Month: September 2024

  • ГЭЦ обнародовал результаты прошедших 8 сентября экзаменов

    Государственный экзаменационный центр (ГЭЦ) обнародовал результаты прошедших 8 сентября выпускного и экзамена по азербайджанскому языку (как государственному).

    Как сообщили в ГЭЦ, дополнительный экзамен был организован для тех, кто не смог принять участие в предыдущих экзаменах по уважительным причинам.

    С результатами можно ознакомиться по ссылке.

    Также информацию о результатах экзамена можно получить через мобильных операторов (Azercell, Bakcell, Nar, naxtel), отправив код, указанный в выпускном листе на номер 7727.

  • Buraxılış və Azərbaycan dili imtahanının nəticələri açıqlandı

    Sentyabrın 8-də cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün keçirilən buraxılış imtahanları və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.

    Median.Az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, imtahanda iştirak edən şagirdlər müvafiq linkə (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN-kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər.

    Azərbaycan dili (dövlət dili kimi) imtahanının iştirakçıları isə buradan imtahan nəticələrini öyrənə bilərlər.

    Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”, “Naxtel”) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu “7727” nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 16 sentyabr saat 11:00-dan 17 sentyabr saat 17:00 dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.

  • Fermada məktəblinin meyiti tapıldı

    Saatlı rayonunda bədbəxt hadisə baş verib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən səhər saatlarında rayonun Seyidlər kəndində yerləşən fermadan 2009-cu il təvəllüdlü M.Məmmədovun cansız bədəni tapılıb.

    Onun həyatını sonlandırması məlum olub.
    15 yaşlı M.Məmmədov 8-ci sinif şagirdi imiş.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • “Hələ dərs açılmamış vəziyyət belədirsə…”

    “Möhtəşəm” bir gün yaşamışam. Sizinlə də bölüşüm. Məktəblər hələ açılmayıb Yasamalda nəqliyyat iflic vəziyyətdədir. Nə taksi tapa bilirsən, nə də boş avtobus. Taksilər nağd olmasa, sifarişi qəbul etmir, edənlər də zəng vurub sifarişi ləğv etməyini xahiş edir. Bir az sıxlıq olan kimi də elə qiymət təklif edirlər ki, bilmirsən Yeni Yasamaldan Şərifzadəyə gedirsən, yoxsa rayona?”

    Median.Az bildirir ki, bu sözləri teleaparıcı Jalə Həsənli öz sosial şəbəkə hesabında paylaşıb. O, nəqliyyatın hazırki vəziyyətindən gileylənib :

    “Avtobuslar dolu, dayanacaqlar dolu, yollar da dolu. Nə edək? Nə işə çata bilirsən, nə evə. Ömrümüz yollarda keçir. 

    Hələ avtobusa daxil olan bəzi  “smart sərnişin”ləri demirəm. Avtobusda orta boş, arxa boş, minən düz sürücünün yanında dayanır. Sürücü “zəhmət olmasa, arxaya keçin” deməkdən yorulur, sərnişin sürücüyə haqq verir, amma qapının ağzından bir addım da irəliləmir.
    İctimai nəqliyyatdan istifadə edin deyə tövsiyə verən qurum və ya şəxslər, özünüz bir dəfə də olsun ictimai nəqliyyatdan istifadə etmisiniz? İnsanların avtobusa minmək üçün verdiyi mübarizənin şahidi olmusunuz? Hamilə qadın avtobusa minmək istəyir, yaşlı kişi onu itələyib özü keçir. Baxırsan ki, adam fiziki məhdudiyyətlidir, günün altında qalmaqdan bezib, əlləri əsir. Kimə nə deyəsən? Uşaqlar desən, onları avtobusda sanki görən yoxdur. Gözlərində bir qorxu, təlaşla analarının əllərindən tutub, kiməsə sığınıb gedirlər. Belə sıxlıq olar? 

    Qurumlar, məsləhət verməyin, əməli addıma keçin, tədbir görün. Hələ dərs açılmamış vəziyyət belədirsə, 16 sentyabrdan küçələri düşünmək belə istəmirəm. 
    Şəxsi avtomobildən istifadə desəniz, o da müşkül məsələdir. Onda da parklanma dərdi ortaya çıxır. Çox yerdə saxlamaq qadağandır, bəzi yerlərdə isə ümumiyyətlə parklanma yeri yoxdur. Bina tikirlər, mağaza tikirlər, parklanma yeri yox. 55 qəpiklik çörək almaq üçün düşürsən, 20 manatlıq cərimələnirsən. 
    Ən yaxşı variant velosipeddir deyirsinizsə, onu da fikirləşmişəm. Amma nəzərə alsaq ki, avtobus üçün nəzərdə tutulan zolaqdan avtomobilləri, avtomobil üçün nəzərdə tutulandan da avtobusları çıxarmaq olmur, o zaman velosipedçinin aqibətini düşünmək mümkün belə deyil. Yeri gəlmişkən, velosiped zolağı hələ heç bizim tərəflərə gəlib çatmayıb.  

