Month: September 2024

  • Prezident İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də “Gulfstream Aerospace” şirkətinin prezidenti Mark Börnsü qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • МИД Франции вызвал поверенного Ирана

    Министерство иностранных дел Франции вызвало главного дипломата Ирана в Париже из-за сообщений о передаче баллистических ракет России.

    Об этом заявляет France 24.

    “Министерство иностранных дел Франции в четверг вызвало временного поверенного в делах Ирана в стране из-за предполагаемой передачи баллистических ракет России”, – сообщил дипломатический источник.

    На этой неделе госсекретарь США Энтони Блинкен заявил, что РФ получила баллистические ракеты от ИРИ и, вероятно, использует их в конфликте в Украине в течение нескольких недель. Иран это отрицает.

  • İranın Parisdəki baş diplomatı Fransa XİN-ə çağırıldı

    İranın Parisdəki müvəqqəti işlər vəkili Fransa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

    Bu barədə Median.Az “France 24″ə istinadən xəbər verir.

    Məlumata görə, ABŞ bəyan edib ki, Rusiya İrandan raketlər alıb və yaxın gələcəkdə Ukraynaya qarşı istifadə edə bilər. Bu xəbərlər səbəbindən Fransa XİN İranın Parisdəki baş diplomatını çağırıb.

    “Fransa Xarici İşlər Nazirliyi İranın bu ölkədəki müvəqqəti işlər vəkilini ballistik raketlərin Rusiyaya ötürülməsi iddiası ilə əlaqədar çağırıb”, – deyə diplomatik mənbə bildirib.

    Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın İrandan ballistik raketlər aldığını və çox güman ki, onlardan bir neçə həftə ərzində Ukraynaya qarşı müharibəsində istifadə edəcəyini bildirib. İran isə bunu inkar edir.

  • Sentyabrın 14-də hava durumu necə olacaq?

    Ölkə ərazisində sentyabrın 14-nə gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-23° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 759 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 40-45% olacaq.

    Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, səhər yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 17-21° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-15° isti olacaq.

  • Elektron qəlyana görə tələbə yoldaşını öldürmək istəyən şəxslə bağlı QƏRAR

    Bakı Apellyasiya Məhkəməsində tələbə yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Mehdi Uğurun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sabit Bəhrəmzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə 2023-cü ilin dekabrında paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

    İstintaqla müəyyən edilib ki, Mehdi Uğur təhsil aldığı “Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi” adlanan peşə liseyində dərslər arası fasilə zamanı tələbə yoldaşı Oruc Əhmədovun xahişi əsasında özünə məxsus elektron qəlyanı müvəqqəti çəkmək üçün ona verib. Dərs saatı başa çatanadək həmin qəlyanı ondan istəməsinə baxmayaraq, O.Əhmədov elektron qəlyanı qaytarmayacağını deyib. Bu sözdən əsəbiləşən M.Uğur üzərində gəzdirdiyi cib bıçağı ilə O.Əhmədova 3 zərbə vurub.

    Hadisəni törətməkdə şübhəli bilinən M.Uğur polis əməkdaşları tərəfindən saxlanılıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 29,120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

  • Французские власти вызывают на допрос брата Павла Дурова и вице-президента Telegram

    Французские власти призывают Николая Дурова, брата основателя популярного мессенджера Telegram Павла Дурова, и Илью Перекопского, вице-президента компании, явиться в Париж для сотрудничества со следствием.

    Об этом пишет Telegram-канал SHOT со ссылкой на представителя близкого окружения Павла Дурова.

    По данным источника, сотрудничество Николая Дурова и Ильи Перекопского со следствием может ускорить разрешение ситуации с Павлом Дуровым, в отношении которого ведется расследование. Без их допроса и показаний следствие по делу основателя Telegram может затянуться минимум на год.

    Сотрудничество брата Дурова и вице-президента Telegram со следствием также может смягчить судебный приговор Павлу Дурову, уменьшить контроль за ним и дать возможность выезжать в другие страны Евросоюза. Однако, как отмечает парижский адвокат Ирина Сидорова, это сотрудничество также может привести самих Николая Дурова и Илью Перекопского за решетку.

    Telegram, основанный Павлом Дуровым в 2013 году, является одним из самых популярных мессенджеров в мире с более чем 500 млн активных пользователей. Компания неоднократно сталкивалась с давлением со стороны властей различных стран из-за своей приверженности защите конфиденциальности пользователей и отказу предоставлять доступ к зашифрованным данным.

