Month: September 2024

  • Yeni tələbələrin NƏZƏRİNƏ – Universitetlərdə hansı qadağalar var?

    Tədris ilinin başlanmasına sayılı günlər qalıb. Bu il onminlərlə tələbə ilk dəfə ali məktəblə tanış olacaqlar. Ali təhsil müəssisələri ilə bağlı əsas məsələlərdən biri də nizam-intizam qaydalarıdır ki, hər bir tələbə buna mütləq şəkildə əməl etməlidir.

    Bütün ali təhsil müəssisələrinin ümumi qaydalar xaricində özünün də daxili nizam-intizam qaydaları mövcuddur.

    Modern.az mövzu ilə bağlı ali təhsil müəssisələri arasında sorğu keçirib.

    Bakı Slavyan Universitetindən (BSU) bildirilib ki, BSU-da mövcud olan daxili nizam-intizam qaydaları təhsil alan və təhsil verən şəxslərin etik davranış normalarını, hüquq və vəzifələrini müəyyən edən əsas sənəddir:

    “Qaydalar, universitet daxilində nizam-intizamın qorunmasını, tədris prosesində sağlam və işgüzar mühitin formalaşmasını hədəfləyir. Eyni zamanda, universitetdə baş verə biləcək neqativ halların qarşısını almaq və tələbə kontingentinin mənəvi keyfiyyətlərini yüksəltmək məqsədi daşıyır.

    Bu qaydalara əsasən, bütün təhsilalanlar qanunun aliliyi, bərabərlik, ədalət, humanizm və mədəni davranış prinsiplərinə əməl etməlidirlər. Eyni zamanda, nizam-intizam qaydalarını pozan təhsilalanlara xəbərdarlıqdan tutmuş universitetdən kənarlaşdırmaya qədər müxtəlif intizam tədbirləri tətbiq edilə bilər”.

    Azərbaycan Dillər Universitetindən verilən məlumata görə, universitet daxili, ümumi və qəbul olunmuş qaydalara əsaslanır.

    Xəzər Universitetindən bildirilib ki, ali təhsil müəssisəsinin 397 səhifəlik daxili nizam-intizam qaydaları var: “İstər əməkdaşlar, istərsə də tələbələr həmin qayda və qanunlara əməl etməlidirlər”.

    Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetindən (AZMİU) qeyd edilib ki, AZMİU-da da daxili nizam-intizam qaydaları digər ali təhsil müəssisələrində olduğu kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur:

    “Azərbaycan Memarlıq və İnşaat Universitetinin daxili nizam-intizam qaydaları da var. Bu qaydalar daha yaxşı tədris prosesinin təşkil olunması, rəqabətədavamlı tədris mühitinin yaradılması və tələbələrə yüksək şəkildə təhsilin verilməsi, onların vətənpərvər sivil olaraq cəmiyyətə hazırlanmasına xidmət edir. Daxili nizam-intizam qaydalarımıza misal olaraq deyə bilərik ki, auditoriyada yüksək səslə danışaraq dərs prosesini pozulmasına imkan verilmir. Universitet ərazisində spirtli içkilərdən və tütün məhsullarından istifadə, universitet inventarına zərər verilməsi qadağan edilir. Ali təhsil müəssisəsində daxili hörmətə əsaslanan etik davranışlar göstərilməlidir. Bütün bu qaydalar daha yaxşı təhsil mühitinin yaradılmasına xidmət edir”.