    Nə edək? Dərdimizin dərmanı hansı qurumdadır?” .

  • Bakı yollarında COP29 üçün zolaq salınır – VİDEO

    Məlum olduğu kimi, noyabr ayında Bakı şəhərində COP29 tədbiri keçiriləcək.

    Median.Az unikal-a istinadən xəbər verir ki, paytaxtın Fətəli Xan Xoyski küçəsində COP29 üçün ayrıca zolaq təşkil edilir.

  • Dondurulmuş qidalar təhlükə yarada bilər

    Dondurulmuş qidalar insan sağlamlığı üçün təhlükəyə səbəb ola bilər.
     
    Median.Az-ın məlumatına görə, insanlar vaxt azlığından bəzən dondurulmuş məhsullar almalı olurlar. Mağazalarda dondurularaq satılan ət, xəmir yeməkləri, meyvə-təzəvəzlərin müxtəlif çeşidləri olur. Ev şəraitində də təzə məhsullar dondurularaq digər mövsümlərdə istifadə üçün saxlanılır. Bəs bu məhsullardan istifadə edərkən nələrə diqqət edilməlidir? Dondurulduqda qida dəyərini itirirmi?
     
    Qida mütəxəssisi Məhsəti Hüseynova bildirir ki, hər məhsulun öz saxlanma rejimi var. Bəzi qidalar dondurularkən enerji dəyərini itirir. Bəziləri isə keyfiyyətini saxlayır. Daha tez xarab olanlar isə fabrikat məhsullardır.
     
    M.Hüseynovanın sözlərinə görə, C vitamini ilə zəngin olan bir çox meyvələr də var ki, dondurulduqda tərkibi dəyişir. Dondurulmuş qidalar yalnız bir dəfə əridilməklə istehlak edilməlidir. Əks halda, zəhərlənməyə səbəb ola bilər. Bundan başqa, xüsusi qablaşdırılmış halda dondurulmuş məhsul alarkən bəzi məqamlara diqqət yetirilməlidir.

    Qida mütəxəssisi qeyd edib ki, ət və zülal tərkibli məhsullar dondurulduqda, onların donu yalnız bir dəfə açıla bilər. Ətin dondurulmasında diqqət edilməsi vacib məqamlardan biri də onun ətrafının hava daxil olmayacaq şəkildə saxlanılmasıdır. Tərəvəzlərin isə tərkibinin 80 faizi sudan ibarətdir. Düzgün şəkildə donmadıqda, zəhərlənməyə səbəb ola bilər.

  • Yeddi ay ərzində Azərbaycanda 35 mindən çox ölüm qeydə alınıb


    2024-cü ilin yanvar-iyul aylarında ölkədə 35 289 ölüm halı qeydə alınıb.

    “Apa-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövründə 35142 ölüm halı qeydə alınıb.

    Qeyd edilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6-dan 5,9-a düşüb.

  • 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsində üç məntəqənin nəticələri ləğv olunub

    Sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntular qeydə alınıb.
    Report xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.
    MSK-nın və Ekspert qrupunun üzvü Baxşeyiş Əsgərovun təqdimatına əsasən, deputatlığa namizəd Məcidzadə Şəhriyar Sərdar oğlu MSK-ya müraciət edərək 17 seçki məntəqəsində səsvermə günü qanun pozuntularının baş verdiyini iddia edib.
    “Namizədin təqdim etdiyi və sosial şəbəkələrdə yayılan görüntülərə baxılıb. Araşdırmanın nəticəsində məlum olub ki, dairənin 3, 4 və 18 saylı seçki məntəqələri istisna olmaqla digər məntəqələrdəki pozuntular təsdiqini tapmayıb. Nəticələri ləğv edilən seçki məntəqələrinin sayı qanunvericilikdə nəzərdə tutulandan az olduğuna görə dairənin ümumi nəticələrinin ləğv edilməsinə əsas yaranmayıb”, – B.Əsgərov qeyd edib.

  • Azərbaycanda əhalinin sayı açıqlandı

    Ölkə əhalisinin sayı cari ilin əvvəlindən 23 477 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il avqust ayının 1-i vəziyyətinə 10204247 nəfərə çatıb.

    Median.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Qeyd edilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

  • Гран-при Азербайджана: началась вторая часть свободных заездов Формулы-1

    В Баку началась вторая часть свободных заездов в рамках Гран-при Азербайджана “Формулы-1”

    Как сообщает report, лучшее время в первой свободной практике показал пилот Red Bull, лидер чемпионата Макс Ферстаппен.

    Отметим, что Гран-при Азербайджана завершится 15 сентября.