  • Fransa hakimiyyəti Durovun qardaşını və “Telegram”ın vitse-prezidentini Parisə gəlməyə məcbur edir

    Fransa hakimiyyəti “Telegram”ın qurucusu Pavel Durovun qardaşı Nikolay Durovu və mesencerin vitse-prezidenti İlya Perekopskini istintaqla əməkdaşlıq üçün Parisə gəlməyə çağırır.

    Median.Az bu barədə “Shot” “Telegram” kanalına istinadən xəbər verir.

    Onların istintaqla əməkdaşlığı “Telegram” qurucusu ilə bağlı vəziyyətin həllini sürətləndirə bilər. Nikolay Durov və Perekopskinin dindirilməsi və onların ifadələri olmadan “Telegram”ın qurucusu ilə bağlı istintaq ən azı bir il uzanacaq.

    Həmçinin bu əməkdaşlıq Pavel Durova qarşı məhkəmə hökmünü yumşaldacaq, ona nəzarəti azaldacaq və ona Avropa İttifaqının digər ölkələrinə səyahət etmək imkanı verəcək. Lakin bu əməkdaşlıq həmçinin Durovun qardaşını və mesencerin vitse-prezidentini həbsxanaya apara bilər.

    Xatırladaq ki, Durov avqustun 24-də şəxsi təyyarəsi ilə gəldiyi Parisdə saxlanılıb. Sahibkar məhkəmə nəzarətinə götürülüb və beş milyon avro məbləğində girov müqabilində sərbəst buraxılıb.

  • Открывается регулярный автобусный маршрут в Ханкенди и Ходжалы: сколько стоят билеты?

    Агентство наземного транспорта Азербайджана (AYNA) при Министерстве цифрового развития и транспорта с завтрашнего дня запустит регулярный автобусный маршрут Барда – Ханкенди в рамках программы “Великое возвращение”.

    Об этом сообщили в ведомстве.

    Было отмечено, что целью является обеспечение качественной транспортной инфраструктурой и услугами граждан, проживающих на освобожденных от оккупации территориях.

    Автобусы будут отправляться с автовокзала города Барда в 07:00, 11:30 и 16:30, а из города Ханкенди – в 09:00, 14:30 и 18:30. Промежуточным пунктом на маршруте Ханкенди – Барда определен город Ходжалы.

    Рейс Барда – Ханкенди и промежуточный рейс Барда – Ходжалы интегрированы в портал biletim.az. Стоимость билета в направлении Барда – Ханкенди составляет 2.8 маната, в направлении Барда – Ходжалы – 2.5 маната.

    При приобретении билетов онлайн через портал также необходимо получить разрешения в соответствии с правилами въезда на освобожденные от оккупации территории.

  • Xankəndi və Xocalıya müntəzəm avtobus reysi açılır: Biletlər neçəyədir?

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sabahdan “Böyük Qayıdış” proqramı çərçivəsində Bərdə-Xankəndi müntəzəm avtobus reysini istifadəyə verəcək.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.

    Gün ərzində 3 dəfə həyata keçiriləcək reys üzrə avtobuslar Bərdə şəhər avtovağzalından saat 07:00, 11:30 və 16:30-da, Xankəndi şəhərindən isə saat 09:00, 14:30 və 18:30-da yola düşəcək. Xankəndi-Bərdə reysi üzrə aralıq məntəqə olaraq Xocalı şəhəri təyin edilib.

    Bərdə-Xankəndi reysi və Bərdə-Xocalı aralıq məntəqəsi reysi “biletim.az” portalına inteqrasiya edilib. Bərdə-Xankəndi istiqamətində biletin qiyməti 2,8 manat, Bərdə-Xocalı istiqamətində 2,5 manat təşkil edir.

    Biletləri portal üzərindən onlayn qaydada əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin alınması da mütləqdir.

  • “Prius”la məktəblini vuran sürücü məhkəmə zalından azadlığa buraxıldı

    Abşeron Rayon Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vəli Vəliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs zərərçəkmişlə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsinin “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilib və onun həmin Məcəllənin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilib. Vəli Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, məhkəmə iclas zalından dərhal azad edilib. Hökmdə qeyd edilib ki, iş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın.

    İttihama görə, hadisə 2022-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1999-cu il təvəllüdlü Vəli Vəliyev etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən yolu sağdan sola keçən piyada, zərərçəkmiş, 2011-ci il təvəllüdlü Valeh Səfərlini (şərti) vuraraq ona bədən xəsarəti yetirib. Daha sonra sürücü yaralını xəstəxanaya aparıb.

    Hadisədən sonra Vəli Vəliyev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.