    Azərbaycan Universitetindən verilən məlumata görə, universitetdə təhsil alan hər bir tələbə bəzi qaydalara riayət etməlidir:

    “Tələbələr Universitetin Nizamnaməsinə, əsasnamələrinə, rektorun əmr və sərəncamlarına, Elmi Şuranın qərarlarına və digər qaydalara riayət etməli, universitetin əmlakını qorumalı, üzləşdiyi pozuntular haqqında Universitetin məsul işçilərinə məlumat verməlidir. Tələbə adına yaraşmayan və qadağan edilmiş hərəkətlərə yol verməməli, Universitetdə səliqə-sahmanın yaradılmasına və qorunmasına dəstək verməli, dərs prosesinin normal gedişinə mane olan hərəkətlər etməməli, tələbə yoldaşlarına, Universitet əməkdaşlarına qarşı diqqətli olmalı, hörmət etməlidir. Universitetin nüfuzuna, mənəvi dəyərlərinə zidd hərəkətlər edilməməli, milli dəyərlərə hörmət edilməli, qorunmalıdır.

    Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) isə bildirilib ki, UNEC-in “Təhsilalanların Universitetdaxili İntizam Qaydaları” mövcuddur:

    “Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil Haqqında” Qanununa, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarına”, “Təhsil prosesi iştirakçılarının etik standartlar modeli”nə və digər qanunvericilik aktlarına uyğun hazırlanıb. Qaydalar bərabərlik, ədalətlilik və humanizm prinsiplərinə əsaslanır və əsas məqsədi təhsilalanlar arasında təlim-tədris intizamını möhkəmləndirmək və onlarda tədris prosesinə şüurlu yanaşmanı formalaşdırmaqdır”.

    Qeyd edilib ki, qaydalar UNEC-ə qəbul olan bütün tələbələrin şəxsin elektron kabinetinə göndərilir.

    Azərbaycan Texniki Universitetindən bildirilib ki, tədris prosesinin yaxşılaşdırılması üçün tələbələr üçün bir sıra qadağalar mövcuddur:

    Mühazirə, məşğələ və laboratoriya dərslərində müəllimin dərsi aparmasına mane olmaq, dərs saatlarında üzrsüz səbəbdən dərslərdən yayınmaq, auditoriya, dəhliz və həyətdə səs-küy salmaq, dərs saatlarında mobil telefonlardan, musiqi pleyerlərindən və digər dərsə aidiyyəti olmayan cihazlardan istifadə etmək (Dərs başlayan kimi bütün mobil telefonlar söndürülməlidir), tədris binalarının, auditoriyaların, dəhlizlərin divarlarında yazı yazmaq, rəsm çəkmək, əmlakı korlamaq, hər hansı elan, reklam, informasiya və s. xarakterli vərəqələr yerləşdirmək ,universitetin bütün tədris binalarında və ərazisində tütün məmulatlarından (həmçinin elektron siqaretlərdən) istifadə etmək” bu qadağalara daxildir.

  • Восемь человек арестованы в связи с убийством Нарин: среди них ее мать и брат

    Следствие по резонансному делу 8-летней Нарин Гюран, тело которой было обнаружено на 19-й день после ее исчезновения в провинции Диярбакыр (Турция), продолжается. В рамках расследования арестованы 8 человек, включая мать Нарин Юксель Гюран и ее брата Энеса Гюрана.

    Как передает Median.Az, об этом сообщает Haber Global.

    Согласно информации, представшие перед судом Юксель Гюран и ее старший брат Энес Гюран обвиняются в “соучастии в умышленном убийстве”, двоюродный брат Мухаммет Кая – в “укрывательстве преступника, уничтожении улик”, двоюродный брат Бирсен Гюран – в “уничтожении улик преступления”, тетя Машалла Гюран – в “уничтожении улик преступления, укрывательстве преступника”, работник находящегося под арестом дяди Нарин Салима Гюрана Мехмет Салим Атасой – в “укрывательстве преступника, уничтожении улик преступления”, муж тети Мехмет Шевкет Кая – в “укрывательстве преступника, уничтожении улик преступления”, и дядя Фуат Гюран – в “уничтожении улик преступления”.

  • Narinin qətli ilə bağlı səkkiz nəfər həbs olundu: Anası və qardaşı da var…

    Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gün sonra kənd yaxınlığındakı dərə yatağında çuvalın içində meyiti tapılan səkkiz yaşlı Narin Güranın istintaqı davam edir. İstintaq çərçivəsində Narinin anası Yüksel Güran və qardaşı Enes Güran da daxil olmaqla, 8 nəfər həbs edilib.

