Month: September 2024

  • İradə Zeynalova diplomatik karyerası ilə bağlı planlarını açıqladı

    Jurnalist və teleaparıcı İradə Zeynalova ötən gün təyin olunduğu Mavrikidə səfir kimi Rusiyanın maraqlarını təmsil edəcəyinə söz verib.

    Qaynarinfo xəbər verir ki, o, bu barədə Mk.ru saytına müsahibəsində bildirib.

    “Ümid edirəm ki, tələbə və mədəni mübadilələrimiz olacaq. Görək orada turizmi necə inkişaf etdirmək olar. Bizim danışmağa, ticarət etməyə bir şeyimiz var və bir-birimizə kifayət qədər maraqlıyıq. Bu maraqlı çağırışdır”, deyə Zeynalova bildirib.

    Diplomat əlavə edib ki, işin miqyası o, birbaşa adaya gələndə tam başa düşüləcək.

    Qeyd edək ki, Zeynalova bu il Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib. Teleaparıcı NTV-də “Həftənin nəticələri” verilişinin müəllifi və aparıcısı (2016-cı ildən), NTV televiziya şirkətinin İnformasiya Direktorluğunun informasiya-əyləncə proqramları baş redaksiyasının bədii rəhbəridir.

    Bundan əvvəl o, Birinci Kanalda “Vremya” proqramının bazar buraxılışının aparıcısı olub, Birinci Kanalın Böyük Britaniya və İsraildəki müxbir bürolarının rəhbəri kimi fəaliyyət göstərib. 2021-ci ildə Zeynalova “təbliğat fəaliyyətinə” görə Ukraynanın sanksiya siyahısına daxil edilib.

    Mavriki Afrikada yerləşən ada dövlətidir. Hind okeanında, Afrikaya aid edilən Madaqaskar adasından 700 km şərqdə yerləşir. Ölkənin coğrafi və hərbi strateji mövqeyi çox əlverişlidir. Çünki ada Afrikadan Hindistana, Cənub-Şərqi Asiya ölkələrinə və Avstraliyaya gedən beynəlxalq dəniz və hava yolları üzərindədir. Ölkənin paytaxtı Port Luizdir.

  • Keçmiş işçisi nazirliyi məhkəməyə verdi

    Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı Nailə Maqsudova qurumu məhkəməyə verib.

    Qaynarinfo-nun məlumatına görə, onun iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır.

    Nailə Maqsudovanın iddiasına Yasamal Rayon Məhkəməsində baxılacaq.

    İş hakim Ayşən Sultanova-Məmmədovanın icraatındadır.

  • ABŞ ordusu 4 İŞİD liderinin məhv edildiyini açıqladı – ADLAR

    ABŞ hərbçiləri iraqlı həmkarları ilə birlikdə Qərbi İraqda reyd keçirib və bu reyd zamanı “İslam Dövləti” terror qruplaşmasının dörd lideri məhv edilib.

    Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatında deyilir.

    Ümumilikdə Amerika və İraq qüvvələri reyd zamanı 14 İŞİD yaraqlısını məhv etməyə müvəffəq olub.

    Eyni zamanda komandanlıq qeyd edib ki, əməliyyat qrup liderlərinə qarşı yönəlib.

    ABŞ-ın hesablamalarına görə, İŞİD-in dörd lideri: İraqdakı bütün əməliyyatlara cavabdeh olan Əhməd Həmid Hüseyn Abd əl-Cəlil əl-İtavi, Qərbi İraqdakı bütün əməliyyatlara nəzarət edən Əbu Həmam, texnoloji inkişafa nəzarətdən məsul Əbu Əli ət-Tunisi, Qərbi İraqdakı hərbi əməliyyatlara nəzarətdən məsul Şakir Əbud Əhməd əl-İssavi öldürülüb.

    “CENTCOM ABŞ-ı, müttəfiqlərimizi və tərəfdaşlarımızı və regional sabitliyi təhdid etməyə davam edən İŞİD-in son məğlubiyyətinə sadiq qalır”, – ABŞ Mərkəzi Komandanlığının komandiri Maykl Erik Kurilla deyib.

    Xatırladaq ki, avqustun sonunda ABŞ İraqın təhlükəsizlik qüvvələri ilə birgə əməliyyat keçirib, nəticədə “İslam Dövləti” terror təşkilatının (İŞİD) 15 silahlısı məhv edilib.

    Media həmçinin ABŞ və İraqın ABŞ-ın rəhbərlik etdiyi koalisiya qoşunlarının çıxarılması planları ilə bağlı razılığa gəldiyini bildirib.

  • Kim Çen Şoyquya daha güclü əməkdaşlıq vəd etdi

    Şimali Koreya lideri Kim Çen In Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu daha geniş əməkdaşlıq edəcəyinə əmin edib.

    Qaynarinfo xəbər verir ki, KCNA dövlət xəbər agentliyinin məlumatına görə, Şoyqunun Pxenyana səfəri zamanı ikili fikir mübadiləsi aparılıb.

    “Qarşılıqlı təhlükəsizlik maraqlarını müdafiə etmək üçün” daha geniş əməkdaşlıq kimi məsələlərdə “qənaətbəxş konsensus” tapılıb, – məlumatda deyilir.

  • Azərbaycanlılar ölkəyə pul göndərə bilmir (SƏBƏB)

    Xəbər verdiyimiz kimi, 2024-cü ilin altı ayı ərzində fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi yarıdan çox azalıb. Məlumata görə, transfertlərin həcmi ötən illə müqayisədə 608 milyon dollardan 287,1 milyon dollara düşüb.

    Məsələ ilə bağlı Axar.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Rusiyadan Azərbaycana pul köçürülməsinin azalması gözlənilən idi.

