaşlar təxliyə əmrini gözləmədən artıq evlərini tərk ediblər.