Month: September 2024

  • Bu günədək 2024/2025 tədris ilinin payız semestri üzrə 5 min təhsil krediti rəsmiləşdirilib

    Bu günədək 2024/2025 tədris ilinin payız semestri üzrə 5 min təhsil krediti rəsmiləşdirilib

    Bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə məlumat verib.

    Onun sözlərinə görə, son üç il ərzində 53 mindən çox şəxs təhsil krediti üçün müraciət edib: “İndiyədək 41 mindən çox təhsil tələbə krediti müqaviləsini uğurla rəsmiləşdirilib. Bunlardan 35 %-i sosial, 65 %-i isə standart kreditlərdir Təhsil Tələbə Krediti Fondu (TTKF) dördüncü tədris ilinə və təhsil kreditlərinin verilməsi üzrə yeddinci semestrə başlayıb”.

    Nazir müavini vurğulayıb ki, bu tədris ilində kredit alan tələbələrin 63 %-i xanımlar, 37 %-i isə kişilərdir: “Bu göstərici təhsil imkanlarının gender faktorları nəzərə alınmaqla genişləndirilməsini göstərir. 2024/2025 tədris ilinin payız semestri üzrə indiyədək 8 min müraciət qeydə alınıb, 5 min kredit rəsmiləşdirilib. Bu da müraciətlərdə ötən ilin eyni dövrünə nisbətən 20 % artım olduğunu göstərir. Keçən dövr ərzində sosial bərabərliyi təmin etmək, aztəminatlı ailələrdən olan tələbələrin təhsilə çıxışını artırmaq və təhsilin əhatə dairəsini genişləndirmək yolunda mühüm nailiyyətlər əldə edilib”.
    //report

  • Зеленский: На следующий саммит мира в ноябре будет приглашена Россия

    Следующий Глобальный саммит мира запланирован на ноябрь 2024 года, для участия в котором планируется пригласить Россию.

    Сообщает Le Monde со ссылкой на сответствующее заявление президента Украины Владимира Зеленского.

    В ходе саммита украинский президент представит свои предложения по мирному урегулированию конфликта. Это будет детальный план окончания войны.

    Ранее сообщалось о том, что Швейцария продолжает работать над привлечением России к мирной конференции по Украине.

    Первый саммит мира проходил в швейцарском Бюргенштоке 15–16 июня.

  • Zelenski: Rusiya noyabrda keçiriləcək növbəti sülh sammitinə dəvət olunacaq

    Növbəti Qlobal Sülh Sammiti 2024-cü ilin noyabrına planlaşdırılıb və sammitdə iştirak üçün Rusiyanın da dəvət edilməsi planlaşdırılır.

    Bu barədə Fransanın “Le Monde” nəşri Ukrayna Prezidenti Volodimir Zelenskinin müvafiq bəyanatına istinadən xəbər verir.

    Sammit zamanı Ukrayna Prezidenti münaqişənin sülh yolu ilə həlli üçün öz təkliflərini təqdim edəcək. Bu, müharibəni bitirmək üçün ətraflı plan olacaq.

    Daha əvvəl İsveçrənın Rusiyanı Ukrayna üzrə sülh konfransına cəlb etmək üçün fəaliyyətini davam etdirdiyi bildirilmişdi.

    İlk sülh sammiti iyunun 15-16-da İsveçrənin Bürgenştok şəhərində keçirilib.

  • Türkiyə ordusu Suriyada yeni əməliyyat keçirib, 2 terrorçu öldürülüb

    Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının 2 üzvü öldürülüb.

    Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.

  • Нидерланды передали Украине радар для Patriot

    Нидерланды передали Украине радар для зенитно-ракетного комплекса Patriot. Страна в скором времени отправит три пусковые установки.

    Как передает Median.Az со ссылкой на РБК-Украина, об этом издание De Gelderlander сообщил со слов министра обороны Нидерландов Рубена Брекелманса.

    Министр уточнил, что некоторые страны по-прежнему ищут другие компоненты для передачи Киеву полной системы.

    “Мы все еще работаем над этим”, – сказал Брекелманс.

  • Ukraynaya “Patriot” kompleksi üçün radar verilib

    Niderland Ukraynaya “Patriot” zenit-raket kompleksi üçün radar verib və tezliklə üç buraxılış qurğusu da göndərəcək.

    Median.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə “De Gelderlander” nəşri Niderlandın müdafiə naziri Ruben Brekelmansa istinadən məlumat verib.

    Nazir dəqiqləşdirib ki, bəzi ölkələr tam sistemin Kiyevə təhvil verilməsi üçün başqa komponentlər axtarır.

    “Biz hələ də bunun üzərində işləyirik”, – R.Brekelmans qeyd edib.

  • Azərbaycanda əhalinin sayı açıqlanıb

    Ölkə əhalisinin sayı cari ilin əvvəlindən 23 477 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il avqust ayının 1-i vəziyyətinə 10 milyon 204 min 247 nəfərə çatıb.

    Bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

    Bildirilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

  • “Çelsi” hücumçusu ilə 9 illik müqavilə imzalayıb

    İngiltərənin “Çelsi” klubu hücumçu Nikolas Ceksonla yeni müqavilə imzalayıb.

    Yeni anlaşmanın müddəti 2033-cü ilə qədər nəzərdə tutulub.

    23 yaşlı seneqallı 2023-cü ildə 37 milyon avroya İspaniyanın “Vilyarreal” klubundan transfer olunub.

    Qeyd edək ki, Nikolas Cekson London klubunun heyətində keçirdiyi 44 oyunda 17 qol vurub və 6 məhsuldar ötürməyə imza atıb.
    //report

  • MSK Mustafa Hacılının iddiasını təmin etməyib

    Sentyabrın 1-də keçirilən parlament seçkilərində 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntuların olduğu haqqında iddialar araşdırılıb.

    Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

    MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, deputatlığa namizəd Hacılı Mustafa Mustafa oğlu bununla bağlı quruma şikayət edib: “Araşdırmalar zamanı namizədin iddia etdiyi pozuntular əsasını tapmadığından təmin edilməyib”.

  • FETÖ-nun uzun illərdir axtarışda olan üzvü Türkiyədə saxlanılıb

    Axtarışda olan FETÖ üzvü Halil Özkök Türkiyədə saxlanılıb.

    Bu barədə “TRT Haber” məlumat yayıb.

    Bildirilib ki, o, hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində evində ələ keçirilib.

    FETÖ-çunun evindən bir çox sənəd, həmçinin saxta şəxsiyyət vəsiqəsi tapılıb.

    Məlumata görə, H.Özkök uzun illərdir axtarışda idi. Onun barəsində 6 il 3 ay həbs cəzası çıxarılıb.