    “Bu trend çoxdan başlayıb. Çünki Rusiyada artıq 3 aydır valyutaya çıxış imkanları xeyli məhdudlaşıb. Rubl ucuzlaşıb, orada çalışan azərbaycanlılar artıq əvvəlki kimi pul qazana bilmir, rubl ilə qazandıqları pulu valyutaya çevirməkdə çətinlik çəkirlər. Ona görə də bunun baş verəcəyi gözlənilirdi. Mənə elə gəlir ki, hazırkı tendensiya bundan sonra da azalan tempdə davam edəcək. Bu isə müəyyən problemlər yarada bilər. Çünki Azərbaycanda bəzi regionlar var ki, Rusiyadan gələn pul orada çox önəmli rol oynayır. Dolanışığını Rusiyadan gələn pullar hesabına keçirən ailələrin gəlirləri azaldıqca sosial qayğıları, narazılıqları da artacaq”, – o əlavə edib.

  • Bakıda vəzifəli şəxsin gəlinlik mağazası cərimələndi

    “So White” gəlinlik mağazası cərimələnib.

    Qaynarinfo-nun məlumatına görə, müvafiq qurum tərəfindən sözügedən mağazada yanğın-texniki müayinənin aparılmasına imkan verilməyib.

    Səbail rayonu, Üzeyir Hacıbəyov 37/43 ünvanında yerləşən “So White” gəlinlik mağazasında keçirilmiş planlı yanğın-texniki müayinə zamanı sahibkar tərəfindən yoxlamaya aid sənədlər təqdim edilməyib.

    Nəticədə sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş protokol tərtib edilib.

    Məhkəmənin qərarı ilə “So White” gəlinlik mağazasının sahibi 1000 manat məbləğində inzibati qaydada cərimə olunub.

    Qeyd edək ki, məhkəmədə mağazanın vəzifəli şəxsə məxsus olduğu bildirilib.

  • Bakıda qadına 8,6 il həbs verildi: Cəzasını 2028-ci ildən çəkəcək – Türk sevgilisi ilə…

    Azərbaycanlı qadınları Türkiyədə fahişəliyə cəlb edən qadına hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, 1994-cü il təvəllüdlü S.M. tamah niyyəti ilə iki və daha çox şəxsi insan alverinə cəlbetmə, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərində ittiham olunub.

    O, bir qrup şəxs halında qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etmək, həmçinin hədə-qorxu ilə cinsi istismara cəlb etmək, Azərbaycan Respublikasının dövlət sərhədindən keçirərək, zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqda günahlandırılıb.

    S.M.-ya Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb. Məlum olub ki, o, Azərbaycanda bir neçə qadını aldadaraq Türkiyənin İğdır şəhərindəki “Tuana” restoranında cinsi istismara məruz qoyub.

    S.M. bu cinayəti türkiyəli sevgilisi ilə birgə həyata keçirib. Belə ki, o, qadınları müxtəlif adlarla (gözləlik salonunda çalışmaq, restoranda xidmətçi işləmək və s.) adı ilə aldadaraq Türkiyəyə aparıb. Zərərçəkmiş qadınlar Azərbaycana qayıtsalar da, S.M onları pornoqrafiq görüntüləri ilə şantaj edərək yenidən İğdira qaytarıb.

    Qadınlardan biri yalnız Türkiyə vətəndaşı Mehmet Çaran adlı şəxsin köməkliyi ilə S.M. və onun Zülmət adlı sevgilisinin əsirliyindən xilas olub. Mehmet Çaran digər zərərçəkmiş qadınlara da dəstək göstərərk, sözügedən şəxslərin əsirliyindən xilas edə bilib.

    S.M. Azərbaycanda qayıtdıqdan sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sözügedən zərərçəkmişlərin müraciəti əsasında saxlanılıb.

    Məhkəmənin qərarı ilə ona 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. S.M.-nın öhdəliyində 2013 və 2014-cü il təvəllüdlü övladları var. Uşaqlar 14 yaşına çatanadək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınıb. Cəza 2028-ci ildə qüvvəyə minəcək.

  • В Агдере произошло ДТП, скончался один человек

    В Агдеринском районе произошло дорожно-транспортное происшествие, в котором скончался один человек.

    Как сообщает карабахское бюро Report, в результате опрокидывания транспортного средства от полученных травм скончался житель Гядабейского района Эльсевяр Гашам оглу Аллахвердиев, 1983 года рождения.

    Обстоятельства инцидента выясняются.

  • Ağdərədə ölümlə nəticələn yol qəzası olub

    Ağdərə rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    Nəqliyyat vasitəsinin yoldan çıxaraq aşması nəticəsində bir nəfər – 1983-cü il təvəllüdlü, Gədəbəy rayon sakini Allahverdiyev Elsevər Qəşəm oğlu dünyasını dəyişib.

    Hazırda qəzanın tam təfərrüatları araşdırılır.

  • Предотвращена попытка нелегального ввоза лекарств из Грузии в Азербайджан

    Сотрудники Государственного таможенного комитета (ГТК) и Государственной пограничной службы (ГПС) Азербайджана обнаружили в локомотиве железнодорожного состава партию сокрытых от таможенного контроля лекарственных препаратов.

    Как сообщает Report со ссылкой на ГПС, в результате совместных мероприятий на таможенном посту “Бёюк Кесик” Товузского таможенного управления было обнаружено 15 тыс. 403 лекарственных препаратов 18 наименований и 114 шприц-ручек, которые не были задекларированы таможенному органу по прибытии поезда из Грузии в Азербайджан.

    По факту ведется расследование.