    Bu barədə Median.Az “Haber Global”a istinadə xəbər verir.

    Məlumata görə, məhkəmə qarşısına çıxarılan Narinin anası Yüksel Güran və böyük qardaşı Enes Güran “Qəsdən adam öldürmə cinayətinə iştirak”, əmisi oğlu Muhammet Kaya “Cinayətkarı gizlətmək, cinayət dəlillərini yox etmək”, əmisi oğlu Birsen Güran “Cinayətin dəlillərini yox etmək”‘, bibisi Maşallah Güran “Cinayət dəlillərini yox etmək, cinayətkarı gizlətmək”, Narinin həbsdə olan əmisi Salim Güranın işçisi Mehmet Salim Atasoy “Cinayətkarı gizlətmək, cinayət dəlillərini yox etmək”, bibisinin əri Mehmet Şevket Kaya “Cinayətkarı gizlətmək, cinayət dəlillərini yox etmək” və əmisi Fuat Güran “Cinayət dəlillərini yox etmək” ittihamı ilə həbs olunublar.

  • Подробности страшного убийства в Шамахы: ударил ножом, а затем совершил наезд на своего тестя (ОБНОВЛЕНО)

    13 сентября около 06:00 утра в прокуратуру Шамахинского района поступило сообщение о том, что в результате жестокого нападения один человек был убит, а еще один получил серьезные травмы. Трагедия произошла на обочине дороги Шамахы-Пиргулу, проходящей по территории села Ангяхаран.

    Как сообщили в надзорном органе, следствием было установлено, что Эльбрус Шейдаев (1995 г.р.) нанес колюще-режущие ранения своему тестю Алаге Гусейнову (1979 г.р.) и теще Пусте Гусейновой (1985 г.р.). Затем он совершил наезд на своего тестя на автомобиле, в результате чего мужчина скончался на месте от полученных травм.

    П.Гусейнова была госпитализирована.

    По данному факту в прокуратуре Шамахинского района возбуждено уголовное дело по статьям 120.1 (умышленное убийство) и 29, 120.2.7 (покушение на умышленное убийство двух или более лиц) Уголовного кодекса.

    Э.Шейдаев был задержан в качестве подозреваемого.

    По данному факту проводится расследование.

    * * * * *

    13 сентября около 06:00 в полицию Шамахинского района поступила информация, что Пуста Гусейнова (1985 г.р.), и 45-летний Алиага Гусейнов получили ножевые ранения, последний от полученных ран скончался.

    Как сообщили в шекинской региональной группе пресс-службы МВД, по подозрению в совершении преступного деяния был задержан зять погибшего Эльбрус Шейдаев.

    Согласно предварительной информации, инцидент произошел во время семейного конфликта.

    По данному факту ведется расследование.

  • Əvvəl bıçaqladı, sonra maşınla üzərindən keçdi – Şamaxıdakı dəhşətli qətlin TƏFƏRRÜATI (YENİLƏNİB)

    Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Şamaxı Rayon Prokurorluğundan bildirilib.

    Araşdırma zamanı 1995-ci il təvəllüdlü Elbrus Şeydayevin Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində yolun kənarında qayınatası 1979-cu il təvəllüdlü Əlağa Hüseynov və qayınanası 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya kəsici-deşici alətlə müxtəlif xəsarətlər yetirdikdən sonra özünə məxsus avtomobillə Əlağa Hüseynovun üzərindən keçməsi nəticəsində sonuncunun hadisə yerində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Püstə Hüseynova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

    Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

    Elbrus Şeydayev iş üzrə şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam etdirilir.

    * * * * *

    Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonunda 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya və 45 yaşlı Əliağa Hüseynova kəsici alətlə xəsarət yetirilməsi, Ə.Hüseynovun isə aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən ölən şəxsin kürəkəni Elbrus Şeydayev saxlanılıb.

    İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

    Faktla bağlı araşdırma aparılır.

  • Закрытие Всемирных игр кочевников в Астане пройдет без зрителей

    Церемония закрытия организованных в казахстанской Астане Всемирных игр кочевников из-за сокращения бюджета пройдет в протокольном формате без зрителей.

    Об этом сообщили организаторы состязания.

    “V Всемирные игры кочевников подходят к своему завершению. С 8 по 13 сентября столица Казахстана принимает порядка 2 500 участников из 89 стран, объединив представителей разных культур и этносов в масштабном празднике спорта и традиций кочевой культуры. Церемония закрытия Всемирных игр кочевников пройдет 13 сентября. Из-за сокращения бюджета весной этого года мероприятие пройдет без пышных празднований, в протокольном формате и без зрителей. Церемонию закрытия зрители смогут посмотреть в прямом эфире ведущих казахстанских телеканалов”, – говорится в тексте.

    Организаторы также обратили внимание на появившуюся информацию о продаже билетов на закрытие Игр. “Пожалуйста, не поддавайтесь на сомнительные предложения. Церемония закрытия предназначена исключительно для участников и не предусматривает присутствия зрителей”, – пояснили в пресс-службе оргкомитета.

    Всемирные игры кочевников проходят в пятый раз, первые соревнования состоялись в 2014 году в Кыргызстане. В основу состязаний входят соревнования по этническим видам спорта. В основном это народные игры исторически кочевых народов Центральной Азии.

    Соревнования организованы по 21 виду спорта и завершатся 13 сентября.

  • Ümumdünya Köçəri Oyunlarının bağlanışı tamaşaçılarsız keçiriləcək

    Büdcə azlığı ilə əlaqədar Astanada təşkil olunan Ümumdünya Köçəri Oyunlarının bağlanış mərasimi protokol formatında, tamaşaçılarsız keçiriləcək.

    Bu barədə yarışın təşkilatçıları məlumat yayıblar.

    Qeyd edək ki, sentyabrın 8-dən 13-dək Qazaxıstanın paytaxtında təşkil olunan oyunlara 89 ölkədən 2 500-ə yaxın iştirakçı qatılıb. Oyunların bağlanış mərasimi sentyabrın 13-də keçiriləcək.

    Xatırladaq ki, Ümumdünya Köçəri Oyunları beşinci dəfədir keçirilir. İlk yarışlar 2014-cü ildə Qırğızıstanda baş tutub.

  • Глава Госкомтаможни произвел новое назначение

    В объединение “Азертерминалкомплекс” Государственного таможенного комитета (ГТК) назначен новый заместитель директора.

    Как сообщает demokrat.az, согласно приказу председателя ГТК Шахина Багирова, этот пост занял Эльдар Азимов.

    Отметим, что ранее Э.Азимов работал начальником Управления организации услуг в объединении “Азертерминалкомплекс”.

  • Şahin Bağırov Eldar Əzimova vəzifə verdi

    Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” Birliyinə yeni direktor müavini təyin olunub.

    Demokrat.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov əmr imzalayıb.

    Əmrə əsasən, Eldar Rafiq oğlu Əzimov “Azərterminalkompleks” Birliyinin direktor müavini vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, Eldar Əzimov bundan əvvəl “Azərterminalkompleks” Birliyində Xidmətlərin Təşkili İdarəsinin rəisi vəzifəsində çalışıb.

  • В Дашкесанском районе столкнулись два автомобиля: есть пострадавшие

    В Дашкесанском районе произошло дорожно-транспортное происшествие.

    Как передает АПА, случай зафиксирован в селе Хошбулаг.

    Согласно информации, столкнулись два автомобиля.

    В результате аварии три человека получили травмы различной степени тяжести. Пострадавшие были госпитализированы.

    По данному факту проводится расследование.